Kamal Abdulla: mifik gizlinlərdən intellektual "dansökülən"ə gətirən yol

"KİTABİ-DƏDƏ QORQUD" POETİKASINA GİRİŞ" KİTABI ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

 

Uzunmüddətli elmi, elmi-təşkilati, ədəbi-bədii, pedaqoji və ictimai fəaliyyəti ilə adı, imzası, ictimai siması artıq klassikləşmiş, yaradıcılığının emblem kateqoriyasına uyğun ifadə etsək, "Qorqudlaşmış" Kamal Abdulla yalnız müasir Azərbaycan filoloji-elmi və bədii düşüncəsinin deyil, bütövlükdə minilliklərin qovuşuğunu əhatə edən son yarım əsrlik milli ictimai-humanitar düşüncəmizin görkəmli simalarından biridir. İndiyə qədər müxtəlif yaş qruplarını əhatə edən çoxsaylı kamalşünasların da qeyd etdiyi kimi, bir filoloq alim olaraq mədəni irsə münasibətdə istər diaxron (şifahi yazılı mədəni irsin qədim mərhələsindən abidələrindən müasir ədəbi prosesədək), istərsə sinxron (həm milli mədəni irs, həm dünya mədəniyyəti abidələri) yanaşması baxımından Kamal Abdulla olduqca çoxşaxəli yaradıcılığa malikdir. Bu barədə çox yazılıb, çox deyilib. Lakin bütün hallarda Kamal Abdullanın Azərbaycan filologiyasında ictimai-humanitar düşüncəsində əvəzedilməz rolunu mövqeyini şərtləndirən onun "nədən yazması" yox, məhz "necə yazması" olub. Bu fikri elmi ifadə etsək, Kamal Abdullanın Azərbaycan elmi-filoloji düşüncəsindəki yerini rolunu, onun hər onillik keçdikcə daha da artan "impakt faktoru"nu şərtləndirən amil məhz mədəni fakt hadisələrə, mətnlərə yeni nəzəri-metodoloji yanaşmasıdır. Qeyd etmək gərəkdir ki, bu yeni nəzəri-metodoloji təmayül ötən əsrin 80-ci illərində bütöv bir hərəkat səviyyəsində özünü biruzə verir ki, Kamal Abdulla da bu hərəkatın əsas öndərlərindəndir.

Ötən əsrin 80-ci illərində Kamal Abdulla, Muxtar İmanov, Nizami Cəfərov, Kamil Vəli Nərimanoğlu, Mirəli Seyidov, Niyazi Mehdi başqaları dünya folklorşünaslığının ümumən fəlsəfi-kulturoloji fikrinin yeni axtarışlarını ardıcıl olaraq milli filoloji araşdırmalara daxil etməyə başladılar. Onların araşdırmalarında istər tekstə nəzəri-metodoloji yanaşma (mətndə məna axtarışları), istərsə kontekst müəyyənləşdirilməsi (sinfi mənada sosioloji kontekstin kulturoloji, ümumtürk ümumşərq konteksti ilə əvəzlənməsi) filoloji fikrimizin 80-ci illər mərhələsini 50-60-cı 70-ci illərdən paradiqmatik olaraq fərqləndirməyə tam əsas verir. Adları qeyd olunan tədqiqatçıların araşdırmalarında diqqəti cəlb edən əsas yeni təmayüllərdən biri multidisiplinar araşdırmalara marağın artması idi. Mətnlərin linqivopoetik təhlili təcrübəsi, milli mədəniyyət folklor münasibətlərinin tarixi inkişaf prosesi kontekstində kulturoloji olaraq modelləşdirilməsi, psixoloji komplekslərin bədii mətn paradiqmasında (epik folklor düşüncəsinə dayanan nəsr nümunələri) izlənilməsi, milli mifoloji təfəkkürün öyrənilməsində kulturoloji etimoloji yanaşmalar, oğuz mətnlərinin türk etnik-mədəni sistemi kontekstində filoloji, folklorşünaslıq, kulturoloji, antropoloji aspektləri ilə dərindən araşdırılması sair kimi təmayüllər məhz ictimai-humanitar çevrə daxilində həm multidisiplinar elmi yanaşmalar idi. Bu təmayüllər içərisində mifoloji, psixoloji, sosioloji, tarixi, kulturoloji kontekstin nəzərə alınması ilə folklor mətnlərində gizli semantika axtarışları ən mühüm istiqamətlərdən birini təşkil edirdi ki, bu da bilavasitə qeyd etdiyimiz intellektual hərəkatın həmin dövrdə gənc öndərlərindən olan Kamal Abdullanın adı ilə bağlı idi.

