Mən ruhuna, cisminə
ömürlük orucluyam.
Bu qara sevdam üçün
İlahiyə borcluyam.
Mən adına saçımı
uzadırdım haçandan.
Bir-bir qırılıb düşür
sən eşqimdən qaçandan.
Ümidim
diri-diri
öz-özünü basdırır.
Arzum əllərin üzüb
saçlarımdan asdırır.
Sığalsız saçlarımsa
tab gətirmir arzuya.
Xəyallar bir-bir düşür
qərq
olur qara suya.
Bu qədərə, taleyə
razı
deyildim, Allah!
Günah
aşır boyumdan
artıq
əyildim, Allah!
"Ol" deyib yeni qismət
yazmadın barı bir gün.
Ölməkçün məzarımı
sən qazdır, Tanrı, bir gün!
lll
Mən çıxılmaz yolda olan biriyəm
Tutunam
ki, sığınam ki, kiriyəm
Yüklü, yorğun qarışqatək
yeriyən,
Həyatından bezmiş bir sərsəriyəm
Mən qırmışam ömrümün
avarların,
Ovub tökdüm evimin divarların,
Lap az qalıb, qoy hələ yuvarlanım,
İlan
başı əzmiş
bir sərsəriyəm.
İmtina
edirəm şirin dilimdən
Doğum
tariximdən, ölüm
ilimdən.
Dərvişə dönürəm yüküm
belimdə,
Gerçəkləri sezmiş bir sərsəriyəm
lll
Gülüşü dəva dərdimə,
bilmir amma, özü bilmir.
Onun eşqinə düşəndən
qəlb
yalanı, düzü
bilmir.
Ürəyimin hər damarı
genəlir gələndə səsi.
Bəs canımı qoyum hara
mənə toxunsa nəfəsi?
İtib-batır üzüm-əlim
qaba, kor-kobud ovcunda.
Dodağına atammıram
dursam
da, barmaqucunda.
Nə olar, gəl bir şeir yaz
qara gilas gözlərimə.
Mən Allahdan səndən başqa,
inan, heçnə gozləmirəm.
Aya qədər qaldır məni
Qoyaq onu biz köndələn.
Eşqin
çıxsın cin
atıyla
Qursun orda bir göydələn.
Birgə
gəzək buludlarda,
sevə-sevə, heç bezmədən
Papaq tik
im hər nazımdan,
qoy başın üstə, əzmədən.
Sən küsəndə, inciyəndə
çıxardaram ilan dili.
Barışmasan həmin anda,
doğrayaram, inan, dili.
Bu sevgimi ölçmək üçün
çətin tapıla bir vahid.
İnan
mənə, a sevdiyim,
inan,
buna Tanrı şahid!
Xatirə SƏFƏR
525-ci qəzet.- 2023.- 21 iyul. S. 15.