Vətənə xidmət
və elmə həsr olunmuş ömür...
Bu il onun anadan olmasının
65 illiyi tamam olur. Məsələ heç də uzun illər yaşamaqda deyil, yaşadığın ömrü
mənalı yaşamaqda,
istədiyin kimi yaşamaqdadı. Siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov bir ömürdə bir neçə ömür yaşayır; özü də bu ömrü
kifayət qədər
dolğun, ləyaqətli,
xalqına, vətəninə
xeyir verərək yaşayır.
Gənclik illərindən hərbiyə
marağı onu
1982-ci ildə Simferopol Ali Hərbi
Siyasi məktəbinə
aparıb. Buranı bitirən kimi SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin
Pamir sərhəd dəstəsində
zastava rəisinin müavini işləyib. Daha sonra isə
Pamir Sərhəd dəstəsində
siyasi şöbədə
təlimatçı vəzifəsini
daşıyıb. Sovetlər
dönəmində hər
bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan
müharibəsi hesab olunurdu. Onun da tərcümeyi-halına Əfqanıstan
müharibəsinin qanlı
səhifəsi yazılıb.
Xalq arasında ən qorxunc müharibə imici qazanan Əfqanıstanda qulluq etmək, ən çətin vəziyyətlərdən ağıl
və bacarıqla çıxmaq lazım gəlirdi. C.Xəlilov Əfqanıstan müharibəsindən
də uğurla çıxır. Müharibəyə
gedəndə o, baş
leytenant rütbəsi
daşıyırdı. Cəlil
Xəlilov 1990-cı ildə
Tacikistan Dövlət
Universitetinin hüquq fakültəsini qiyabi yolla bitirib. Milli ordu yaranarkən Azərbaycanda baş verən hadisələrdən
narahat olaraq vətənə qayıdıb,
milli ordu quruculuğunda
iştirak edib və 2012-ci ilədək Sərhəd Qoşunlarında
və Milli Təhlükəsizlik
Nazirliyində müxtəlif
vəzifələr daşıyıb.
Burada o, Azərbaycan Respublikası Sərhəd
Qoşunları Komandanının
şəxsi heyətlə
iş üzrə müavini vəzifəsinə
qədər yüksəlib.
C.Xəlilovun da ordu quruculuğundakı
həy
at yolu onun belə
bir istedada malik olduğunu göstərir.
O, harada, hansı vəzifədə xidmət
etməyindən asılı
olmayaraq hərbçi
bacarığı, intuisiyası,
biliyi, əmri vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini
qazanmışdır. Bütün
bunlar onun hərb olimpində addım-addım irəliləməsində
zəmin olmuşdur.
Gərək ki, filosof, esseist
Ralf Uoldo Emersonun sözləridir: "Zəif
adamlar uğura inanırlar, güclülərsə
səbəb və nəticəyə". Bu baxımdan
C.Xəlilovun hərbçi taleyində
səbəb-nəticə komponentləri
həmişə paralel
olaraq çıxış
edir. Əfqanıstandakı
şücaəti nə
qədər qürur doğursa da, yaxud müharibədən sonrakı
Rusiya xidməti uğurlu keçsə də, onu vətənində
gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması
ərəfəsində dərhal
vətənə dönərək
ən çətin vaxtda ordu quruculuğu,
Silahlı Qüvvələrin
xüsusi növü olan Sərhəd Qoşunlarının yaradılması
prosesinə qoşulur
və keçmiş Əfqanıstan döyüşçüsü
kimi təcrübəsini
yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi
Qarabağ döyüşlərində
də onun köməyinə gəlir.
Gənc zabitin həyatında çox qısa bir müddətdə
iki fərqli müharibədə iştirak
etməsi həyatının
qürur səhifələrini
təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən
yerlə göy qədər fərqlənirdi:
o, doğma vətənini
müdafiə edir, qoruyur, təşkilatçılığı,
siyasi işə bələdliyi ilə əsgərləri də
buna ruhlandırırdı. Həmin illərdə C.Xəlilovu Azərbaycan Respublikasının
təhlükəsizlik orqanlarının
tərkibində olan Sərhəd Qoşunları
sıralarında görürük.