Əslində həmin mərhələdə Azərbaycan elmi təfəkküründə fəlsəfi baxımdan çox maraqlı görünən bir taransformasiya baş verir. XX əsrin 60-80-ci illərində Avropada elmi yanaşmalarda özünü göstərən yeniliklərin "küləyi" Azərbaycanda özünəməxsus dinamikada əsməyə başlayır. Klassik hətta qeyri-klassik elmi yanaşmaların məhdudluğu getdikcə daha aydın dərk edilir. Bu idraki prosesin fonunda M.Fukonun "diskursu" "episteması", C.Braunun "forma" anlayışı, İ.Priqojinin "geridönməzlik" anlayışı, L.Zadənin "qeyri-səlis məntiqi", G.Hakenin "sinergetikası", Maturana Varelanın "avtopoezisi" başqa yeni elmi fenomenlər olduqca cəlbedici görünürdü. Azərbaycanda məhz filologiyada daha geniş nəzəri-metodoloji kontekstdə yanaşmaların meydana gəlməsi tarixi şans idi. Çünki bir sıra səbəblərdən məhz folklor bədii təfəkkür milli özünütəsdiqin özyetərliliyin rəmzi ola bilərdi. Bu baxımdan Kamal Abdullanın da daxil olduğu "fikir cərəyanı" bütövlükdə elmimizin avanqard kəsimində yer almaqda idi.

Bəs, yuxarıda vurğulanan məqam prizmasında Kamal Abdullanın yeni nəzər-metodoloji yanaşmasının özünəməxsusluğunu, daxili elmi mahiyyətini necə formulə etmək olar? Kamal Abdulla "elmi universumu"nun izahı bu suala verilən cavabdan bilavasitə asılıdır. Bizcə, bu nəzəri-metodoloji yanaşma özəlliyi iki mühüm keyfiyyəti ilə diqqəti cəlb edir:

1. Emosional olaraq mövcud elmi prinsiplərə qarşı çıxaraq elmi təhlilə böyük bir cəsarətlə gətirilən azad romantik ruh (normativin inkarı elmi inprovizənin normativləşdirilməsi cəhdi əzmi);

2. İntellektual olaraq dilçilik ədəbiyyatşünaslığın nəzəri-kateqorial aparatını yeni keyfiyyətdə birləşdirməklə multidisiplinar yanaşma işığında mədəniyyət faktlarına fərqli baxış.

