"Heydər Əliyevin dövlətçilik
idealları və müasir gənclik"
BU
MÖVZUDA GƏNCƏ ŞƏHƏRINDƏ
KEÇIRILƏN RESPUBLIKA ELMI KONFRANSI ULU ÖNDƏRIN IRSININ
TƏDQIQ VƏ TƏBLIĞINƏ LAYIQLI TÖHFƏ OLDU
Prezident İlham Əliyevin Azərbaycan
Respublikasında 2023-cü ilin "Heydər Əliyev
İli" elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli
Sərəncamından irəli gələrək iyunun 25-də
Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi,
AMEA Rəyasət Heyəti, Akademiyanın Gənc Alim və
Mütəxəssislər Şurası və Gəncə
Bölməsinin təşkilatçılığı ilə
"Heydər Əliyevin dövlətçilik idealları və
müasir gənclik" mövzusunda respublika elmi konfransı
keçirildi. AMEA prezidenti akademik İsa Həbibbəylinin bu konfrans çərçivəsində
Gəncə şəhərinə
səfəri zamanı
AMEA müəssisələrini, Mir Cəlal Paşayevin Ev Muzeyini, Bitki Mühafizəsi
və Texniki Bitkilər ETİ-ni ziyarət etməsi və digər işgüzar görüşləri
dövlətimizin bu sahədə həyata keçirdiyi uğurlu siyasətə daha bir töhfə oldu.
Akademik
İsa Həbibbəyli bu
barədə söz açarkən bildirdi:
"Heydər Əliyevin
dövlətçilik idealları
və müasir gənclik" mövzusunda
respublika elmi konfransında həm AMEA-nın Bakıdakı elmi tədqiqat institutlarından olan gənc nümayəndələr,
həm də AMEA Gəncə Bölməsinin
müxtəlif institutlarının
gəncləri də məruzələrlə çıxış
edirlər. Bu konfrans eyni zamanda Ulu öndər Heydər Əliyevin ideallarının
işığında müasir
elmi gəncliyin formalaşdırılması və
Heydər Əliyevin şəxsiyyətinin miqyasını,
ideallarını, mübarizəsini
yeni nəsillərə çatdırmaq
missiyasını daşıyır.
Hesab edirəm ki, bu, AMEA-nın
özünün ehtiyat
qüvvəsi olan yeni
gəncliyin dövlətçilik
ruhunda, azərbaycançılıq
ruhunda tərbiyə rolunun inkişaf etdirilməsi üçün
atılan əhəmiyyətli
addımlardan biridir".
Konfransda
AMEA prezidenti akademik
İsa Həbibbəyli, Gəncə
şəhər icra hakimiyyətinin başçısı
Niyazi Bayramov, AMEA-nın
birinci vitse-prezidenti akademik Arif Həşimov,
AMEA-nın Gəncə
Bölməsinin sədri
akademik Fuad Əliyev, Gəncə şəhər
icra hakimiyyəti başçısı Aparatının
məsul əməkdaşları,
tanınmış elm xadimləri,
gənc alimlər, mütəxəssislər və
ziyalılar iştirak
etdilər.
Tədbirdən əvvəl iştirakçılar
Ulu öndər Heydər
Əliyevin Gəncənin
mərkəzindəki abidəsini
ziyarət edərək,
önünə gül
dəstələri qoydular.
Sonra AMEA Gəncə Bölməsində
Ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətinə
həsr edilmiş sərgiyə baxış
keçirildi.
Konfrans
Bölmənin böyük
akt salonunda gerçəkləşdi. Akademik
İsa Həbibbəyli giriş
sözündə "Heydər
Əliyevin dövlətçilik
idealları və müasir gənclik" mövzulu, iyunun 22-də Bakı şəhərində
AMEA-nın dairəvi akt zalında başlayan 4 günlük respublika elmi konfransının Gəncədə
davam etdirildiyini və burada yekunlaşdığını vurğuladı.
Bu işdə hərtərəfli
dəstəyə görə
o, Gəncə şəhər
icra hakimiyyətinin və AMEA Gəncə Bölməsinin rəhbərliyinə
təşəkkür edərək,
konfransın daha bir bölmə iclasının da bu elm ocağında keçirildiyini
xatırlatdı.
İ.Həbibbəyli Ulu öndər
Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların təhsilli, vətənpərvər ruhda,
milli kimliklərinin və
şəxsiyyətlərinin azərbaycançılıq ideyası
işığında formalaşmasına
önəm verdiyini bildirdi. Qeyd etdi ki, ölkə başçısının müvafiq
sərəncamının işığında
AMEA tərəfindən Ulu öndərin
həyat və fəaliyyətinə dair 39 yüksək
səviyyəli konfrans,
seminar, simpozim və digər elmi toplantların keçirilib,
bu tədbirlərdə
dünyanın bir çox ölkələrindən
tanınmış alimlər
də iştirak ediblər.
Akademik
İsa Həbibəyli Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
AMEA tərəfindən dahi
şəxsiyyətin zəngin
dövlətçilik təliminin
müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı
elmi əsərlər
nəşr olunduğunu
bildirdi. O, həmçinin
Ulu öndərin həyat
və fəaliyyətinin
öyrənilməsinin elmi-populyar
müstəvidən fundamental elmi araşdırmalar səviyyəsinə qaldırılmasını
təqdirəlayiq hal kimi dəyərləndirdi. AMEA tərəfindən
ilk dəfə olaraq,
"Heydər Əliyev
Ensiklopediyası"nın nəşrə hazırlandığını
diqqətə çatdırdı.
