Şekspir dünyası
(Əvvəli ötən çərşənbə saylarımızda)
Bu vaxt Koriolan Foruma gəlib çıxır.
Sitsini və Brut bu vaxt artıq
vətəndaşların həmrəyliyini
qazanmışdılar. Koriolan
deyəndə ki, mən
xalqın iradəsini qəbul edirəm, Sitsini onu satqın
adlandırdı və
tiranlığa cəhddə
ittiham etdi. Koriolan qəzəblənib
deyir ki, ictimai bəyənilməni axtarmaqdansa,
daha çox ölməyə razıdır.
Onun öldürülməsi
çağırışları eşidilir. Lakin tribunlar bunun əvəzində təklif edirlər ki, o, çıxıb getsin. Hətta dəfələrlə
iftixarla xilas etdiyi şəhəri, Koriolan bu vaxt
lənətləyir.
Romanın qapısında Koriolan
ailəsi və dostları ilə qarşılaşır, lakin
öz planları haqqında onlara az şey danışır.
O, çıxıb getdikdən
sonra, Volumnia Sitsinini və Brutu təhqir edir, lakin onlar
üçün bu xoşdur ki, nəhayət,
səfərbərlik xalqın
gücünü yoxladı.
Koriolan dilənçi kimi maskalanaraq, Artiuma gəlir və Aufidinin evini axtarır. O, baş salona girəndə, nökərlər onu saxlayırlar, lakin mənzildə Aufidi görünəndə Koriolan
özünün onun keçmiş düşməni
olduğunu açıb
deyir. O, volsklərin içinə gəldiyinə
görə ağrı
hissi keçirir və deyir ki, o, cəzalandırılmağına da hazırdır. Lakin həmçinin
özünün "qisas
almaq" xidməti ilə Audifiyə Romanı işğal etməkdə özünün
kömək göstərməsini
təklif edir.
Volsk lideri Koriolanı hərarətlə qucaqlayır
və Romaya qarşı yeni müharibədə
Volsk qoşunlarına
komandanlıq etməkdə
ona şərik olmağı təklif edir.
Romada Sitsini və Brut volskların şəhər
ərazisinə daxil olması və ən pisi Koriolanın
Aufidiyə qoşulması
xəbərini verdikdə,
şəhər sakinləri
ruhdan düşürlər.
Koriolan isə Romaya təhlükə törədən bədbəxtliyə
görə tribunları
günahlandırır. Vətəndaşlar
panikaya düşəndə,
Meneni deyir ki, onlar qorxduqları taleyə sahib olmaya layiqdirlər.
Volsklərin düşərgəsi Roma yaxınlığında qurulmuşdur,
Aufidi pis əhval-ruhiyyədədir, qısqanclıq
edir ki, indi Koriolan təkcə Romanın iradəsinə komandanlıq etməyəcəkdir,
həmçinin Volsk qoşunlarının loyallığını
da qazanacaqdır. Həm
də o, vaxtilə Koriolanın onu məğlub etməsinə
görə ondan qisas almaq arzusu
ilə alışıb
yanır.
Komini Koriolanı Romaya hücum etməkdən çəkindirməyə inandıra
bilməyəndə, o, vicdan
əzabı çəkən
Sitsiniyə və
Bruta qoşuldu ki, Menenini
yeni sülh missiyasına
başçılıq etməyə
məcbur etsinlər.
Lakin Meneni düşmən
düşərgəsinə gələndə, onun
"mənim oğlum
Koriolan" deyə emosional qaydada ona müraciət etməsi bir söyüş qaydasında
olan kimi dəf edildi. Koriolan Aufidiyə vəd etdi ki, volsklər tezliklə Roma divarları qarşısında
duracaqlar.
