Şekspir dünyası
(Əvvəli var)
Qəzəblənmiş Leont orakulu məhkum edir, lakin bir
sözlə dayandırılır
ki, Mamilli ölmüşdür.
Hermionanın ürəyi
gedir və kənara aparılır. Leont özünün irrasional səfehliyi kimi, Apollonun qəzəbindən də
hali olur. Paulina bu vaxt tək
bir kəlmə deyir ki, Hermiona da həmçinin öldü.
Əhvalı korlanan və peşman olan Leont öz
kraliçasının və
onların birgə oğlunun matəmini özünün bütün
gələcək illəri
ərzində saxlayacağına
and içir.
Bohemiyanın tufanlı sahilində
Antiqon öz kiçik vəzifəsini
yerinə yetirmək üçün quru yerə çıxır və hazırlaşır
ki, körpəni tullasın.
Bu vaxt o, öz yuxusunu yadına salır ki, Hermiona onun körpəsi Perditanı kənara apardığına görə
onu cəzalandırır
və xəbərdar edir ki, o, heç vaxt bir daha
öz arvadını görməyəcəkdir. Hələ
də Perditanın Poliksenin uşağı olduğuna inandığından,
Antiqon düşünür
ki, yaxşı haldır
ki, o, uşağı öz
həqiqi atasının
torpağı üstünə
qoyur. O, ov səsi eşidir və qaban onun
arxasına düşür.
Qoca çoban uşağı
tapır, bu vaxt onun oğlu
Klaun xəbər verir ki, qaban Antiqonu parçalamaqla,
"yarı nahar etdi". Onlar "əsl qızıl" kimi səslənən daş-qaşı körpənin
üstündə tapdıqlarını
bayram edirlər və minnətdarlıq kimi onlar söz
verirlər ki, parçalanmış
Antiqonun bədənindən
nə qalıbsa, onu dəfn edəcəklər.
Xorun oxuması vaxtı, elan edilir ki, həmin hadisələrdən artıq
16 il keçmişdir. Leont
hələ də qüssə içərisindədir,
lakin Perdita və Poliksenin oğlu Floritsel bu vaxt
sevişirlər. Poliksen
və Kamillo Floritselin sevdiyi qızın Qoca Çobanın qızı
olduğunu düşünürlər.
Ölkənin içindən
keçən yolda
bandit və dələduz,
əclaf və minnstral (müğənni)
Autolik bahar sevinci mahnısını oxuyur və özünün sənətinə
görə sevinir. Bu vaxt Klaun qoyun
qırxımı bayramına
gedəndə onun yoluna gəlib çıxır. Autoliksə
tez onun pul qabını tutub alır. Yaxında çobanın kotteci yerləşir.
Perdita və Floritsel bayram paltarında gəlirlər, Perdita ilahə
donu, Floritsel isə kəndli paltarı geyinmişdir. Floritsel şahinin uçuşuna görə
özünün adlandırıldığı
"Dorikl" adına
öyrənmişdir, çünki
quşun uçuşu
vaxtilə onu məhz Perditanın yanına gətirib çıxarmışdı. Lakin o, əvvəlcədən demişdi
ki, kral bir gün onları ayıracaqdır.
Qoyun qırxımı bayramı
özünə yerlilərdən
çox sayda camaatı cəlb etmişdi, Poliksen və Kamillo da maska geyinib, bayramda iştirak edirdilər. Ev sahibəsinə rəqs etmək göstərişi
veriləndə, Perdita çiçəkləri
aparıb Poliksenə verir. O da heyran qalmaqla yanaşı, deyir ki, kübarlar özlərindən aşağı
sinifdən olanlara evlənmirlər.
Məhəbbətin zərbəsinə
məruz qalmış
Floritsel Perditanı inandırır ki, onun hər bir hərəkəti
kraliçanınkı kimidir
və hətta Poliksen hiss edir ki, Perdita
"bu saray üçün həmçinin
nəcib bir qızdır". Gənc
sevgililər rəqsdə
bir-birinə qoşulanda,
kral Qoca Çobandan soruşur ki,
"Dorikl"in, əslində
isə o, Floritsel idi, onun qızına
məhəbbəti haqqında
nə deyə bilər?
