İqlim dəyişikliyinin törətdiyi
fəsadlar
İnsan yarandığı gündən
təbiətdən nəsə
almaqla, dolayısı
ilə onu məhv etməklə məşğuldur və bu şüurlu varlığın birbaşa
iştirakı ilə
bəşər sivilizasiyası
mürəkkəbləşdikcə, planetin ekoloji durumu da sürətlə
dəyişir.
Bu gün təbiətin
qorunmasına böyük
diqqət yetirilsə də, itirilmiş resursları tam bərpa etmək çox zaman mümkün olmur. Avropanın əksər böyük
şəhərlərində suyu əhalinin istifadəsinə verməzdən
əvvəl onu hərtərəfli təmizləmək
lazım gəlir.
İnsan
öz ehtiyacları naminə canlı yaşayış mühitini
məhv edir, meşələr qırılır,
su ehtiyatları azalır, çayların
məcrası dəyişdirilir,
törədilən süni
yağışlar floraya
ciddi ziyan vurur. Sirr deyil ki, son onilliklər ərzində
faydalı qazıntıların
sayı demək olar, iki dəfə
azalıb. Bu, bütün resursların vaxtından əvvəl məhv olması və enerji mənbələrinin tükənməsi
təhlükəsi yaradır.
Son illər ölkəmizdə
ekologiya ilə bağlı 20-dən çox
qanun qəbul olunub. Azərbaycan ətraf mühit
və təbiətdən
istifadə ilə bağlı təxminən
bir o qədər beynəlxalq layihəyə
qoşulub. Qısa müddətdə
xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10 faizinə çatdırılıb.
İqlim
dəyişmələri üzrə
ekspert Məhərrəm
Mehtiyev "525"ə açıqlamasında
ölkəmizdə iqlim
dəyişikliyinin bir
çox sahələrə
öz təsirini göstərdiyini bildirir:
"İstiləşmə, quraqlıq, su resurslarının azalması
təhlükəli təbiət
hadisələrinin artmasına
mənfi təsir göstərir. Yağıntı prosesindəkı dəyişikliklər, buzlaqların
əriməsi, su təchizatının azalması
kimi məsələlər
ciddi problemlər yaradır. İsti hava şəraitinin
uzun müddət davam etməsi xəstəlikləri artırmasına
şərait yaradır.
Ekosistemdəki dəyişikliklər turizm məkanlarının
cəlbediciliyini azaldır.
Azərbaycanda iqlim dəyişikliyinə
təsir edən faktorlar artmaqdadır.
İqlim
dəyişikliyinin qarşısını
almaq üçün
alternativ və bərpa olunan enerjidən istifadənin artırılması, ağac
zolaqlarının, meyvə
bağlarının salınması,
sənayedə istixanaları
azaltmaq üçün
təmiz texnologiyaların
tətbiqi, enerji effektivliyinın və tullantıların idarə
olunması kimi məsələlərin diqqətdə
saxlanılması çox
vacib və zəriridir".
İqlim dəyişikliklərinin qlobal
səbəblərdən biri
də əhalinin sayındakı artımdır. Nəzərə
alsaq ki hələ 80-ci illərdə
Azərbaycan əhalisi
5 milyon idi və bu gün
artıq 10 milyonu keçib, bu, həm də ətraf mühitə olan təsirin iki dəfə artması deməkdir.
"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin sözlərinə görə,
hazırda üç
yüz ildən çoxdur müşahidə
olunan isinmə - yəni hava hərarətinin yüksəlməsi
prosesi gedir: "Cəmiyyət bunun qarşısını almağa
çalışır. Lakin
proses yüz illərdir sənayeləşmə,
atmosferin plansız şəkildə istismarı,
böyük müharibələr
və digər səbəblərdən karbon
emissiyasının yüksəlməsi
ilə müşayiət
olunmaqdadır. Beynəlxalq təşkilatların
səyi nəticəsində
G-20 ölkələri daxil,
keçirilən qlobal
tədbirlər belə
qarşıya qoyulmuş
1.5 dərəcə artımın
qarşısını almaqda
aciz görünməkdədir.
Qlobal istiləşmənin ölkəmizə
təsiri quraqlıqların
artması, yağıntıların
qeyri-bərabər paylanması
kimi hallarla özünü büruzə
verir. İqlim dəyişikliyi ilkin olaraq, kənd
təsərrüfatında özünü açıq
şəkildə göstərməkdədir.
İqlim
dəyişikliyinin quraqlıqla
özünü göstərməsi
su qıtlığının
yaranmasına səbəb
olur. İçməli və suvarma
suyunda gələcəkdə
daha ağır problemlər yaşanmaması
üçün hökumətin
təməlli proqramlar
hazırlaması vacibdir".
İqlim dəyişikliyinə səbəb
olan ilkin amil qlobal istiləşmə
nəticəsində havaların
quraq keçməsi, mövsümlərin yerlərinin
qismən dəyişməsidir. Q.İbrahimlinin
sözlərinə görə,
bunların qarşısının
alınmasının tək
yolu Milli İbtidai Təhsil Konsepsiyasının hazırlanmasından
keçir: "Bu problemlərin
qadağa və cərimələrlə həlli
mümkün deyil,
problem yalnız mədəniyyət
yolu ilə həll oluna bilər.
İqlim dəyişikliyinə səbəb
olan ən böyük problemlərdən
biri də avtomobillərin sayının
çoxalmasıdır. Get-gedə artmaqda olan avtomobillərin sayında elektrik avtomobillərinə üstünlük
verilməsi vacib sayılır. Ekspertlərin sözlərinə görə,
ictimai nəqliyyatın
fəaliyyəti genişləndirilməli
və xidmət səviyyəsi yüksəldilməlidir
ki, insanlar şəxsi avtomobillərdən
və taksilərdən
az istifadə etsinlər".
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli açıqlamasında hibrid avtomobillərin aksiz vergisindən azad olunması ilə bağlı qərar qəbul edildiyini bildirib. Onun sözlərinə görə, bu proses məqsədli şəkildə həyata keçirilir ki, sözügedən avtomobillərdən istifadə çoxalsın: "Bununla atmosferin çirklənməsinin qarşısını qismən də olsa almış oluruq.
Dünyanın bir çox ölkələri ilə müqayisədə bizim ölkədə atmosferə buraxılan zərərli qazlar daha çoxluq təşkil edir. Burada yol infrastrukturunun da müəyyən rolu var. Yollarda tıxacların yaranması uzunmüddətli yanacaq sərfinə və onun atmosferə paylanmasına gətirib çıxarır".
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 3 iyun.- S.23.