Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət

 

Ferdinand 1554-cü ildə oğlanları arasında torpaqları böldü, bölgü onun ölümündən sonra həyata keçməli idi. Böyük oğlu II Maksimilian onu imperator kimi əvəz etdi, həmçinin Bohemiya Macarıstan taxt-tacına sahib oldu. Həm irs kimi əkiz Avstriya hersoqlarının idarəçiliyini qəbul etdi. Digər oğlanları Ferdinanda Karla Yuxarı Avstriya İçəri Avstriya çatdı.

II Maksimilian rahat həyatı sevirdi. Gənc oğlan kimi onu mülayim Lyüteran ideyası özünə cəlb etdi.

II Maksimilianı 1576-cı ildə onun böyük oğlu II Rudolf əvəz etdi. Rudolf artıq Macarıstan Bohemiyanın kralı "Romanların kralı" seçilmişdi. O, II Filippin İspan Habsburq sarayında böyümüşdü, daha çox Karlın kainat monarxiyası ideyasının Avstriya ənənəsində ilişib qalmışdı. O, həm dini konfessiyalar plyütarizmini həyata keçirməyə hazırlaşırdı. Onu Bohemiya daha açıq şəkildə özünə cəlb edirdi, ona görə öz torpaqlarının paytaxtını Praqaya köçürdü. Onu buna həm Vyanadakı Lyüteran həyəcanları məcbur etmişdi. Praqa onun varlı əyalətinin mərkəzində idi, bura həm türklərdən nisbətən uzaq idi.

II Rudolf yaxşı təşkil olunmuş saray qurmuşdu, bu, Praqanın Qızıl erasına təsadüf edirdi. O, Habsburqlar arasında incəsənətin ən böyük hamilərindən birinə çevrildi, bu sahədə onu Florensiyadakı Mediçilərə oxşatmaq olardı.

Məhz II Rudolf Habsburq Evinin tac sahibliyinə səlahiyyət verdi, ona qədər heç bir Habsburq kral kimi taclanmamışdı. O, həm elmin inkişafına, özü həm ezoterik (sirrli) həm təbii elmlərə böyük diqqət verirdi, çünki o vaxtlar onların hər ikisi arasında hansısa bir fərqin olduğu aydın deyildi. Rudolf dövrün iki ən böyük astronomunu Praqaya dəvət etmişdi. O, həm həmin astronomlara saraya digər dəvət olunmuş əlkimyaçılara çox hörmətlə yanaşırdı.

Rudolf imperial titulun nüfuzunu Habsburqların dünya monarxlarının başında olmalarını qeyd etməklə lovğalanırdı. Lakin o, real olaraq əyalətlərin idarə edilməsi ilə maraqlanmırdı. Öz əlində olan torpaqların çoxunun idarəçiliyini qardaşlarına ötürmüşdü bunun hesabına da ailədə qarışıqlıq yaranmışdı. Habsburq qardaşları Ernst, Matias, Maksimilian Albrext Rudolfun özü kimi İspaniyada tərbiyə olunmuşdular. 1570-ci ildə onların hər biri Ailə irsinin bir hissəsinə sahib oldu.

Maksimilian Tevton Ordeninin ustasına çevrildi ki, buna görə həm İçəri Avstriyanın, sonralar isə Tirolun regenti olsun.

Ernst Aşağı İçəri Avstriya regenti olmaqla yanaşı, Niderlandlarda II Filippin qubernatoru idi. Albrext əvvəlcə kardinal idi, sonralar isə II Filippin qızına evlənməklə, Cənubi Niderlandın hökmdarı oldu. Matias adlı digər qardaş isə fərqli qaydada rahat yaşamağa üstünlük verirdi 1595-ci ildən o, Yuxarı Aşağı Avstriyanı idarə etmək vəzifəsini öz üzərinə götürdü, lakin bunun öhdəsindən kifayət qədər gəlməyi bacarmadı.

Avstriyalılardan əvvəl türklərin  macarlarla seriya müharibələri getmişdi. 1389-cu ildə Kosovo çölündəki döyüşdə türklərin qələbəsindən sonra elə görünürdü ki, Osmanlı imperiyası bütün Balkan yarımadasını işğal etməyə hazırdır. Lakin macarlar Balkanların müdafiəsini təşkil edə bildilər. 1459-cu ildə macarlar Serbiyanı özlərinə tabe etdilər.

