Öz yolu, öz
cığırı olan
söz sənətkarı
Fikirlər dolaşıb, yordu
ağlımı,
Hər kəsin öz yolu, cığırı
ola.
Həqiqət belədir ki, sənət,
ədəbiyyat yolunda
Şövkət Zərin
başqalarından fərqlənir.
Cəbrayılın Horovlu
kəndindən olsa
da, ömür yolu Soltanlıda davam etdi. Rəhmətlik əri professor, məşhur
kimyaçı alim Hüseyn
müəllimlə.
Əvvəllər, bir neçə
şeir kitabı haqqında müsbət fikrimi mətbuatda bildirmişdim. Doğma el-obaya, onun insanlarına bağlılıq
Şövkət xanımın
poeziyasının mayasını
təşkil edir. Onun lirik düşüncələrində
son illərin çox
mühüm hadisələrinə
münasibət bildirilir:
Niyə
özümüzə özgə
göründük?
Bölündük dərəyə, ya
da ki düzə,
Bölündük ləhcəyə, bölündük
sözə.
Biri "naxçıvanlım" deyib
yarındı,
Biri "şəkilimdi" deyib sarındı,
Yerliyə, gəlməyə bölünənləri,
Düşüb ayaqlara sürünənləri,
Nə bir yara kimi
kəsib atmadıq,
Nə də ki, arzuya, kama çatmadıq.
Qurddan doğulduq ki, biz də qurd olaq,
Quzu doğulmadıq, qurda yem olaq.
Tədqiqatçılar
Şövkət xanımın
mövzularını və
onun işlənmə
istiqamətini yüksək
qiymətləndirib, "Gendən
baxıb yanan könül" adlandırıblar.
Şövkət xanım Azərbaycan
nəsrinin gözəl
örnəklərini yaradıb.
"Arazdan gələn
səs" romanı haqqında irihəcmli yazım kompüterimin yaddaşında hələ
də qalır. Bu
roman 2010-cu ilin ən böyük uğuru hesab edilmişdi.
2014-cü
ildə yazarın
"Seçilmiş əsərləri"
(1-ci cild, 448 s.) nəşr
olunur. Əsərin
"Ön söz"ündə
Şövkət Zərin
Horovlu Vətən dərdlərini həssas qələmiylə hayqıran,
faciələrimizin bədii
salnaməsini yaradan sənətkar adlandırılır.
Kitabda "Köynək",
"Açılmamış zərf" və "Qibləsiz" adlı
roman və povestlər
toplanıb.
"Köynək" Qarabağ
hadisələrini tarixi
xronoloji ardıcıllıqla
əks etdirir. Ciddi mətləblərə
yer ayrılan bu romanın dili onun motivlərinə,
obrazların (Nəbi və başqaları) xarakterinə görə müəyyənləşir. Hiss olunur ki, Şövkət xanımın öz sənətkar xislətində
bu aktual mövzuya müraciət etmək və ya hamının işlədiyi mövzularda
onun hadisələri hansı inkişaf yoluna salmaq, hansı xasiyyətdə insanları sevmək, necə insanlarla ünsiyyət tutmaq duyğusu olur. Bu anlamda Ş.Zərinin
sənətkar təbiəti
üçün ən
əlamətləndirici xasiyyət
lirizmdir. Lirizm, bir tərəfdən, onun dilindəki şeiriyyəti qidalandırır,
o biri tərəfdən
hadisə və obrazlarındakı psixologizmi
şərtləndirir. Həmin
lirizm oradan başlanır ki, Şövkət
xanım müxtəlif
insan münasibətlərini
yüksək dramatik mühitdə tapa və görə bilir. Bu kimi gerçəkliyin lirika ilə dil açması təbiidir. Buna görə
də onun roman dilində güclü şeiriyyət mövcuddur.
Şeiriyyət musiqi tembri kimi hadisələrə
və mövzulara görə köklənir.
Beləliklə, "Köynək", həm mövzu, həm dil-üslubca təsvir olunduğu yaxın dövrün ən dramatik gərginliyini oxucuya çatdırır. Yazıçı,
dili bu dramatizmin
çarpanaqlarına çəkir.
Şövkət xanım metaforaların
yaradılmasına, ifadələrin
seçilməsinə, təşbehlərdəki
obrazın aydınlığına
ciddiyyətlə yanaşır.
Onun bədii dili ədəbi proseslə ayaqlaşır.
