Türkiyədə şair Qulu Ağsəs haqqında məqalə çap olunub
Türkiyənin tanınmış "Virüs" kitab-dərgisində
tanınmış şair,
"Ulduz" jurnalının
baş redaktoru Qulu Ağsəs haqqında məqalə çap olunub.
Bakı
Slavyan Universitetinin Rus
ədəbiyyatı tarixi
kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın şairin yaradıcılığının
təməl mövzularını
önə çəkən,
üslub xüsusiyyətlərini,
antropoloji axtarışlarını
təhlil edən
"İnsan mərkəzli
şeir" adlı məqaləsi "Virüs"
mədəniyyət, sənət
və ədəbiyyat
dərgisinin son 16-cı sayında
(iyun-iyul-avqust) işıq
üzü görüb.
Həmçinin, sözügedən
sayda şair Qulu Ağsəsin bir sıra şeirləri
türkiyəli oxuculura
təqdim olunub.
Şairin
"Sual, Nida", Nöqtələr"
("Dur(y)ğu işarələri"
silsiləsindən), "Çətirim
səma", "Üstünü",
"Bir də baş qoşan deyiləm",
"Sizə kimdən
deyim" və digər şeirlərinin tərcüməsini Kəmalə
Umudova və Türkiyənin tanınmış
tərcüməçisi Uğur
Buke birgə həyata
keçiriblər.
Qeyd edək ki, budan öncə Kəmalə Umudovanın təşəbbüsü
və şair Ziya Qaratəkinlə işbirliyi nəticəsində
Türkiyədə Qulu
Ağsəsin Qarabağ
mövzusuna aid son şeirləri
də daxil olmaqla, bir sıra
yeni poeziya nümunələri
Adanada nəşr olunan "Yaşam Sanat" ədəbiyyat və mədəniyyət
dərgisində (2021-ci il, noyabr-dekabr,
say 54) işıq üz
görmüşdü.
Şahanə Müşfiq
525-ci qəzet.- 2023.- 15 iyul. S. 13.