Avropada türklərin ekspansiyasını 1520-ci ildə taxt-taca çıxan I Süleyman bərpa etdi. 1521-1526-cı illərdə türklərin macarlarla müharibəsi Osmanlı imperiyası ilə Macarıstan krallığı arasında silahlı münaqişə olmaqla, faktiki olaraq Macarıstanın müstəqilliyinə son qoydu. 1526-cı ildəki Moxaç çölü döyüşündə Macarıstanın süqutu baş verdı. 

Osmanlı sultanı Səlim Yavuz ölümündən əvvəl Şərqdə Cənubda - bütün Kiçik Asiyada nəhəng torpaqları işğal etmişdi.

 Sultan Süleymanın birinci yürüşü isə türklərin Bosniya Dalmatiyada bir neçə qalanı tutması ilə başlandı. Osmanlılar 1526-cı ilin avqustunda Moxaçdakı döyüşdə qalib gəldikdən sonra Macarıstanı tutdular.

Yeni sultan Süleyman Macarıstan krallığından təzminat verməyi tələb etdikdə, rədd cavabı almışdı. Sonra Süleyman iri qüvvələrlə Macarıstanın cənub sərhədlərinə hücum etdi. Bu vaxt o, Belqradı tutdu. Sultanın başı Rodos adasını tutmağa qarışanda. 1522-1524-cü illərdə iri hərbi hərəkətlər etmədi. Həm o, İrana hücum etməyi planlaşdırırdı. 1525-ci ildə sultan Macarıstana böyük hücum hazırladı. Bu vaxt imperator I Maksimilian da Çexiyanın Macarıstanın taxt-tacını ələ keçirməyə çalışırdı.

26 aprel 1526-cı ildə Süleyman 100 minlik ordu 300 topla üç aya Belqrada gəlib çıxdı. Macarlar döyüşsüz geri çəkildilər. Avqust ayının ikinci yarısında Moxaç yaxınlığındakı döyüşə macarlar 25 min adam, 80 top yığmışdılar. Ordu əsasən alman, çex serb muzdlularından ibarət idi. Macarlar məğlub oldu.

Sultan Süleyman Macarıstana vassal kral təyin etdi böyük qarət əldə etdi. Macarların müharibədə ümumi itkisi 200 min nəfər ya əhalisinin 10 faizi miqdarında idi.

1529-cu ildə Süleyman Vyanaya yürüş etdi avstriyalılarla da uzun çəkən müharibələr başlandı.

1568-cı ildən sonra Avstriyaya türk yürüşləri davam edirdi 1583-cü ildə tam ölçüdə olan müharibə ilə yekunlaşdı. Müharibə təkcə türklərlə deyil, macarlarla da aparılırdı. Sülh müqaviləsi bağlandıqdan sonra Transilvaniya faktiki olaraq Protestantizmin bastionuna çevrilmişdi Habsburqlar Macarıstan Ştatlarına əsaslı güzəştə getdlər. Türklər ilk dövr üçün onlara illik təzminat verilməsini bir müddət başqa sözlə ifadə olunmaqla, "bəxşiş" adlandırdılar.

Rudolf bir imperator kimi öz bacarıqsızlığını göstərdi, qərarlarında ciddi səhvlərə yol verirdi. 1605-ci ildə Matiasa müharibə sülh danışıqlarını aparmaq məsuliyyətini həvalə etmişdi buna görə tənqidə məruz qalmışdı. Rudolf  bağlanmış sülhün nəticələrini məmnunedici saymadı gizli olaraq özünü ondan uzaqlaşdırdı. Lakin razılaşdı ki, Matias Ailənin başçısı kimi Rudolfu əvəz edəcəkdir.

Rudolfla Matias arasında yenidən münaqişə başlandı. Matias Bohemiyanın kralı kimi taclandı. Yalnız imperator titulu ilə qalan Rudolf 1612-ci ildə öldü. II Rudolf imperator olsa da, "ağılsız Rudolf" adlanırdı. O, incəsənətdən yaxşı baş çıxarırdı. O, qızlara gənc oğlanlara xüsusi diqqət yetirirdi. Çox sayda uşaqları var idi.

İmperator Rudolfun sifəti portretlərdə meyvə salatı şəklində təsvir olunurdu, onun burnu armud, başı isə cürbəcür meyvələrlə örtülmüşdü. Bu onun mitsizmindən irəli gəlirdi. Bizim dövrümüzdə italyanlar belə portretdən meyvə-tərəvəz reklamı üçün istifadə edirlər.1609-cu ildə Rudolf Katolitsizmi Protestantizm ilə bərabərləşdirdi.