Autolik daha çox mahnı oxuya-oxuya gəlib çıxır,
şənlik qızışır.
Floritsel və Perdita Qoca Çobandan xahiş edirlər ki, onların evlənməsinə
icazə versin. Bu vaxta qədər maskada olan Poliksen
"Dorikl"dən onun
atası barədə
soruşur. Floritsel bu sualdan kənara
atılır, kral maskasını çıxarmaqla,
özünü açıb
göstərir və oğlunu irssiz qoyacağı ilə hədələyir.
Poliksen gedəndə, Kamillo Floritseli məcbur edir ki, atası ilə sülh bağlasın, lakin gənc şahzadə bundan imtina edir.
Hətta Perdita əvvəlcədən
tale barədə dediyini
oğlanın yadına
salanda, Floritsel elan edir ki, o, öz varisliyini elan edəcəkdir
və onlar birlikdə gəmi ilə Bohemiyanı tərk edəcəklər.
Kamillo Floritselə deyir ki, Siciliyaya getsin və özünü elə göstərsin ki, guya onu atası
Leontla sülh bağlamaq üçün
göndərmişdir. Floritsel
Kamillonun planını
entuziazmla qarşılayır
və öz geyimini Autoliklə dəyişir ki, Perdita ilə
bir yerdə qaçdığını maskalasın.
Qoca Çoban kralın onu cəzalandıracağından təşvişə
düşür. Klaun
onu inandırır ki,
krala desin ki, Perdita dəyişdirilmiş qızdır
və sübut üçün onun daş-qaşlarını göstərsn.
Autolik, saraya getmək istəyən cütlüklə görüşür
və guya qızıl verəcəyi
ilə onları aldadır. Əclaf sonra Floritseldən ayrılmaq istəyir.
Siciliyanın kral sarayında
Kleomen və Dion krala deyirlər ki, o, kifayət qədər hündür səviyyəyə
yüksəlmişdir və
indi varisinin olması üçün
özünə arvad tapmalıdır. Lakin Paulina onu
xəbərdar etmişdir
ki, heç kəs Hermionanın yerini tuta bilməyəcəkdir.
Leont şikayətlənir
ki, Paulinanın razılığı
olmadan heç vaxt evlənməyəcəkdir.
Floritsel
və Perdita saraya gəlirlər və Poliksenin məhəbbət
və barışmaq barədəki mesajından
Leont həyəcanlanır.
Poliksenin özü də Siciliyaya gəlir və onun gəlişi sonra elan edilir. Saraydan kənarda sürətə yayılan
xəbərə görə
Perdita özünün kimliyinin
Leonta açıb danışdıqdan sonra,
nəhayət, ata və itirilmiş qız bir-birinə qovuşurlar.
Leont və onun bohemiyalı
qonaqları Paulinanın
evindəki kiçik kilsəyə yığışır,
onlar Hermionanın buradakı heykəlinə
valeh olurlar. Paulina onarı xəbərdər
edir ki, kraliça sağlığında həyata
xoş münasibət
bəsləyirdi. Hətta
Leont qaş-qabağın
salladı ki, niyə
16 il əvvəl ona belə xəbərdarlıq
edilməmişdi. O istədi
ki, heykəli öpsün.
Lakin Paulina onu dayandırdı,
əvəzində onu
daha təəccüblü
olan bir şeyə hazırladı.
Sonra göstəriş verdi
ki, "heykəl" pyedestaldan
aşağı düşsün.
Möcüzə kimi,
qoyulduğu yerdən enib, döşəmə üstündə dayananda Hermiona artıq həyata qayıtdı və Perditanın sağ olduğunu bildikdə, sevinclə Leontu qucaqladı. Paulina, Hermionaya müraciət edərək, sən "bütünlüklə qiymətli
qalibsən" deyə
bayram etməyə başladı, lakin əlavə etdi ki, o, özü Antiqonu itirdiyinə görə daim ağı deyəcəkdir. Lakin Leont
irəliyə doğru
bir addım atıb, Kamilloya təklif etdi ki, Paulinanın yeni əri olsun.
