Azərbaycan kinosu və süni intellekt
SÜNİ ZƏKANI
ÖLKƏMİZİN KİNO SƏNAYESİNDƏ YARADICI
PROSESƏ QOŞMAZDAN ÖNCƏ ƏVVƏLCƏ BU
SAHƏDƏ TƏBİİ İNSAN POTENSİALINI
ARAŞDIRMAĞA EHTİYAC VAR
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər
və rəqəmsal inkişaf şöbəsinin
müdiri Rəşad
Əzizov bu günlərdə REAL TV-yə
müsahibəsində kinonun
inkişafına rəqəmsal
texnologiyanın təsiri
məsələsindən də
söz açdı. Və yeni texnologiyaların
tətbiqinin dünyada
trend olduğunu xatırladaraq
ölkəmizin də
bu trenddən geri qalmamasının vacibliyini vurğuladı; yəni süni zəkadan yaradıcı məhsulun ortaya çıxmasında, əsərlərin
yazılmasında, müəyyən
təhlillərin aparılmasında
istifadə etməliyik...
Öncə dünya kino sənayesində
süni zəkanın
rolu haqda bəzi məqamları qeyd etməyə çalışaq.
Artıq
bir müddətdir, Amerikada Hollivud ssenaristləri və aktyorları zəhmətləri
müqabilində ödənilən
qonorarların azılğı
və süni intellektin kino yaradıcılığına
təsiri səbəbindən
tətilə başlayıblar.
Onlar insan istedadını, zəkasını
imtiasiya edən süni intellektə etiraz edirlər. Nəticədə Hollivudda
iş prosesi zəifləyib, hətta dayanıb, bəzi filmlərin prokata çıxması ləngiyib
və statistikaya görə, tətil nəticəsində böyük
kinoşirkətlər hər
gün 30 milyon dollar itirirlər. Bununla belə, nəhəng studiyalar, telekanallar süni zəkadan tamamən imtina etmək niyyətində deyillər. Amerika Yazıçılar
Gildiyası isə heç olmasa, ssenarinin yazılması prosesi zamanı süni zəkanın iştirakının məhdudlaşdırılmasına
nail olmaq istəyir.
Qəribə paradoks ortaya çıxır. Vaxtilə
Hollivud ssenaristləri
dünyanı işğal
edən, bəşəriyyəti
təhlükəyə atan
robotlardan, süni zəkalardan elmi-fantastik janrda ssenarilər yazırdılar. İndi isə
fantaziyaları gerçəkləşərək
özlərinə qarşı
çevrilir.
Hərçənd, dünya kinosunda
süni intellektin kinoda ilk nümunəsi, yəqin ki, 1927-ci ildə böyük alman rejissoru Frtiç Lanqın çəkdiyi "Metropolis" səssiz fmi sayıla bilər. Hadisələr uzaq gələcəkdə, futurist bir
şəhərdə baş
verir və burada "mükəmməl
insan" - robot düzəldilir...
Müasir
dövrdə texnologiya
elə bir səviyyəyə gəlib
ki, maşınlar nəinki
ssenari yazmağa, hətta film çəkməyə
də iddalıdırlar.
Artıq bunun ilkin əlamətləri görünür. Rejissor
Con Finqer süni zəkanın iştirakıyla
aktyorsuz qısa film çəkib.
Digər
alman rejissoru Fabian Şteltser
"Duz" adlanan filmini neyro şəbəkələr
(neyron şəbəkəsi
- insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini modelləşdirən
kompüter proqramı)
vasitəsilə çəkib.
Burda ssenarist, rejissor, operator, montajçı
neyro şəbəkədir.
Bir qrup kosmonavtın adsız planetdə qəribə süni maddəni tapmasından bəhs edən filmin hələlik müəyyən kadrları
yayılıb. Hərçənd,
mütəxəssislərin fikrincə, süni zəkanın çəkdiyi
filmlər klassik kinodan çox konseptual sənət nümunəsinə bənzəyir.
Hazırda dünyanın kino sənayesində
süni intellekt müəyyən funksiyaları
yerinə yetirir: postprodakşn mərhələsində
(film bitəndən sonra
montaj, rənglənmə
və s. proses) aktyorun
üz qırışlarını
(2019-cu ildə Martin Skorsezeinin
"İrlandiyalı" filmində
Robert de Niro xeyli gəncləşdirilmişdi)
silir, kadrda artıq obyektləri aradan götürür, rəng korreksiyasında, xüsusi effektlərin yaradılmasında iştirak
edir. Həmçinin dipfeyk (real olmayan, saxta, yəni saxta olan foto,
video və ya audio
material) texnologiyasından da istifadə olunur.