İspaniyaya gəldikdə XVII əsrin başlanğıcında bu dövlət dünyada ən çox əhalisi olan bir imperiya idi, demək olar ki, bütün Cənubi Amerikaya, həmçinin Asiya Afrikada olan çox sayda ərazilərə nəzarət edirdi. Avropalıların əksəriyyəti üçün İspaniya hələ dövrün ən böyük dövləti təsirini bağışlayırdı, lakin reallıq tam fərqli idi. Xəzinə boş idi, kral II Filipp 1596-cı ildə bankrota çevrilmişdi. Buna səbəb İngiltərə ilə apardığı müharibənin yaratdığı iri xərclər olmuşdu. Taxt-tacın varisi III Filipp 1607-ci ildə eyni hərəkəti etdi, öz sarayının gələcəyini bu yolla xərclədi. Ölkənin silahlı qüvvələri,  dövr üçün müasir tipdə deyildi, hökumət səmərəsiz fəaliyyət göstərirdi. Kommersial sinif zəif idi, kübar sinfi kəndliləri istismar etməklə, dəbdəbəli həyat sürürdü. Yaxşı təmin olunan keşişlər rahiblər onlardan fərqlənmirdi. İspaniya hələ böyük dövlət rolunu oynamaqda davam edirdi, lakin belə zahiri görünüş aldadıcı idi.

III Filippin hökmranlığı ərzində (1598-1621-ci illər) İspaniyanın zəifləməsi daha aydın nəzərə çarpırdı. Yalnız saray dəbdəbəsi ya keçmişin qalığının möcüzəli bir qaydada işləyəcəyi ilə maraqlanan III Filipp qısqanc Lerma hersoqu olan öz birinci nazirinə icazə verdi ki, yeni, XVII əsrə başlasın. Aristokrat Lermanın başlıca vəzifəsi isə hakimiyyəti var-dövləti öz əlində cəmləşdirmək idi, dövlətin qayğıları isə onu o qədər maraqlandırmırdı. Mühüm rəsmi vəzifələr onun qohumları ilə dolu idi, vacib problemlər isə həll olunmamış qalırdı.

 Atası ölən ili Matias Habsburqlu həm imperator seçildi. O, öz iqamətgahını tezliklə Vyanaya köçürdü. 1615-ci ildə Bohemiya dayeti (parlamenti) antialman qanunçuluğunu qəbul etməyə məcbur edildi. İki il sonra II Ferdinand Bohemiya kralı seçilib, taclandı. Matiasın iştirakı olmadan kompromiss cəhdi Ferdinand tərəfindən uğursuzluğa düçar oldu. Bu vaxt o, həm Bohemiyanın, həm Macarıstanın kralı idi.

Otuz illik müharibə (1618-1648-ci illər) Habsburq bloku (ispan Avstriya Habsburqları,  Almaniyanın katolik knyazlıqları) ilə antihabsburq koalisiyası (alman protestant knyazlıqları, Fransa, İsveç, Danimarka) arasında gedirdi. Hər iki tərəfə kömək edənlər var idi. Habsburq bloku katolitsizm, antihabsburq koalisiyası isə protestantizm bayrağı altında gedirdi. Lakin  Fransanın kral şurasının başçısı kimi faktiki hökmdarı olan qatı katolik kardinal Rişelye dövlətin mənafeyini katolitsizmə sədaqətindən üstün tutaraq, müharibədə İsveçin tərəfinə keçərək, Avstriya blokundakı katoliklərə qarşı vuruşmağı qərara aldı. Müharibənin faydalı nəticələrini görmək ona qismət olmadı, Vestifaliya sülhü bağlanandan 6 il əvvəl dünyanı tərk etmişdi.

Müharibə bir neçə dövrə bölünür. İlk 11 ildə Danimarka məğlub edildi, onun qoşunları isveçlilər Almaniya ərazisindən qovuldu. Sonra İsveç ordusu Almaniyaya  girib, qələbə çaldı. 1635-1648-ci illərdə Fransa müharibəyə  daxil olduqda, antihabsburq koalisiyasının açıq üstünlüyü üzə çıxdı.  Milli dövlətlər Fransanın hegemonluğu altına keçdi.  Müharibə Avropada, xüsusən Almaniyada nəhəng demoqrafik iqtisadi haqq ödənilməsi kimi ağır cəzanın meydana gəlməsinə səbəb oldu. Avstriya torpaqları, əsasən, viran qalmaqdan yayınmışdı. Lalin Fransanın İsveçin üstün hərbi gücü Habsburqun Avropadakı İmperiyadakı iddialarına son qoydu. 1648-ci il müqaviləsi Fransanın Mərkəzi Avropada, İsveçin isə Şimali Avropada ağalıq etməsinə səbəb oldu. Həm müharibə Mərkəzi Avropa əraziləri daxilində Habsburqların bir sıra iddialarını reallaşdırmaq sahəsindəki qabiliyyətini böyütdü.

