Azərbaycanın ilk muzeylərindən
biri
Azərbaycan Dövlət Kənd
Təsərrüfatı Muzeyi
ölkənin ilk muzeylərindən
biridir. Bu muzeyin yaradılması haqqında
ideya 1922-ci ildə meydana gəlib. 1922-ci il dekabrın 27-də xalq komissarı H.Sultanov
muzeyin təşkilinə
rəhbərlik etmək
üçün təşkilat
komitəsinin yaradılması
haqqında əmr imzalayıb. Bundan sonra təşkilati işlərə başlanıb.
1923-cü ilin oktyabr ayında isə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı
Fəhlə-Kəndli Deputatları
Sovetinin qurultayının
açılışı münasibətilə Bakı
şəhərində müvəqqəti
kənd təsərrüfatı
sərgisi təşkil
edilib. Sərgidə ölkənin kənd təsərrüfatının vəziyyətini
əks etdirən müxtəlif eksponatlar, dioqram və fotoşəkillər, ölkənin
fiziki-coğrafi, torpaq,
iqlim, demoqrafik xüsusiyyətləri və
s. nümayiş olunub.
Sərgini qısa müddət ərzində
8 min nəfər ziyarət
edib. Bu böyük marağı nəzərə
alaraq dövlət Azərbaycan SSR Xalq Torpaq və Xalq Ticarət Komissarlıqlarının təşəbbüsü
ilə respublika əhəmiyyətli Kənd
Təsərrüfatı və
Ticarət-Sənaye Muzeyinin
yaradılması haqqında
qərar verib.
Muzeyin direktoru Natiq Qurbanovun sözlərinə
görə, 1925-ci ildən
fəaliyyətinə artıq
elmi təmayüllü
idarə kimi davam edən muzeydə kənd təsərrüfatı fakültəsinin
tələbələri, müəllimlər,
təbiətşünaslar, coğrafiyaçılar üçün
Azərbaycanşünaslığa aid silsilə mühazirələr
təşkil olunurdu. Bundan əlavə, muzeyin laboratoriyasında istehsal tullantılarının
mümkün utilizasiyası
və qiymətli kənd təsərrüfatı
bitki sortlarının öyrənilməsi
məqsədilə tədqiqat
işləri aparılırdı.
1925-ci ildə keçirilən
beynəlxalq Paris sərgisində
Azərbaycan pavilyonunun
muzey tərəfindən
hazırlanması və
respublikanı təmsil
etməsi də bu faktı təsdiq edir. 1930-cu ildən muzey artıq bayramlar, qurultaylar, müxtəlif kənd təsərrüfatı
tədbirləri munasibətilə
səyyar sərgilər
təşkil etməyə
başlayıb. 1936-1938-ci illərdə isə öz fəaliyyətini genişləndirmək, bölgələrdə
təbliğat və maarifləndirmə işini
gücləndirmək məqsədilə
Kirovabad (indiki Gəncə),
Nuxa (Şəki), Naxçıvan, Quba və Lənkəranda muzey öz filiallarını
yaratdı. Hazırda əmək qəhrəmanı
Sevil Qazıyevanın
Beyləqan rayonunda yerləşən xatirə
muzeyi filial kimi fəaliyyət göstərir".
Direktor deyir ki, yarandığı
gündən maarifləndirmə
və təbliğat işinə xüsusi fikir verən muzey bu məqsədlə
tez-tez sərgilər və mühazirələr
təşkil edir. Muzeyin ekspozisiyası həmişə kənd təsərrüfatının təbliğində
ən təsirli silah olub. O, daim yenilənir və ölkədə kənd təsərrüfatının
müasir vəziyyətini
əks etdirən yeni materiallarla zənginləşir.
Muzeyin fəaliyyət
sahəsi çox genişdir. Burada ölkədə yaşayan xalqların tarixini, əkinçilik mədəniyyəti ilə
bağlı adət və ənənələrini
geniş kütləyə
tanıtmaq məqsədilə
sərgilər, görüşlər,
televiziya kanalları ilə birlikdə verilişlər təşkil
olunur. Milli və dövlət bayramlarımız,
xüsusi anım günləri müxtəlif
tədbirlərlə qeyd
edilir. Həm də elmi idarə
olan muzeydə ölkənin kənd təsərrüfatının bütün
sahələri haqqında
geniş məlumatlar toplanıb və ikicildlik Azərbaycan Kənd Təsərrüfatı
Ensiklopediyası hazırlanıb.
