Xan qızı Ağabəyim ağa: ehtişam

içində yaşanmış hüznlü tale

 

Tarixi məlumatlara görə, Qarabağ xanı İbrahim xanın doqquz qız övladı olmuşdu ki, onlar arasında Ağabəyim ağa Gövhər ağa öz ədəbi ictimai fəaliyyətləri ilə Azərbaycan tarixində xüsusi minnətdarlıqla xatılanır. Gövhər ağanın ictimai-xeyriyyəçilik fəaliyyətinin bariz nümunəsi olan məşhur məscid günümüzə qədər gəlib çatmaqla bu gün Şuşa şəhərinin simvollarından biri sayılmaqdadır. Ağabəyim ağa isə əsasən şair təbiətli bir xanım kimi tanınıb, ədəbi fəaliyyətlə məşğul olaraq yaddaqalan əsərlər yaradıb. Ağabəyim ağa İbrahim xanın qızlarının ən böyüyü idi. 1780-ci ildə (bəzi məlumatlara görə isə 1782-ci ildə) anadan olan Ağabəyim ağa taleyin qisməti ilə həyatını qürbətdə keçirməli öz ədəbi yaradıcılığını da vətən həsrəti üzərində qurmalı olmuşdu.

Bu xanımın həyatı haqqında məlumatlara keçməzdən əvvəl bir məsələyə aydınlıq gətirilməsi, yəqin ki, oxucular üçün maraqlı olardı. Bu da həm Ağabəyim ağanın, həm Gövhər ağanın adlarında kişilərə müraciət forması kimi qəbul olunmuş "ağa" sözünün işlənməsidir. Məlumdur ki, azərbaycanlılar arasında çoxlu sayda "ağa" sözü ilə başlanan ya qurtaran şəxs adları vardır. Qonşu İranda isə kişilərə müraciət etiketi kimi "ağa" sözündən istifadə olunmaqdadır. Amma bu "ağa" yazılış tələffüz baxımından Ağabəyim ağa Gövhər ağa adlarındakı "ağa" sözü ilə məna baxımından fərqlidir. Bu sözlər fars ərəb dillərində fərqli şəkildə yazılır. Kişi adlarında istifadə olunan "ağa" sözü, Ağabəyim ağa adındakı "ağa" sözlərinin hər ikisi isə kimi yazılır. Ərəb dilində bu sözlərin tələffüzündə aydın bir fərq vardır. Fars Azərbaycan dilində isə bu sözlərin tələffüz fərqləri hiss olunmur. Bu sözlər əslində, qədim türk sözləridir. Onlar ərəb fars dillərindən yenidən Azərbaycan dilinə qayıtmışdır. Çox güman ki, qədim türk dilində bu sözlərin tələffüzündə fərqlər olub. Kişi adlarında işlənən "ağa" sözü elə qədim türk dilində "kişi" mənasında istifadə edilib. Qadın adları üçün qəbul olunan ərəb qrafikası ilə fərqli yazılışı olan "ağa" sözü isə qədim türk dilində "qadın, xanım" mənasında islənib. Vaxt ötdükcə bu sözün qadın adlarına əlavə edilməsi təcrübəsi aradan qalxıb. Buna görə onların çox nadir nümunələri günümüzə gəlib çatıb. Məsələn, Ağabəyim, Ağabacı kimi adlarda bunu görmək mümkündür. Ağa - sözündən ədəbi-tarixi əsərlərdə həm şah saraylarındakı axtalanaraq kişilikdən salınmış adamlara müraciətdə istifadə olunub.  Ağa Məhəmməd şah Qacarın adındakı "ağa" sözü qadınlar üçün istifadə olunan (ağa) sözündəndir. Ərəb qrafikası ilə yazarkən Məhəmməd şah Qacarın adının qarşısında  kişi adlarında istifadə olunan  (ağa) sözünün yazılması doğru deyildir. Çünki Şah Qacarın adının qarşısında işlənən "ağa" sözü onun kişilikdən salınmasına bir işarə olmaqla, həm fiziki durumunu özündə əks etdirən bir məzmun daşıyır.