II Ferdinand 1637-ci ildə öləndə, onun daha praqmatik varisi olan III Ferdinand atasından qalan ağır mirasa sahib oldu. Avstriya Habsburqları Bavariya Otuz illik müharibənin sonunda öz torpaqlarında qaldı. Fransa isə  öz sərhədlərini böyütməklə, Elzası ələ keçirdi. Reyn üzərində Habsburqların hakimiyyəti laxladı.  1648-ci il Vestifaliya sülhü fransızların isveçlilərin şərtləri əsasında bağlanmaqla yanaşı, protestantların qələbəsi demək idi.  İsveçrə Birləşmiş Əyalətlər Respublikası (Hiderlandlar) imperiya ittifaqının üzvlüyündən çıxdı. Müstəqil dövlət yaratmalarını niderlandlılar sevinclə qarşıladı, onlar bunu fəvvarədən su əvəzinə şərab püskürməsi ilə qeyd etdilər. Ümumiyyətlə, Vestifaliya sülhü Avropa tarixinə Yeni Tarix dövründə ciddi təsir göstərdi...

Müharibə böyük ərazilərdə gedirdi.Avstriya Habsburqları elə böyük torpaq itirməmişdi.  Lakin ən vacib məsələ ondan ibarət idi ki,  nəticədə Habsburqların "dünya imperiyası" yaratmaq planı iflasa uğramışdı. Müharibədə Almaniya isə öz əhalisinin üçdə birini itirmişdi. Müharibə dövründə   Avropada taun xəstəliyi yenidən yayılmışdı bu, demoqrafik vəziyyəti daha da ağırlaşdırmışdı. Müharibə məşhur flamand rəssamı Paul Rubensi (1577-1640-cı illər) casusa çevirmişdi.

İngiltərənin 1588-ci ildə İspan Armadası üzərindəki qələbəsi II Filippin donanmasının darmadağın edilməsi ilə nəticələnmişdi. Bununla da yəhudi yazılarında olan Allahın sözü özünün həqiqət olduğunu göstərmişdi. Burada yəhudi Allahının nəfəsi barədə yazılmışdı. Axı XV əsrin sonunda qatı katolik kral Ferdinand Araqonlu kraliça İzabella Kastiliyalı ərəblərə qarşı Rekonkistanı 1492-ci ildə qələbə ilə başa çatdırıb, mavrların son şəhəri olan Qrenadanı da işğal etdikdən sonra ölkədə müsəlman qalmamışdı. Xristian dini müsəlmanlarla yanaşı, yəhudiləri çox saydakı vasitələrlə, xüsusən İnkvizisiya məhkəmələrinin köməyi ilə təqib edərək, İudaizmə sitayiş edənləri ölkədən qovmuşdu. Qaçqın yəhudilərə Osmanlı Türkiyəsi, Niderlandlar Polşa sığınacaq vermişdi, bir qismi isə Meksikaya yollanmışdı.

İngilislərin ispanlar üzərindəki qələbəsi həm protestantların zəfəri kimi qiymətləndirilirdi. İngilis yəhudi ənənələrinə uyğun olmaqla, İspaniyanın, kral II Filippinin ağır məğlubiyyəti, həm katolitsizmə, Habsburqlara Avstriyaya qarşı ruhi azadlığın apardığı döyüşün bir epizodu sayılırdı.

Avstriya Habsburqları Maarifçilik erasına da çətinliklə uyğunlaşırdı, çünki onların uğurları Barokko dövründə qalmışdı. "Barokko" üslubu əsasən, Almaniyadan şimalda Kontr Reformasiyadan əvvəl meydana gəlmişdi. Barokko Allah qaydasının Yer üzərində əsas amil kimi olmasını nəzərdə tuturdu Habsburq ənənəsində möhkəm köklərə malik idi.

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 22 iyul. S. 22.