Günay Əfəndiyeva Alanyada
keçirilən beynəlxalq festivalda iştirak edib
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
21-ci Alanya Beynəlxalq
Turizm və İncəsənət Festivalında
iştirak edib. Festival Alanya Bələdiyyəsinin
təşkilatçılığı ilə "Türkiyə Respublikasının 100 illiyində
türk respublikaları"
mövzusunda keçirilib.
Fonddan 525.az-a bildirilib
ki, festivalın açılışı çərçivəsində
rəsmi şəxslərin
iştirakları ilə
Alanyadakı Atatürk
abidəsinin önündən
başlayan təntənəli
yürüş türk
xalqlarının folklorunu,
milli geyimlərini və musiqi mədəniyyətini əks
etdirən bədii proqramın müşayiəti
ilə gerçəkləşib.
Festivalın açılış mərasimində
Alanya Bələdiyyəsinin
sədri Adem Murat Yücel, Türk Əməkdaşlıq Təşkilatlarının
rəhbər və nümayəndələri, Türk
dövlətlərini təmsil
edən rəsmilər
və mədəniyyət
xadimləri, KİV nümayəndələri
iştirak ediblər.
Açılış tədbirində
çıxış edən
Fondun prezidenti Günay Əfəndiyeva hər il
Alanyada xüsusi mövzu altında keçirilən Beynəlxalq
Turizm və İncəsənət Festivalının
bölgənin mühüm
turizm və mədəniyyət mərkəzi
olduğunu bir daha sübut etdiyini, dünyaya bəşəri sülh mesajını çatdırdığını
vurğulayıb.
Günay
Əfəndiyeva 2023-cü ilin
Türk dünyasında
əlamətdar il olmasından bəhs edib. Fondun prezidenti bu il Türkiyədə
Cümhuriyyətin qurulmasının
100 illiyinin, Azərbaycanda
müasir Azərbaycan
Respublikasının banisi
və memarı, dahi lider Heydər
Əliyevin 100 illiyinin,
Qazaxıstanda böyük
şair və mütəfəkkir Xoca Əhməd Yasəvinin
930 illiyinin, Qırğızıstanda
dünya şöhrətli
yazıçı Çingiz
Aytmatovun 95 illiyinin, həmçinin bütün
Türk dünyasında
təntənəli qeyd
olunduğunu vurğulayıb.
Günay Əfəndiyeva
bildirib ki, ötən il
Bursadan sonra Qarabağın göz bəbəyi Şuşanın
2023-cü il Türk Dünyasının Mədəniyyət
Paytaxtı ünvanını
daşıması türk
xalqlarının ən
böyük coşğuyla
qarşıladığı hadisələrdəndir.
Eyni zamanda, Günay Əfəndiyeva bu il Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın demokratik
seçkilərdəki qələbəsinin
ölkə ilə yanaşı, bütün
Türk dünyası
üçün mühüm
əhəmiyyətini vurğulayaraq,
bildirib: "Rəcəb
Tayyib Ərdoğanın
Türk birliyini hər zaman dəstəkləyən fəaliyyətlərinə
bütün Türk dünyası dərin rəğbət və minnətdarlıq duyğuları
bəsləyir. Heç şübhəsiz,
qarşıdakı yeni
dövrdə Türk xalqlarının həyatın
bütün sahələrini
əhatə edən inteqrasiya prosesi daha da sürətlənəcək".
Fondun prezidenti müasir dövrdə beynəlxalq aləmdə sürətlə
yüksələn, türk
dövlətlərinin tarixi
qardaşlığının uğurla davam etdirilməsindən bəhs
edərək bildirib:
"3 il öncə Azərbaycanın Qarabağ
uğrundakı savaşında,
bu ilin əvvəlində
Türkiyədə baş
verən ağır zəlzələ fəlakətində
Türk dünyasının
qəlbi bir bədəndə döyündü.
Biz Türk respublikalarının
tək ürək, yeri gəldikdə tək yumruq olmağının şahidi
olduq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ölkədə
keçirilən genişmiqyaslı
tədbirlərin bu mövzuya həsr olunması türk həmrəyliyinə verilən
önəmin bariz göstəricisidir".
Günay Əfəndiyeva rəhbərlik
etdiyi Fondun əsas missiyasının ümumtürk mədəni
irsinin mühafizəsi
və tanıdılması
vasitəsilə Türk
xalqlarının birlik
və həmrəyliyinin
gücləndirilməsi olduğunu
vurğulayıb.
Mərasimin sonunda tədbir iştirakçıları fotoşəkil
sərgisini, müxtəlif
türk xalqlarının
milli geyimlərinin və mətbəxinin nümayiş olunduğu çadırları ziyarət
ediblər.
Üç gün davam edən festivalda Türk dünyasının
milli mədəniyyətini,
musiqisini, rəqslərini
əks etdirən rəngarəng tədbirlər
keçirilib.
525-ci qəzet.- 2023.- 6 iyun.- S.9.