Şekspir dünyası
Xoşlanmaq üçün Ariel Alonsonun
oğlu Ferdinandla buksirdə qayıtdı. Prosperodan başqa, Ariel hamı üçün gözə görünməz
idi, lakin Ferdinand ruhun oxuduğu mahnıya görə onun arxasınca gedirdi və Mirandanın yanına gəlib çıxdı.
Miranda ağlına gətirə
bilməzdi ki, ilk dəfə
gördüyü bu adam heç də nə onun sifəti qırışmış atası
və nə də eybəcərləşmiş
Kanibal deyil. Ferdinandın başı bu vaxt az
gicəllənmədi, qıza
vəd etdi ki, onu Neapolun kraliçası
edəcəkdir.
Lakin Prosperonun oyunu hələ yenicə başlayırdı, o, Ferdinandı
dustaqlıqdan azad etdi və gənc
şahzadə etiraz edəndə, o, sehrindən
istifadə etdi ki, onu hərəkətsiz etsin. Miranda etiraz etdi, lakin Ferdinand təsəlli tapdı ki,
o, öz yeni məhəbbətini
görə bilir. Adada üç müxtəlif yer var idi, üzüb sahilə gələnlərə,
həmçinin, oğlunu
itirdiyinə görə
dəli kimi olana, üz göstərilmədi. Lord krala
dedi ki, onun oğlu Ferdinandı salamat
üzən gördü.
Lakin Alonso ona inanmırdı.
Alonsonun qardaşı
Sebastyan və Milanın uzurpator hersoqu Antonio gəmi qəzasının üstünə
işıq saldılar.
Mərifətli qoca kübar Qonsalo özünü cənnət
adasının hökmdarı
təsəvvür etdi,
onlarsa ona gülürdülər. Qrupun
gözünə görünməyən
Ariel musiqi çalırdı,
Sebastyan və Antoniodan başqa hamını yatırtdı.
İki adam yatan kralı müşahidə edəndə,
Antonio Sebastyanı qızışdırdı
ki, öz qardaşını
öldürsün, bu
yolla o, Neapol taxt-tacına sahib ola bilərdi.
Lakin Ariel Qonsalonun qulağına
mahnı oxudu və əclaflar hərəkət etməmişdən
əvvəl, qrupu yuxudan oyatdı.
Adanın
bir yerində sarayın təlxəyi Kaniballa görüşdü
və onun görünüşündən dəhşətə gəldi.
Onlar Alonsonun saray xidməti başçısı Stefanoya
qoşuldular. Stefano lovğalanırdı
ki, kralın gəmisindən
şərab yükünü
o, xilas etmişdir. Kanibal çoxlu likor içib doymuşdu, içki o saatca onun başına
vurmuşdu.
O, Stefanonun allah olmasını elan etdi və onun ayaqlarını
öpdü. Xidmət
etdiyi tirandan azad olmaq şansını
görüb, Kanibala təklif etdi ki, Stefanoya və Trinkuloya adanı göstərsin. Stefano Alonsonun
öldüyünə inanıb,
özünü kral
Stefano kimi təsəvvür
etdi. Pozğun üçlük sonra sehrli adanı tədqiq etməyə başladılar.
Prosperonun
işləməyə cəlb
etdiyi Ferdinand şalban
daşıyırdı və
sevdiyi Mirandanı arzulayırdı. Prospero uzaqdan
gizlincə onu müşahidə etməklə,
Mirandanın bu gənc kişiyə qoşulduğunu gördü.
Qız ona dincəlməsini təklif
etdi və onun əvəzinə özü bu işi görəcəyi barədəki dediyi sözləri atası da eşitdi. Onlar tək olduqlarını güman edib, bir-birinə öz məhəbbətlərini elan etdilər
və evlənmək barədə ikisi də and içmə mübadiləsi etdilər.
Mirandanın xoşbəxt,
həm də gözüyaşlı olduğunu
görüb, Prospero "iki
adamın qəflətən
görüşü daha
nadir bir vurğunluqdur"
hissi ilə təsirləndi; lakin o, hələ qarşıda çox şeyi etməli idi.