Məlumdur ki, Kamal Abdulla dar ixtisas sahəsi etibarilə dilçidir. Onun dilçiliyə dair "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri" (rus dilində, 1983), "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (1999, 2016), "Azərbaycanda rus dili" (həmmüəllif, 2005), "Dilçiliyə səyahət yaxud dilçi olmayanlar üçün dilçilik" (2010), "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" (həmmüəllif, 2012), "Azərbaycanca danışaq" (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012) s. əsərləri elmi ictimaiyyət tərəfindən olduqca maraqla qarşılanan əsərlərdir. O, eyni zamanda ədəbiyyatşünaslıq, tənqid estetikaya dair "Müəllif - əsər - oxucu" (1985), "Əvvəl-axır yazılanlar" (1990), "Yolun əvvəli axırı" (1993), "300 azərbaycanlı" (2007), "Düma ilə Coys arasında" (2016) kitablarında dünya Azərbaycan ədəbiyyatının mədəniyyətinin problematik aspektlərindən bəhs etmiş, qədim müasir ədəbi prosesin görünməyən tərəflərini işıqlandırmışdır. Kamal Abdullanın elmi yaradıcılığında dilçiliklə ədəbiyyatşünaslığın sərhədlərini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bunun da başlıca səbəbi elmi təfəkkürün özündə filoloji sintezin yeni keyfiyyət səviyyəsində baş tutmasıdır. Məlumdur ki, sovet elmi humanitariyasında filologiya çətiri altında "qardaşlaşdırılan" iki "doğma" sahəyə - dilçiliyə ədəbiyyatşünaslığa münasibət müasir şəraitdə nisbətən fərqlidir. Belə ki, metodoloji paradiqmalarla işləməyə meyilli olan linqvistikanın (Amerika alimi Debora Şifrin linqvistik tədqiqatların daha çox formal funksional adlandırıla bilən iki paradiqmaya tabe olduğunu qeyd edir) "science"a, mahiyyət etibarilə incəsənətin şərhi olan ədəbiyyatşünaslığın, ümumiyyətlə, sənətşünaslığın "art"a daxil edilməsi təcrübəsi vardır. Kamal Abdullanın elmi-filoloji araşdırmalarında dilçiliyin riyazi məntiqi ilə ədəbiyyatşünaslığın "art" məzmunu xüsusi keyfiyyət halında birləşmişdir. Belə qovuşuq sayəsində onun elmi yaradıcılığı timsalında ədəbiyyatşünaslıq, folklor araşdırmaları riyazi səviyyədə məntiqi modellərə meyillənir, dilçilik görüşləri quru statiklikdən çıxaraq daha da emosionallaşır.

Təbii ki, elmi-fəlsəfi təfəkkürə xas olan azadlığı sırf tədqiqat müstəvisində mədəniyyət faktlarına gətirmək kreativ yanaşma, bu yolda yürümək zəhmət, istedad inadkarlığın sintezini tələb edir. Məhz bu iki cəhətin, təfəkkür cəsarətinin intellektual dərinliyin vəhdəti nəticəsidir ki, Kamal Abdulla 80-90-ci illərdə öz yeni nəzəri-metodoloji baxışları, azad filoloji ruhu ilə normativləri "laxlatmağa" filologiyada yeni bir təmayülün əsasını qoymağa nail oldu. Bu təmayülün ən mühüm keyfiyyəti isə belə xarakterizə oluna bilər: mədəniyyətin təmsilçisi olan mətnlərin dərinliyində gizlənən sirri, sehri kəşf etmək, onunu semantik nəfəsinə nüfuz etmək, ən dərin qatlardakı məna çalarlarını üzə çıxarmaq başqalarına da dərk etdirmək! Ehtiraslı elmi axtarış, anlamaq aşinalığı anlatmaq peşəkarlığı...

Türk xalqlarının qədim eposu, möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud" abidəsinin tədqiqi Kamal Abdulla elmi yaradıcılığının əsas ana xəttini təşkil edir. Məlumdur ki, Kamal Abdulla qorqudşünaslığa dair "Gizli Dədə Qorqud" (Azərbaycan dilində 1991, türk dilində 1995, rus dilində 2006), "Sirr içində dastan yaxud Gizli Dədə Qorqud-2" (1999), "Mifdən Yazıya yaxud Gizli Dədə Qorqud" (Azərbaycan dilində 2009; türk dilində 2013), "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş" (Azərbaycan dilində 2017, rus dilində 2018) adlı sanballı araşdırmaların onlarla elmi məqalənin müəllifidir. Hətta Azərbaycan xalqının mühüm tarix mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə o, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görüldü.

Bu qeyd olunan təmayül Kamal Abdullanın bütün yaradıcılığından qırmızı bir xətt olaraq keçir, son fundamental araşdırması olan "Kitabi-Dədə Qorqud" poetikasına giriş. "Dansökülən variant" kitabında özünün yeni keyfiyyət mərhələsinə çatır. Kamal Abdullanın bu kitabı yalnız Azərbaycan folklorşünaslığının filoloji fikrinin deyil, bütövlükdə müasir ictimai-mədəni düşüncəmizin mühüm hadisəsidir. Kitabın ictimai-mədəni mühitdə doğurduğu rezonansın miqyası dediklərimizə əyani sübutdur.

Akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabı oxunub kənara qoyulan araşdırmalardan deyil. Müəllifin mövzuya yanaşması kitabın məzmunu onu fundamental bir tədqiqat obyektinə çevirir. "Kitabi-Dədə Qorqud"u həm təhtəlşüurun manifesti, həm milli mədəniyyətin qədim nümunəsi kimi iki aspektdə dərk etmək üçün Kamal Abdullanın bu əsərinə dəfələrlə müraciət etmək lazım gəlir. Həmin bağlılıqda məsələyə bir sırf fəlsəfə işığında baxaq.

Müəllifin bu əhəmiyyətli mədəniyyət hadisəsinə yanaşması özlüyündə şüurun dialojiliyi məsələsini konkret elmi tədqiqat sahəsi üçün aktuallaşdırır. "Kitabi-Dədə Qorqud"u olduğu kimi dərk etmək üçün Dədə Qorqudu "danışdırmaq" gərəkdir. Dədə Qorqudun anaxronizmini nəzərə alsaq, onu danışdırmaq faktiki olaraq türk təhtəlşüuru ilə dialoq təşkil etməyə bərabərdir. Bunun üçün xüsusi metodoloji yanaşma mətnin orijinal təhlili lazımdır. Kamal Abdulla əsərdə bu əhəmiyyətli elmi uğura imza atıb.

Kitabda müəllif sanki Dədə Qorqudla dansöküləndə dialoqa girir, bu müdrik qocanı dinləyir, danışdırır, sual verir cavab alır. Burada müasir fransız yazıçısı Q.Müssonun "Kağız qadın" əsərində istifadə etdiyi təsvir üsuluna oxşar bir yanaşma görürük. Q.Müsso öz əsərinin qəhrəmanını "dirildərək, kitabın səhifələrindən süzdürüb real obraz verərək" müəllif ilə dialoqunu təşkil edir. Bu üsulla müəllifin öz həyatını yenidən təşkil etməsinə imkan yaradır. Kamal Abdulla da "Kitabi-Dədə Qorqud"da əsərin qəhrəmanı ilə Azərbaycan mənəvi-əxlaqi inetellektual dünyasının reallıqları müstəvisində dialoq yaradır. Onun zamanı bəlli olmayan qədim dövrdə söylədikləri prizmasında indiki mənəvi həyatımızın aktual məqamlarına işıq salmağa çalışır buna nail olur.

Kamal Abdulla əsərə zaman məkan bölgüsündə deyil, zaman-məkan kontinuumunda məzmun verib. Bu, mühüm məqamdır. Çünki şüurun M.Baxtin mənasında dialojiliyi məhz həmin halda real məzmun ala bilər. Şüur mahiyyətcə məzmunca dialojidir. İnsan empatiya (daxili dialoq, daxilə müraciət, qiymətvermə) simpatiyanı (xarici dialoq, özgəsinə münasibət, sosial mühitdə özünütəsdiq) vəhdətdə reallaşdırır. Deməli, Dədə Qorquda müraciət həm öz daxili dünyana müraciətdir, özünüqiymətləndirmədir, həm müasir sosial-mədəni reallıqlar kontekstində özgəsi ilə dialoq imkanlarının axtarışıdır. Məsələnin bu tərəfi iki baxımdan çox əhəmiyyətlidir. Birincisi, Dədə Qorqud eposunun sonuncu boyu oğuzlar arasında intriqalara həsr olunub dastan bununla yekunlaşır. İkincisi, müasir dövrdə türklər arasında həmrəyliyin olması üçün qədim mədəni abidələrin hansı rolu oynaya bilməsi aktuallaşır. Əgər "Dədə Qorqud" eyni kökə sahib boyların ixtilafı ilə bitirsə, bu, ümumiyyətlə, dialoq yolunun bağlanması deməkdirmi?