"Qış nağılı"nın
mövzusu qısqanclığa
həsr olunmuşdur.
Lakin ağıllı Yaqonun
bəd sxemlərinə
tabe olan "Otello"dakı Mavra bənzəməyərək, Leont
öz zəhərindən
istifadə edir. Və bir andan
sonra onun dili də göstərir
ki, hirs fəaliyyətdədir,
ilk dəfə o, arvadının
günahsız olaraq Poliksenə qarşı hərarətli münasibətini
səhv başa düşmüşdü, sonra
özünü onun zinakarlığına inandırmışdı
və axırda onu öldürmək istəmişdi.
Paulina və Kamillo ağılın səsi idilər, lakin onlar da Leontun maniya xarakterli sözləri içərisində
boğulmuşdular.
Nəhayət, Leont öz ən pis işini
gördü və vicdan əzabından iflic oldu. Şekspir
əhval-ruhiyyəni dəyişir,
Leontun dirilən iki qurbanından, diqqəti Hermionaya yönəldir, axı Leontun heç bir əsası olmayan qısqanclığının
mənbəyi məhz
o olmuşdu. Hermiona həyata qayıtmaqla, Leontu bağışlayır.
Şekspir öz hekayət siklini tamamlayır və sübut edir ki, ailənin yenidən birləşməsi romantika
üçün adətən
tipik bir şeydir.
"Tufan"
pyesi
"Tufan"
pyesi müəllifliyi
müstəqil olaraq Şekspirə aid edilən
son pyesdir. 1611-ci ildə
yazılan və həmin ildə ilk dəfə Uaythollda kral Ceymsin qarşısında
göstərilən tamaşa
idi və dramaturqun ən populyar əsərlərindən
biri hesab olunur. Çox vaxt sehrin, mahnının,
rəqsin və teatr maskasının görüntüləri kimi
təqdim olunur. Həmçinin pyesdə təsvir olunanlar hər bir təxəyyül
edilən siyasi və psixoloji situasiyanın alleqoriyası
kimi xidmət edir. "Tufan" üçün
mənbənin nə olduğu bilinmir və bəlkə də, Şekspir bunu öz ağlında
quraşdırmışdır. Belə bir nöqteyi-nəzər
də vardır ki, istirahətə gedən Şekspir öz həyatını fikirləşməyə
başlayır, əsərindəki
münəccim Prosperodan
şair və dramaturq kimi istifadə edir. Epiloqda Prospero iddia edir ki, heyran olmaq sona çatır.
Lakin "Tufan" hər bir
yaşda təzə niyyət barədə danışır. Şekspir
günlərində xalqın
caduya olan inamı əks-səda doğururdu, bu vaxt həm də
ekzotik yeni torpaqların
kəşf edilməsi
şadlıqla qarşılanırdı
və hakimiyyətin uzurpasiyası isə bəyənilmirdi.
Aktyorlar
hadisə yeri kimi, demək olar ki, bütöv bir adanı seçirlər və bu, özlüyündə
cənnət və siyasi utopiya fantaziyası yaradır.
Ada Şekspir erasındakı
ideallaşdırılmış Yeni Dünyadakı avropalıların
məskunlaşdıqları bir yerə bənzəyir.
Təxəyyülün qüdrətli
səltənətinə görə
bu, teatrın özünə daha çox bənzəyir. Kral Alonso, onun şəriki Ferdinand və
Neapol sarayının üzvləri Tunisdən gəmi ilə vətənə qayıdırlar.
Orada onlar Tunis kralının qızı
ilə Alonsonun evlənmə mərasimində
iştirak etməyə
gəlmişdilər. Gəminin
göyərtəsində həmçinin
Milanın uzurpator hersoqu Antonio da vardır.
O, indi zahid həyatı keçirən,
12 il əvvəl isə
öz populyarlığı
ilə seçilən
qardaşı Prosperonu
sıxışdırıb vəzifədən uzaqlaşdırmışdı.
