Alim haqda gecikən yazı

 

Tibb elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar həkimi Cəlal Ağakişiyev haqqında çox danışmaq, çox yazmaq olar. Amma indi oxuculara təqdim olunan bu yazı ilə bağlı xüsusi bir məqam var. Bu da ondan ibarətdir ki, yazının müəllifi Cəlal müəllimin minlərlə tələbələrindən biri, tibb elmləri namizədi Almaz Hacıyevadır. Almaz xanım üç il əvvəl haqqın dərgahına qovuşub. Professor bu yazını təsadüfən öz arxivindən tapıb. İllər əvvəl Almaz xanım öz müəllimi haqda bu yazını yazıb sevimli müəlliminə təqdim edibmiş. İndi professor Cəlal Ağakişiyev bu yazının dərc olunmasıyla sevimli tələbəsinin xatirəsini yad etməyi özünə borc bilir...

 

 "Qüvvət elmdədir, başqa cür heç kəsHeç kəsə üstünlük eyləyə bilməz!"

 

Nizami Gəncəvi

 

 Elm adamı ürəyinin odunu yaradıcılıq axtarışlarına, xeyirxah işlərə sərf etdikcə yetkin şəxsiyyət kimi formalaşır. Nəcib əmələ dərin elmə sahib olanlar isə gec-tez həyatda layiq olduğu həqiqi adını qazanır  yüksək mövqedə dururlar. Elmin zirvəsinə ucalmağın çətinliklərini yalnız onun ağır yükünü  öz çiyinlərində daşıyan alimlər daha yaxşı bilirlər. Hər bir alimin  yüksəldiyi zirvədən onun ötən günlərinə nəzər salsan,  ömür yolunda  qədər fərəhli kədərli anlar yaşandığının şahidi olarsan.

 

Yalnız yüksək intellektə dərin zəkaya malik, iradəli nəcib duyğulu insanlar uca zirvələr fəth edib öz məqsədlərinə çata bilərlər. Daim düşünən yaradan, əqidəsi saf məsləki aydın olan bir şəxsiyyət - Cəlal Atakişiyev məhz belə alimlərdəndir. O, həmişə axtarışlarda olmuş, həyatda elmdə yeniliklər  yaratmağa can atmış indi yeni axtarışlar sorağındadır. Elmin əzablı yollarında yuxusuz gecələr, gərgin  əmək alimin ömür yoluna əbədi yazılıb. C.Ağakişiyevin elmi fəaliyyətinə nəzər salınsa, o, öz rəngarəngliyi mürəkkəbliyi ilə  nəzər-diqqəti cəlb edir.

 

Dermatoveneroloqlar ailəsinin davamçısı olan gənc həkimin bu sənətə elmə olan marağı  onu Moskva şəhərinə aspiranturaya aparıb çıxarır. Təhsil illərində o,  Mərkəzi  Elmi-Tədqiqat  Dəri-zöhrəvi Xəstəlikləri İnstitutunda "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzema neyrodermitli xəstələrin  spesifik qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi" mövzusuna dair dissertasiya  üzərində işləyir. Etiopatogenezi məlum olmayan  qaşınan dermatohlu xəstələrin müalicəsi aktual problem kimi gənc alimi düşündürür o, yeni müalicə  üsulu işləyib-hazırlamağı qarşısına məqsəd qoyur. Rusiya dermatoloji məktəbinin görkəmli nümayəndələri ilə  apardığı elmi-tədqiqat  işləri onun  yazdığı bir sıra  silsilə elmi məqalələrdə öz əksini  tapır.  Neyrodermitli ekzemalı xəstələrin immunoloji göstəricilərini  izləməklə, onların spesifik qeyri-spesifik desensibslizasiya metodları həmçinin  Şıx hidrosulfidli sularlı ilə müalicəsi  alim  tərəfindən elmi cəhətdən əsaslandırılır. 1981-ci ildə   SSRİ miqyasında ilk dəfə olaraq,  C.Ağakişiyevin həmkarları ilə birlikdə yazdığı  "Ekzema neyrodermitli uşaq yaşlı xəstələrdə  spesifik diaqnostika   qeyri-bakterial allergenlərlə hiposensibilizəedici terapiya"  adlı metodik tövsiyə həkimlərin ixtiyarına verilir. Həmin ildə gənc alim tədqiqat işini müvəffəqiyyətlə yekunlaşdıraraq, tibb elmləri namizədi  adını alır.

 

Elmə olan sonsuz marağı, sənətə məhəbbəti onu daha yeni axtarışlara sövq edir. C.Ağakişiyev Azərbaycanda iri sənaye şəhərlərində çalışan fəhlələr arasında rast gəlinən dermatozların özünəməxsus xüsusiyyətləri, neftayırma məhsullarının, fosforlu peptisidlərin günəş şüalarının insan orqanizminə olan  zərərli təsirləri haqqına öz  müşahidə mülahizələrini "Vestnik dermatologii i venerologii" jurnallarında, "Azərbaycan tibb jurnalı"nda  dermatoveneroloqların Ümumrusiya qurultayı materiallarında geniş oxucu auditoriyasına çatdırır.