Stefano, Trinkulo və Kanibal sərxoş vəziyyətdə adada ayaqları dolaşa-dolaşa
gəzəndə, gözə
görünməz Ariel onların
utancaqlığını bildirən
səslərini təqlid
etməyi də əlavə etdi, onları tütək çalmaqla qorxutdu. Kanibal açıb dedi ki, əgər Prosperoya məxsus olan kitablar məhv
edilsə, o, yoxa çıxacaqdır, çünki
həmin vaxt onu öldürmək olar və gözəl
Mirandanı isə
Stefano özünə arvad
və kraliça kimi götürə bilər. Çox tez dəyişən bir adam olan
Arielin bu vaxt öz ağası
Prosperoya xəbər kimi çatdırmalı çox sözləri var idi.
Adanın
başqa bir hissəsində Alonso, Sebastyan,
Antonio və digərləri
ac olmaqla, taqətdən
düşmüşdülər. Onlara işgəncə verən Prospero qeyri-adi bir şəkildə çağırış edir,
bu vaxt yanlarına
gəlib, onları ziyafətə dəvət
edir. Lakin Ariel arfa musiqi aləti kimi maskalanıb, qanadlarını çırpır
və ziyafət yoxa çıxır.
Prospero tərəfindən o, gözə görünməyən
olmaqla, kübarlara təqdim olunur. Ariel vaxtilə Milandan Prosperonun arxasınca düşən qrupu cəzalandırır və
izah edir ki, tufan özü də təbiətin cəzası
idi. Ariel qeybə çəkiləndə, Alonso, Sebastyan və Antonio elə titrəyirlər
ki, Qonsalo onları öz "böyük ölçülərində" görür.
Prospero Ferdinandı onun zirzəmisindən çağırır
və ona Mirandanın əlini təklif edir. Lakin təkid edir ki, onlar öz toy gününə qədər
bakirə qalsınlar.
Ferdinand təvazökar qaydada
razılaşır. Məhəbbət
cütlüyündən qürur
duyan Prospero maskalı
qaydada olan və ya bir
karnaval gəzintisi təşkil edir ki, ruhların, nimfaların gücü ilə bayram keçirilsin.
Prospero Stefanonu, Trinkulonu və Kanibalı yadına salanda, festivallar qəflətən
sona çatır. Ferdinandoya və Mirandaya gizlənməyi tapşırmaqla, Prtospero Arielə göstəriş
verir ki, ona trio - musiqiçilər üçlüyü
gətirsin. Yuxarıda
adları çəkilənlər
at gölməçəsinə düşdüklərinə görə
islanmışdılar. Həmişəkindən
çox içmiş
şəkildə olmaqla
nə Prosperonu, nə də Arieli görə bilirdilər. Prospero deyir
ki, Alonso oğlunu itirdiyi
kimi, mən də qızımı itirmişdim. Sonra o, bunun nəyə görə olduğunu izah etdi. Çiçəklər
teatr qaydasında açılan kimi, o, açıb deyir ki,
Ferdinand zirzəmidə Miranda ilə şahmat oynayır. Alonso öz oğlu ilə sevinclə birləşir.
Oğlu elan edir ki, o, Mirandaya evlənməlidir.
Qonsalo şad şəkildə qərara
gəlir ki, sıxışdırılıb
çıxarılmış Milan hersoqunun törəməsi
nə vaxtsa Neapolun kralı olacaqdır.
Kralın
flaqman gəmisi üzməyə hazır olanda, Ariel Stefanonu, Trinkulonu və Kanibalı təqdim edir. Onu öldürmək
üçün qəsd
düzəltdiklərinə görə Prospero qonaqlarını
ələ salsa da, lakin
həm də onları bağışladı.
Qəflətən günahını
boynuna alan Kanibal bəyan etdi ki, "bundan sonra müdrik" olacaqdır./
Və yaxşı yanaşma axtaracaqdır".
