Tərbiyə - ən yüksək əxlaqi dəyərdir
Dahi şəxsiyyətlər, mütəfəkkirlər,
o cümlədən, İslam müqəddəsləri tərbiyəyə
dəyər vermiş,
kəlamları ilə
məsələnin önəminə
diqqət çəkmiş
və insanları gözəl əxlaqla tərbiyə etməyə
təşviq etmişlər.
Məsələn, İslam müqəddəslərindən olan Məhəmməd Peyğəmbərə (s) görə,
uşağın tərbiyəsində
məqsəd onun Allahın razı olduğu, bəndənin bəyəndiyi, dövlətinə,
vətəninə, millətinə,
ailəsinə, cəmiyyətə
və bəşəriyyətə
faydalı, dürüst
və vətənpərvər
insan kimi yetişməsidir. Qurani-Kərimdə
Uca Yaradanın 99 adından
biri olan "Rəbb" kəlməsi
də məhz "tərbiyə edən, nemət verən, insanları mənəvi yüksəlişə aparan"
mənalarını özündə
əks etdirmişdir.
Həzrət Məhəmmədin (s) kəlamlarından anlaşılır
ki, ana-ata ilə uşaqlar arasındakı
münasibətlər həm
əxlaqi, həm də hüquqi əsaslarla tənzimlənməlidir.
Bu halda uşağa ciddi yanaşmalı, gözəl əxlaqlı
yetişməyi üçün
hər cür fədakarlıq göstərilməlidir.
Çünki Allahdan bizə böyük ehsan və lütf
olan, gözümüzün
nuru, qəlbimizin sevinci və həyatımızın bəzəyi
sayılan övladlarımıza
gözəl tərbiyə
vermək və onları yaxşı əxlaq sahibi şəxsiyyət kimi yetişdirmək müqəddəs
vəzifələrimizdən biridir.
Buna görə də, övladlarımıza doğulduqları
andan ən gözəl əxlaq üzərində tərbiyə
etməyə çalışmalıyıq.
Uşaqlarına sahib çıxmayan
cəmiyyətdə bunun
nəticəsinin necə
ağır olduğunun
şahidi olmaqdayıq.
Bu baxımdan gələcəyimizin
təminatı olan uşaqlarımızı kamil
şəxsiyyət kimi
tərbiyə etmək
ən ümdə vəzifəmiz olmalıdır.
Bunun üçün elə körpəlik dövründən
başlayaraq uşaqda
sağlam əxlaq formalaşdırılmalıdır. Bu formalaşmada isə davranış qaydaları
hər şeydən əvvəl gəlir. Kiçik yaşlarda uşaqdakı yalnış
davranışların qarşısı
alınmalıdır. Uşaqlar
yaxşı, gözəl
davranışlara təşviq
edilməlidir. Çünki
bu günün kiçikləri, sabahın
böyükləri olacaqdır.
Qurani-Kərimin ifadəsi
ilə "Dünya həyatının bəzəyi"
(Kəhf 18,46) olan övladlarımız sabahımızı
quran dəyərli varlıqlarımızdır.
Uşağı həyata hazırlamaq,
ona gözəl tərbiyə və faydalı biliklər vermək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Bu, ata-ananın
valideynlik vəzifəsi,
övladın ata-ana üzərindəki haqqıdır.
Peyğəmbərimiz (s) bununla
bağlı kəlamlarının
birində: "Heç
bir ata övladına
yaxşı tərbiyədən
daha gözəl sərvət miras qoya bilməz"- deyə buyurmuşdur.
Zənnimizcə övlad sahibi olan hər bir
valideyn Həzrət Məhəmmədin (s) bu kəlamını həyat
düsturu kimi qəbul etməli, bu kəlamı rəhbər tutaraq ən önəmli vəzifələrindən birinin
məhz övlad tərbiyə etməklə
bağlı olduğunu
dərk etməlidir.
