Əlvida, Heminquey

 

Qəzet səhifələrinin vərdişli maraqsız xəbərləri arasında bir başlıq şimşək kimi çaxdı: "Heminquey vəfat edib". Məlumatı çatdıran kiçik mətn narkoz altındakı xəstənin eşitdiyi səslər kimi uzaqlaşdı, itdi. Sonra ani başgicəllənmə keçdi, cümlələr məzmunla doldu ağır xəbərin acı həqiqətini tam mənasıyla dərk etdim. Heminqueyin ölüm xəbəri danılmaz doğruymuş.

Bu məlumatı oxuyan kimi onun əsərləri, ona aid kitablar, onun haqqında oxuyub bildiklərim, eşitdilərim bir-bir yaddaşımda canlandı. Təəssüratımı dərhal qələmə aldım. Başa düşürəm ki, bu fikirlər pərakəndədir, ardıcıllıqla düzülməyib. Amma böyük sənətkarın itkisiylə bağlı qəlbimdə çuğlayan hissləri fikirləri oxucularla isti-isti bölüşmək istədim.

Bilmirəm Heminquey günün hansı vaxtında keçinib, amma bu xəbəri alanda onun "Günortadan sonra ölüm" kitabının adıyla birlikdə ayrı-ayrı parçaları da yada düşdü: İspaniya öküz döyüşü, Prado muzeyi, yazıçı peşəsinin çətinlikləri məhəbbət haqqında dəqiq sözlər: "Sevgi ötüb keçəndən sonra hər şeyi xatırlayırsan, amma duyğunun özünü yenidən yaşamaq mümkün olmur".

Məlumatda Heminqueyin təsadüf nəticəsində - tüfəng atəşindən həlak olduğu yazılır.

(O vaxt yazıçının ölümü haqqında belə məlumat verilmişdi. İntihar etdiyi sonradan məlum oldu - indinin qeydi) Silahın gözlənilməz hoqqası "Əlvida, silah" müəllifinin ömrünə son qoydu. O insanın ki, iki Dünya müharibəsində yaralansa da, salamat qurtarmışdı. 1918-ci ilin mayında İtaliyada 237 yara almışdı. İspaniyada vətəndaş müharibəsində iştirak etmişdi, Kuba inqilabına şahid olmuşdu. Bir neçə kərə avtomobil təyyarə qəzalarından salamat çıxmışdı, neçə kərə həyatını riskə atmışdı (əbəs yerə demirdilər ki, Heminquey qəsdən, bilərəkdən ölümünü axtarır). Heminqueyin vəfatı haqqında məlumatdan bildim ki, o, öz vətənində, ABŞ-da, Aydaxo ştatında dünyasını dəyişib. Bayatımız yada düşdü:

Gəzməyə qürbət ellər

Ölməyə vətən yaxşı.

Heminquey bütün dünyanı gəzib dolaşmışdı. Sadəcə gəzib dolaşmamışdı, həm vuruşmuşdu, yad ölkələrin azadlığı uğrunda savaşmışdı bununla yad ölkələr doğmasına çevrilmişdi. Müxtəlif ölkələri sevirdi - İtaliyanı, İspaniyanı, Fransanı qadını sevən kimi sevirdi. "Mən üç qadını sevmişəm üçünü itirmişəm" - bu sözləri "Çayın o tayında, ağacların kölgəsində" romanının qəhrəmanı polkovnik Kantuel deyir. Bir neçə səhifə sonra isə Kantuelin başqa sözlərini oxuyuruq: "Mən üç ölkəni sevirdim üçünü itirdim. Amma niyə belə deyirəm, ikisini qaytardıq, üçüncüsünü qaytaracayıq, ey dalıyekə general Franko". Heminquey Afrikanı da başdan-başa gəzib dolaşmışdı. Bu qitəni sevirdi. Uzun zaman Kubada yaşadı. Kuba inqilabını alqışladı, Fidel Kastronu salamladı. Ahıl yaşlarında gəncliyinin şəhərinə Parisə dönmək istəyirdi.

"Həmişə səninlə olan bayram" adlandırdığı şəhərə. Parisdə məşhur yazıçı kimi yox, tanınmadan gəzmək istəyirdi. Ucuz barlara, kiçik restoranlara gedərək, əski küçələri dolaşaraq, adi adamlarla görüşərək gəzməyi arzulayırdı. SSRİ- gəlmək fikri vardı.