Prospero kraldan və onun sarayından, onların hamısı Ferdinandın və Mirandanın toyunu hazırlamaq üçün
Neapola qayıtmamışdan
əvvəl, gecəni
onun zirzəmisində
keçirməyi xahiş
edir. Prospero Arielə göstəriş verdi ki,
dənizdə sakitliyi
və səfər üçün güclü
külək əsməsini
təmin etsin (güclü külək yelkənləri doldurub, gəminin sürətlə
üzməsini təmin
edir) və sonra həmişə loyal
olduğu qul ruhundan onu azad
olsun.
Tək qalanda, özünün sehrliliyini məhkum edən Prospero auditoriyaya tərəf dönüb və tamaşaçılardan
"öz yaxşı
əlləri ilə"
onu alqışlamağı
xahiş edir ki, azad buraxılsın "və ya həm
də mənim layihəm uğursuzluğa
uğradı./ Bu da sizin xoşunuza
gəlir".
Bu qısa pyes oxucular üçün az sayda problemləri
təqdim edirdi, çünki qəsdin inkişafı daim başlıca protoqonistlər,
Areiel və Prospero tərəfindən qiymətləndirilirdi.
Həm də şadlanan ruhlardan aşağıda komik səfehliklər və şirin məhəbbət
danışırdı, tutqun
narahatlıqlar pyesi aşağı səviyyədəkilərin
etdikləri zarafatlara məruz qoyurdu.
"Tufan"
beləliklə, istənilən
yaşdan ötəri
təzə niyyət üçün danışmağı
bacarırdı. Bu gün
psixologiya tərəfindən
onun planlaşılması
daha populyardır. Həm də
"Tufan" pyesi özünü
zamana tabe olmayan bir alleqoriya
kimi təqdim edilir, öz tamaşaçısı üzərində
sehrli qaydada hökmranlıq edir. Prosperoya bənzər qaydada Şekspir özünün səhnə
ustası olduğunu göstərir.
Şekspirin dramatik olmayan poeziyası
Şekspirin hekayət poemaları
sağlığında da onu
məşhurlaşdırmışdı.
Bu gün lirik poemalar, sonetlər də onun ən
böyük əsərləri
arasında yer tutur.
Şekspirin öz dövründə,
28 yaşına çatanda
Londonun teatr sahəsində artıq
populyar dramaturq kimi tanınırdı.
Buna baxmayaraq, həmin
1592-ci ildə şəhərdə
taun epidemiyası yayıldı və Londonun ictimai teatrları iki ilə yaxın müddətdə bağlandı.
Bu vaxt bir sıra teatr kompaniyaları kənd yerlərinə səfər
edirdi, teatr istedadları paytaxtda qalmaqla, yaşamaq üçün qazanc əldə etməkdən
ötəri yeni yollar
axtarmalı olurdular. Şekspir də poeziya yazmağa tərəf döndü.
Güman
ki, Şekspir özünün
ədəbi prestijinin
yüksəlməsindən istifadə etmək üçün vaxtın
yetişdiyini hiss etdi.
Elizabet İngiltərəsində bir sıra yazıçılar
dramaturq kimi deyil, şair kimi ədəbi statusa yiyələnmişdilər.
Drama heç də centlemen incəsənəti
hesab olunmurdu. Klassik mövzulardan istifadə edərək, yüksək ruhda yazılmış poemalar Şekspirin yenidən tanınmasını üstələyirdi
və poemaların əksəriyyəti, nəhayət,
erotik xarakter daşıyırdısa, komik
olmaqla yanaşı və könülə də təsir göstərirdisə, həmçinin,
populyarlıq qazanır
və mənfəət
gətirirdi.
Şekspir həmçinin sosial
təzyiqin və öz ambisiyasının təsiri ilə şeirlər yazmağa keçdi. 1593-cü ildən
başlayaraq bir neçə il ərzində,
yəqin ki, özünün
məşhur sonetlərini
yazdı, onlar inanılmış oxucular
arasında dövr etməyə başladı.
