Milli Kitabxana
“Professor Ədibə Paşayeva” adlı virtual sərgi
hazırlayıb
İyulun
18-də böyük ziyalı, Əməkdar müəllim,
professor Ədibə Paşayevanın 80 yaşı tamam olur.
Yubiley
münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən “Professor Ədibə Paşayeva” adlı
virtual sərgi və eyniadlı kitab sərgisi
hazırlanıb.
Kitabxanadan
AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Ədibə
Paşayeva haqqında kitab və məqalələr, müəllifi,
tərtibçisi və redaktoru olduğu Azərbaycan və
rus dillərində kitablar, eyni zamanda, Mir Cəlal Paşayevə
həsr olunmuş kitablar, ənənəvi sərgidə isə
mövzu ilə əlaqədar kitablar nümayiş olunur.
Ədibə
Mir Cəlal qızı Paşayeva 1943-cü il iyulun 18-də
Bakı şəhərində anadan olub. 1960-1965-ci illərdə
Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil
alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra
əmək fəaliyyətinə Bakı Dövlət
Universitetində başlayıb. Rus ədəbiyyatı
kafedrasının müəllimi, baş müəllimi, Xarici
tələbələr üçün rus dili
kafedrasının müdiri işləyib.
2004-cü
ildən BDU-da Humanitar fakültələr üzrə rus dili
kafedrasının müdiri olan Ə.Paşayeva 2005-ci ildən
həmin kafedranın dosenti, 2017-ci ildən professorudur.
Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən
Ə.Paşayeva bir çox kitab və dərsliklərin
müəllifidir. Hal-hazırda BDU-nun Rus ədəbiyyatı
tarixi kafedrasının müdiri vəzifəsində
çalışmaqda davam edir.
Ədibə
Paşayeva “Tərəqqi” medalına, “Qabaqcıl təhsil
işçisi” və “Əməkdar müəllim” fəxri
adlarına layiq görülüb.
525-ci qəzet.- 2023.- 19 iyul. S. 10.