Milliliyin keşiyində: Mahirə Nağıqızının Vətən görüşləri

 

 

Ülvilik, zəriflik gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadının adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq edib. Ulu öndər Heydər Əliyevin həm şəxsi həyatında, həm dövlətçilik fəaliyyətində, həm çıxışlarında qadına diqqətli, qayğıkeş münasibətin parlaq örnəkləri vardır. Ümummilli liderimiz çıxışlarının birində bildirmişdi: "Qadınlar bir belə əziyyət çəkərkən istəyirlər? Sadəcə onlara diqqət, qayğı ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət , qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar". Mən bu günlərdə o diqqəti, sevgini, qayğını Naxçıvanda, Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, lirik səmimi şeirlər müəllifi Mahirə Nağıqızıya olan münasibətdə gördüm, qürurlandım bir az da kövrəldim.

Mayın 25-də Naxçıvan Dövlət Universitetində keçirilən yaradıcılıq görüşündə AMEA Naxçıvan bölməsinin, Yazıçılar Birliyinin, Naxçıvan Müəllimlər İnstitutunun da nümayəndələri, professor-müəllim heyəti, tələbələr, şəhər ictimaiyyəti iştirak edirdi. Görüşü açan NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovanın elmi bədii yaradıcılığı haqqında danışdı tədbiri aparmaq üçün sözü Tarix-Filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarova verdi. Dosent Arif Ağalarov Mahirə Nağıqızı yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Alimlərdən Xanəli Kərimli, Ramiz Qasımov, Elxan Yurdoglu, Həsənəli Eyvazov, Ruhəngiz Əliyeva tədbirdə fikirlərini, ürək sözlərini dilə gətirdilər.

25 mayda Mahirə Nağıqızı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüş təşkil olundu. Görüşdə ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Hasanova, Filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyinin sədri Gülşən Behbud, Əməkdar artist Elnur Zeynalov da iştirak edirdilər.

Bölmənin sədri akademik İsmayıl Hacıyev çıxışında Mahirə Nağıqızı - Hüseynovanın fəal tədqiqatçı-alim, gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalı olduğunu, çoxsaylı monoqrafiya, kitab məqalələrin müəllifi kimi elmə ədəbiyyata mühüm töhfələr verdiyini bildirdi. Onun yaradıcılığında mənəvi saflıq, vətənpərvərlik, anaya məhəbbət kimi ali mövzuların əsas yer tutdugunu vurğuladı. İ.Hacıyev Mahirə xanımın Ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Ulu Öndərimizin natiqlik məharəti", "Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir", "Missiya" digər əsərlərinin əhəmiyyətini ayrıca qeyd etdi.

 AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, dosentlər Ramiz Qasımov, Zülfiyyə İsmayıl çıxışlarında Mahirə xanımın yaradıcılığı haqqında fikirlərini diqqətə çatdırdılar.

Sonda çıxış edən Mahirə Nağıqızı - Hüseynova bədii yaradıcılığına elmi fəaliyyətinə  göstərilən diqqətə görə AMEA-nin rəhbərliyinə minnətdarlığını bildirdi.

Mayın 27-də Dövlət Universitetində Mahirə Nağıqızının sözlərinə bəstələnmiş "Qarabağ Azərbaycandır" adlı mahnılardan ibarət möhtəşəm konsert keçirildi. Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamladı. NDU-nin Konservatoriyasının təqdim etdiyi konsert proqramında Naxçıvan Musiqi Kollecinin "Gənclik" instrumental ansamblının çıxışları alqışlarla qarşılandı. Konsert proqramında ifa olunan "Azərbaycan", "Vətən", "Qarabağım güləcək", "Qarabağ Azərbaycandır", "Könlümdə biri var", "Gözlərimin etibarı çox imiş", "Dönüm başına, dolanım", "Gözəl", "Yar" mahnıları zövq oxşadı.

Mahirə Nağıqızı keçirilən görüşü yüksək qiymətləndirərək NDU-nun rektoru dosent Elbrus İsayevə xüsusi minnətdarlığını bildirdi, konsertin yüksək təşkilatçılığından məmnunluğunu dilə gətirdi.

Tədbirin sonunda rektor E.İsayev Mahirə xanıma onların dəvətini qəbul edib görüşə gəldiyinə görə təşəkkürünü bildirdi ona fəxri mükafat təqdim etdi.

Naxçıvan Dövlət Universitetindəki tədbirlərdən biri I Beynəlxalq İpək Yolu Konfransı oldu.

Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti İqtisadi İnkişaf Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edirdi. NDU-nun rektoru Elbrus İsayev, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı - Hüseynova konfransın əhəmiyyətini, əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdilər.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emekin, onlayn formatda tədbirə qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin digər alimlərin mövzu ətrafında çıxışları dinlənildi. 27 mayda "Naxçıvan" Universiteti ADA Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev milli dövlətçilik məsələləri" mövzusunda Respublika konfransı keçirildi.

Konfransı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq qonaqları salamladı, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ümummilli liderin dünyaya göz açdığı qədim Naxçvan torpağında da bu münasibətlə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətindən bəhs etdi. Professor H.Paşayev bildirdi ki, Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi bugün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi tanıdıb. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən Müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atıb.

ADPU-nun prorektoru, professor Mahirə Nağıqızı - Hüseynova çıxışında bu fikirləri xüsusi vurğuladı: "Heydər Əliyevin özünəməxsus siyasi ustalıqla, möhtəşəm idarəçilik nümunəsi ilə qurduğu Azərbaycan dövlətinin tərəqqisinə modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Müasirləşən Azərbaycan Respublikası indi 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir".

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, "Naxçıvan" Universitetinin rektoru, dosent Anar Kazımov.  Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov da çıxış edərək fikirlərini bölüşdülər.

Konfransın ilk günü "ADA" Universiteti "Naxçıvan" Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə başa çatdı.

Yaradıcılığında Vətən məfhumu, dövlətçilik anlayışı daim ön planda olan, fəaliyyəti boyunca milliliyin keşiyində dayanan, mənəvi dəyərləri əzmlə yaşadan Mahirə Nağıqızının Naxçıvandakı  görüşləri, iştirak etdiyi tədbirlər unudulmaz təəssüratlarla, Ulu öndər Heydər Əliyev görkəmli alim Həsən Mirzə haqqında təsirli xatirələrlə yaddaşlara həkk olundu.

 

Gülşən BEHBUD

525-ci qəzet.- 2023.- 2 iyun.- S.10;13.