Qazancı dərd olan şair - Tofiq Nurəli
İnsanı dərd danışdırır,
ən çox da şairi. Bu dərd təkcə özünə aid olmayıb
elə, obaya, xalqa, vətənə-ümumiyə
aid olanda, xüsusilə
yaradıcı insana məxsus dərdə çevrilir. Belə olduqda
bu dərdin təzahüru kimi rəsm, musiqi əsərləri bədii
əsərlər, bir
sözlə, gözəl
sənət nümunələri
yaranır. İnsanın dərdi sevgisi ilə düz mütənasibdir. Nəyisə, kimisə sevməsən, dərdin də olmaz, yəni dərd sevgidən yaranır. Xalqını, vətənini sevdikcə
onun dərdlərini özününküləşdirir, qarşılıqlı olaraq
onların da sevgisini qazanmış olursan.
Bu baxımdan öz
yaradıcılığı ilə tanınan və sevilən şair Tofiq Nurəlini mütaliə edən hər bir oxucu onunla
həmdərdə çevrilir,
bu dərdlərin fövqündə kamilləşir
və mənən yüksəlir. Şair dərdini bədii sözün təsir gücü ilə oxucusuna çatdırır:
Qəmli
bir nəğmədir
həyat gözümdə,
Gəlibdir mənimlə tum-tuş, oxuyur.
Acı təbəssümüm qala
üzümdə,
Mənim ürəyimdə bayquş
oxuyur.
Şairin həyata belə baxışının yaranma
səbəbləri çox
və müxtəlifdir. Yaradıcılığının gənclik çağlarında
ugursuz sevgi dərdi daşıyan şairin həyatda gördüyü etibarsızlıq,
insani hisslərə biganəlik, mənəviyyatın
maddiyyata uduzması halları onda dərd yükünü artırır, bu dərd yükü sevən qəlbinin, çırpınan ürəyinin,
nakam məhəbbətinin
ehtiyacına çevrilir.
Ağla,
gözlərinə qurban
olum mən,
Sevdim bu dünyanın yağışlarını.
Aglayan gözləri çox sevirəm mən,
Bir də ki, sevirəm göz yaşlarını.
Ugursuz sevgidən dərd alan şair
öz dərdləri ilə baş-başa qalmağı, qəmli xatirələrlə yaşamağı
üstün tutur.
Sünbülünü sürmə vuran zəmiyəm,
Mən insan deyiləm, sevda qəmiyəm.
Qəzaya
ugrayıb batan gəmiyəm,
Bir də o
limana gəlmərəm
daha.
Tofiq Nurəli
şeirlərinin böyük
bir qismində yurd sevgisi, yurd
dərdi aparıcı
bir xətt kimi diqqəti cəlb edir. Kəndlərimizdə boş qalan evlərin, dağılmış
hasarların alaq basmış bağ-bostanın,
insan əlinə həsrət qalmış
həyət-bacanın günahkarı
kimi özünü -
ata- baba yurdunu qoyub gedənləri
görür.
Qapısı kilidli ata evinin
Qüssəsi içimin içini
yeyir...
Kol-koslu
bag-bostan, əyilmiş
çəpər
"Sənin heç
qeyrətin yoxdurmu?" - deyir...
İnsanın qüsurlarına qarşı
çıxmaq çox
vaxt qərəzdən
deyil, ona olan sevgidən irəli gəlir. Hər bir
fərdin öz dərdi olsa da, şair olan
yalnız özünü
fikirləşmir, dərddən
törəyən mərhəmət
hissi ilə dərdi çəkə bildiyi üçün başqalarının da dərdini başa düşür. Amma fərdlərin
də gücü çatmayan dərdlər
də çoxdur.
...Dünyada hər şeydən artıq sevdim mən
Bu əyri çəpəri...
bu çökmüş
damı...
Amma bu dünyada ayrı şeylər var,
Onlar bu dam kimi əyir
adamı...
İxtisasca həkim olan Tofiq Nurəli xəstə insanların dərdlərinə əlac
etməyə çalışdığı
kimi, cansız əşyaları da şəxsləndirib dərdlərinə
şərik olur. Şair dərddən
qaçmır, qayğısız
yaşamağı özü
üçün mənasız
həyat sanır.
Sanki dərdlə yükləndikcə sevgisi
də artır, nəinki insanların, hətta dağların belə dərdini öyrənib, qubarını
ürəyinə endirmək
istədiyini arzu edir. Füzulinin dəvənin boynuna
qoymaq istədiyi dərdləri ilə müqayisə edilə biləcək dərdlərlə
yaşamaq istəyir.
Təkcə bir evin, ya bir kəndin
deyil, ölkəni bürümüş iqtisadi,
sosial əngəlliklərin
yaratdığı qanunsuzluqları
da bir dərd
edərək yüklənir,
belə vəziyyətin
yaranmasında vasitə
olanları isə daşa bənzədir.
Danışan daşlar var, görən daşlar var,
Daş var ki, nazirdi, daş
var ki, alim.
Bir daş olmayan yer göstər, İlahi,
Bir az nəfəs
alım, özümə
gəlim.