Peyğəmbərimiz (s) başqa bir kəlamında "Valideynin övladına gözəl tərbiyə
verməsi onun bir qab sədəqə
verməsindən daha xeyirlidir"-, buyurmaqla gözəl tərbiyənin
sədəqə verməkdən
belə üstün olmasına diqqət çəkmişdir.
Ümumiyyətlə, Peyğəmbərimizin
(s) yaşından asılı
olmayaraq insan tərbiyəsi ilə bağlı xeyli müdrik kəlamları vardır. Həmin kəlamlara görə uşaqlara ilk öncə iman, dürüstlük və haramlardan uzaq durmaq kimi
Allahın əmrləri
öyrədilməli, vətən
sevgisinin önəmi daim xatırladılmalıdır.
Məsələn, Onun
"Vətəni sevmək
imandandır" və
ya "Əlində silah vətən kişiyində duran gözlər cəhənnəm
atəşini görməz"
kimi kəlamları bunun bariz nümunələridir.
Peyğəmbərin (s) tərbiyə
metodlarından biri də uşaqlara ailə qorxusunu və xəta edəcəkləri zaman cəzalandırılacaqları
aksiyomasını hiss etdirməkdir.
Cəzanın növü
isə mütləq uşaqda ağrı verəcək şəkildə
olmamalıdır. Bu yüngül,
normal bir danlaq və yumşaq bir səs tonu
şəklində olmalıdır.
Bu baxımdan Məhəmməd
Peyğəmbər (s) kəlamlarının
birində: "Şübhəsiz
ki, Allah hər işdə
yumşaq və şəfqətli davranmağı
sevər" buyurmaqla
hər işdə olduğu kimi uşaq tərbiyəsində
də mülayim və şəfqətli davranmağı tövsiyə
etmişdir.
Ümumiyyətlə, uşağın
tərbiyəsində mümkün
qədər zorakı
metodlardan uzaq durmaq lazımdır. Uşaq hətta qohum-əqrəbanın da yanında
cəzalandırılmamalı, ona başqalarının yanında qəlbinə dəyəcək söz belə deyilməməlidir.
Çünki bu psixoloji cəhətdən
uşağa mənfi təsir edir, o özünü başqalarının
yanında alçalmış
kimi hiss edir. Bu da onun tərbiyəsinin pozulmasına yol açır. Uşaq bir söz dedikdə
ona "Uşaqsan, otur uşaq yerində" kimi sözlər deyərək
sözünün qəbul
olunmaması, eyni zamanda, məclislərdə,
ictimai yerlərdə təhqir olunması, uşağın həm tərbiyəsinin pozulmasına,
həm də ruhi cəhətdən sarsıntı keçirməsinə,
inamsız, ümidsiz,
qorxaq, cəsarətsiz,
kölgəsindən belə
qorxacaq vəziyyətə
gəlməsinə səbəb
olur.
Övladları tərbiyə edərkən
aralarında bərabərliyi
qorumaq və onların arasında qız, yaxud oğlan fərqi qoymadan ədalətli olmaq hər bir valideyn üçün
vacibdir. Həzrət Peyğəmbər (s) bu mövzuda: "Övladlarının
bəzilərinə bir
şey verdikdə, digərlərinə də
eynisini vermək lazımdır. Yalnız bu halda onlara
qarşı adil olmaq mümkündür"-,
buyurmaqla onların ədalətli bir insan kimi yetişdirilib
tərbiyə edilməsinə
diqqət çəkmişdir.
Həzrət Məhəmməd (s) başqa bir kəlamında: "Kimin üc qız övladı olarsa və dolanışıqlarını
təmin edərək
onları ən mükəmməl əxlaq
üzərində tərbiyə
edərsə cənnət
onundur"-, buyurmaqla qız övladının
tərbiyəsinin xüsusiliyini
vurğulamışdır.