Ümummilli liderin irsinin dərindən araşdırılmasına
nümunə kimi, akademik İsa Həbibbəyli
"Heydər Əliyev
İli"nə AMEA Gəncə
Bölməsinin töhfəsi
olan "Heydər Əliyev və Gəncə" monoqrafiyasını
təqdim etdi. Ulu öndərin fəaliyyətinin
Gəncə ilə bağlı taleyüklü
anlarının, o cümlədən
Gəncənin iqtisadi
və mədəni intibahı, dövlətçiliyimizi
təhdid edən qiyam cəhdinin qarşısının alınması
və digər proseslərin təfərrüatlarının,
onlara aid sənəd və fotoların da bu monoqrafiyada yer aldığını vurğuladı.
Çıxışının sonunda akademik İsa Həbibbəyli
Gəncə şəhəri
icra hakimiyyətinin başçısı Niyazi
Bayramova AMEA tərəfindən
ərsəyə gətirilən
"Qırmızı Kitab"ın nəşrlərini
hədiyyə etdi. Həmçinin Ədəbiyyat
İnstitutu tərəfindən
hazırlanmış "Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı"
ikicildliyi AMEA Gəncə
Bölməsinə hədiyyə
edildi.
Tədbirin sonunda
bir qrup gənc alimə elmi konransın işində fəal iştiraklarına, eləcə
də məhsuldar tədqiqat fəaliyyətlərinə
görə diplomlar və təşəkkürnamələr
təqdim olundu.
Gəncə şəhərinə səfəri
çərçivəsində akademik İsa Həbibbəyli və digər nümayəndələr
burada Elm və Təhsil Nazirliyinin tabeliyindəki Elmi Tədqiqat institutlarının və AMEA Gəncə
Bölməsinin tərkibində
fəaliyyət göstərən
Humanitar Tədqiqatlar İnstitutunun, Nizami Gəncəvi Mərkəzi
və Diyarşünaslıq
İnstitutunun iş şəraiti, maddi-texniki bazası, fəaliyyəti ilə tanış oldular. AMEA Gəncə Bölməsinin
mövcud problemləri
və gələcək
inkişaf perspektivləri
ilə bağlı müzakirələr aparıldı.
Akademik İsa
Həbibbəyli və
digər qonaqlar Azərbaycanın görkəmli
yazıçısı, ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal
Paşayevin Gəncə
şəhərində fəaliyyət
göstərən Ev-Muzeyini
ziyarət etdilər.
Qonaqlara məlumat
verildi ki, muzey
və onun nəzdində elmi-ədəbi
tədqiqat şöbəsi
Azərbaycan nəsrinin
və ədəbiyyatşünaslıq
elminin görkəmli nümayəndəsi Cəlal
Paşayevin 100 illik yubileyi ərəfəsində
ədibin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılıb. Mir Cəlal Paşayevin Ev-Muzeyinin Gəncə şəhərində
fəaliyyət göstərməsi
təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, tale
onu qədim Gəncə şəhərinə
gətirib çıxarıb.
Ədib həmişə
Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq,
gənclik və tələbəlik illəri,
pedaqoji və ədəbi fəaliyyəti,
ailə həyatı xronoloji ardıcıllıqla
muzeyin ekspozisiyasında
əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır.
Muzey kompleksində
2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi
fəaliyyətə başlayıb.
Şöbənin yaradılması
ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına
xidmət edir. Burada mütəmadi olaraq şair və yazıçıların
kitab təqdimatları,
şəhər ziyalıları
ilə görüşlər,
konsertlər, şagird
və tələbələr
üçün ədəbiyyat
dərsləri, ekskursiyalar
və digər ədəbi-bədii tədbirlər
keçirilir. Muzey fəaliyyətə başladığı
gündən şəhər
əhalisinin, tələbə
və şagirdlərin
ziyarətgahına çevrilib.
Sonda AMEA prezidenti
akademik İsa Həbibbəyli Mir Cəlal Paşayevin Ev-Muzeyinin xatirə dəftərinə öz ürək sözlərini
yazdı: "Mir Cəlal Paşayev sovet hakimiyyəti illərində yaşayıb-yaratmış,
lakin sovet ideologiyasına öz əsərlərində yer
verməmiş, əsl
gerçək həyatı
və sadə insanları əks etdirmiş görkəmli yazıçıdır. Mir Cəlal ədəbiyyatda həyat həqiqətlərinin
və sadə insanların manifestini yaratmışdır. Mir Cəlalın Ev Muzeyi
də onun həyatı və yaradıcılığı
kimi sadə və mənalıdır.
Bu Ev-Muzeyi həm də Mir Cəlal müəllimin dövrünü
və müasirlərini
əks etdirir. Muzey Mir Cəlal
Paşayevin həm həyatını və həm də yaradıcılığını, mühitini və müasirlərini yeni nəsillərə bütün
reallıqları və
aydınlığı ilə
təqdim edir".
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun dəvəti ilə mötəbər qonaqlar bu institutda da oldular. Akademik İsa Həbibbəyli AMEA tərəfindən ərsəyə gətirilən "Qırmızı Kitab"ın nəşrlərini direktor İbrahim Cəfərova hədiyyə etdi.
Əlimuxtar MUXTAROV
525-ci qəzet.- 2023.- 7 iyul. S. 11.