Dünənimdən bu günə çatan nurlu gələcək

 

Hər birimiz üçün zaman adlı sürət qatarı eyni bir məkanın astanasından başlayır. elə həmin andan Tanrıya məlum olan bəlli bir nöqtəyə qədər o qatar bizi aparır. Qarşıda bizi nələrin gözlədiyindən bixəbər, ömrün müxtəlif dayanacağında enirik, sonra yenə gedirik, ta ki, son nöqtəyə çatana qədər. Bəs zaman edir? Zaman bütün insanlığı dəyişə-dəyişə gələrək, bizləri özünə tabe edir. Bəs bizlər kimik? Bizlər o sürət qatarına minən kiçicik varlıqlarıq ki, zaman bizi apardıqca ələnə-ələnə, hərə öz yolunu seçə-seçə, büdrəyə qalxa yürüyürük, böyüyürük, həyatın nəbzini tutmağa çalışırıq, özümüzə uyğun bir cığır taparaq o yol ilə elə hey gedirik. Yollar isə müxtəlifdi. Biri uzundu, biri qısa... Biri çətindi, biri asan... Biri hamardı, biri kəsəkli... Biri rahatdı, biri dolanbac... bu yolların yolçuları da özləri kimi müxtəlifdi. Biri şərəflə yaşayır, biri rəzalətlə... Biri: "Həyat insana bir dəfə verilir" deyərək, ləyaqətli ömür yolu seçir özünə, o biri həyatın çirkabından çıxa bilmir... Biri düşünür ki, beş günlük dünyada təkcə özün üçün yaşamalısan, o biri özündən sonra qalacaq izin dəyəri üçün yaşayır. Amma elələri olur ki, ömrünü bütöv bir xalqın, millətin, Vətənin rifahı naminə şərəflə, ləyaqətlə, cəsarətlə yaşamağı bacarır. Məhz onlar Tanrının seçilmiş bəndələri adlanır. Ulu öndər kimi...

14 iyul 1969-cu il... Bu tarixdə o, Azərbaycanın on birinci rəhbəri seçildi. O zaman 12 yaşlı adi sovet məktəblisi olan bizlər heç nəyi dərk edəcək bir bacarığa malik olmadan firavan böyüyürdük. Ağı qaradan seçməyimzə isə hələ çox vardı. Zamanla kimləri tanıyıb, nələri görüb, hansı hadisələrin şahidi olacağımızdan xəbərdar deyildik. Qədim bir ölkənin bu gün tarixə çevrilən gələcəyinə doğru zamanın tələbinə uyğun addımlayırdıq. Taleyimizdə isə bir şəxsiyyətin iki dəfə rəhbərlik edəcəyi bir ölkədə yaşamaq vardı, onu da yaşadıq. Həmin zaman kəsiyində onun amalı dəyişdi, əqidəsi, çünki onun adı Heydər Əliyev idi. Ərəbcədən tərcümədə "şir" mənası verən adı ilə addığı hər addımda öz qətiyyətini, cəsarətini, yenilməzliyini, Vətən üçün döyünən böyük qəlbini bütün dünyaya qəbul etdirə bildi.

Ölkə rəhbərliyinə ilk gəlişi Sovetlər Birliyinin hakimi-mütləq olduğu bir zamana təsadüf etmişdi. SSRİ-nin tərkibində birləşdirdiyi on "qardaş"dan biri olan Azərbaycan iqtisadiyyatında 60-cı illərdə mənfi meyllər göründüyündən, respublika ittifaq səviyyəsindən geri qalırdı. Belə bir vəziyyətdə Heydər Əliyev rəhbər təyin edildi. Çox illər sonra isə Ulu öndər o dövr haqqında belə deyəcək: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur tətbiq edilməli idi". Görülən işlərin nəticəsi isə belə oldu: "1970-85-ci illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilə bərabər idi" (mənbə - "Qısa dövlətçilik tarixi", Y.Mahmudov).

Heydər Əliyevin görkəmli dövlət xadimi kimi fəaliyyətinin Moskva illəri onun dəmir iradəsinin parlaq sübutudur. Öz xatirələrində Ulu öndər yazır: "Brejnevin dəfnindən sonra biz Andropovla ikilikdə görüşdük. O, mənə dedi ki, sənə ehtiyacım var, istəyirəm Moskvada işə başlayasan. Brejnevə dediyim kimi indi Andropova dedim: "Yox, mən imtina edirəm. Özümü Azərbaycansız, Azərbaycandan kənarda  təsəvvür edə bilmirəm. Doğma Vətənimdən ayrılmaq mənə çətindir". Amma Andropov israr etdi: "Azərbaycan artıq sənin üçün dar bir məkandır. Sən bütün SSRİ- lazımsan. Sən mənim Baş katib seçilməyimə səs vermisən, indi bəs mənə kömək etmək istəmirsən?"