Sərhəd Qoşunlarının
yaradılması prosesində
bir zabit kimi təşkilatçılıq
və rəhbərlik
işində qüvvə
və bacarığını
əsirgəmir. 2013-cü ilə
qədər Sərhəd
Qoşunları və
Milli Təhlükəsizlik Nazirliyində müxtəlif
rəhbər vəzifələrdə,
o cümlədən, Azərbaycan
Respublikası Sərhəd
Qoşunları Komandanının
şəxsi heyətlə
iş üzrə müavini vəzifəsində
xidmət edir. Deyim ki, istənilən silahlı qüvvələrdə
şəxsi heyətlə
iş, hərbi və milli vətənpərvərlik
tərbiyəsi prioritet
istiqamətlərdən biri
olub. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda bu sahədə gördüyü işləri
yalnız təqdir etmək olar. Polkovnikin Silahlı Qüvvələrdəki bu
xidməti daim diqqət mərkəzində
olmuş, dəfələrlə
dövlətçiliyə göstərdiyi dəyərli
və əvəzsiz xidməti dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir.
Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var; belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov
yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə müharibə
və əmək veteranının həyatı,
güzaranı onu düşündürdüyündəndir ki, ömrünü Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatına
bağladı və bu gün də
burada əzmlə çalışır. Vətən
uğrunda şəhid
olmuş insanların ailələrinə, müharibə
əlillərinə, İkinci
Dünya Müharibəsi,
Əfqanıstan, Qarabağ
müharibəsinin veteranlarına
diqqət və qayğı ilə yanaşır və çox az bir
müddətdə veteranların
hörmətini qazanır.
Erməni işğalçılarına
qarşı müharibə
veteranlarının bu
birliyinin səmərəli
fəaliyyəti yeni gənc
nəsil üçün
də bir örnək olur. C.Xəlilov 2014-cü ildən
Azərbaycan Respublikası
Veteranlar Təşkilatının
sədr müavinidir.
O, bu gün ölkə rəhbərliyinin
veteranlarla bağlı
həyata keçirdiyi
dövlət siyasətinin
uğurla yerinə yetirilməsində, gənclərin
azərbaycançılıq məfkurəsinə uyğun,
vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında
böyük işlər
görür. Respublika Veteranlar
Təşkilatının dövlət
orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin
qurulması, veterenların
ölkənin ictimai-siyasi
həyatında fəal
iştiraklarına nail olunmasında
əməyi çoxdur.
O, ölkənin təhsil
ocaqları, müxtəlif
idarə və müəssisələri, xüsusilə,
cəbhə bölgəsində
yerləşən hərbi
hissələrdə veteranlarla
gənclərin müntəzəm
görüşlərini təşkil
edir. Müharibə veteranlarının cəmiyyətə
inteqrasiyası prosesinə
qoşulmasını, vətəndaş
cəmiyyətinin formalaşmasını
uğurla təmin edir. Azərbaycan Vətəndaş Cəmiyyətinin
inkişafında, bu sahədə dövlət
siyasətinin həyata
keçirilməsində, ölkədə
veteran hərəkatının genişlənməsində və
gənc nəslə vətənpərvərlik ruhunun
aşılanmasında fəal
rol oynayır. Erməni seperatizminə qarşı mübarizə
yalnız cəbhədə
deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir.
44 günlük Vətən müharibəsi nəticəsində
torpaqlarımızın erməni
işğalından azad
edilməsində Azərbaycan
Respublikası Veteranlar
Təşkilatının da özünəməxsus rolu
oldu. Təşkilatın
gənclər arasında
apardığı hərbi
vətənpərvərlik tərbiyəsi, əsgər
və zabitlərimizin
xalqımızın döyüş
ənənələri ruhunda
yetişdirilməsi sahəsində
müvafiq dövlət
orqanları ilə birgə həyata keçirilən tədbirlər
onları torpaqlarımızın
azad edilməsinə ruhlandırmışdı. Bütün
bu işlərin uğurla aparılmasında
Cəlil Xəlilovun təcrübəli hərbçi,
yüksək peşəkar
kimi xüsusi əməyi olmuşdur.
Erməni
işğalçılarının yalanlarını ifşa etmək, Azərbaycanın
sülh siyasətinin mahiyyətini dünyaya çatdırmaq üçün
səylə çalışır.
Rusiyada, Ukraynada, Belarusiyada və bir çox beynəlxalq tədbirlərdə
erməni separatçılarına
qarşı çəkinmədən
etdiyi çıxışlar,
gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini dünya
ictimayyətinə çatdırır.
C.Xəlilov peşəkar hərbçi
olmaqla yanaşı, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq
və həyatında
onun qovuşuğunu yaratmaq hər bir hərbçiyə müyəssər olmur. O,
hərb sahəsindəki
praktik bacarığını
elmi sahəyə də gətirmiş
"Milli təhlükəsizliyin təmin edilməsində
milli mənlik şüurunun
rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə
yazdığı məqalələr
ölkənin nüfuzlu
elmi jurnallarında dərc edilmişdir. Onun 50-dən çox elmi məqaləsi və dörd kitabı bu sahədəki uğurunun əsas göstəricisi hesab etmək olar.