Heminqueyin ölümü haqda məlumatı oxuyanda fransız yazıçısı Anri Barbüsün "Nəvaziş" hekayəsini xatırladım. Bu hekayədə qadının sevdiyi kişiyə nəvazişindən, qayğısından bəhs olunur. Bu nəvaziş məhəbbətin özündən belə güclüdür. Qadın intihar edir, amma sevdiyi kişi bundan xəbər tutmur. Hələ çox illər sevdiyi qadından məktublar alır. Göndərilən ünvanı olmayan məktublar. Bu məktubları qadın intihar etdiyi gün yazıb, müxtəlif tarixlər qoyub etibar etdiyi adamlar vasitəsilə sevgilisinə çatdırılır. Bu son nəvaziş, son qayğı sevgilisini itkinin ağrısından xilas edir.

Heminquey bank seyfində üç çap olunmamış romanını qoyub gedib. Vəsiyyətinə görə, onlar yazıçının vəfatından sonra nəşr edilməlidir. Mən Barbüsün hekayəsini əbəs yerə xatırlamadım. Heminqueyin niyyətindən asılı olmayaraq bu, onun oxucularına son nəvazişi, son qayğısıdır. Bu kitablar işıq üzü gördükcə Heminquey heyranlarının itkidən doğulan ağrıları yavaş-yavaş ovunacaq, sevimli müəllifləri sanki başqa bir dünyadan onlarla danışacaq, onlara yeni əsərini təqdim edəcək.

 Amma bu təsəllimidir?

 Nazım Hikmətin məşhur misraları yada düşür:

 Ən çox bir il çəkir iyirminci əsrdə ölüm acısı.

 XX əsrdə yaşasaq da, Heminqueyin ölümü bizi həmişə kədərləndirəcək.

 Heminqueyin "Çan kiminçün çalınır" romanına qoyduğu epiqrafı xatırlayıram. İngilis şairi Jon Donnun sözləridi:

 "Ada kimi tək olan insan yoxdur. Hər bir insan qitənin bir parçasıdır, Əgər dalğalar sahildəki təpəni uçurub yox edəcəksə, Avropa kiçiləcək. Hər bir insanın ölümü sənin ölümündür. Odur ki, heç vaxt soruşma: Çan kiminçün çalınır? Çan səninçün çalınır".

Hər bir insanın ölümü bəşəriyyətin itkisidir. Hər bir insan özüylə öz dünyasını aparır. Hər böyük yazıçının ölümü isə ədəbiyyatı kasıblaşdırır. Amma onun yaratdıqları - kitabları, qəhrəmanları ölümsüzdülər heç vaxt əcəl zəngi - çan onlarçın çalınmır.

 Heminqueyin ilk hekayələrinin qəhrəmanı Nik Adams yazıçının ikinci "məni" yaşıdı idi. O da Heminquey kimi uşaqlıqda Biq-Rivər çayının həndəvərində gəzib dolaşır, ovçuluq edir, balıq tuturdu. Hindularla dostlaşmışdı. "Hindu qəsəbəsi" adlı hekayə belə bitir:

"Göldə bu erkən saatda, avar çəkən atasının yanında, qayıqda Nik tamamilə əmin idi ki, heç vaxt ölməyəcək".

 Uşaqlıq bitdi, Heminquey dünyanın dörd tərəfini gəzib dolaşdı, işlədi, yazdı, döyüşdü, sevişdi nəhayət, dünyasını dəyişdi. Amma Nik Adams yazıçının əksi kimi "Hindu qəsəbəsi"nin səhifələrində heç vaxt ölməyəcəyinə qəti inamla əbədi yaşayır.

 Heminqueyin özü kimi "Əlvida silah" romanının qəhrəmanı leytenant Henri İtaliya cəbhəsində vuruşur, yaralanır, təltif olunur, sevir. Amma Heminquey sonralar İspaniyada da, Paris ətrafında da vuruşub, yaşa dolub, qocalıb nəhayət ölüb. Leytenant Henri isə əbədi cavan qalaraq ölüm yatağında yatan Ketrinin yanındadı. Yox, daha doğrusu, o, Ketrin keçinəndən sonra yağış altında otelinə gedir.