Kamal Abdullanın əsəri bunun maraqlı cavabını tapmağa imkan yaradır. Yəni əslində belə sonuc dialoqun vacibliyini bir daha təsdiqləyən məqamla bağlıdır. Məsələ ondan ibarətdir ki, ixtilaf reallıqda şifahi mədəniyyətin sonunun gəlməsi anlamı verir. Müdrik qoca bizə gələcəyi fərqli şərtlər daxilində qurmalı olduğumuzu bunun əsas şərtinin məhz qarşılıqlı anlaşmadan, dialoqdan ibarət olduğunu çatdırır. Keçmişdə olan ixtilaflardan nəticə çıxararaq dialoq əsasında birliyi təmin etmək zərurətini ifadə edir. Kamal Abdulla da bu prosesi Günortac Qürubda davam etdirəcək. Yəni "Kitabi-Dədə Qorqud" poetikası" davam edir...

Bu fəlsəfədən baxanda onu da görürük ki, filoloji aspektdən kitabda əksini tapan araşdırmanın elmi baxımdan çoxparametrliyi onu ən müxtəlif baxış bucaqlarından dəyərləndirməyə əsas verir. Bizə görə, kitabın ümumi dəyərləndirilməsində iki mühüm aspekt əsas götürülə bilər:

1. Kontekst müəyyənləşdirilməsində antropoloji universalizm;

2. Tekst  təhlilində semantik dərinlik polifonizm.

Əvvəlcə, kontekstin antropoloji universalizmi haqqında. Araşdırmada qarşıya qoyulan əsas hədəf zahirən filolojidir bütün təhlillər bu mərkəzi hədəfə istiqamətlənmiş kimi görünür: "KDQ" mətni əsasında yazıya qədərki dövrün bədii-poetiklik təsəvvürlərinin, real mətn quruculuğunda istifadə edilən ünsür vasitələrinin öyrənilməsi! Qarşıya qoyulan bu filoloji elmi hədəf araşdırmanın, necə deyərlər, fokus nöqtəsini təşkil edir. Belə bir elmi fokuslaşma təbii ki, etnik-mədəni sistemi kontekst olaraq nəzərə alan filoloji təmayüllü linqivopoetik mifopoetik təhlil perspektivindən xəbər verir. Lakin araşdırma boyu biz tamamilə başqa mənzərənin şahidi oluruq. Burada ənənəvi humanitar düşüncədə qorqudşünaslıqda kök salmış stereotiplərin əksinə olaraq, "KDQ" etnik-mədəni sistem müstəvisində deyil, ümumbəşəri mədəniyyətin ilkin təşəkkül mərhələsi kontekstində təhlil edilir. Mətn boyu dərinə doğru hərəkət miqyasın kiçilməsi ilə deyil, əksinə etnik-mədəni sistem hüdudlarından antropoloji universalizm səviyyəsinə qədər genişlənmə ilə müşayiət olunur. Məhz bu rakursdan salınan işıqda aydın görünür ki, dastanda oğuzun türkün genezisi üst qatların həqiqətidir. Mətnin daha dərin qatları etnik geneologiyadan daha çox, antropoloji geneologiyadan xəbər verir. Sən demə, "KDQ" həm bəşəriyyətin Təbiətdən Mədəniyyətə keçidini bütün parametrlər üzrə özündə əks etdirən unikal bir abidədir.

qədər paradoksal səslənsə , məhz bu rakursdan yanaşdıqda, qədim türk mədəniyyətinin bəşər mədəniyyəti kontekstində yeri mövqeyi formal vətənpərvərlik millətçilik düşüncəsi ilə yazılan tədqiqatlarda olduğundan daha  aydın, həm daha şərəfli görünür. Bu mənada  kitabın çox mühüm cəhətlərindən biri onun Azərbaycan elmi humanitar düşüncəsinin universal antropoloji elmi səviyyəyə iddiasını imkanını özündə əks etdirməsidir. Bizcə, hazırda belə bir iddiaya Azərbaycan humanitariyasının çox ehtiyacı vardır.

Əsərdə həm "KDQ"-dən dünyaya, həm dünyadan "KDQ"- baxış bucaqları əksini tapmışdır. Məsələn, müəllif deyəndə ki, "KDQ"- ən qədim qat kimi mağara ruhu hakimdir - bu dünyadan "KDQ"- baxışdır. Əksinə, müəllif Dədə Qorqudun müəllim funksiyası ilə mağaradaşların şagird statusunu müqayisə etdiyi halda - bu "KDQ"-dən dünyaya baxışı özündə əks etdirir. O mənada ki, qeyd olunan müəllim-şagird münasibətləri informasiyanın toplanılmasının ötürülməsinin universal folkloristik modeli olmaqla yanaşı, həm milli kommunikasiya formuludur.

