Ömrün yetmiş beşində

 

Ömrün zirvəsinə yetişən adamların, demək olar, hər biri "heç bilmirəm bu illər necə gəldi, necə keçdi?" deyib zamanın sürətindən gileylənir, hətta bir az da irəli gedir, keçmişə qovuşub itən vaxtı yamanlayırlar. Dediyim yaşın astanasında olduğum üçün bu hiss mənə tanışdır, amma bir qədər dərindən, əhatəli düşünəndə, ömrün keçmişə qovuşmuş mənzərəsini bərpa etməyə çalışanda yanıldığını görürsən. Başa düşürsən ki, zaman səndən, sənin hisslərindən, duyğularından  asılı olmayaraq öz axarı ilə, həmişəki sürəti ilə gedir, irəliləyir. Sən sadəcə, onu subyektivcəsinə qavrayır, duyursan.

Ötən illəri xatırlayıb keçmiş mənzərəni göz önündə canlandıranda, 75-i tamam eləmiş adam, həqiqətən uzun bir ömür yaşadığının fərqində olur, bəlkə olmalıdır. Yaşadığın bu ömürdə nələr olmayıb, nələrdən keçməmisən, dövrəndə, əhatəndə olan qədər adamı dost-yoldaş kimi qazanmısan, həmin adamlarla ömrün zirvəsinə doğru irəliləmisən, həyatından yaxşı, ya pis rol oynamış qədər adam, hadisələr, olaylar gəlib keçib.  O doğma adamların bir yuxuya, zamanın içinə qarışmış xatirəyə çevrildiyinin fərqinə varır, nisgildən göynəyirsən.

Dostum Zakir Abbasın yubileyi haqqında yazmağa başlayanda spontan olaraq hamıya məlum bu fikirlər gəldi ağlıma. Yaşadığın bu ömür doğrudanmı belə sürətlə gəlib keçib? Bu zamanın içində necə yaşadın, özünün çox vaxt könüllü seçdiyin həyat missiyasını necə yerinə yetirdin? Bu suallara cavab vermək, ömrünü ələk-vələk eləmək üçün yenə keçmişə baş vurmaq lazım gəlir.

Mən Zakir Abbası səksəninci illərin axırlarından tanıdım. Yenicə nəsrdən dramaturgiyaya keçirdim, bir-birinin ardınca pyeslər yazır, onların səhnə üzü görməsini arzulayır, bu yolda da bacardığım qədər çalışırdım. Beləcə, Mədəniyyət Nazirliyinin bir pərdəli pyeslər üçün elan etdiyi müsabiqədə mənim bir əsərim qalib gəldi. Həmin müsabiqənin kuratoru Nazirliyin əməkdaşı Zakir Abbasla tanış oldum. Eyni vaxtda Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin müdiri Vaqif Əlixanlı ilə yollarımız görüşdü. Onların hər ikisinin yaradıcılığıma olan müsbət münasibəti pyeslərimin səhnəyə yol tapmasında əhəmiyyətli rol oynadı. Mədəniyyət Nazirliyində işlədiyi illərdə Zakir Abbas Moskvada Kiyevdə Azərbaycanın mədəniyyət  incəsənət günlərinin, eləcə Mahaçqalada Qırmızı Körpüdə təşkil edilmiş Qafqaz xalqlarının folklor bayramının iştirakçısı ssenari müəllifi olmuşdur.

Sonralar biz az-az, təsadüfdən-təsadüfə görüşürdük, amma aralıdan olsa da,  Zakir Abbasın bir jurnalist televiziya aparıcısı kimi fəaliyyətini izləyirdim. Bu, ölkədə yeganə televiziya kanalının fəaliyyət göstərdiyi elə bir vaxt idi ki, teleekranda görünmək hər adama qismət olmurdu. Zakir Abbas isə iyirmi il davamlı olaraq "Ocaq", "Hücrə", " qoç - qara qoç"   "Meydan" verilişlərinin həm müəllifi, həm aparıcısı idi. Adət-ənənələrimizdən, zəngin folklorumuzdan, milli-mənəvi dəyərlərimizdən bəhs edən bu proqramların uzunömürlü olmasında, şübhəsiz, müəllif aparıcı kimi Zakir Abbasın rolu həlledici idi.

Zakir Abbas ölkənin ictimai-siyasi həyatında bir jurnalist kimi həmişə ön cərgələrdə olub. Bu məqamda 80-90-cı illəri yada salmamaq mümkün deyil. Siyasi hadisələrin, ictimai təbəddülatların ədəbiyyatın, incəsənətin önünə keçdiyi bir vaxtda qaynar hadisələrin fonunda bir fəal kimi Zakir Abbasın da səsi eşidilirdi. O, bir jurnalist kimi cəmiyyətdə baş verən hadisələrə dərhal münasibət bildirir, konkret operativ məqalələrlə, publisistik yazılarla çıxış edir, ictimai-siyasi tədbirlərdə fəallıq göstərirdi.  1981-ci ildən fəaliyyətə başlayan Azərbaycan Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi birinci katibi Zakir Abbas olmuşdur. Azərbaycan Jurnalistlər Konfederasiyası İdarə Heyətinin formalaşmasında Azərbaycan Jurnalistlər Birliyinin yaradılmasında da onun müstəsna xidməti olmuşdur. "Məqam" "Liqa" qəzetlərinin təsisçisi baş redaktoru kimi jurnalistlik fəaliyyətini davam etdirən Zakir Abbas 300-dən çox publisistik məqalənin, "Məad", "Dərəbəylik" televiziya pyeslərinin "Kənar adam" kitabının müəllifidir. Coşqun məhsuldar jurnalistlik fəaliyyətinə görə Zakir Abbasa 2005-ci ildə Əməkdar jurnalist fəxri adı verilmişdir.