Bir sözlə, Ağabəyim ağanın Gövhər ağanın adlarındakı "ağa" sözü əslində, xanım mənasında işlənməklə, bizə qədim türklərdən qalmış bir ifadədir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetirildikdən sonra Qarabağ hökmdarı İbrahimxəlil xan ehtiyat edirdi ki, Qacar qoşunları yenidən böyük saylı qoşunla xanlıq üzərinə hücum edib bu  xanlığın müstəqilliyinə təhlükə yarada bilər. Ona görə İbrahimxəlil xan Qacar sarayı ilə ehtiyatlı münasibətlər qurulmasına, şah sarayı ilə müəyyən münasibətlər yaradılmasına çalışırdı. Dövrün tarixi şəraiti bunu tələb edirdi. Çünki bir tərəfdən Qarabağ xanlığı  yenicə Qacar qoşunlarının hücumuna, dağıntılara məruz qalmışdı. Digər tərəfdən bir neçə il davam edən quraqlıq Qarabağın müqavimət gücünü xeyli zəiflətmişdi. Belə bir şəraitdə Qacar qoşunlarının yeni hücumuna məruz qalmaq Qarabağ xanlığı üçün ağır nəticələrlə başa çata bilərdi. Ona görə İbrahim xan tədbirlilik göstərərək Fətəli şahla münasibətlərin normallaşdırılması bununla da Qarabağa qarşı istiqamətlənə biləcək təhlükənin sovuşdurulması imkanından istifadə etmək istəyirdi.

İbrahimxəlil xanın Qacar sarayı ilə münasibətlərin yaxşılaşdırılması üçün gördüyü tədbirlərdən biri qızı Ağabəyim ağanı Fətəli şahın kəbininə verməsi idi. Mövcud məlumatlara görə, İbrahim xanın qızı Ağabəyim xanımı əvvəlcə Fətəli şaha vermək istəmirdi. Yeddi ay bu məsələ ətrafında fikirləşdikdən sonra o belə bir qərar qəbul etməli oldu. Çox güman ki, bölgədə baş verə biləcək siyasi dəyişikliklər onu belə bir addım atmağa sövq etmişdi. İbrahim xan Rusiyanın yardımlarına arxayınlaşmağın mümkün olacağına da ümid edirdi. Bununla bağlı o, Rusiyanın Gürcüstan sarayındakı naziri Kovalenskiyə məktub göndərdi Rusiyaya sədaqətli olmaq qərarını açıqladı. Amma Rusiyanın Gürcüstandakı nümayəndəsindən cavab alınmadı. Çünki Gürcüstan daxilində siyasi münasibətlər kifayət qədər stabilləşməmiş, Rusiyanın Cənubi Qafqaz siyasətinə tam aydınlıq gətirilməmişdi. Belə olanda, İbrahim xan Qacar şahının tələbini yerinə yetirməli oldu. O, qızını Fətəli şahın hərəmxanasına, oğlu Əbülfət bəyi isə girov kimi Qacar sarayına göndərdi.

Fətəli şah yanına girov kimi göndərilmiş Əbülfət ağaya ehtiram göstərdi, onu sarayın hörmətli şəxslərindən biri səviyyəsinə qaldırdı. Əbülfət ağa Qacar qoşunlarının sərkərdələrindən biri kimi hərbi yürüşlərdə iştirak etdi. Sonrakı bir neçə il ərzində İbrahim xanla Fətəli şah arasında xoş münasibətlər davam etdi hər il Fətəli şah  həm İbrahim xana, həm onun oğlu Məhəmməd Həsən ağaya qiymətli hədiyyələr göndərdi.

Qeyd edilməlidir ki, Əbülfət ağa İbrahimxəlil xanın erməni əsilli xanımından doğulmuşdu sonradan Əbülfət ağa bir neçə dəfə Qarabağ xanlığı üzərinə hücum edən Qacar dəstələrinə rəhbərliyi öz üzərinə götürərək İbrahimxəlil xana qarşı döyüşlərdə iştirak etmişdi.