Kitabda diqqəti çəkən ən fundamental elmi postulatlardan biri "Dədə Qorqud prinsipdir" tezisidir. Məlumdur ki, dünya folklorşünaslığında folklor mətnin strukturunda motiv anlayışının funksiya anlayışı ilə əvəz edilməsi təcrübəsi olmuşdur. Fransız strukturalistləri isə ümumiyyətlə, mətn strukturunda elementlərin funksiya ilə əvəzlənməsini təklif etmişdilər. Psixoanalitiklər isə mətn strukturunda funksiyanı genezis etibarilə insanın psixoenergetik özünüifadəsi kimi qələmə verməyə çalışmışlar. Dünya elmində belə yanaşmalar çoxdur. Biz dünya humanitar elmlərində olan belə elmi yanaşmaların konkret milli mətn nümunəsində tətbiqinə ilk dəfə olaraq Kamal Abdullanın yanaşmasında rast gəlirik. Müəllifin Dədə Qorqudun prinsip hesab edilməsi, bizə görə, obrazın mədəni sistemdəki funksionallığına, həmin funksionallığın diaxron sinxron səviyyələr üzrə miqyasına işarədir. Prinsip fundamental müəyyənləşdirici şərtdir. Prinsip pozulmaz qanunauyğunluqdur. Prinsip sistemyaradıcı parametrdir. "Dədə Qorqud prinsipdir" postulatı Dədə Qorqudun etnik-mədəni sistemdə funksional mahiyyətini olduqca dəqiq formullaşdırır. Mədəniyyət Dədə Qorqud obrazına elə funksiyaları yükləyir ki, o, sistemtənzimləyici parametrə çevrilir, həm bu funksiyasını mədəni sistem kontekstində diaxron inkişaf prosesi ərzində uzun müddət davam etdirir. Həm sistemtənzimləyici parametr olmaqla yanaşı, sistemyaradıcı faktor funksiyasını yerinə yetirir. Tarixilik, mənəvilik, sosiallıq bütövlükdə mədəni təkamülün təfəkkür ölçüləri aspektində bu mühüm məqamdır. Dədə Qorqud bizim həyat tərzimiz, düşüncəmiz, yaşam qaydamız özünü həyatda təsdiqetmə dinamikamız baxımından o dərəcədə önəmlidir ki, Şuşanı əliyalın azad edə bildik!

İkinci xüsusi qeyd etmək istədiyimiz təmayül tekstin təhlilində dərinlik polifonizmdir. Öncə onu qeyd edək ki, kitabda yeni bir anlayış təqdim edilir: "bədiipoetiklik". Mətndə nəzm nəsr ikiüzlülüyünü dəqiq ifadə edən bu anlayış yeni interpretasiyada ilk dəfə olaraq bu araşdırmada aprobasiya olunur. Bədii poetiklik axtarışları istiqamətində mətn sanki nanotexnoloji səviyyədə araşdırmaya cəlb edilir. Araşdırmadan aydın olur ki, "KDQ"-nin mətn strukturu istər diaxron, istərsə sinxron düzüm üzrə strukturların mürəkkəb münasibətlər şəbəkəsindən yaranmışdır. onlar ayrılıqda götürülən element kimi , bir-biri ilə münasibətdə İnsanın Təbiətdən Cəmiyyətə keçidinin bütün dolanbaclarını özündə əks etdirən informasiya daşıyıcılarıdır. Tədqiqatda informasiyanın mifoloji məzmundan bədii məzmuna keçidi üzərində xüsusi dayanılır. Məlumdur ki, elmdə məşhur mifoloji tarixi şüur dövrləri bölgüsü vardır. Müəllif o məqam üzərində xüsusi dayanır ki, mətndə bədii poetikliyin strukturu, əsasən, həmin zaman mərhələləri ilə şərtlənir. Əsərdə mifoloji dövrün bədiipoetik transformasiyası "Dəşti-Müstəqimiyyə", tarixi dövrün bədiipoetik transformasiyası isə "Dəşti-Məcaziyyə" kimi faktlaşdırılır. Müəllif bədiipoetikliyin yaranması fikrini irəli sürərkən kainatın yaranmasına dair partlayış nəzəriyyələrindən istifadə edir. Araşdırmada bu istiqamətdəki təhlillər etnik, bəşəri, biosferik universalizm hüdudlarını aşan, varlıq universalizminə gəlib çıxan bir rakursu gözlərimiz önündə canlandırır.