Zaman keçir, ictimai-siyasi hadisələr bir qədər səngiyir, müstəqillik dönəmində yeni qaydalar, yeni insan münasibətləri, yeni yaşam ukladları formalaşır Zakir Abbas da ictimai fəallığını bir qədər azaldır bütün bacarığını yaradıcı işlərə yönəldir. Daha çox tərcümə sahəsinə köklənir. Dünya ədəbiyyatının məşhur simalarının əsərlərini dilimizə çevirir. Görkəmli teatr reformatoru K.Stanislavckinin iki cildlik "Seçilmiş əsərləri"ni ilk dəfə doğma dilimizə məhz Zakir Abbas çevirmişdir. V.Snegiryovun "Barıt qoxulu sübh çağı", C.Morossinin "Tamerlan", İ.Buniçin "Partiyanın qızılları", F.Dostoyevskinin "Cinayət cəza" kimi məşhur romanlarının  Azərbaycan dilinə tərcüməsi   Zakir Abbasa məxsusdur. Bu siyahıya Homer Cekin "Qandi müdrikliyi", İrvin Yalomun "Nitsşe ağlayanda", hind filosofu Oşonun "Meditasiya"sını xarici ölkə dramaturqlarının 10-dan çox səhnə əsərini əlavə etmək olar.  Bu möhtəşəm əsərlərin tərcümə keyfiyyətindən söz açanda, bir onu demək lazımdır ki, Zakir Abbas tərcümə fəaliyyətinə əsl yaradıcılıq işi kimi baxır. O, internet vasitəsilə  tərcümə olunmuş mətni yüngülvari redaktədən sonra nəşriyyata ötürən tərcüməçilərdən fərqli olaraq, istənilən kitabın Azərbaycan dilinə çevirdiyi mətninin ikinci müəllifi kimi çıxış edir.

günlərin bir günündə əmək fəaliyyətinə müəllim kimi başlamış Zakir Abbasla iyirmi ildən çox çalışdığım Mədəniyyət İncəsənət Universitetində  qarşılaşdıq. Məlum oldu ki, biz bir kafedrada işləyəcəyik. Çoxdan tanıdığım, amma yaxından bələd olmadığım Zakir Abbasla həm həmkar, həm dost olduq. İndi əyani şəkildə gördüm ki, Zakir müəllim çalışdığı hər bir işə son dərəcə məsuliyyətlə, sevgi ilə yanaşan, dərs dediyi tələbələrini övladlarından ayırmayan bir pedaqoq, yüksək peşəkarlığı ilə seçilən müəllimdir. Bununla bərabər gördüm ki, Zakir Abbas heç bir şəraitdə əyilməyən, yaltaqlığı, yarınmağı yaxına buraxmayan, ədalətsizliyə   dözməyən, haqqın qələbəsi üçün əlindən gələni əsirgəməyən, hətta dava eləməyə hazır adamdır. Bu keyfiyyətlər ona məişət müstəvisində bəzən problemlər yaratsa da, geri addım atan, peşmanlayan deyil.

Zakir Abbasda ən çox qiymətləndirdiyim keyfiyyətlərdən biri onun mərhəmətli halal insan olmasıdır. Müəllim üçün bunlar ən vacib keyfiyyətlərdir. Tələbələrinin uğuruna sevinən, fəxr eləyən, onu hamıya göstərməyə maksimum şərait yaradan, səy göstərən müəllim kimi əvəzsizdir. Tələbələrinin yaradıcılığından ibarət iki toplunun təmənnasız nəşr etdirilməsi Zakir Abbasın xeyirxah təşəbbüsünün nəticəsidir.

Sözümün əvvəlinə qayıdıram: 75 illik ömür! Bu illər ərzində Zakir Abbasın heç hamar-humar olmayan maraqlı zəngin həyat yolunu, fəaliyyətini, geniş diapazonlu yaradıcılığını tam əhatə edə bilməsəm , keçib getmiş illərinə bu gününə kiçik bir ekskurs elədim. Amma demədim ki, Zakir Abbas canıyanımlı yaxşı bir atadır, onun Cavid kimi oğlu, Humay kimi qızı çox gözəl, istedadlı nəvələri, bir sözlə, gözəl ailəsi var. Yaşamağa, işləməyə, fəaliyyət göstərməyə dəyər.

75 yaşın mübarək, Zakir Abbas!         

 

Əli Əmirli

525-ci qəzet.- 2023.- 18 iyul. S. 13.