Koriolanın anası, arvadı
və gənc oğlu gözlənilməyən
halda düşərgəyə
gəldilər və
Roma generalı əvvəlcə
onlara əhəmiyyət
verməyəndə, məcbur
edildi ki, onları dinləsin. Həmişəki
kimi Volumnia oğluna dedi ki, doğma ölkəsinə
hücum etmək öz anasının bətnini tapdamağa bənzəyəcəkdir. Koriolan
cəhd etdi ki, çıxıb getsin, lakin Volumnia onu xəbərdar etdi ki, əgər o, Romanı dağıtsa, onun adı əbədi
olaraq nifrət doğuracaqdır. Koriolan onun dəlillərinə tabe oldu. Uğursuz
qaydada dedi ki, bilir ki, öz ölümünü dəvət
edə bilər. Aufidi bir döyüşçü
kimi öz şərəfinə üstün
gəlməsinə görə
saxta şəkildə
onu təriflədi, lakin o, özünün etdiklərinin zəiflik əlaməti olduğunu
da görürdü.
Volumnia Romanı xilas edən kimi səs-küylə salamlandı.
Koriolan isə Aufidi ilə Artiuma qayıtdı, axırıncı Koriolanın
gizlicə öldürülməsi
üçün qəsd
təşkil etmişdi.
Volsk ağsaqqalları
bundan razı qalmadılar ki, Roma dağılmaqdan
qaça bildi. Lakin Koriolan şərəfli barışığı müdafiə
edirdi. Volsklər bir az əvvəl
romalıları utandırmışdılar.
Qısaca, Koriolanın
özü sülhü
meydana gətirən kimi görünürdü,
lakin Aufidi tezliklə intiqam alınması olan bir günü gözləyirdi. O, Koriolanı
öz andını pozmaqda və "dayəsinin göz yaşları ilə" qələbəni əldən
verməkdə ittiham edirdi. Koriolan təhqirləri geri qaytarırdı, lakin qəsdçilər onu öldürməyə səsləyirdilər
və camaat da bununla razılaşdığını
qışqırırdı.
Aufidi və onun ardıcılları
qılınclarını çıxarıb,
Koriolanı çox sürətli qaydada öldürdülər. Onlar
deyirdilər ki, öz
həyatları risk altındadır.
Volsk ağsaqqalları
Koriolanın ölümünə
təəccübləndilər, lakin göstəriş verdilər ki, onun cəsədi şərəflə
dəfn edilsin və səbirsizliyinə görə Aufidi cəzalandırılsın.
Düşmənini öldürdükdən sonra Aufidinin qəzəbi ötüb keçdi və o, yenidən iddia etdi ki, guya "zərbədən kədərlidir".
Hətta Koriolanın çoxlu dul arvadları və yetim qalmış uşaqları şəhərdə
yaşayırdılar. O, elan etdi ki, burada romalıya "nəcib abidə" qoyulacaqdır.
Çox
vaxt "Koriolan"ı
acığa bənzər
kimi tənqid edirdilər. Şekspir bu əhvalatı ideoloji hakimiyyət mübarizəsi kimi təqdim edir, lakin həm də buna insanlıq ölçüsü verir.
"Qış nağılı"
pyesi
"Qış nağılı"
romantik pyes olmaqla yanaşı, daha dərin faciə xarakteri daşıyır. Burada sevinc də, günahın yuyulması
da vardır. Yunan faciələrindən və
Ovidi Nazonun "Metamorfozalar"ından gələn
dəhşət Şekspirin
əsərinin əsasını
təşkil etmişdi.
1610-1611-ci illərdə yazılan
pyes 1611-ci ildə
"Qlobus" teatrında
səhnəyə qoyulmuşdu.
Sonrakı ili "Qış nağılı"
Uaytholl sarayında kral I Ceymsin qarşısında göstərilmişdi.
1613-cü ildə isə
kralın qızı Elizabetin nikahı bayram ediləndə, bu tamaşa həm də qızın ərə getdiyi knyazlıq olan Elektor Palatində,
başqa sözlə,
kurfyurstda (Müqəddəs
Roma imperiyasının tərkibinə
daxil olan knyazlıq - kurfyurst,
onun lideri imperatoru seçmək hüququna malik idi, ona görə də onun adında
"seçən" sözü
də vardır) göstərilməklə, bayramın
bir hissəsinə çevrilmişdi.