 Bu o demək deyil ki, yazıçı əsərlərində ömrünün müəyyən mərhələlərini həkk edir. Bu o deməkdir ki, böyük yazıçının yaratdığı obrazlar o qədər həyatı, real olurlar ki, (Heminqueyin dediyi kimi faktlardan da həqiqi) müəllifin sönən həyatı qəhrəmanlarının qəlblərində çırpınır.

 Doğrudur, Heminquey qəhrəmanlarının heç hamısı sözün hərfi məcazi mənasında diri qalmır. Məcazi mənada onun uğursuz obrazları unudulur. Hətta böyük yazıçıların da zəif əsərləri olur. Hərfi mənada ölənlərsə - əsərdə vəfat edən pesonajlardır.

 "Kilimancaro qarları" hekayəsində yazıçı Henri vəfat edir. "Çayın o tayında, ağacların kölgəliyində" romanında polkovnik Kantuel ölür.

 Henri Kilimancaro dağının zirvəsində qanqrenadan can verir. Amma yaradıcı kimi, o, çoxdan dünyadan gedib.

 "O, öz istedadını məhv etdi, öz-özünə inandıqlarına xəyanət edərək yazıçılığını öldürdü. İçkiyə aludəçiliklə, duyğularını korşaltmaqla, tənbəlliklə, sibaritlik snobtizmlə (kefçillik seçilmişliklə), şöhrətpərəstliklə iddialarla, yarıhəqiqət yarıyalanla özünü məhv etdi. indi ölümqabağı nələri yazmaq istədiyini yazmadığını xatırlayır. Türkiyə barədə yazmaq istəyirdi yazmadı. Paris barədə, içalatı tökülüb məftildən asılmış zabit Vilyamson barədə nələr, nələr barədə yazmaq istədiklərinin heç birini yazmadı. Bir o vaxt İstanbulda küsüşdüklərindən sonra onu görməsi haqqında. Eyş-işrətə qurşanmışdı, amma ayrılıqlarının acısı heç cür ovunmurdu. Ona elə gəldi ki, bir gün otelin girişində qadının kölgəsini gördü, bütün vücudu titrədi. Bulvarda qadının ardınca qoşdu, yanaşmağa qorxurdu ki, birdən o olmaz, qəlbini çuğlayan duyğular da sovrulub gedər.

 "Axı niyə bu barədə yazmadım?" - Harri belə düşünürdü, lakin artıq gecdi. Bundan sonra daha heç yazmayacaqdı. Yazıçı Harri ölür, yazıçı Heminquey yaşamağa davam edirdi. Heç onun istedadını puç edə bilmədi. Çoxlu kitablar yazdı. Müharibə haqqında, məhəbbət haqqında, çeşid-çeşid insanlar müxtəlif ölkələr haqqında. Nəşəli günlər haqqında qüssəli roman - " günəş doğur" ("Fiesta") romanını yazdı. "Varı olmaq varı olmamaq" adlı roman yazdı. Bu kitab kasıb Florida balıqçısı, varlılar varlılara satılmış yazıçı haqqındadır.

 İspaniyada vətəndaş müharibəsi haqqında, inqilabçılar partizanlar haqqında "Çan kiminçün çalınır" romanını yazdı.

 "Yağış altınla pişik" adlı incə psixoloji hekayə yazdı. Bu hekayə insan istəklərininin necə bayağılaşması, bəsitləşməsi barədədir. Hər şeyə malik olan, amma darıxan insanın heç istəməməsi barədə qəmli əhvalat. Qadın öz evində, öz masası arxasında yeyib-içmək istəyir, istəyir ki, öz çəngəl- bıçağı olsun, özünün uzun saçları olsun, yeni paltarı olsun. Bir pişik istəyir.

 "Əgər bütün bunlar imkansızdırsa, heç olmasa pişik ki mümkündür".

 "İtirilmiş nəslin" istəksizliyi, hər şeydən bıqıb usandığı bu hal dəqiq təsvir edilib. Bu mənəvi boşluq ovqatı son cümlədə ifadə olunub. Tipik Heminquey cümləsi.