Ümumiyyətlə övladlar arasında fərq qoymaqla tərbiyə olunması gələcəkdə
onların birinin digərinə həsəd
aparmasına, nifrət
bəsləməsinə və
qəzəbli yanaşmasına
səbəb ola bilər.
İslam Peyğəmbərinin (s) mövzu
ilə bağlı kəlamlarında diqqət
çəkən başqa
bir xüsus oyun və oyuncaqlarla
bağlıdır. Belə
ki, o, uşaqları bəyənilməyən
vərdişlərdən çəkindirmək
və onların tərbiyəsini daha da gözəlləşdirmək üçün
onlara müxtəlif materiallardan düzəldilmiş oyuncaqlar
verər, güləş
yarışlarının keçirildiyi
yerlərə apararmış.
Mütəxəssislər də oyun və oyuncaqların
uşağın diqqətini
çəkmək və
əqli inkişafını,
ətrafa marağını
artırması baxımından
faydalı olmasını
vurğulamaqdadırlar.
Oyunlar uşağın yalnız
fiziki deyil, ruhən inkişafına
da təsir göstərir.
Çevikliyi, ani qərar
verməyi öyrətdiyi
kimi, iradəni də qüvvətləndirir.
Oyun qaydaları və incəlikləri şüurun inkişafına
səbəb olur.
Əxlaq
tərbiyəsinin müqəddəs,
ülvi tərkib hissələri sırasında
yaşlı nəslə
hörmət, sadəlik
və təvazökarlıq,
düzlük və doğruçuluq mühüm
yer tutur. Bu əxlaqi keyfiyyətlər
bir-biri ilə sıx bağlıdır.
Yaşlı nəslə
hörmət etməyən
düz ola bilməz. Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün
faydalıdır. İslam Peyğəmbəri
(s) bu xüsusda:
"Allah o ata və anaya rəhmət etsin ki, övladlarını
ata və anaya yaxşlıq etmək ruhunda tərbiyə ediblər"-,
buyurmaqla övladın
yaşlı nəslə
hörmət ruhunda tərbiyə olunmasına
təşviq etmişdir.
Azərbaycan mütəfəkkiri də tərbiyə ilə bağlı dəyərli fikirləri söyləmiş, kəlamları
ilə yadda qalmışlar.
Bu sahəyə müdrik
kəlamları ilə
öz töhfələrini
vermiş şəxsiyyətlərdən
biri dahi Azərbaycan şairi Mirzə Ələkbər
Sabirdir. Dahi şairin mövzu ilə bağlı qeyd edəcəyimiz hikmətli misraları necə ibrətamizdir:
Ümmətin rəhnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir.
Tərbiyətlə keçir ümuri-cəhan
Hər işin ibtidası tərbiyədir.
Validey
nin, təbii, övlada
Nəzəri-etinası tərbiyədir.
Çünki övlad neməti-həqdir,
Şükri-həqqin ədası tərbiyədir.
Necə
kim, bir ədibi-mümtazın
Dərsi
hikmət ədası
tərbiyədir.
Cahilin də zavallı övlada
Şiveyi-narəvası tərbiyədir.
Öyrədir tiflə sui-əxlaqı,
Qaliba, müddəası tərbiyədir.
Tərbiyət elmsiz deyil məqbul
Ki, onun nüqtəzası tərbiyədir.
(Çox təəssüflə
qeyd edilməlidir ki, tərbiyə ilə bağlı belə bir yüksək bədii nümunə dərsliklərimizdə öz
əksini tapmamışdır).
Uşaqların tərbiyəsi ilə bağlı dünya mütəfəkkirlərinin, o cümlədən, Həzrət Peyğəmbərin (s) də kəlam və nəzəriyyələrini öyrənmək, tədqiq etmək, müasir iş prosesində bundan istifadə etmək faydalı olardı.
Səyyad ARAN
525-ci qəzet.- 2023.- 28 iyul. S. 6.