Bu 1609-cu ildə "Şekspir
sonetləri" adı
altında nəşr
edilən kimi meydana çıxana qədər, onların bəyənilib, bəyənilməməsi
məlum deyildi. Lakin sonra artıq elə bir səbəbə
yiyələndi ki, hətta
məşhurlaşan poemaları
ictimai araşdırmalara
məruz qaldı.
Bir sıra naşirlər onun sağlığında
iki hekayət poemasını çap etdilər, bunlardan biri "Venera və
Adonis", ikincisi isə
"Lukretsiyanın zorlanması"
olmaqla, onlar böyük ədəbi uğur qazanırdı.
Kvarto adlanmaqla, xüsusi çap formatı olan nəşrlərdə
onlar yenidən tirajlanmaqla kitab kimi satılmağa yararlı oldu və nəhəng
populyarlıq qazandılar.
Erotik hissələr və incə Elizabet şeirlərinə bərabər
sayılanlar xüsusən
populyar oldu.
Baxmayaraq
ki, bu uzun poemalar arzunu imtahan edirdi, onlar mövzuda, formada və tonda müxtəlif olsalar da, "Venera və
Adonis" Veneranı alternativ
qaydada, seksual məhəbbət daşıyıcısı
olan ilahə kimi və seksdən
dəli olan bir təlxək kimi göstərilir. Onun əksinə, "Lukretsiyanın zorlanması"
qədim romalı qadının ərinin dostu tərəfindən zorlanması əhvalatını
detallarla təsvir edir, insan vicdanının
narahat künclərini
imtahana çəkir.
Hər iki poema hamının bildiyi bir mövzunu
qələmə alır,
başqa bir poemasında hekayəti danışan isə caduya uğramış adama bənzəyir. Çox danışan bu adam quşu
çıxarıb havaya
buraxır ki, matəm
mərasimində iştirak
etsin. Başqa bir poemasında isə hekayət söyləyən birinci şəxs kimi danışır, hadisələrin
şahidi olduğunu iddia edir.
Şekspirin hekayət poemalarının
hamısı birbaşa
və ya dolayı yolla, Ovidinin əsərlərindən
götürülmüşdür. Qədim Romanın dahi şairinin mifoloji xarakterli "Metamorfozalar"ı latın
dilindən ingilis dilinə tərcümədə
1567-ci ildə çap
olunmuşdu, onlar bir-biri ilə qarşılaşan sehrli əhvalatlarla və təəccüblü dəyişikliklərlə
dolu idi. Şekspir ondan "Venera və Adonis"i çıxarmışdı. Ovidinin
"Fasti"si və
ya "Xronikalar"ı
isə Lukretsiyanın
zorlanması üçün
Şekspirə material təklif
etmişdi.
"Venera
və Adonis"
Şekspirin sağlığında heç bir əsəri erotik və əyləncəli olmaqda "Venera və
Adonis" kimi daha populyar olmamışdı.
Ovidinin "Metamorfozalar"ına
əsaslanan bu əsər 1592-1593-cü illərdə
yazılmışdı.
Renessansın görkəmli nümayəndəsi,
böyük Venetsiya rəssamı Titsian
(1489-1576-cı illərdə yaşamışdır) Şekspirdən
xeyli əvvəl
"Venera və Adonis" mövzusuna
müraciət edərək,
İspaniya kralı II
Filipp üçün
altı variantda gözəl tablolar yaratmışdır. O da Şekspir
kimi Ovidinin "Metamorfozalar"ından ilhamlanmış,
əsərin 10-cu kitabındakı
süjetdən istifadə
etmişdir. Tabloda gənc Adonisə ilk baxışdan vurulmaqla, ehtirasla onun çılpaq bədənini
qucaqlayıb, qoltuğunun
altının aşağısından
öpən Venera təsvir
edilmişdir. Onların
hər ikisi gözəllik simvolu sayıla bilər, yeniyetmə Adonis isə daha cazibədardır, müqayisədə geniş
təsvir edilən onun sifətindən gənc oğlana məxsus olan füsunkarlıq yağır
və ona görə də ona qarşı ehtirası aşıb-daşan
Veneranı da qınamaq
olmur.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2023.- 26 iyul. S. 6.