Əbədi qardaşlıq
(poemadan parça)
Prezident
İlham Əliyevin və
Cümhurbaşqanı Rəcəb
Tayyib Ərdoğanın
zirvəyə yüksəltdikləri
əzəli və əbədi Azərbaycan-Türkiyə
qardaşlığına həsr
olunur
Bir soyun iki qolu,
Tarixi qədim, ulu,
Şərəf dolu, şan dolu,
Parlaqdır ömür yolu,
Sanasan bir ürəkdir,
Tale bölüb ikiyə -
Azərbaycan-Türkiyə!
Nənə birdir, baba bir,
Ocaq birdir, soba bir.
Əhdi-peyman, vəfa bir,
Sədaqəti, dostluğu
Ələdüşməz tutiyə
Azərbaycan-Türkiyə!
Bakı,
ya da Ankara,
Vətəndi, getsən hara.
Bir-birinin yolunda
Dönüblər xilaskara.
Şəninə çox yaraşar
Söyləsəm nə mədhiyyə,
Azərbaycan-Türkiyə!
Yazda yağan yağıştək,
Pozulmayan
naxıştək,
Zamana bir baxıştək
Belə
düşünüb, belə
Gəlibdir ortaq rəyə
Azərbaycan-Türkiyə!
Ta əzəldən hürr olub,
Ocaq olub, pir olub,
Bir möhtəşəm sirr
olub,
Araz olub, Kür olub,
Axa-axa yönəlib
Bir ortaq müstəviyə
Azərbaycan-Türkiyə!
Yenilməyən soyumdu,
Dünya
boyda toyumdu.
Hərəsi bir boyumdu, -
Qızıl yollar salıblar
Söykənib müdrikliyə,
Azərbaycan-Türkiyə!
Ömrü-günü, həyatı
Dastan, nağıl, bayatı.
Dünyalarca muradı
Dönüb coşqun nəğməyə,
Bir yenilməz şərqiyə,
Azərbaycan-Türkiyə!
Uzun-uzun
yol gəlib,
Sevgiləri bol gəlib,
Açaraq cüt qol gəlib,
Trabzon könül verib
Qardaş
olub Şəkiyə,
Azərbaycan-Türkiyə!
Dünya
boyda el olub,
Saf inci, pak ləl
olub.
Bir-birindən yapışan
Polad bilək, əl olub.
Çətin ayıra bilə,
Kimsə
bir gün təkliyə...
Azərbaycan-Türkiyə!
Vaxtla girib yarışa,
Son qoyurlar savaşa.
Haqq-ədalət yolunda
Dəstək olub barışa,
Dünyanı qərq edirlər
Əlvan
gülə-çiçəyə
Azərbaycan-Türkiyə!
İbtidadan sonsuza,
And içib çörək-duza,
Yanaşı dağlar kimi
Durub omuz-omuza,
Qoymazlar
duru axan
Sular yolda ləngiyə
Azərbaycan-Türkiyə!
Mübariz ƏLİYEV
525-ci qəzet.-
2023.- 14 iyul. S. 15.