Respublikada peşə xəstəlikləri ilə əlaqədar, xüsusən, neft sənayesində çalışan fəhlələr arasında  xəstəliklərin profilaktikası aktuallıq  kəsb etdiyindən, C.Ağakişiyev  bu sahədə elmi-tədqiqat işləri aparmağı zəruri sayır. Bu problemlə əlaqədar Moskva şəhərində  "Neftayırma sənayesi  məhsullarının  fəhlələrdə dəri patologiyasının inkişafına təsiri  kompleks müalicə-profilaktika  tədbirləri"   mövzusunda  doktorluq dissertasiyası üzərində  çalışır. Bu illər ərzində  SSRİ Elmlər Akademiyası  Əmək Gigiyenası    Peşə Xəstəlikləri İnstitutu D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun əməkdaşları ilə birgə eksperimentlər apararaq etdiyi ixtiralara görə müəlliflik şəhadətnaməsi alır. Heyvanlar üzərində aparılan təcrübənin nəticələrinə əsasən, furfurol   D-11 mineral yağının distillyatının orqanizmə zərərli təsirini müəyyənləşdirir   profilaktik məqsədlə fotoqoruyucu tərkibli  yeni krem  düzəldərək istifadə üçün tövsiyə edir. Nəhayət,  dissertasiyanı  uğurla başa çatdıraraq, tibb elmləri doktoru adını alır.

Dərin müşahidə qabiliyyətinə malik, bacarıqlı klinisist C.Ağakişiyev Azərbaycanda təsadüf olunmayan zöhrəvi limfaqranulomatoz xəstəliyini  iki əcnəbi vətəndaşda aşkara çıxarır, edilən təzyiqlərə baxmayaraq,  həmin xəstələrin qospitalizə müalicə olunmasına  səy göstərir. Nadir hal kimi bu təsadüf  "Vestnik dermatoloqii i veneroloqii" jurnalında  geniş işıqlandırılır. Az rast gəlinən Xaksthauzenin  klimakterik keratodermiyas, maduromikoz, paraneoplastik qara akantoz, torlu çapıqverən eritematoz follikulit, okulo-dento-digital displaziya, Elers-Danlos xəstəliyi, qulaq seyvanının düyünlü xondrpodermatiti, neyrofibramatoz kimi  dəri xəstəlikləri onun müşahidələri olur həmin faktları digər müəlliflərlə birgə qələmə alır.

"Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə öz elmini   müsəlman qardaşına da öyrədə!"  Həzrəti-Məhəmməd peyğəmbərin (s.ə.s) bu kəlamları Cəlal müəllimin müqəddəs amalı üslubunun əsas qayəsidir. Əhalinin sağlamlığı naminə  dermatoveneroloji xidmətdə çalışan gənc həkimlərin  bilik səviyyəsinin praktik təcrübəsinin artırılması üçün o, əlindən  gələni edib. C.Ağakişiyev yüksək elmi potensiala, bilik bacarığa malik kadrlardan ibarət məktəb yaradıb. Kafedraya başçılıq etdiyi müddətdə neçə-neçə dissertantın  rəhbəri olub, onlarla birlikdə elmi axtarışlarıa davam edib.

Zöhrəvi xəstəlik sayılan  sifilisin  yeni müalicə metodları  işlənib-hazırlanaraq,   oksasillin ekstensillin preparatlarının effektivliyi laborator kliniki üsullarla sübut olunub. Həmçinin Benzilpenisillinin-natrium duzu sifilisəleyhi preparat kimi   sınaqdan çıxarılaraq uşaqlarda müvəffəqiyyətlə tətbiq edilib. Bu nailiyyətlər haqqında  Yekaterinburq Ryazanda keçirilən elmi-praktik konfranslarda  geniş məlumatlar verilib.