London teatrları 1642-1660-cı illər
arasında bağlandıqdan
sonra pyes uyğunlaşdırılmış formada yenidən meydana çıxmışdı.
Lakin o vaxtdan ta ki, XIX əsrə
kimi orijinal mətn ardıcıl olaraq səhnələşdirilmişdi.
Bu gün də populyar olmaqla, Şekspirin ən yaxşı səhnə əsərləri sırasına
daxil edilmişdir.
Adəti
qaydada yanaşdıqda
Delfi orakuluna və Rusiya imperiyasına siqnal kimi pyesdəki maraqlı, mövcud olmayan bir atmosfer
əks etdirilir. Dünyəvi zaman və məkan beləliklə, az əhəmiyyət daşısa da, misal üçün, Robert Qrin
versiyasındakı Bohemiya
kralı Pandosto qısqanc tirandır. Şekspir isə bu rolda Siciliyanın
paranoik monarxı olan kral Leontu
təsvir edir. O, əhvalatı siyasiləşdirmək
istəyir, yəqin
ki, kral I Ceymsin qızı şahzadə
Elizabet artıq alman şahzadəsinə
nişanlanmışdır və ya o, yəqin
inanırdı ki, bohemiyalılara
nisbətən siciliyalılar
daha inadkar çılğın adamlardır.
Hər bir hadisədə Şekspir
sevincə aid olan nəsə kiçik bir şey göstərir,
icazə verir ki, uşaq şahzadələr
Bohemiya sahillərindən
uzaqlaşmaqla, bağlandıqları
ölkənin torpaqlarını
tərk etsinlər. Buna
bənzər qaydada, Bohemiyada qoyun qırxını bayramında
hadisəni təsvir edəndə, Şekspir bunu, Varvinşeyadakı ölkə yarmarkasında
mövcud olan bukolik (kənd) əhval-ruhiyyəsindən götürür.
Başlıca hekayətlər
isə Leontun arvadının onun yaxın dostu ilə guya zinakarlıq
etməsi inamından irəli gələn bir ehtirasla idarə
olunur. Pyesin kulminasiyası "itmiş"
qızın tapılması
ilə bağlıdır
və "ölü"
ər dirilir. Pastorial romanların sonunda olan kimi,
ayrı düşmüş
ölkələrin sevinclə
yenidən birləşməsi
barədəki ənənəyə
uyğunlaşır.
Şekspir tapır ki, "kədərli
hekayət qışda
yaxşıdır", bu
sözlərlə pyesin
adının da təsadüfi
olmadığını qeyd
etmək istəyir.
Royal sarayda Bohemiya kralı Poliksen özünün uşaqlıq
dostu, Siciliya kralı Leontun yanına gəldiyi doqquz aylıq səfərini başa vurur. Leont ondan
onu tərk etməməyi xahiş edir və öz
hamilə kraliçası
Hermionanı məcbur
edir ki, Polikseni öz qərarını dəyişdirməyə inandırsın.
Xoş bir qaydada qadın bohemiyalıya daha bir həftə qalmaq barədə xahiş edəndə, o, səmimi şəkildə
bu təkliflə razılaşır. Leont narahat olur ki, Poliksen onun xahişinə
məhəl qoymadı,
ancaq Hermionanın sözlərinə xüsusi
diqqət verdi. O, tutqun şəkildə onu da qeyd edir
ki, bir çox illər əvvəl qız Leontun özu ilə də belə incə qaydada danışmışdı. Sonra Hermiona təsirli qaydada öz əlini Poliksenə təklif edəndə, Leont qəflətən qısqanclıqdan dəyişməli
oldu.
