Şərqin Qapısından parlayan sənət ulduzu

 

Səidə Müslüm qızı Məmmədova 25 may 1942-ci ildə Naxçıvanda qulluqçu ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Naxçıvan 1 saylı musiqi məktəbində Ləman Atakişiyevadan Qimpeleyevdən dərs alıb. Yüksək istedadı xüsusi musiqi bacarığı olan bu gənc qız sənətinin vurğununa çevrilib müəllimləri tərəfindən sevilib. 1962-ci ildə Bakıdakı A.Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil olan S.Məmmədova 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Konservatoriyanın xor dirijorluğu fakültəsinə qəbul edilib. Təhsil illərində görkəmli bəstəkar Cahangir Cahangirovdan, həmçinin Eduard Novruzovdan dərs alaraq Azərbaycan dünya klassiklərinin yaradıcılığını öyrənib.

Maraqlıdır ki, o, təhsil almaqla yanaşı, pedaqoji fəaliyyətə başlayıb, Nərimanov rayon mədəniyyət evinin nəzdindəki musiqi məktəbində fortepiano xor müəllimi, həm buradakı ansamblın bədii rəhbəri olub. Musiqi məktəbində o, ilk uşaq xoru yaratmaqla yanaşı, həmin xora dirijorluq da edir.

1969-cu ildə konservatoriyanı bitirdikdən sonra S.Məmmədova Naxçıvana qayıdaraq ilk musiqi təhsili aldığı Naxçıvan şəhər 1 nömrəli musiqi məktəbində fortepiano, nəzəriyyə, solfecio, xor fənlərini tədris etməyə başlayır.

Gənc musiqiçi Naxçıvan musiqi mədəniyyətinin inkişafı üçün əzmlə çalışaraq burada "Nəqşicahan" xalq çalğı alətləri ansamblını yaradır. Ansamblın ifalarının daha ahəngdar səslənməsi üçün özünün şəxsi vəsaiti hesabına 15 çalğı aləti alır ki, bu sıraya ud, kanon, dombra, balalayka kontrabas kimi alətlər daxil idi. S.Məmmədova bu ansambl üçün vahid geyim formasını da öz şəxsi vəsaiti hesabına əldə edir. Onun  fədəkarlığı, əzmlə çalışması dövlət tərəfindən layiqincə qiymətləndirilir. 1972-ci ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illik yubileyi ilə əlaqədar keçirilən dövlət tədbirinin hazırlanması S.Məmmədovaya həvalə edilir bu, onun taleyində növbəti bir uğurun əsasını qoyur. Konsert proqramında C.Cahangirovun "Naxçıvan haqqında kantata"sını hazırlamaq S.Məmmədovaya həvalə olunur. Naxçıvanda belə bir əsərin ifa olunması üçün lazımi kadrların olmamasına baxmayaraq, istedadlı musiqiçi bu işin öhdəsindən gəlir. Bu əsərin ifası üçün Naxçıvanda fəaliyyət göstərən bütün mədəniyyət işçilərini bu xora cəlb edərək, onlarla yorulmadan məşqlər aparır əsərin yüksək səviyyədə səslənməsinə nail olur. Konsertdən sonra respublikamızın rəhbəri Ulu öndər Heydər Əliyev S.Məmmədovaya belə bir kollektivlə uğurlu çıxışına görə təşəkkür edir.

S.Məmmədova qazandığı müvəffəqiyyətlərin müqabilində 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi, 1973-cü ildə Naxçıvan MSSR Ali Soveti, 1974-cü ildə SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.       

Gənc olmasına baxmayaraq, professional bir sənətkar kimi həm xalqın, həm dövlətin rəğbətini qazanan S.Məmmədova 1975-ci ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin edilir. Bu məktəbdə çalışdığı illərdə Naxçıvan musiqi mədəniyyətinin inkişaf etdirilməsi yolunda bir çox yeniliklərə imza atır. Məktəb üçün yeni binanın alınması, təmir edilməsi, təhsilin yüksək səviyyədə mənimsədilməsi üçün ixtisaslı kadrların  dəvət edilməsi bu sıradadır. S.Məmmədova Azərbaycanın tanınmış musiqiçilərini məktəbə dəvət edərək onlarla tələbələrin görüşünü keçirməklə gənc musiqiçilərin onların yaradıcılıqlarından bəhrələnmələrinə şərait yaradır. Orta ixtisas musiqi məktəbində direktor vəzifəsində çalışdığı illər S.Məmmədovanın yaradıcılıq fəaliyyətinin xüsusi bir mərhələsini təşkil edir. Peşəkar-ixtisaslı kadrların hazırlığı, tədris üçün lazım olan dərs vəsaitlərinin alınması, müxtəlif ansamblların təşkili, xor kollektivləri, müxtəlif ansambllar, vokal qrupları nəfəsli xalq çalğı alətləri orkestri yaradılması bu kollektivlər üçün geyimlərin alınması ciddi fədakarlıq tələb edən işlərdir. Qeyd edək ki, bu kollektivlərin bəziləri üçün geyimləri S.Məmmədova öz əlləri ilə tikib hazırlayırdı.