Bir həkim
kimi cismani, bir şair kimi
mənəvi, ruhi dərdləri görmək
və daşımaq insan üçün çox ağırdır. 1990-cı illərin hadisələri,
həmin dövrdə
ölkədə yaranan
hərc-mərclik şairi
kədərləndirir, dərdini
artırıb. O görüb
ki, oyunlar baş alıb gedir, torpaqlarımızın
xilası baş tutmur. Bu cür qarışıqlıqda
vəziyyətdən çıxış
yolunu şair, obrazlı şəkildə
belə ifadə edib:
Tarix imtahana çəkir milləti,
Birinci, Qarabağ
sualı düşüb.
Vətənə olan böyük
sevgisi dərd şəklində təzahür
edən şairin eybəcər şəkildə
doğulmuş kapitalizmin
törətdiyi talançılığı
cəmiyyətin ən
qorxulu, mənəviyyatı və
maddiyyatı məhv etməyə çalışan
xəstəliyinə, mikroba
bənzədir:
Səni
böyüdüblər, mikrob!
İndi mikrob-siklopsan sən.
İndi
əsl "mikrob"
bizik -
əzik-üzük...
Odur ki, gözə də görünmürük.
Dərdli
xalqın dərdsiz insanı xalqla birgə ola
bilməz. Dərd insanı öyrədir,
insan mübarizə apararaq qüvvətlənir,
səhvlərindən düzgün
nəticə çıxarır.
Tofiq Nurəli öz dərdləri ilə baş-başa qalanda özünü tənha hiss etdiyi üçündür ki,
bu tənhalıq nəşr olunan kitablarından ikisinin adında öz əksini tapıb: "Tənha bir qüssə" və
"Tənha payız
yarpağı".
Şair
"Məndən başqa
kimin var" şeirində kədəri,
dərdi daha qabarıq, bir az da kəskin şəkildə
ifadə edir. Kədər içində çırpınan
insan özünə həmdərd axtarır.
Dərd onu itlə yaxınlaşdırır.
Dilsiz heyvanı başa düşən, anlayan insan itin
nələr çəkdiyini
gözlərinə baxanda
hiss edir:
Hərdən-hərdən sözün var
ulduzlara...
kədərli gözün
var,
dərdli gözün
var.
Allah, kədərə bax it gözlərində.
Hər insan dərd içində gülə bilməz. İtin gözlərindəki
kədərə heyrət
edən müəllif,
şeirin sonrakı hissəsində sanki dərd içində gülür, kinayəli bir zarafata keçir.
"Al bir papiros
çək, hər şey düzələr"
- deyir. Cavanlığında zəncirini qıran,
beyni qan olan it kədər bilməzdi. Harda olsa, gününü
keçirərdi, bir yer tapıb gecələyərdi. İtin taleyində
xoşbəxtlik axtaran
insan sonda kədərlənir, sanki buna təəssüf edir.
Sən
it taleyinlə
xoşbəxt olmadın.
Mən isə... ,
İt olmaq arzulayırdım.
Buna oxşar fikri Baba Pünhan da belə ifadə etmişdi: "Sən Pünhanın günündə,
Pünhan da it günündə". Bir it üçün
palçığa bulaşmaq,
ulamaq eyib deyil. Amma insan it kimi çirkaba
bulaşanda, it kimi ulamağa məcbur olanda adam
itə bəxtəvərlik
gətirərmiş.
Sevgi mayası ilə yoğrulmuş dərdləri
yaradıcılığınının əsas qayəsi kimi qəbul edən şair bu dərdləri qazancı kimi qəbul edir, bir övlad kimi ana vətəninə:
Ey ana vətənim, ey Azərbaycan,
Mənə bu dərdləri sən halal eylə... - deyir.
İnsan bir başqası üçün arzu edəndə "dərddən,
qəmdən uzaq olasan" deyir. Amma Tofiq
Nurəli dərdi yaradıcılığının mayası hesab edir, dərdsiz yaşayıb heç nəyə, heç kimə gərəksiz olmaq istəmir. Bu dərd adi
bir insanın dolanacaq dərdi deyil, bu dərd
Füzulinin, Sabirin, Bəxtiyarın dərdlərinin
pöhrələridir ki,
Tofiq Nurəlinin şeirlərində boy atır.
Qazancı dərd olan şair dünyadan köçdükdən
sonra da dərdləri ilə tanınmaq istəyir:
Öləndə qəbrimin üstündə
yazın,
"Dərd çəkmək
olubdur dünyada işi"...
Tofiq Nurəli az,
lakin mənaca tutumlu, həcmcə yığcam şeirlər
yazan, oxucunu düşünməyə sövq
edən, öz dərdlərinə şərik
etməyi bacaran, sözə məsuliyyətlə
yanaşan, yaradıcılığının
bədii məziyyətləri
ilə fərqlənən
şairlərimizdəndir. Dərdlə yükləndiyinin ifadəsi
olan sözləri, misraları da poetik fikrin daşıyıcılarıdır.
Dərdin
yüksəkliyinə pillə-pillə
qalxan, qazandığı
dərdlərin sevincini
yaşayan Tofiq Nurəlini 70-ci pillədə
qarşılayıb 80-ci pillədə
görüşmək ümidi
ilə...
Tahir HƏSƏNLİ,
Quba rayonu,
Yerfi kəndi
525-ci qəzet.- 2023.- 2 iyun.- S.13.