Ticarət və tibb sektorunda, eləcə də digər fəaliyyət sahələrində
süni zəkanın
təsir imkanları əhəmiyyətli olsa
da, yaradıcı sahədə
onun uğurlu tətbiqindən danışmaq
hələ tezdir, hətta bu, ümumiyyətlə, mümkünsüz
görünür.
Mövzu
üzrə elmi-fantastik
filmlərin müəlifi
Ceyms Kemeron süni intellektin kino yaradıcılığında iştirakının əleyhinə
deyil, amma ondan düzgün istifadə olunmamasından
ehtiyatlanır. Rejissor
düşünür ki, tamaşaçının
bəyəndiyi keyfiyyətli
filmi süni intellekt çəkə bilməz:
"Süni intellektin
çəkəcəyi film pis film olacaq. Çünki süni intellekt canlı deyil, onun insan
təcrübəsi yoxdur. O, digər filmlər haqda bilgisi olan kinematoqrafçı
olacaq, amma başa düşməyəcək
ki, insan olmaq nə deməkdir".
Süni
zəka aktyorun xarizmasını, bacarığını,
rejissorun, ssenaristin, operatorun estetik zövqünü, intuisiyasını
əvəz edə bilməz. Onun yaratdığı əsərin
bədii dəyərinin
olacağı da mübahisəli
və şübhəlidir.
Təbii insan zəkası isə çoxsaylı funksiyalara
malikdir, o, eksperimentlər
edə, yeni istiqamətlər,
estetikalar yarada bilər və yanaşması indivdiualdır.
İnsan işi gözlənilməz hisslər,
emosiyalar deməkdir, robotun məhsulu isə insan təcrübələrinin emalıdır.
Ona görə şablonlar yaradan süni intellektin prosesə tamlıqla daxil olması nəticəsində
sənət filmlərinin
və riskli layihələrin sıradan
çıxarılması, müxtəlifliyin qarşısının
alınması təhlükəsi
böyükdür. Yeri
gəlmişkən, 1960-cı illər Hollivudunda studiya sisteminin böhranının bir səbəbi də şablon süjetlər əsasında çəkilən
filmlərə tamaşaçı
marağının itməsi
və Avropa kinosuna marağın artmasıydı.
Süni
intellekt mütəxəssisləri
özləri də etiraf edirlər ki, yeni texnologiya heç bir halda, məsələn,
bütün dövrlərin
ən yaxı filmlərindən sayılan
Orson Uellsin "Vətəndaş
Keyn" filmini çəkə bilməz.
Maşınlar hazırda
ssenaridə sadə dialoqları yazır, canlı ssenaristin vəzifəsi isə onun yazdığı hekayəyə doğru
ton, intonasiya vermək,
janra uyğunlaşdırılmasını
təmin etmək, finalı
tapmaq və s.-dir.
Kino sənayesində süni intellekt hazırda daha çox kassa gəliri əldə etmək istəyən, kommersiya yönümlü filmlər
istehsal edən şirkətlərə əl
verir. Bəzi studiyalar isə süni zəkanın iştirakına o halda icazə verir ki, artıq prodüserlərin
layihənin maliyyələşməsi
haqqında tam təsəvvürü
var.
Bundan başqa, süni intellekt filmin hazırlıq mərhələsində
də rol oynayır. O, ssenarini analiz edərək, onun uğurlu olub-olmaması haqda qərar verir, kastinqdə iştirak edərək personajlara uyğun aktyor seçir, məhsulun kommersiya cəhətdən uğurlu
olub-olmayacağını, hər
filmin potensial tamaşaçı auditoriyasını
müəyyənləşdirir, büdcənin hazırlanmasıda
rol oynayır, müxtəlif ölkələrdə
filmin prokatda qazana biləcəyi gəlirləri proqnozlaşdırır.
Dünya,
xüsusən, Hollivud
təcrübəsini nəzərə
alsaq, kinomuzun hazırkı vəziyyətində
süni zəkadan istifadə nə qədər yararlıdır?
Azərbaycan kinosunun inkişafına
əngəl törədən
əsas faktorlardan biri, istər məmurların, istər yaradıcı adamların
hazırda böhranlı
vəziyyət yaşayan
kino sənayemizin inkişaf
etmiş kino sənayeləri
ilə müqayisəsi
və onların uğurlarını təkrarlmaq
arzusudur. Biz kinonun inkişafını istəyirksə,
ilk növbədə Hollivud
modelini, nümunəsini
unutmalıyıq. Nəinki
Azərbaycan və Hollivud, hətta Avropa kino sənayesi ilə Hollivud kino sənayesi tamamilə fərqli sistemlərdir. Hər bir ölkənin
kino sənayesi onun mədəniyyətinin, iqtisadiyyatının,
mentallığının, coğrafi faktorlarının
təsirləri ilə
formalaşır. Ona görə
də biz ancaq praktikada (yəni film istehsalını artırmaqla,
prokat sistemini düzəltməklə və
s.) özümüzə uyğun
model tapa bilərik və
yaxın qonşularımızın
bu sahədəki təcrübəsi bizə
yardımçı ola bilər.