Natiq Qurbanovun sözlərinə
görə, təşkil
olunduğu dövrdən
dəfələrlə ünvan
dəyişən bu
elm və mədəniyyət
ocağı 2015-ci ilin
dekabr ayından 8-ci mikrorayon S.S.Axundov
küç. 31/23 ünvanında
fəaliyyət göstərir.
Muzey 600 kvadratmetr sahəni əhatə edir və müasir
standartlara uyğun səviyyədə tərtib
olunub. Muzey yeni ünvandakı açılışında Prezident
cənab İlham Əliyev
və digər fəxri qonaqlar iştirak ediblər. Yeni ünvanda fəaliyyətə
başladığı dövrdən
böyük marağa
səbəb olan muzeyi qısa müddət ərzində
sadə vətəndaşlarla
yanaşı, dövlət
nümayəndələri, deputatlar, alimlər və xarici qonaqlar ziyarət ediblər: "Yeni bədii
tərtibata uyğun olaraq muzeydə kənd təsərrüfatının
tarixi və bu günü ilə yanaşı, bütün sahələri
də öz əksini tapıb. Tərtibatın daha da zəngin, əhatəli və diqqətə layiq olması üçün ölkənin
ayrı-ayrı bölgələrindən
600-ə yaxın yeni eksponat
alınıb. Ekskursiya
və ekspozisiya işi dövrün tələblərinə uyğun
olaraq texniki vasitələrdən istifadə
etməklə qurulub. Kənd Təsərrüfatı
Nazirliyinin sifarişi əsasında Azərbaycan
Dövlət Kənd Təsərrüfatı Muzeyinin
informasiya sistemi hazırlanıb. Ekspozisiya
zalında "info-kiosklar"
quraşdırılıb və
muzeyin informasiya sisteminin proqram təminatı yaradılıb.
Bu interaktiv informasiya sistemi muzeyin veb portalı vasitəsilə geniş ölkə ictimaiyyətinə
və xarici istifadəçilərə əlçatan
olacaq. Muzeyi ziyarət edən qonaqlar buradakı
"info-kiosklar" vasitəsilə
Azərbaycanın kənd
təsərrüfatı potensialı,
onun tarixi və ayrı-ayrı sahələri ilə yaxından tanış ola
biləcəklər. Muzeyin
informasiya sistemi ən müasir dizayn interfeysinə malikdir, mütərəqqi
texnoloji platformalarda hazırlanıb
və 4 əsas moduldan ibarətdir: "Heydər Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı", "Dövlət
Kənd Təsərrüfatı
Muzeyi", "Kənd
Təsərrüfatı Göstəriciləri",
"Kənd Təsərrüfatı
Sahələri". Hər
bir modulda əhatə etdiyi sahə üzrə geniş məlumat toplanıb. "Heydər Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı" modulunda
Ulu öndərin respublikanın
kənd təsərrüfatına
verdiyi töhfələr
vizual olaraq fotoşəkillər, video çarxlar,
onun kənd təsərrüfatı ilə
bağlı fikirləri vasitəsilə
ziyarətçilərə təqdim olunur. Burada Ümummilli lider Heydər Əliyevin aqrar sahə üzrə fəaliyyəti
və uğur tarixçəsi barədə
vizual görüntülər
verilib".
Direktor bildirib ki, "Dövlət
Kənd Təsərrüfatı
Muzeyi" modulunda ziyarətçilərə
muzeyin xəritəsi təqdim olunur. Sol tərəfdə dinamik xəritə, sağ tərəfdə isə keçidlər göstərilib.
Hər bir keçid muzeyin bir bölməsini əhatə edir. Bu keçidlər vasitəsilə
ziyarətçilər seçdikləri
bölmə ilə bağlı ətraflı
məlumat ala bilərlər.
Modulda hər eksponat barədə həm vizual, həm də mətn məlumatlar var:
"Kənd Təsərrüfatı
Sahələri" modulunda
aqrar sahənin müxtəlif istiqamətləri,
ayrı-ayrı sahələrin
inkişaf tarixi haqqında şəkil və mətn məlumatlar yerləşdirilib.
Geniş məlumat almaq istəyənlər üçün "Ətraflı"
bölməsi mövcuddur.
Misal üçün,
tərəvəzçilik sahəsi ilə maraqlanan ziyarətçi tərəvəzlər haqqında, heyvandarlıq
sahəsində isə
maldarlıq, qoyunçuluq,
quşçuluq
və digər bölmələrin inkişafı,
tarixi barədə ətraflı
məlumat ala bilər.