Heminqueyin başqa kamil hekayələri var:

 "Evdə", " fillər", "Alp idilliyası", "Mister missis Elliot", "Təmiz, işıqlı yerdə", "Frensis Makomberin qısa səadəti", İsveçrəyə həsr olunmuş triptix-hamısını sadalayıb bitirmək olmur ki...

 İki hekayəsi mənə xüsusiylə yaxın doğmadır. Onlar sanki biri birinin davamıdır: " isə bitdi" "Üç günük pis hava" hekayələri. Bu hekayələrdə ümidsizlik içindən bir ümid işığı gəlir.

 Heminqueyin bir kitabı da var - "Çayın o tayında, ağacların kölgəliyində" romanı kamil əsər deyil, bəzən yorucudur, amma hər halda qeyri-adi dərəcədə səmimi əsərdi. Roman polkovnik Kantuelin uğursuz taleyi haqqındadır. Polkovnik cəsur namuslu hərbçidir, həmişə ən təhlükəli cəbhələrdə savaşıb, "Öz yatağında ölən generallar" onun əsgərlərini ən ağır yerlərə göndəriblər, lüzumsuz yerə qurbanlar verilib. Polkovnik özü uğursuz insandır. Dəfələrlə yaralanan, neçə kərə ölümün gözünün içinə baxan Kantuel general ola bilərdi, amma əyalət şəhərində polkovnik kimi xidmət etməyə məhkumdur. Heç nəyi qalmayıb - əbəs yerə həlak olmuş döyüşçüləri haqqında xatirələri, nəyəsə ümidləri. Ancaq iztirabları qalıb ki, onlar da heç kəsin vecinə deyil budur Kantuel gənc, gözəl kübar qıza - Renataya aşiq olur. Renatann səsi ona Pablo Kazalsın violançelini xatırladır - o qədər incə gözəldir ki, polkovnikin bütün varlığını titrədir.

 Haçansa Otelloyla Dezdemonanın bir-birlərini sevdikləri füsunkar şəhərdə - Venetsiyada Renata Kantueli iztirablarına görə, Kantuel isə Renatanı onun dərdlərinə həmdərd olduğuna görə sevir.

Romanda polkovnik Amerikada vətəndaş müharibəsindən bir epizodu danışır: General Gekson ölümcül yaralanır. Sayıqlayaraq son əmrlərini verir: Hücuma hazır olun!

 Amma birdən öz sözünü kəsib: "yox, yox - deyir - gəlin çayı keçək, o tayda ağacların kölgəliyində dincələk".

 Döyüşçü polkovnik Kantuel ömrü boyu düşmənlərlə özününkülərlə, öz uğursuz keçmişiylə hədər yaşanmış ömrün təəssüfüylə mücadilədədir. budur son bir məqam gəlir, axıra lap az qalmış qarşıya qoyulmuş bütün məqsədlər unudulur, qəlbini incidən xatirələrdən sıyrılıb çıxır, nifrəti ürəyindən silib atır çayın o tayında, ağacların kölgəsində, Renatanın məhəbbətində dincəlmək istəyir. Renata italyanca Dirçəliş deməkdir.

 Polkovnik Kantuel "dirçəlir" ki vəfat etsin, amma o, sevərək sevilərək ölür, həyatında bir məna taparaq, sevgiyə qovuşaraq dünyasını dəyişir.

 "Qoca dəniz" adlı amerikan filmini heç bəyənmədim. Uğurlu aktyor oyunu olsa da, mənə elə gəlir ki, povestin ruhu itirilmişdir. Ekranda Heminquey humanizmindən əsər-əlamət yoxdur.

 Bir silsilə hekayələrinin ümumi adı "Qalib heç qazanmır" idi. Qoca Santyaqo nəhəng bir balığı tutur, amma bilir ki, bu ağırlıqda balığı heç vaxt çəkib apara bilməyəcək.

 Qoca "sən məni məhv edirsən balıq - deyə düşünürdü, olar, öldür, mənim vecimə deyil kim kimi öldürəcək".

 Budur Heminquey humanizmi. Bu humanizmin məğzi ondadır ki, insan heç bir qələbə qazanmayacağını bilə-bilə yenə sonacan vuruşur. Tək başına vuruşur. Vuruşur ki, öz gözlərində məğlub olmasın.

