“Qafqazın mirvarisi - Şuşa” Parisdə təqdim olunub
Parisdə
Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində
“Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri,
beynəlxalq münasibətlər üzrə professor, siyasi
elmlər doktoru Elçin Əhmədovun müəllifi və
“Musulmansenfrance” portalının təsisçisi,
jurnalist-rejissor Jan Mişel Brənin (Jean-Michel Brun) həmmüəllifi
olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı
olub.
AZƏRTAC
xəbər verir ki, Fransadakı səfirimiz Leyla Abdullayeva
çıxış edərək, Azərbaycanın tarixi-mədəni
həyatının ən vacib mərkəzi olan Şuşa
haqqında məlumat verib. Bildirib ki, Şuşa böyük
tarixi-mədəni əhəmiyyətə, eləcə də
Azərbaycan xalqı üçün müstəsna mənəvi
dəyərə malikdir.
Səfir
ölkəmizin ən məşhur musiqi korifeyləri, bəstəkarları
və müğənnilərinin məhz Şuşadan
olduğunu vurğulayaraq, mədəniyyət
paytaxtımızın bütün Qafqazın
konservatoriyası adlandırıldığını diqqətə
çatdırıb. Sonra “Qafqazın mirvarisi - Şuşa”
kitabının müəllifi, Şuşada anadan olmuş
Elçin Əhmədov və həmmüəllif Jan Mişel
Brənin birgə hazırladıqları videoçarx
nümayiş olunub.
Tədbirdə
Elçin Əhmədovun videomüraciəti təqdim edilib.
O, 28 ildən çox işğal altında qalmış
Şuşanın azad edilməsindən, Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının qətnamələrini
özü hərbi yolla rellaşdrmasından
danışıb. “Qafqazın mirvarisi - Şuşa”
kitabının hazırlanması, məzmunu haqqında ətraflı
məlumat verib. Azərbaycanın mədəniyyət
paytaxtı Şuşanın erməni işğalı
dövründə darmadağın edilməsindən,
işğalçılarını bu şəhərdəki
Azərbaycan izini tamamilə silməyə
çalışdıqlarından söz açıb.
Şuşa azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən
aparılan və həyata keçirilmiş bərpa işləri
haqqında məlumat verib. Kitabın fransızdilli oxuculara
Şuşanın tarixi, mədəniyyəti, böyük
şəxsiyyətləri haqqında məlumat verəcəyinə
inamını ifadə edib.
Kitabın
həmmüəllifi Jan Mişel Brən nəşrin ərsəyə
gəlməsində əməyi olan hər kəsə, eləcə
də Azərbaycanın UNESCO üzrə Milli
Komissiyasının baş katibi Seymur Fətəliyevə,
kitabın işıq üzü gördüyü nəşriyyat
evinin nümayəndələrinə minnətdarlığını
bildirib. J. M. Brən Azərbaycana, eləcə də
Şuşaya səfərindən söz açaraq, qala-şəhərin
ölkəmizin mədəniyyət mərkəzi olmasından
danışıb.
Fransa
mətbuatında və televiziya kanallarında Qafqazla
bağlı məqalə və reportajlarda qərəzlilik
olduğunu deyərək, Fransa mətbuatının həmişə
birtərəfli mövqe tutduğunu tənqid edib. J. M. Brən
Şuşaya səfəri, fotoqraf Reza Deqati, eləcə də
müxtəlif ölkələrdən olan tədqiqatçılarla
görüşü ilə bağlı xatirələrini
bölüşüb.
Siyasi
elmlər doktoru, beynəlxalq münasibətlər üzrə
müəllim Sebastyən Bussua çıxış edərək,
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək
üçün Azərbaycan paytaxtına ilk səfərindən
danışıb. Dünyəvi ölkə olan Azərbaycanın
mədəniyyətinin təşviq edilməyə layiq
olduğunu vurğulayıb. Avropanın, xüsusilə də
Fransanın bu ölkə ilə mədəni əlaqələrini
daha da məhkəmləndirməli olduğunu deyib. Bu gün
Azərbaycanın regionun ən güclü ölkəsi
olduğunu diqqətə çatdırıb.
İşğaldan azad olunmuş ərazilərində nəhəng
bərpa işləri aparılmasından danışıb.
Qeyd
olunub ki, bu gün iki ölkə arasında gedən
danışıqlar prosesinə yalnız erməni lobbisi ciddi
–cəhdlə mane olmağa çalışır. Regionda isə
hamı sülhün tezliklə tam bərpa olunmasını
istəyir. Sosial-iqtisadi çətinliklər yaşayan Ermənistanın
xilası Azərbaycanla sülhdən keçir. Azərbaycan
regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdadır.
Tədbirin
bədii hissəsində vəkil Alən Tremolyer “Qafqazın
mirvarisi - Şuşa” kitabında yer almış Günel
Anarqızının “Qarabağ” poemasını səsləndirib.
Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov
balabanda “Laçın” mahnısını ifa edib.
525-ci qəzet.- 2023.- 6 iyul. S. 9.