Prosperonu və onun körpə qızını altı deşik olan bir qayığa mindirmişdilər ki, dənizdə
hökmən məhv olsunlar. Lakin sonları çatmaq əvəzinə,
onlar kiçik bir tropik adaya
gəlib çıxmışdılar.
Onlar adada əvvəllər Sinoransın məskunlaşdığını
öyrəndilər, o, Əlcəzairdən
sürgün edilmişdi
və artıq ölmüşdü. Lakin onun
şər təsiri hələ də yaşayırdı. Bu qadına
tabe olmaqdan imtina etdiyinə görə dustaq edilən Arielin ruhu hansısa bir yolla onu
hələ də əsirlikdə saxlayırdı.
Bu vaxt qadının monstr oğlu Kanibal anasının adasını axtarırdı
ki, valideyninin bu irsinə iddia etsin. Prospero və qızı Miranda həmin
adaya ayaq basanda, münəccim olan ata tezcənə
öz gücünü
göstərdi, Arieli və Kanibalı özünün təbəələrinə
çevirdi. Bu vaxt həm də Prospero Alonsonun donanmasının yaxın məsafədə
üzdüyünü öyrənib,
onlardan öz qisasını almaq üçün hazırlaşdı.
Prosperonun
adanı satmaq istədiyindən əvvəl
gəmi tufana düşmüş və
sərnişinlər ondan
çıxa bilməmişdilər.
Neapol kralı Alonsonu və onun sarayını göyərtəsində apardığı
gəmi bu vaxt quduz tufanla
üzləşmiş və
elə görünürdü
ki, gəmi batacaqdır.
Yaxındakı adada olan münəccim Prospero şadlanırdı, lakin onun qızı Miranda atasının bu reaksiyasına görə çox məyus olmuşdu. Nəhayət, atası açıb ona dedi ki, mən,
Milanın hersoqu olmuşdum və bu, indi heç
də hakimiyyət üçün deyil, yalnız kitablar üçün maraqlıdır.
O, özünün paxıl
qardaşı Antonioya
icazə vermişdi
ki, onun adından hersoqluğu idarə etsin. Lakin Antonio Alonso ilə
birlikdə Prosperoya qarşı qəsd düzəltdi ki, Milan hersoqu
kimi özü onun yerini tutsun.
Prospero həm də gələcəkdə öldürüləcəyinə
görə çox populyar idi. Belə
ki, o və qızı
Miranda dibindəki deşiyindən
su keçən qayıqda dənizdə dreyf etməyə buraxılmışdılar, lakin
qayıq onları adaya gətirib çıxarmışdı. Bu vaxt Prospero dedi ki, Alonsonun donanması yaxındadır, öz qul ruhu Arielə
göstəriş verdi
ki, cadusu ilə tufanı yatırtsın, çünki düşmənləri
axırda nəticə
etibarilə onun mərhəmətindən asılı
olacaqlar.
Ariel xəbər verdi ki, gəmi salamatdır və onun sərnişinləri
sağdır, donanmanın
qalan gəmiləri Neapola qayıtmışdır.
Onlar inanmışdılar
ki, Alonso və onun oğlu Ferdinand tufanda məhv olacaqdır. Yenidən öz qabiliyyətini sübut etmək üçün
Ariel Prosperonun yadına
onu azad edəcəyi vədini saldı, lakin qoca münəccim hirsli bir əhval-ruhiyyədə
idi. O, adaya gəlib çıxanda, yadına saldı ki, Ariel indiyədək Sinorasın
qulu olaraq qalır, hətta baxmayaraq ki, cadugər qadın artıq ölmüşdür. Lakin Ariel əgər onun göstərişləri ilə
hərəkət etsə,
o da öz sözünə
əməl edəcəkdir.
Sinorasın monstır
oğlu Kanibal öz adasında qula çevrildiyi günü lənətləyirdi,
Prosperonun nəzərinə
çarpmışdı ki, Mirandanı zorlamağa cəhd edənə qədər Kanibala "insan qayğısı ilə" yanaşılmışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 19 iyul. S. 14.