Professor C.Ağakişiyevin  rəhbərliyi altında Azərbaycanda mövcud iqtisadi-sosial epidemioloji vəziyyətlə bağlı zöhrəvi xəstəliklərin ciddi artımı ilə əlaqədar  1994-cü ildə kafedranın  elmi istiqaməti dəyişdirilib yeni aktual  mövzuda - "Cinsi yolla yoluxan infeksiyalar yoluxucu dəri xəstəliklərinin  yayılmasında regional epidemiolji sosial faktorların təsiri nəzərə alınmaqla, kompleks müalicə-profilaktika tədbirləri proqramının işlənib-hazırlanması" istiqamətində mühüm işlər görülüb. Cinsi yolla yoluxan infeksiyaların Azərbaycanda yayılması, onların törətdiyi fəsadların müalicəsində  müasir metodların işlənib hazırlanması aktual problem kimi alimin diqqətini çəkib o, yeni dərmansız, qeyri-ənənəvi  müalicə üsulları  təklif edib. Qədim üsul sayılan - zəli ilə müalicəni elmi cəhətdən əsaslandıraraq  bir sıra xəstəliklərin müalicəsində  tətbiq etmək ideyası C.Ağakişiyev tərəfindən irəli sürülüb müxtəlif maneələr olmasına baxmayaraq, keçmiş İttifaqda  hirudoterapiyaya dair məlumatlar ilk dəfə ədəbi icmal şəklində  Moskvada  dərc  olunub. Hirudoterapiya akupunkturanın sintezi olan "hirudopunktura" termini elmə ilk dəfə C.Ağakişiyev onun yetirmələri tərəfindən daxil  edilib. Qadınlarda qalxan urogenital infeksiyaların törətdiyi fəsadların - salpinqooforitlərin uretrogen prostatitlərin  hirudopunktura ilə müalicəsinə görə ixtiraya dair   Azərbaycan Respublikası Elm Texnika  Komitəsinin patentləri alınıb. Zöhrəvi mənşəli  endometrit, salpinqooforit, prostatit, cinsi zəiflik sonsuzluq s. müalicəsində hirudopunkturanın effektivliyi barədə  dəfələrlə yerli xarici  mətbuatda elmi məqalələr, tezislər  çap olunub, elmi-praktik konfranslarda  çıxışlar edilib.  Bu mövzulara dair C.Ağakişiyevin rəhbərliyi altında doktorluq namizədlik dissertasiyaları üzərində tədqiqat işləri aparılıb tibb zəlilərini bioloji aktiv nöqtələrə tətbiq etməklə səmərəli nəticələr əldə olunub. Bioloji ritmləri nəzərə almaqla genital herpesin, sklerodermiyanın, qaşınan dermatozların müalicəsində,  Levandovski-Lyütsün ziyilşəkilli  epidermodisplaziyasında, Bexçet xəstəliyində, Turan-Solanta-Qole sindromunda, Brokun psevdopellada xəstəliyində, trofiki yaralarda, çapıq keloidlərin müalicəsində hirudoterapiya  müvəffəqiyyətlə  tətbiq edilib hər bir təsadüf  haqqında elmi məlumatlar oxuculara ətraflı çatdırılıb.

Daim yenilik axtaran professor C.Ağakişiyev təkcə dərman müalicəsi ilə kifayətlənməyərək fizioterapiya, palçıq bitkilərlə  müalicəyə üstünlük verib. "Azərbaycanın vulkanik təpə palçıqları ayaqların  trofiki yarasında  onların müalicəvi əhəmiyyəti" adlı kitabda həmkarları ilə birgə apardığı tədqiqat işinə yekun olaraq, palçıq müalicəsinin mühüm  rol oynadığı  aydın göstərilib. Şəkərli diabetli xəstələrdə aşağı ətrafların  trofiki pozğunluqlarında maqnitoterapiya   Bio-Bim-660 aparatı ilə müalicə, xroniki uretrogen prostatitlərdə "Vitafon" mikrovibrasiyalı ultrasəs  aparatı ilə palçıq müalicəsinin birgə  tətbiqi,  Buşke-Levenşteynin nəhəng kondilomasında  fototerapiya  üsulunun istifadəsi barədə məlumatlar professor İ.M.İsmayılzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş  elmi-praktik konfransın  materiallarında, Odessada çap olunan "Novoe v nauke i praktike"   Azərbaycanın "VİTA" jurnallarında  öz əksini tapıb.

Professor C.Ağakişiyevin   elmi yaradıcılığı hərtərəfli çoxşaxəlidir. O, tədqiqatlar apararaq qurudulmuş tibb zəlisinin  dispers tozunun infraqırmızı spektroskopiyasının nəticələrini öyrənib,  sifilis əleyhinə  vaksin tətbiqinin müasir  vəziyyəti haqqında, xronohirudoterapiyaya dair mülahəzələr irəli sürüb.  C.Ağakişiyev  praktik həkimlər üçün "Kandidamikoz", "Demodikoz", "Ocaqlı alopesiyanın  kliniki növləri, diaqnostikası kompleks müalicəsi", "Ekzema neyrodermitin kompleks müalicəsi", "Ekspress metodla seroloji diaqnostika", "Dermatoloji  tədqiqatlarda  tibbi-genetik  metodların  tətbiqi", "Qoturluq", "Qırmızı yastı dəmrov", "Sifilis xəstəliyinin müalicəsində ekstensillinin tətbiqinə dair" kimi dərs vəsaiti  metodik tövsiyələr işləyib-hazırlayıb.