Ağabəyim ağaya gəldikdə isə o, Qacar sarayında nüfuzlu bir məqama yüksələrək öz vətənini ailəsini həmişə xoş duyğularla anmışdı. Fətəli şahın 49-cu övladı olan Ezədüddövlə Soltan Əhməd Mirzənin "Tarix-e Ezədi"  xatirələr kitabında İbrahim xanın qızı Ağabəyim ağa haqqında maraqlı məlumatlar var. Həmin məlumatlar Ağabəyim ağanın Fətəli şah hərəmxanasındakı həyatı ilə bağlıdır. Soltan Əhməd Mirzə yazır ki, şahın baş hərəmi Tacüddövlə xanım hərəmlər arasında xüsusi hörmət ehtirama malik idi. Tacüddövlə xanım otağa daxil olanda oradakı digər hərəmlər ayağa qalxar ona ehtiram nümayiş etdirərdilər. Tacüddövlə xanım isə Ağabəyim ağaya qarşı belə ehtiram nümayiş etdirirdi. Ağabəyim xanımın daxil olduğunu görəndə Tacüddövlə xanım dərhal ayağa qalxar ona ehtiramını göstərərdi. Ağabəyim xanımın nədən belə bir ehtiramla qarşılandığını Soltan Əhməd Mirzə yazmır. O, Ağabəyim ağanın ciddi bir xanım olduğunu, yanında kimsənin ədəbdən kənar hərəkətə cəsarət etmədiyini bildirir. Ağabəyim ağa əvvəlcə Tehranın şimal hissəsindəki Şəmiran adlı yerdə, İmamzadə Qasım türbəsinin yaxınlığında tikilmiş malikanədə yaşayırdı. Sonradan Ağabəyim ağa Quma köçdü. Qarabağdan onun xidmətinə 200 nəfərdən artıq xidmətçi verilmişdi. Onlar da müəllif tərəfindən igid bacaraqlı insanlar kimi xarakterizə edilir. Fətəli şahın əmrinə əsasən, Qumda toplanan verginin bir hissəsi Ağabəyim xanıma çatırdı.

Əslən Qarabağdan olan Ağabəyim ağa ilə gələn Məlik bəy adlı birisi xan qızının yaşayışına, məişətinə təşkilatçılıq edirdi. Ağa Bəhram adlı birisi isə xan qızının xacəsi idi. Sultan Əhməd Mirzənin yazdığına görə, Fətəli şahla Ağabəyim ağa arasında  ər-arvad münasibətləri olmamışdı. Bunun ilə bağlı olduğunu Soltan Əhməd Mirzə xatirələrində açıqlamır. Buna görə Ağabəyim ağanın övladı olmayıb. Uşaqları olmadığı üçün Fətəli şahın çoxsaylı uşaqlarından ikisi Ağabəyim xanımın övladlığına verilmişdi. O, Keykavus Mirzəni oğulluğa, Mürəssə xanımı isə qızlığa qəbul etmişdi. Ağabəyim ağa da öz bacısı qızını Keykavus Mirzəyə kəbin etdirib. Mürəssə xanım isə İbrahimxəlil xanın nəvəsi olan Abbasqulu xana ərə verilib. Soltan Əhməd Mirzə Ağabəyim ağanın hansı bacısının qızını Keykavus Mirzəyə kəbin edildiyini yazmır. Amma güman etmək olar ki, o, Gövhər ağanın qızı idi. Çünki Ağabəyim ağa ilə Gövhər ağa arasında həmişə mehriban münasibətlər mövcud olmuşdu.

Soltan Əhməd Mirzə öz əsərində Ağabəyim ağaya olan hörmət ehtiramını da gizlətmirdi. Ailə daxili anlaşılmazlığın olmasına baxmayaraq, Fətəli şah Ağabəyim ağaya böyük hörmətlə yanaşırdı onu çox tədbirli xanım kimi qiymətləndirirdi. Şahzadə Soltan Əhməd Mirzənin fikrincə, Fətəli şah Ağabəyim ağanı özünün ən yaxınlarından biri hesab edir onunla olan münasibətlərinə görə özünü xoşbəxt sayırdı. Şahzadə xatirələrində Ağabəyim ağanı "Şahbəyim ağa" kimi təqdim edir. Müəllif Ağabəyim ağanın bacısı Gövhər ağa haqqında da xoş sözlər yazır. Onun qeydlərinə əsasən, Gövhər ağa bacısı Ağabəyim ağanı çox istəyirdi Ağabəyim ağaya görə Fətəli şahın bütün övladlarını öz bacısı uşaqları hesab edirdi. Qarşılıqlı qohumluğun möhkəmləndirilməsi üçün İbrahim xanın övladları ilə Fətəli şahın övladları arasında başqa bir sıra nikahlar da kəsilmişdi.

Soltan Əhməd Mirzə xatirələrində Ağabəyim ağanın digər ölkələrin saray xanımları ilə yazışmalarından da xəbər verir. Bu yazışmaların nəticəsi kimi İngiltərə imperatriçası ona çox qiymətli hədiyyə göndərmişdi. Hədiyyə böyük zümrüd daşdan ibarət idi. Zümrüdün ətrafında bir sıra yüksək əyarlı almaz daşlar iki zərif qızıl zəncir var idi.