1982-87-ci illəri əhatə edən bu dövr sovet rəhbərliyində Siyasi büronun üzvü olan Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Rus şovinizminin böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi dövrdə SSRİ rəhbərliyinin sırasına daxil olan Heydər Əliyev Kreml rejiminə, təqiblər ayrı-seçkilik sisteminə sübut etdi ki, onun zəngin, tükənməz, hərtərəfli dövlət idarəçiliyi kimi istedadını boğmağa heç bir qüvvə qadir deyil deyil.         Tarixçi publisist Roy Medvedev Heydər Əliyevin bu təyinatını zamanında belə ifadə edib: "Kremlin səmasında yeni ulduz parlamağa başladı". Andrey Qromıko isə: "Heydər Əliyev Moskvaya gələndə mən düşünmüşdüm ki, SSRİ- məhz bu cür gənc enerjili bir rəhbər lazımdır" fikrini illər sonra etiraf edib.

SSRİ rəhbərliyinin sırasına daxil olan Heydər Əliyevin fəaliyyət dairəsinə iyirmiyə yaxın nazirlik təşkilat daxil idi. Uşaq evləri, kitab nəşri, kinemotoqrafiyanın maddi-texniki bazası, səhiyyə, nəqliyyat bir çox mühüm sahələrə nəzarət ona tapşırılmışdı. Hər bir sahə özlüyündə məsuliyyət tələb etsə , nəqliyyata nəzarət xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrdə əsrin tikintisi adını daşıyan Baykal-Amur Magistral dəmir yolu xəttinin tikintisi Sibirin Uzaq Şərqin böyük kəşfi kimi dünyanın diqqət mərkəzində idi. Bu lahiyə Heydər Əliyev üçün bir yenilik deyildi, çünki onun tikintisinə 1974-cü ildən start veriləndə o, Azərbaycanın rəhbəri idi. O zaman bu möhtəşəm tikintinin ətrafında on beş respublika bir yumruğa çevrilmişdi. Burada salınan yaşayış qəsəbələri hər respublikanın maddi vəsaiti canlı qüvvəsi hesabına inşa edilib. Azərbaycan gənclərindən ibarət böyük bir dəstə məhz Heydər Əliyevin təbliğatı məsləhəti sayəsində magistralın qərb sahəsinin 210 km- yerləşən Ulkan şəhərini salmağa nail olub. Azərbaycana rəhbərliyi dövründə bu tikinti daima onun ciddi nəzarəti altında olub. Ulkan qəsəbəsinin inşası zamanı vağzal bir neçə tikilinin layihəsi hazırlanarkən, Azərbaycan memarlığı elementlərindən istifadə olunmasını məhz Heydər Əliyev təklif edib. Vağzalın qarşısındakı parkda ucaldılan əlində külüng tutan Fərhadın abidəsi Uzaq Sibirdə çalışan Azərbaycan gənclərinin milli qəhrəmanlıq nümunəsidir. Bu gün fəhlə qəsəbəsi olan Ulkanın 4100 nəfər əhalisi var. Əsasən sərt hava şəraiti olan bu qəsəbəsədə yay fəsli uzun çəkməsə , əhalinin ən sevimli istirahət mərkəzi məhz dahi Nizaminin qəhrəmanının abidəsinin  ucaldığı mərkəzi parkdır. 2020-ci ildə bu abidənin qəsəbəyə gətirilməsinin 35 illiyi təntənəli şəkildə qeyd edilib bərpa işlərindən sonra Fərhadın abidəsinin yenidən açılışı olub.

Baykal-Amur Magistralı miqyas baxımından dünyada bənzəri olmayan bir layihə olduğundan, problemlərin çoxluğu təbii idi. Heydər Əliyevin nəzarəti altında olan bu tikintinin böyük çətinlikləri vardı. Dövlət qərarına əsasən səkkiz tunelin tikilməsi planlaşdırılmışdı. 1984-cü ildə baş verən qəza ilə əlaqədar Heydər Əliyev tunel inşaatçıları ilə görüşə gəlir. Söhbət əsnasında ona izah edilir ki, daha iki dolanbac tunelin çəkilməsi mütləqdir. Onları dinlədikdən sonra Heydər Əliyevin yerindəcə qəbul etdiyi qərarla daha iki tunel tikilir. Onların arasında uzunluğu 15,5 km olan Severomuysk tunelini tikməyi xarici mütəxəssislər öz öhdəsinə götürməyib yerli kadrlara da bu işdən imtana etməyi məsləhət görüb. Lakin Heydər Əliyevin qərarı ilə tikilən tunel bu gün dünyada çox mürəkkəb bir tikili olaraq qalır. Qorbaçovun yenidənqurma siyasətinə qədər Baykal-Amur Magistralı öz nəhəngliyi ilə SSRİ-nin böyüklük simvolu idi, lakin sonra bütün nailiyyətlər kiçildilməyə başlandı. Heydər Əliyevin isə sənayenin yüksəlməsi uğruna xidmət edən bütün təşəbbüsləri bu gün ona göstərilən ehtiramın nişanəsidir. 2008-ci il iyul ayının 18-də Baykal-Amur Magistralının Anqoya stansiyasındakı vağzalın Ulu öndər Heydər Əliyevin adı altında istifadəyə verilməsi bunun bariz nümunəsidir.