Qoca düşünür: "Sən bu balığı satmaq üçün, onun hesabına dolanmaqçün tutmamısan. Sən bunu qürurunçün öldürmüsən. Ona görə ki, sən balıqçısan".

 "Gecə yarısında akulalar gəlib balığı parça-parça edəndə qayıracaqsan? edə bilərsən axı? Sonacan vuraşacam. Ölənəcən".

 Gecə yarısında yenə akulalarla vuruşurdu. Halbuki bilirdi - bu vuruşun mənası yoxdur.

 Qoca balıqçı da, "Məğlubedilməz" hekayəsindəki qoca matador kimi, "Çan kiminçin çalınır" romanındakı Robert Cordan kimi yenilmir.

 "İnsanı məhv etmək olar, amma yenmək mümkün deyil" - bu cümlə Heminquey humanizminin cövhəridir.

 Zahiri məğlubiyyətin hesabına daxili qələbə. Heminquey yaradıcılığının bütün mərhələlərindən keçən bu inam bəlkə ən parlaq şəkildə "Qoca dəniz" povestində əks olunub.

Bütün bunlar filmdə öz əksini tapmayıb. Filmdə povestin əsas ikinci dərəcəli personajları var. Heminqueyin təsvirləri, dialoqları saxlanılıb. Amma film daha çox maraqlı balıq ovuna həsr olunub, povestin fəlsəfi mahiyyəti itib. Povestin ümumən Heminquey yaradıcılığının əsas ideyası, fəlsəfi qayəsi odur ki, insan mübarizəsinin əbəs olduğunu, heç bir şey qazanmayacağını dərk edəndə belə geri çəkilmir, yenə vuruşur. Vuruşur ki, zahiri məğlubiyyətin hesabına daxili qələbəni qazansın. Bu mənəvi zəfərlə, ruhun qələbəsiylə öz insan ləyaqətini, iradəsini, qürurunu təsdiq etsin. Heminqueyin bütün sevimli qəhrəmanları məhz bu cür davranırlar. O özü bu sayaq yaşadı. Böyük yazıçının ölümündən xəbər tutanda bir türk şairinin misralarını xatırladım:

İlk məhəbbətdən kədər qalır

Bir iz qalır ulduz sönəndə

bir neçə sətir qalır

şair öləndə.

 Heminquey dünyadan getdi. Kitabları qaldı.

1962

 

SÖZARDI:

 

Gəncliyimdə ən çox sevdiyim yazıçılar Dostoyevski, Çexov, Mirzə Cəlil Məmmədquluzadə, Marsel Prust, Mixail Zoşşenko, Ernest Heminquey idi. Yaşa dolduqca başqa böyük yazıçıları L.Tolstoyu, Balzakı, Folkneri daha dərindən dərk etməyə başladım. Amma Heminqueyə münasibətim - ilk sevgi kimi - heç vaxt unudulmadı. Uzaq 1961-ci ildə onun ölüm xəbəri məni sarsıtmışdı bu xəbərin təsiriylə yazdığım yazı "Molodej Azerbaydjana" qəzetində "Poqib nepobejdenım" başlıqıyla dərc olundu.

62 il bundan əvvəl rusca yazılmış bu mətni dilimizə çevirib oxuculara təqdim edərkən bir məsələni xatırladım.

Heminquey bir vaxt mənə 500 manat pul qazandırmışdı. Bizim Televiziyada "Kim, harda, haçan" adlı verilişə bir kərə məni dəvət etmişdilər. Sual verməliydim. Bilicilər sualıma cavab tapmasalar, beş yüz manat qazanırdım.

Bilicilərə belə bir sual verdim:

"Heç bir vaxt Azərbaycanda olmamış hansı müasir Qərb yazıçısının əsərində belə bir cümlə var: "Azərbaycanın bir şəhərində haqsızlıq - olanda da mənə yazırlar".

Bilicilər bu suala cavab tapmadılar mən beş yüz manat qazandım.

Cümlə Heminqueyin "Çan kiminçün çalınır" romanındandı. Bu sözləri romanda Karkov deyir. Karkov isə real həyatda "Pravda" qəzetinin o vaxt İspaniyada xüsusi müxbiri Mixail Koltsovun proobrazıdı.

13 iyul, 2023

 

Anar

525-ci qəzet.- 2023.- 22 iyul. S. 14-15.