Yəni bizim reallığımız Hollivudun
reallığı ilə
tamamilə fərqlidir.
Rəşad Əzizovdan fərqli
olaraq, Azərbaycan
kinosunun hazırkı
vəziyyətində süni
zəkanın iştirakını
hələlik tez hesab edirəm. Süni zəka dünyada trend olduğundan,
biz də kino sənayesində
bundan istifadə etməliyik deyə fikir irəli sürmək, yaxud buna can atmaq gerçəkliyimizdə
utopiya kimi səslənir. Çünki
ölkəmizdə faktiki
olaraq, kino sənayesi formalaşmayıb və
kino sənayesinin təbii,
labüd inkişaf mərhələlərini keçmədən,
təcrübədə bunu
yaşamadan süni intellekt bizə köməkedə bilməz.
Süni zəka insan təcrübəsinə,
fəaliyyətinə əsaslanan
alqortimlər əsasında
işləyir. Məsələn,
iri studiyalar müxtəlif səviyyələrdə
gəlir gətirən
filmlərin, uğurlu
ssenarilərin məlumat
bazalarını, müxtəlif
statistikaları maşınlara
yükləyir və ümumi, çoxqatlı bilgilər əsasında onlar vəziyyəti analiz edərək dəyərləndirir, şablonları
araşdırır və
təklif edir, geniş auditoriyanın hansı filmləri bəyənib-bəyənmədiyini müəyyənləşdirir. Maşınlar əvvəlcədən
müəyyən edilmiş
alqoritmlər çərçivəsində
fəaliyyət göstərir.
Bizim belə bir məlumat
bazamız varmı? Kommersiya filmlərini nəzərə almasaq, Mədəniyyət Nazirliyinin
maliyyə dəstəyi
ilə çəkilən
filmlər prokata çıxmayıb, rəflərdə
tozlanıb, özəl
studiyalar az qala iflic vəziyyətdədir.
Film istehsal edilmirsə,
bölgələrdə kinoteatrlar
yoxdursa, ölkə üzrə prokat sistemi işləmirsə,
süni zəkanın
ixtiyarına hansı göstəriciləri verə
bilərik?
Süni
zəkanı yaradıcı
prosesə qoşmaqdan
ötrü, əvvəlcə
bu sahədə təbii insan potensialımızı (ssenari,
rejssor, debütant və s.) araşadırmalıyıq, onlara
işləmək, özlərini
realizə üçün
onlara imkanlar tanımalıyıq. Qısası,
süni zəkayla işləməkdən ötrü
bizim zəngin kino sənaye təcrübəmiz
olmalıdır.
Süni
zəkanın idarəçilikdə
müəyyən rolu
ola bilər, amma dediyim kimi, kinonun
digər sahələri
ilə bağlı
real təcrübəyə ehtiyac var.
Yeri gəlmişkən, alqoritmər
səhv də edir. Süni zəkanın proqnozlarına
görə, az gəlir əldə edəcək filmlər reallıqda dəfələrlə
çox gəlir toplayıb.
...Hollivuddakı tətillə
bağlı ChatGPT çatbotuna (Çatbot süni intellekt proqramı) sual ünvanlanıb və o, aşağıdakı cavabı
verib: "Süni zəka olaraq, mənim bu barədə
şəxsi fikrim yoxdur. Amma vəziyyəti analiz edərkən deyə bilərəm ki, ssenaristlər və digər yaradıcı peşə nümayəndələri
süni zəka texnologiyasına uyğunlaşaraq
ondan öz işlərində istifadə
etməlidirlər. Və
onlarla əməkdaşlıq
edərək keyfiyyətli
kontent yaratmalıdırlar.
Maşın insanı
bəzi hallarda əvəz edə bilər, yaradıcı təxəyyül hələ
də böyük əhəmiyyət daşıyır
və güman ki, gələcəkdədə ona
tələbat olacaq".
Sonda onu da qeyd edim
ki, mindən artıq
alim, həmçinin İlon
Maks, insanlığa təhlükə törədəciyini,
itqisadi, siyasi böhran yaradacığını
nəzərə alaraq
süni intellektin inkişafının qarşısını
almağa çağırırlar.
Bill Qeyts
isə əmindir ki, süni zəka insana xidmət edir və buna görə də texnologiyanın imkanlarını
öyrənmək zəruridir.
Sevda SULTANOVA
525-ci qəzet.-
2023.- 22 iyul. S. 12.