Ədəbi kuryozlar
esse
"...
Bu gözəl dünya
dınqıltı əvəzinə
musiqi, əyləncə
əvəzinə sevinc,
qızıl-zinət əvəzinə
mənəvi aləm,
yalançı hay-küy
əvəzinə əsl
iş, aldadıcı
sızıltı-inilti əvəzinə
gerçək iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz..."
Bu yazını məşhur
alman söz ustası
Herman Hessenin sözləri
ilə heç də təsadüfən başlamadım. Bəşər
tarixi həm də belə bir mübarizədən də ibarətdir: Ağıllı kişiləri
əsrlər boyu səy göstəriblər
ki, bu gözəl dünya dınqıltı
əvəzinə musiqi,
əyləncə əvəzinə
sevinc, qızıl-zinət
əvəzinə mənəvi
aləm, yalançı
hay-küy əvəzinə
əsl iş, aldadıcı sızıltı-inilti
əvəzinə gerçək
iztirab istəyən adamlar üçün də vətənə çevrilsin, onlar özlərini bu ulu aləmdə qərib hissi etməsinlər. Buna nə dərəcədə
nail olublar, bilmirəm.
Güman ki, yer kürəsinin ayrı-ayrı
yerində belə bir nailiyyətin faiz göstəricisi fərqlidir. Amma bir şeyi (acı həqiqət də olsa) deyə bilərik, bəşəriyyət
hələ ki, bu arzusuna tam çatmayıb.
Bu barədə danışarkən,
mən, istər-istəməz
ədəbiyyat sahəsinə,
lap dəqiq, bədii tərcümə sahəsinə
yönələcəyəm. Söz düşmüşkən,
əvvəl başdan
deyim ki, zənnimcə,
ədəbiyyatın ən
mürəkkəb, ən
çətin sahəsi
ədəbi tərcümədir.
Çətindir, çünki
tərcüməçi, yad bir mədəniyyətin nümunəsini bütün
incəlikləri ilə
öz dilində əks etdirməlidir, həm də bunu elə etməlidir
ki, əsər tərcümənin
dilində də orijinalda verdiyi effekti versin. Əlbəttə, bu, yüz faiz mümkün
deyil, amma mütərcim yüz faizə can atmalıdır.
Bununla belə, bu əngəlli sahədə də baş girləyənlər
az deyil.
Dilimizdə belə bir deyim var: "Əyləşirəm
hər cümə, eləyirəm tərcümə.
Tərcümədən pul
çıxır, xırda-para
xərcimə". Bəli,
həyatın bütün
sahələrində olduğu
kimi, ədəbiyyatın
bu ciddi sahəsinə belə münasibət bəsləyənlər
həmişə olub,
indi də var, gələcəkdə də
olacaq. Bu cür yanaşanlar bəzən yaddaqalan kuryozlara da səbəb olur.
Mən də bu yazıda
kimlərisə mühakimə
etmək, tərcümə
mətnlərini təhlil
etmək fikrindən uzağam, düşünürəm
ki, bu, ədəbiyyat
tənqidçilərinin işidir.
Sadəcə adıçəkilən
kuryozlardan söz açmaq istəyirəm.
Zənnimcə, tərcümə
sənətinə ciddi
münasibəti formalaşdırmaq
üçün belə
kuryozları ara-sıra
xatırlamaq da faydalıdır:
Bir dəfə tərcümə
sənətindən xəbəri
olmayan bir nəfər alim poetik nümunələrdən xeyli
tərcümə edib,
ədəbiyyat jurnallarından
birinə üz tutur ki, öz tərcümələrini orada
çap etdirsin. Jurnal redaksiyasında çalışan bədii
tərcümə xiridarları
təqdim olunan mətnləri oxuyub görürlər ki, tərcümə
çox zaydır. Odur ki, alim-mütərcimlə
məzələnərək onu, o ki var tərifləyirlər.
Zavallı inanır, bu tərifləri ciddi qəbul edir. Ortalıqda durub məğrur-məğrur
ətrafına boylanaraq
deyir: "Bacarıram,
ta neynim! Vallah, məndən asılı deyil, bacarıram deyə, belə gözəl alınır!.."
Görkəmli fransız yazıçısı
Alber Kamyu latın Amerikasına səfəri zaman bir nəfər tərcüməçi
ilə tanış olur. Həmin adam ona dahi
fransız şairi Fransua Viyonun şeirlərini öz tərcüməsində oxuyur.
Tərcümə o dərəcə
uğursuz imiş ki, Kamyu hirsini cilovlaya
bilməyib, hələ
də öz mətnlərini həvəslə
oxuyan tərcüməçiyə
- "Bu əsərləri təcili orijinalın dilinə, yəni fransız dilinə tərcümə etməsən,
səni məhkəməyə
verəcəm!" - deyə
qəti şəkildə
bildirir.
Ötən əsrdə Almaniyada
belə bir ədəbi eksperiment keçiriblər: Rilkenin bir şeirini əvvəlcə ingilis dilinə, ingilis dilindəki tərcümədən
ispan dilinə, ispan dilində olan tərcümədən
isə yenidən alman
dilinə çevirirlər.
Nəticədə nə
olsa yaxşıdır?
Nəticədə tamam
başqa bir şeir alınır.
Düşünürəm ki, bəzən kuryozlar ədəbi tənqiddən də təsirli və ibrət dərsi kimi yaddaqalan olur.
İmir MƏMMƏDLİ
525-ci qəzet.-
2023.- 8 iyun.- S.14.