"Meyvə səbəti"

"

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Abbasovadır. Onunla Mikelancelo Merizi da Karavacconun "Meyvə səbəti" adlı əsərindən danışmışıq.

Mikelancelo Karavacconun doğum tarixi yaşı haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçılara görə, ən böyük ehtimallardan biri Broloda Santa Stefano kilsəsinin qeyd dəftərindəki bir məlumata əsaslanır. Burada 30 sentyabr 1571-ci il tarixində "Cənab Fermo merisi xanım Lusia Aratorinin oğlu Mikelancelo"nun vəftizi il bağlı qeydlər yer almaqdadır. Tədqiqatçılar güman edir ki, bəhs edilən məlumat məhz Karavacconun vəftizidir.  Mənbələrdə rəssamın tam adının Mikelancelo Merisi de Karavacco olması haqqında bir sıra məlumatlar vardır. Tədqiqatçılara görə, Karavacco adı rəssamın böyüyüb boya-başa çatdığı qəsəbə - Karavacco qəsəbəsinin adından götürülüb. Digər bir versiya isə Mikelancelonun atası Fermonun müdiri Karavacco Markisinin adı ilə bağlıdır.

- Nigar xanım, bu tablonun rəssamın digər əsərlərindən kimi fərqləri var?

- Bu, rəssamın süjeti yalnız natürmort olan azsaylı rəsmlərindən biridir. İncəsənət tarixçisi Con T.Spikə görə, meyvə səbəti 1596-cı ildə çəkilib, lakin ədəbiyyatlarda başqa tarixlər var ki, 1601-ci il daha çox ehtimal edilir. Gilles Lambert isə tablonun yaradılmasını kardinal Françesko Maria del Monte ilə əlaqələndirir rəsmin tarixini 1598-1599-cu illərə aid edir. Darpinonun emalatxanasında yaradılmış rəsm, yaradıldıqdan sonra uzun müddət orda qalıb.

- Əsərin rəng koloriti necədir?

- Əsər öz məhsuldarlığı, zənginliyi, isti rəng tonlarından istifadə olunması, kəskin konturlar, ritmikası ilə fərqlənərək, Karavacco yaradıcılığının ən maraqlı işlərindən biri kimi qiymətləndirir. Əsərdə səbətin daxilində müxtəlif meyvələrin: heyva, alma, üzüm, əncir təsvirini görmək mümkündür. İlk baxışdan sadə bir əsər olsa da, özündə dərin mənalar kəsb edir.

Əsərin süjeti plastik şəkildə təqdim edilmiş natürmortdur. Meyvə səbəti rəsmin alt hissəsini tutur görünməz masanın ya dəzgahın aydın şəkildə qeyd olunan kənarına qoyulur. Fon neytral, solğun, yuxarıya doğru uzanmış, detalsızdır. Yetişmiş, qismən çürümüş meyvələrlə doldurulmuş hörmə səbət şəklin çərçivəsindən bir qədər kənara çıxır. Rəssam bir alma, şaftalı, armud, heyva müxtəlif rəngli dörd salxım üzüm təqdim edib. Bu, professor Jules Janik tərəfindən "Glomerella cingulata" kimi tanınan, fərqli göbələk ləkələri olan quru çökən yarpaqlarla tamamlanır.

- Əsərin kompozisiyası haqqında deyə bilərsiniz?

- Kompozisiya diaqonal olaraq sola doğru işıqlandırılır ki, bu da hörmə səbətinin sferik meyvənin illüzionist təsviri ilə birləşərək üçölçülülük genişlik təəssüratı yaradır. Tamaşaçının diqqətini təfərrüatların təbiiliyi hərtərəfliliyi, detalların zənginliyi şəffaflığın təsiri cəlb edir, xüsusilə qırılan yarpaqlarda bunlar nəzərə çarpır.

- Tablo harda saxlanılır?

- Əsər hazırda Milanda "Pinacoteca Ambrosiana"nı bəzəyir. 1607-ci ildə kardinal Federiko Borromeo tablonun sahibi olur, lakin onun necə sahib çıxdığı barədə dəqiq məlumat yoxdur. Sonrakı bir çox əsrlər ərzində şəkil unudulmuş onun müəllifi Flamand rəssamlarına aid edilmişdi. 1991-ci ildə Karavacco mütəxəssisi Lonqinin sayəsində Karavacco əsərinin müəllifliyi tanındı.

- Sizcə, bu rəsm bizə deyir?

- Əsərdə İsrail xalqını yetişmiş meyvə səbətinə bənzədən Amos kitabına aydın şəkildə istinad edilir. Sağlam qurdlu meyvələrin bir-birinin yanında olması həm günahkarları, həm müqəddəsləri toplayan Kilsəyə işarə ola bilər. Karavacconun işi öz dövrü üçün o qədər yenilikçi idi ki, əvvəlcə fərqli bir rəsm əsərinin bir hissəsi olduğu düşünülürdü. O zamanlar natürmortlar çox az qiymətləndirilirdi kiçik bir rəsm növü hesab olunurdu. "Meyvə səbəti" rəsm əsəri bu stereotipi qırdı müəllifin özü barokko üslubunda natürmortun sələfi rəsm yaradarkən trompley üsulundan ilk istifadə edən şəxs hesab olunur.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 22 iyul. S. 15.