Leontun gənc oğlu Mamilli gəlib çıxdı, lakin Leontun gözləri Hermionanın və Poliksenin üzünə dikilmişdir. Onların hər bir təbəssümü
və jesti sonra onu inandıracaqdır
ki, ona xəyanət edilmişdir. Leont öz arvadının sədaqətsizliyini, inandığı
Siciliya lordu Kamilloya açıb danışdı və ona göstəriş verdi ki, Polikseni zəhərləsin. Baxmayaraq
ki, Kamillo da Hermionanın
sədaqətsiz olmasından
şübhələnir, lakin
Polikseni elə bir şəraitdə öldürmək istəyir
ki, kraliça onu bağışlasın. Leontun
qəribə davranışı
barədə Poliksen soruşanda, Kamillo etiraf edir ki, ona göstəriş verilmişdir ki, Hermionaya
"qadağan olunmuş"
həssaslıqla yanaşdığına
görə bohemiyalını
öldürsün. Bundan
məəttəl qalan
və inciyən Poliksen özünün təqsirsiz olduğunu təkid edir. Kamillo onu məcbur
edir ki, vaxtı itirmədən Siciliyanı
tərk etsin və özünə də onun himayə
göstərməsini xahiş
edir.
Mamilli hazırlaşır ki, anasının
əhvalatına "kədərli
hekayət qış üçün çox yaxşıdır"dan başqa
heç bir şey olmamış kimi danışsın. Leont öyrənir ki, Poliksen və Kamillo Siciliyadan qaçmışlar, beləliklə,
onun şübhələri
təsdiq olunmuşdur.
Göstəriş verir
ki, oğlu Mamillini öz anasından kənar saxlasınlar. Leont Hermionaya tərəf çönüb,
onu, Poliksenin uşağına hamilə
olmaqda ittiham edir. Qadın and içir ki, bu, doğru deyildir, lakin Leont dediyini
dəli kimi təkrar edir, onu zinakar və
satqın adlandırır,
sonra arvadının həbs edilməsi barədə göstəriş
verir. O, Antiqonun və digər siciliyalı lordların etirazlarını rədd edir və həm
də Apollon məbədindəki
Delfi orakuluna iki elçi göndərir.
Antiqonun
möhkəm iradəli
arvadı Paulina Hermionanın
yaxın rəfiqəsi
idi, o, eşidəndə
ki, kraliça qız
uşağı doğmuşdur,
kralın ürəyinin
yumşalacağına ümid
edərək, onun körpəyə xeyir-dua verməsini istəyir. Həm də çox təşviş keçirir ki, Mamilli xəstə düşmüşdür.
Kral Paulinanın gəlişindən
qəzəblənir və
"Poliksen işi"
ilə əlaqədar
onu sancdığına
görə qadını
ittiham edir. Paulina cəsarətlə cavab verir, deyir ki, kralın bu davranışı tiraniya
dadı verir. Təəccüblənən Leont
qadının hirslənməsinə
görə, onun əri Antiqona qarşı əsəbiləşir,
onu məzəmmət
edir.
Yaşlı bir adam kralın cəsarətliliyini
inkar edir, həm də hər şeyi etməyə and içir
ki, "günahsız" uşağı xilas edəcəkdir. Leont həmin adama göstəriş verir ki,
uşağı aparıb,
bizim torpaqlardan tam kənarda olan hansısa "uzaq və səhralı yerə qoysun". Kleomen və Dion Apollon məbədindən cavab gətirirlər.
Leont Hermionanı çağırır
ki, zinakarlığı barədəki
ittihamı ona elan etsin. Qadın bəyan edir ki, o, günahsızdır və
cavab verir ki, Poliksenə hərarətli
münasibəti isə
Leontun "özünün
göstərişi" ilə
etmişdi. Öz tacını, oğlunu və körpə qızını itirən
kraliça deyir ki, o,
ölümdən qorxmur,
lakin and içir ki, orakul onun ləyaqəti
barədə zəmanət
verəcəkdir. Kleomen
və Dion Delfi orakulunun möhürlənmiş
məktubunu gətirib
krala verirlər və məktub bərkdən oxunur: "Hermiona təmizdir, əxlaqlıdır, Poliksen
ittiham edilməməlidir.
Kamillo düzgün təbəədir, Leont qısqanc tirandır; onun günahsız körpəsi, həqiqətən,
bağışlanmalıdır, çünki kral özü onun atasıdır və kral əgər itirdiklərini tapmasa, varissiz qalacaqdır".
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 12 iyul. S. 14.