Ümumiyyətlə, dildə,
onun ayrı-ayrı qatlarında, müxtəlif
dərəcədə olmaqla,
bugünkü cəmiyyətdəki
inkişafın təsirinə
müəyyən reaksiya
vardır. Şövkət
xanım təsvir etdiyi həyatdan götürdüyü insanları
öz sosial şəraitinin övladı
kimi danışdırır.
Diqqəti çəkən folklor
kökünə bağlılıq
onun çox işlək xalq ifadələrində görünür.
Canlı xalq dilindən gələn sözlər, ifadələr,
idiom və fazeologiya şairənin bədii nitqinin yaraşığıdır.
Şövkət xanımın sözü
ürəkdən gəlir.
O, söz deməyin yöndəmini yaxşı
bilir. Yazı dilinə bədiilik hakimdir. Bədii həqiqəti yaxşı
öyrənib. "Köynək"də
olduğu kimi. Bu kimi nəsr əsərində yüksək
dil mədəniyyəti
var. Şövkət xanımda
xalq dilinə təmas, ədəbi normaya hörmət, qüvvətli emosional - obrazlı düşüncə
faktları çulğaşır;
onun dili həm məzmun kəsəri, həm ədəbilik əndazəsi,
həm də bədiilik lətafəti ilə örnək ola bilər.
Şövkət xanım sadəcə
gözəl bədii dil sahibi deyil,
bir qadın kimi çiynində müasir ədəbi-bədii
dilimizin yükünü
daşıyan Azərbaycan
qadınıdır.
Təsvirlərindən aydın olur ki, Şövkət xanım xalqını yaxşı tanıyır.
O bu xalqı bağrına basan təbiətə, iqlimə,
çöllərə, dağlara,
meşələrə də
yaxşı bələddir.
Buna görə də
təbiət təsvirləri
də əlvanlığı
və munisliyi ilə seçilir. Bunlar mücərrəd deyil, nəsr əsərlərində süjetin,
hadisələrin gedişinə
bilavasitə xidmət
göstərir, həmin
mənzərələr onun
canlı təşbehləri
kimi çıxış
edir.
Həm şeir, həm nəsr yazan bu xanımı başqa söz adamlarından ayıran ən ümdə cəhət yaşadığımız,
müasiri olduğumuz
dövrün, cəmiyyətin
bütün xarakterik əlamətlərini, mənzərəsini
bədii cəhətdən
canlandırması olub.
Con Raskin deyib ki, kitablar iki sinfə
bölünür: bir
saat müddətində
yaşayan kitablar və bütün zaman üçün dəyərli
olan kitablar. Şövkət Zərin kitabları mənə görə yazılan rəylərə, deyilən
fikirlərə görə
bütün dövrdən
ötrü qələmə
alınıb. Ona görə
ki, bu əsərlər
yeni bir dövrün mənəvi-sosial, əxlaqi-etik
problemlərini, tarixi olaylarını oxucu ilə bölüşə
bilib. Həm şair, həm də yazar kimi,
heç nədən ehtiyat etmədən olan faktları, hadisələri qabarda bilib, onların həlli yollarını da
göstərib. "Köynək",
"Arazdan gələn
səslər" romanlarında
olduğu kimi. Yüksək sənətkarlıq
adını çəkdiyimiz
romanlarının dil və üslubunun son dərəcə mükəmməl
olmasından soraq verir. Bizə görə, bədii ədəbiyyatın uğuru,
oxunması, yayılması
onun dili, ifadə tərzi, yadda qalması ilə sıx bağlıdır.
Mövzunun aktuallığı,
hadisələrin cəlbediciliyi,
məzmunun maraqlı olması nə qədər əzəmıtli
olsa da, dil bədii əsərin taleyinin həllində öz mühüm rolunu heç zaman itirmir.
Beləliklə, Şövkət Zərinin həm poeziya, həm də nəsr əsərlərinin dili sosial mühitlə həmişə rezonansdadır, həyatın hər üzü bu dillə əks olunur. Həyat gerçəklikləri onun nəsrində təbii, canlı, sadə ifadə tərzi ilə səciyyələnir. Müxtəlif hadisələrə özünəməxsus təsvir rəngləri seçmək, məişət lövhələri ilə sosial şəraitin ifadə sərhədlərini aradan qaldırmaq, düşüncə ilə şifahi nitqin diakektikasını müəyyənləşdirmək onun obrazlı və kamil dil-üslub təcrübəsinin sirri bu meyarlardır.
İsmayıl KAZIMOV
525-ci qəzet.- 2023.- 20 iyul. S. 13.