Məlumdur ki, dünya siyasətinin
əsas prinsiplərindən
birini təşkil edən milli mənafe və təhlükəsizlik
məsələləri Azərbaycan
müstəqilliyini qazandıqdan
sonra qarşıda duran prioritet istiqamətlərindən biri
olmuşdur. Çünki
dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb
geosiyasi bir coğrafiyada yerləşdiyindən
dayanıqlı, gələcəyə
yönəlik bir milli
təhlükəsizlik konsepsiyasına
malik olmalıdır. Müstəqilliyini
qazanan Azərbaycanın
bu istiqamətdə hazırladığı davamlı
və dayanıqlı
konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa
yönəldilmişdir. Lakin milli təhlükəsizlik və
mənafelərin qorunması
həm də bir vətəndaşlıq
borcudur, peşədir.
Çünki milli təhlükəsizlik
fərdlərin bu işə münasibətindən
asılıdır. Hər
bir fərdin milli təhlükəsizliklə bağlı
biliklər sistemində,
dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.
C.Xəlilov Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti
kimi bu sahədəki
elmi və praktik biliklərinin gənc nəslə çatdırılması yolunda
səylərini heç
zaman əsirgəmir. Dörd
kitab, əllidən çox
elmi məqalə, bir proqram və
dərslik müəllifi
kimi araşdırmalarını
davam etdirir. Praktik və nəzəri biliklərini
ali məktəblərdə
biliklər sisteminə
çevirib tədris etmək onun tərcümeyi-halının ən
önəmli səhifələrindən
birini təşkil edir. Ali məktəblərin,
universitet və akademiyaların uyğun bölümlərində bu
vəzifə həyata
keçirilsə də,
əsas məsələ
bu istiqamətdə
yeni proqramların, dərsliklərin
və dərs vəsaitlərinin yazılmasıdır.
Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti C.Xəlilovun "Milli təhlükəsizlik
strategiyası" dərsliyi
olduqca böyük əhəmiyyət daşıyır.
Əslində, bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma
baxımından tədqiqatın
da tələblərinə tamamilə cavab verir və ona
görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq
mümkündür. Dərslik-monoqrafiyada
kollektiv təhlükəsizlik
sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca
bir fəsil ayırması problemin aktuallığından irəli
gəlmişdir. Dərslikdə
dünyada milli təhlükəsizliyin
mürəkkəb, çoxşaxəli
bir sistem olduğu və burada şəxsiyyətin,
cəmiyyətin, dövlətin təhlükəsizlik
məsələləri və
onların tərkib hissələri, eləcə
də prioritet istiqamətlərinin başlıca
yer tutması çoxsaylı nümunələr
və nəzəri fikirlər əsasında təhlil edilir.
Cəlil
Xəlilov həmişə
olduğu kimi, altmış beşində
də eyni əzm və işgüzarlıqla, hərbçi
nizam-intizamı ilə
Azərbaycan dövlətinə
və xalqına sədaqətlə xidmət
edir. O, həm də hərbi ekspertdir; demək olar, hər həftə regionada və dünyada baş verən siyasi, hərbi proseslərlə bağlı
fikirlər söyləyir,
siyasi və hərbi maarifçilik işləri aparır. Veteranlar təşkilatında
zəngin təcrübəsini
nəsillərlə paylaşır,
cəmiyyətdə və
gənclər arasında
apardığı maarifçilik
işləri gənclərin
təlim və tərbiyəsi, vətəndaş
kimi formalaşmasında
yaşıl işıqdır.
Cəlil Xəlilov bütün varlığı
ilə xalqına, vətəninə xidmət
edir, onunla yaşayır və nəfəs alır.
Polkovnik
Cəlil Xəlilov
Respublika Veteranlar Təşkilatının
sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən, MDB məkanında
layiqincə təmsil edir, onların müvafiq təşkilatları
ilə əməkdaşlıq
əlaqələrinin gücləndirilməsi,
Azərbaycan həqiqətlərinin
təbliği və müdafiəsində bilik
və bacarığını
əsirgəmir. O, MDB veteranlarının
Beynəlxalq Təşkilatının
Əlaqələndirmə Şurasının,
Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.
Həmişə dövlətə,
millətə xidmət
edən, onun atributlarına hörmət
edən və bu yolda çalışan
Cəlil Xəlilova uğurlar diləyir və ondan yeni araşdırmalar gözləyirik...
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2023.- 20 iyul. S. 14.