"Kənd Təsərrüfatı
Göstəriciləri" modulunda isə aqrar sahənin göstəriciləri öz
əksini tapıb. Burada ziyarətçilər
kənd təsərrüfatı
sahələrinin inkişaf
xəritəsini vizual
olaraq görmək imkanına malikdirlər. Modulda hər bir sahə üzrə
mətn məlumatlar və dioqramlar yerləşdirilib. Ekspozisiya
zalında Qobustan qayalıqlarının maketi
hazırlanıb. Qobustan
ərazisi Azərbaycanın
qədim yaşayış
məskənlərindən biridir. Buradakı qayalıqlarda insan, müxtəlif bitki və heyvan, yel dəyirmanı,
əkinçi və kənd təsərrüfatı
alətlərinin şəkli
təsvir edilib. Bu təsvirlər eramızdan
əvvəl III-II minillikdə
Qobustan ərazisində
yaşamış insanların
məişət və
peşələrini, adət-ənənələrini
özündə əks
etdirir. Rəsmlərdən
aydın görmək
olar ki, hələ o dövrdə insanlar əkinçiliklə, heyvandarlıqla
məşğul olublar.
Bu qayaüstü rəsmlər
Azərbaycanda əkinçilik
mədəniyyətinin qədimliyini
sübut edən əyani dəlillərdir.
Zalda XVIII-XIX əsrlərdə
yaşamış kəndli
ailəsinin sadə məişətini özündə
əks etdirən daxma da tərtib edilib. Daxmanın taxta qapısı xüsusi maraq doğurur. Belə qapı həmin dövrün bütün Azərbaycan kənd evləri üçün
xarakterik idi. Qapının üzərindəki
böyük rəzə
kişilər, kiçik
rəzə qadınlar
üçün nəzərdə
tutulub. Rəzələrin
səsinə görə
gələn qonağın
qadın və ya kişi olduğu
müəyyənləşdirilər və qonağı qarşılamağa ev sahibi, yaxud sahibəsi
çıxardı. Daxmanın
divarları gildən və qamışdan hazırlanıb, üstü
qamışla örtülüb.
Burada geyim və bəzək əşyaları, gil və taxtadan hazırlanan qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz, kiçik əl dəyirmanı (kirkirə), həvə, cəhrə və s. ziyarətçilərin diqqətinə
təqdim edilib".
Muzeyin taxılçılıq bölməsində
Mingəçevirdə aparılan
qazıntılar zamanı
tapılmış və
eramızın I əsrinə
aid edilən buğda dənəsinin nümunəsi,
əkinçilikdə istifadə
edilən qədim kənd təsərrüfatı
alətləri - taxıl
beli, kətmən, yaba, oraq və
s. ilə tanış
olmaq mümkündür.
Burada Əkinçilik
Elmi-Tədqiqat İnstitutunda
yaradılmış Qiymətli-2/7,
Əkinçi-84, Qaraqılçıq-2, Şiraslan-23, Azəri, Bərəkətli-95, Tər-tər, Turan, Mirbəşir-50
və digər sortlar taxıl zəmisində əkilmiş
formada göstərilir.
Zalda ölkənin dağətəyi zonasında
yerləşən müasir
Azərbaycan kəndi təbii şəkildə
göstərilib. Heyvandarlıq
bölməsində qaramalın
və qoyunçuluğun
tarixi ilə bağlı məlumatlar verilib. Zalda arıçılıqda istifadə
olunan əşya və avadanlıqlarla da tanış olmaq mümkündür.
Zaldakı ipəkçilik bölməsində
isə ziyarətçilər
bu qədim təsərrüfat sahəsinin
tarixinə və inkişafına aid məlumatlarla
tanış ola bilərlər.
Bölmədə üzümdən
hazırlanan müxtəlif
məhsullar - şərab,
sirkə, kişmiş,
bəhməz və Azərbaycan şərablarının
sərgilərdə aldığı
diplom və medallar, çaxır çəlləkləri, üzümsıxan
press, qədim üzümsıxan
daş və s. nümayiş olunur. 2018-ci
ildə muzeyin köməyi ilə Ağdam Atçılıq
Kompleksində Atçılıq
Muzeyi açılıb.
Zaldakı atçılıq
bölməsində bu
sahəyə aid geniş
məlumat almaq mümkündür.
Ekspozisiya
zalında həm də xalqımızın
etnoqrafiyasını, məişətini
əks etdirən eksponatlar - qədim və nadir bəzək əşyaları, XIX əsrdə
və XX əsrin əvvəllərində kəndlilərin
istifadə etdiyi toy-bayram, mərasim, iş geyimləri, misdən, gildən, taxtadan hazırlanan qədim məişət əşyaları, qədim
əkinçilik alətləri
və s. nümayiş
olunur.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2023.- 21 iyul. S. 11.