2001-ci ilin iyul ayında Bakıda 24 ölkənin dəmiryol idarələri rəhbərlərinin müşavirəsi keçirildi. Prezident Heydər Əliyev Rusiyanın nəqliyyat nazirini qəbul edəndə, həmin tunel haqda maraqlanır. Eşidəndə ki, tuneldə işlər 2001-ci ilin mart ayında başa çatıb deyir: "...Təbrik edirəm. Bu işdə mənim zəhmətim olub". Ulu öndərin fəxrlə dediyi bu sözlər yalnız yaradıcı insanlara məxsusdur. Yenə ona istinadən desək: "Dünya öz varlığına inkişafına görə məhz yaradıcı insanlara borcludur".

1985-ci ildə M.Qorbaçov SSRİ hakimiyyətinə rəhbər gəldi bu gəliş Sovetlər Birliyinin dağılmasına yol açdı. Daha sonra onun qəbul etdiyi aşkarlıq xətti, yenidənqurma siyasəti açıq millətçi qüvvələrin, mərkəzdənqaçma meyllərin güclənməsinə səbəb oldu. Hakimiyyəti öz istədiyi kimi idarə etməyə çalışan Qorbaçov Siyasi Büro üzvlərinin işində çətinlik yaratmağa başlamışdı. Öz mövqeyini cəsarətlə müdafiə edənlər sırasında təbii ki, Heydər Əliyev vardı. İllər sonra 19 oktyabr 1987-ci ildə Kremldə SSRİ Ali Sovetinin sessiyasını Heydər Əliyev belə xatırlayırdı: "Bəzən kimlərsə zaldan çıxır, kimlərsə daxil olurdu. Qorbaçov mənimlə üzbəüz oturmuşdu. Birdən o, ayağa qalxıb çıxdı. Sonra Liqaçov ayağa qalxdı başıyla Rıjkova işarə verdi ki, onun ardınca gəlsin. Onlar Rəyasət Heyətinin otağına keçdilər. Biz həmin otaqda adətən iclaslara qədər, fasilələrdə toplaşıb çay içərdik. Bir müddət sonra məni həmin otağa çağırdılar. Mənimlə söhbətə Qorbaçov başladı. Dedi ki, mənim fikrimcə, sən Siyasi Bürodan Nazirlər Sovetindən getməlisən. Getməyimin səbəbini bilmədiyimi söylədim: "Mən hesab etmirəm ki, getməliyəm. Amma siz Baş katib kimi hesab edirsinizsə, getməyə hazıram"... Fasilədə evə gəldim. Vəziyyəti oğluma, qızıma başa saldım. Məni sakitləşdirib dedilər ki, narahat olma, ata, burada qeyri-adi var ki...       

Axşam Qorbaçovun yanına gəlib dedim ki, bəli, mən gedirəm elan edə bilərsiniz ki, səhhətimlə əlaqədar vəzifəmdən istefa verirəm. O, ayağa qalxıb məni qucaqlayıb öpdü dedi: "Çox sağ olun, Heydər Əliyeviç".

  heç kəs bilmədi ki, arxasınsa bağlanan Kremlin qapıları onun uca zirvələrə qalxacaq yoluna işıq saçdı...

SÖZARDI: Xalq yazıçısı Anarın xatirələrindən: "Sovet dövründə Heydər Əliyev Azərbaycanın əksər rayonlarına qatarla gedirdi. Adətən səfərdə onu mütəxəssislər müşayiət edirdi, bəzən aralarında şairlər, yazıçılar da olurdu. Bir dəfə təsadüfən aktyor Nodar Şaşıqoğlu da Heydər Əliyevlə yol yoldaşı olur. Heydər Əliyev ondan soruşur:

- Siz burda neynirsiniz?

- Sizi müşahidə edəcəm, Bəlkə vaxtsa rolunuzu oynadım - deyə Nodar cavab verir. Heydər Əliyev düşünmədən onun sözünü kəsir:

- Məni oynamaq lazım deyil. Özüm elə özümü yaxşı oynayıram".

Bəli, Tanrının ona bəxş etdiyi həyat rolunu Heydər Əliyev həqiqətən   lazım olduğundan daha artıq oynamağı bacardı onun Azərbaycan naminə, millət, xalq uğruna etdiklərinə hələ çox nəsillər layiqincə dəyər verəcək.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 13 iyul. S. 7.