1977-ci ildə Muxtar Rrespublikada bədii özfəaliyyətin inkişaf etdirilməsində yüksək xidmətinə zəhmətkeşlərin bədii özfəaliyyət yaradıcılığının genişlənməsi, Birinci Ümumittifaq Festivalının hazırlanması keçirilməsindəki xidmətlərinə görə S.Məmmədova Naxçıvanın Əməkdar incəsənət  xadimi fəxri adına layiq görülüb. 11 aprel 1988-ci ildə isə o, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı ilə təltif edilib. 1999-cu ildə S.Məmmədovanın təhsildə elmi sahədəki fəaliyyəti Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komisiyası tərəfindən yüksək səviyyədə qiymətləndirilərək ona dosent elmi adı verilib.

1993-cü ildən etibarən S.Məmmədova Naxçıvan Dövlət Universitetinin nəzdində açılmış Konservatoriyanın Fortepiano kafedrasının müdiri vəzifəsini şərəflə, bacarıqla yerinə yetirməkdədir. S.Məmmədova əvvəlki kollektivlərdə olduğu kimi, burada da böyük fədakarlıqla, zəhmətlə elmi-pedaqoji fəaliyyətini davam etdirir. Bütün bu gərgin işlərlə yanaşı, yaradıcılıqdan da qalmayan gözəl dirijor, istedadlı musiqiçi Səidə Məmmədova Naxçıvanın musiqi mədəniyyətinə bir çox yeniliklər gətirməklə yanaşı, Azərbaycan musiqi mədəniyyəti elmi tarixinə dəyərli töhfələr verib. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 27 yanvar 2012-ci il tarixli (Protokol ¹02-R) qərarı ilə ona professor elmi adı verilib. S.Məmmədova 10 may 2007-ci ildə Azərbaycan Prezidentinin Fəxri təqaüdünə 20 oktyabr 2007-ci ildə isə Azərbaycan Respublikasının "qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb.

Dövlət tərəfindən dəfələrlə  təqdim bu mükafatlara tutduğu vəzifələrə baxmayaraq, təvəzökarlığı, sadəliyi səmimiyyəti ilə mədəniyyət incəsənət xadimləri, universitetin müəllim tələbə kollektivi, eləcə xalq arasında böyük hörmət qazanmış S.Məmmədova sənətinin vurğunu olmaqla yanaşı, Azərbaycan musiqi mədəniyyətinə çoxlu sayda ixtisaslı kadrlar yetişdirərək bəxş edib. O, gözəl pedaqoq vətən üçün layiqli övladlar yetişdirən fədakar ana nəcib Azərbaycan xanımıdır.

S.Məmmədovanın yaradıcılığı, peşə fəaliyyəti şəxsiyyəti haqqında ayrı-ayrı şəxsiyyətlərin fikirləri son dərəcə maraqlıdır. 2004-cü ildə akademik Budaq Budaqov Naxçıvan Dövlət Universitetində olarkən S.Məmmədovanın quruluşunda Ü.Hacıbəylinin "Arşın mal alan" operettasına tamaşa edir çox razı qalır. Bu tamaşa haqqında öz təəssüratlarını akademik İsa Həbibbəyliyə yazdığı məktubda B.Budaqov belə ifadə edir: "Səidə xanım Məmmədovada olan şuxluq, dirijorluq məharəti enerjisi çıxış zamanı hər bir artistə çalğıçıya paylanırdı. Bütün tamaşanın enerji qütbü drijorda cəmləşmişdi".

S.Məmmədovanın yaradıcılığı haqqında "Bakinskiy raboçiy", "Şərq qapısı" digər qəzetlərdə geniş məqalələr dərc edilib.

S.Məmmədovanın yaradıcılıq yolunu izlədikcə onun Azərbaycan mədəniyyəti tarixində özünəməmxsus yer tutduğuna əmin oluruq. Onun bəstələdiyi  mahnılarda musiqi ilə sözlər çox gözəl vəhdət təşkil edir. İ.Həbibbəylinin ("Naxçıvanam"), M.Nəsirlinin ("Sevirəm yurdumu"), Hüseyn Razinin ("Ürəyimdəsən"), Kəmalə Ağayevanın ("Nigarım mənim", "O kaman səsi") digərlərinin sözlərinə yazdığı mahnılar buna sübutdur.

Qədim Şərqin Qapısı Naxçıvandan parlayan sənət ulduzu Səidə xanım Məmmədovaya uzun ömür, cansağlığı tükənməz yaradıcılıq enerjisi arzulayıram.

 

Bənövşə RZAYEVA

525-ci qəzet.- 2023.- 19 iyul. S. 12.