Rus tarixçiləri yazırdılar ki, ilk ingilis elçiliyi Tehrana gələndə həm ingilis kralından, həm ingilis kraliçasından məktublar gətirmişdilər. İngilis kraliçasının məktubu qiymətli hədiyyələri o zaman şahın baş hərəmi kimi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağaya təqdim edilmiş sonra Ağabəyim ağa da ingilis kraliçasına cavab məktubu göndərmişdi. O da məlumdur ki, Gülüstan müqaviləsinin bağlanmasında xüsusi canfəşanlıq göstərmiş ingilis səfiri Qor Uzeley öz həyat yoldaşı ilə ilk dəfə Fətəli şahın qəbulunda olanda Ağabəyim ağa da bu mərasimdə iştirak etmiş ingilis səfirini salamlamışdı.

Bu faktlar da Ağabəyim ağanın Fətəli şahın sarayında kifayət qədər böyük hörmət nüfuza malik olmasından xəbər verir.

1816-cı ilin yayında general Yermolovun rəhbərliyi altında Qacar sarayına Rusiya elçiliyi göndərilmişdi. General Yermolov bu səfəri zamanı Rusiya imperatoru I Aleksandrın Fətəli şaha onun vəliəhdi Abbas Mirzəyə göndərdiyi məktublarla bərabər, imperatorun xanımı Yelizaveta Alekseyevnanın imperatorun anası Mariya Fyodorovnanın Fətəli şahın xanımına məktublarını da gətirmişdi. Bu məktublar Ağabəyim ağaya ünvanlanmışdı. Eyni zamanda, general Yermolov Rusiya imperatorunun xanımından Ağabəyim ağaya çoxlu sayda qiymətli hədiyyələr gətirmişdi.

Səfərini başa vurub geri yola düşməzdən əvvəl general Yermolova Fətəli şahın baş hərəminin Rusiya imperatriçası Yelizaveta Alekseyevnaya imperatorun anası Mariya Fyodorovnaya, habelə Abbas Mirzənin Rusiya imperatoruna sədr-əzəm Mirzə-Şəfinin Rusiya imperatoruna ünvanlanan məktubları təqdim olundu. Bu məktublar ənənəvi saray protokolu əsasında hazırlanmışdı uzun-uzadı ibarələrlə, saysız-hesabsız bənzətmələrlə doldurulmuşdu.

Rus mənbələrində Fətəli şahın baş hərəmi tərəfindən Rusiya imperatorunun xanımına onun anasına yazılmış məktubların tərcüməsinin mətnləri saxlanılmaqdadır. Amma bu məktubların kim tərəfindən imzalanması göstərilmir. Rus tarixçilərinin fikrincə, bu məktublar, böyük ehtimalla,  Ağabəyim ağanın adından yazılmışdı. Məktubun sonundakı möhürün yazısı da onun Ağabəyim ağaya məxsusluğu ehtimalını artırır. Möhürdə ad yoxdur. Amma möhürə həkk olunmuş cümlənin rus dilindən tərcüməsi belədir: "Müdrikliyi ilə dünyanın hakimi olan şahın ulduzuna ikinci venerasına çevrilmiş Bəyim". Göründüyü kimi, möhürün yazısındakı sonuncu söz məktubların Ağabəyim ağaya ( ya Şahbəyim ağaya) mənsubluğuna, demək olar, şübhə yeri qoymur.

Ağabəyim ağa ömrünün böyük bir hissəsini Qum şəhərində keçirmişdi. O bu şəhərdə məscid, mədrəsə, hamam inşa etdirmişdi. Həyatının sonlarında onun hətta Qum hakimi olması haqqında da məlumatlar vardır.

Ağabəyim ağa ədəbi yaradıcılıqla da məşğul olub. O həm Azərbaycan, həm fars dillərində ədəbi əsərlər yaradıb. Azərbaycan dilində olan şeirlərində Ağabəyim ağa Molla Pənah Vaqifin ədəbi məktəbinin davamçısı kimi çıxış edib. Fars dilindəki yaradıcılığında da Ağabəyim ağa ifadə sadəliyini saxlamağa çalışıb. O, əsərlərini Ağabacı təxəllüsü ilə yazarmış. Mövcud məlumatlara görə, onun "Divani-bacı" (Bacı divanı)  adlı toplusu da olub. Amma Ağabəyim ağanın istər Azərbaycan dilində, istərsə fars dilində olan əsərlərindən yalnız ayrı-ayrı nümunələr günümüzə gəlib çatıb. Ağabəyim ağa 1832-ci ildə dünyasını dəyişib Qumda dəfn olunub.

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru

 

525-ci qəzet.- 2023.- 29 iyul.- S.23-24.