Öz həmkarları ilə birlikdə yazdığı "Azərbaycanın vulkanik təpə palçıqları ayaqların  trofiki yarasında  onların müalicəvi əhəmiyyəti", "Dəri cinsi sfera xəstəliklərinin Azərbaycanın  təbii amillərilə müalicəsi" kitablarında  mineral sular, palçıq, naftalan, zəli müalicələri fizioterapiya metodları  haqqında geniş məlumat verilib. Həmçinin müəllifin Tibb Universiteti tələbələri  dermatoveneroloqlar üçün nəzərdə tutulmuş   "Dermatologiya venerologiya terminləri lüğəti", "Dəri zöhrəvi xəstəlikləri" kitabları həkimlərin öz bilik dairəsini genişləndirmək üçün mükəmməl sanballı əsərlərdir.

Alimin elmi fəaliyyətində  başlıca yer tutan  əsərlərin əksəriyyəti  respublikada rast gəlinən az təsadüf olunan  xəstəliklərə həsr olunub. Patomimiyalar, psevdomisetoma, Sulsberger-Qarbe xəstəliyi, Şenlöyn-Qenox Layella sindromu, yenidoğulmuşlarda  Rubro nazii Yadassoni xəstəliyi, leyşmanioz, leyomioma, limfangioma, Elers-Danlos xəstəlikləri, Yadasson-Levandovski sindromu dərinin bazal yastı hüceyrəli   xərçəngi s.     haqqında elmi  məqalələr  yerli xarici mətbuatda dərc oldunub.

 Professor C.Ağakişiyev bu gün əzmlə çalışaraq elmi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, gənc mütəxəssislərin savadlı olmaları  naminə onlara tələbkarlıqla yanaşır, öz bilik bacarığını əsirgəmir, uzun illər təcrübədə topladıqlarını onlara  səylə öyrədir. Rəhbərlik etdiyi "Sanam" assosiasiyasında yüksək səviyyədə  keçirilən  elmi-praktik konfranslarda müasir tibbin  nailiyyətləri,  yeni dərman  preparatları  müalicə üsulları barədə dövri mətbuatda dərc olunan  yeniliklər  haqqında geniş  məlumatlar verilir, diskussiya müzakirələr aparılır. Professor C.Ağakişiyev assosiasiyada çalışan  hər bir mütəxəssisi mədəni, işinə diqqətlə məsuliyyətlə  yanaşan, öz üzərində işləyən, daim  ucalığa can atan yaradıcı bir şəxs kimi görmək istəyir. Onunla çiyin-çiyinə çalışan hər kəs məhz  belə keyfiyyətlərə malik olmalıdır.

Mark Avreliyə görə, ən yüksək elm - müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. "Elm sahiblərini  elminin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqının saflığı, özlərinin  xeyirxahlığı ilə sınaqdan keçirt". Adama elə gəlir ki, zəka sahibi Nəsrəddin Tusi  bu  sözləri məhz Cəlal müəllimin ünvanına söyləyib. Bəli, bu şəxs öz xeyirxahlığı ilə çoxlarına nümunə ola bilər. Şəxsən mənə göstərdiyi qayğı xeyirxah əməllər üçün öz müəllimimə minnətdaram. Mən həyatda çox çətinliklərlə üzləşmiş, maneələrə rast gəlmişəm. Cəlal müəllim ömrün bu keşməkeşli yollarında mənim qolumdan tutaraq büdrəməyə qoymayıb, bir ata kimi öz qayğısını əsirgəməyib. Mən həmişə onun kimi  mübariz, döyüşkən optimist olmağa çalışmışam. Professor C.Ağakişiyev  mənim üçün həyatda örnək ola bilən ideal bir insandır.

Cəlal müəllim qeyri-adi şəxsiyyətdir. Onun qeyri-adiliyi məhz digərlərinin  görə duya bilmədikləri bir çox şeylərdir. İncə qəlbli, fəlsəfi düşüncəli  bu şəxs  əxlaqi saflığı, yüksək estetik zövqü ülvi insani hissləri  özündə cəmləşdirən bir  insandır.

Mən Cəlal müəllimi  qayalarda vüqarla dayanan bir qartala bənzədirəm.  Qartal, adətən,  öz şikarını ovlamaq üçün səmadan  sürətlə aşağı - torpağa sarı şığıyır. Ancaq mən  belə istəməzdim.  İstərdim ki, Cəlal Ağakişiyev heç kəsə əyilməyən əqidəsindən dönməyən bir şəxsiyyət kimi  yüksək zirvələrdə həmişə əzəmət vüqarla dayansın!..

 

Almaz HACIYEVA

525-ci qəzet.- 2023.- 15 iyul. S. 20;24.