Hesab edirik ki, akademik Kamal Abdullanın bu əsəri qorqudşünaslıqda bir sıra ənənəvi problemlərə yeni baxış sərgiləməsi, həmçinin bir sıra yeni elmi problemlər müəyyənləşdirməsi baxımından milli humanitar elmi düşüncəmizdə yeni bir istiqamətin əsasını qoyacaqdır.

Akademik Kamal Abdulla ömrünün müdriklik çağına zəngin elmi, bədii yaradıcılıq uğurları, pedaqoji, elmi-təşkilati ictimai fəaliyyətdə əldə olunan nailiyyətlərlə gəlib çatıb. Onun bu xidmətləri həm ölkəmizdə, həm onun hüdudlarından kənarda olduqca yüksək qiymətləndirilib. Tanınmış alim Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Rusiya, Gürcüstan, Bolqarıstan Rumıniya universitetlərinin fəxri doktoru, Poltava Universitetinin fəxri professorudur.

Akademik Kamal Abdulla Akademiyanın həqiqi üzvü seçilib, Xalq yazıçısı fəxri adına layiq görülüb, "Şöhrət", "Şərəf" ordenləri, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi", "Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanlarının 100 illiyi", "Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi" yubiley medalları, Rusiya Federasiyasının "Puşkin" medalı, Macarıstanın "Zabit Xaçı" ali xidmət ordeni çoxsaylı başqa mükafatlarla təltif edilib. O, birinci dərəcəli Dövlət müşaviridir.

Lakin Kamal Abdullanın ən böyük mükafatı, heç şübhəsiz, həm respublikamızda, həm türk dünyasında, həm sivil dünyada onun elmi bədii yaradıcılığına bitib-tükənməyən peşəkar elitar maraq, şəxsən onu tanıyanların ona verdiyi səmimi dəyərdibr. Dünyanın bir sıra görkəmli elm mədəniyyət xadimləri onun şəxsiyyəti, elmi bədii yaradıcılığı haqqında yüksək fikirlər söyləmişlər. Onlara nümunə olaraq Azərbaycandan akademik İsa Həbibbəylini, Anarı, Hacı Allahşükür Paşazadəni, Sabir Rüstəmxanlını, Muxtar Kazımoğlunu, Türkiyədən Ahmed Ercilasunu, Osman Fikri Sertkayanı, Zeynep Korkmazı, Almaniyadan Barbara Kelliner-Heinkeleni, İtalyadan Franko Kardinini, Qazaxstandan Oljas Süleymanovu, Fransadan Klod Aliberi, İsveçrədən Patrik Serionu, Yaponiyadan İçiro İtonu, İngiltərədən Neil Vatson, Çexiyadan Oduard Qombarı, ABŞ-dan Jonnah Scottu, Rusiyadan Yuri Polyakovu, Braziliyadan Sudha Svamakarı, Özbəkistandan Şöhrət Siracəddinov neçə-neçə başqalarını misal göstərmək olar.

Biz Kamal müəllimə yeni-yeni nailiyyətlər uğurlar arzulayırıq. Arzu edirik ki, onun nadir istedadla zəhmətin vəhdətindən yoğrulmuş elmi, elmi-təşkilati, bədii, pedaqoji ictimai fəaliyyəti əvvəlki gənclik şövqü ilə davam etsin.

 

Sərxan XAVƏRİ,

Füzuli QURBANOV

525-ci qəzet.- 2023.- 9 iyun.- S.10-11.