Qərib Mehdinin 50-ci kitabı - "Xatırla ki, yaşayım"
Tanınmış ədibimiz, Əməkdar
jurnalist Qərib Mehdinin yeni işıq üzü görən, belə demək mümkünsə, "yubiley
saylı" kitabı
AMEA Gəncə Bölməsində
təqdim və müzakirə olunub. Qocaman yazıçının
və onun yeni kitabının görüşünə
Bölmənin əməkdaşları
ilə birlikdə Gəncənin yaradıcı
mühitinin təmsilçiləri
də qatılıblar.
AMEA Gəncə Bölməsinin
sədri, akademik Fuad Əliyev görkəmli qələm ustasını
bu elm ocağında görməkdən və onunla ünsiyyətdən
şad olduğunu dilə gətirərək,
yazıçını yeni kitabının çapı
münasibətilə təbrik
edib. O, Qərib Mehdinin Nizami yurdunun, eləcə də ölkəmizin ədəbi-publisistik mühitinin
çox dəyərli
simalarından biri olduğunu vurğulayıb.
Gəncə Dövlət Universitetinin
dosenti Bayram Apoyev, AMEA
Gəncə Bölməsinin
şöbə müdiri
Ruziyə Quliyeva, Bölmənin Nizami Gəncəvi Mərkəzinin
direktoru Əlimuxtar Muxrtarov, Mir Cəlal
Paşayevin Gəncədəki
Ev-Muzeyinin direktoru İradə Paşayeva, "Gəncənin
səsi" qəzetinin
əməkdaşı, publisist
Firəngiz İsmayılova,
eləcə də
AMEA Gəncə Bölməsinin
əməkdaşları - filoloqlar,
həmçinin elmin digər sahələrində
çalışan ədəbiyyatsevərlər
Qərib Mehdinin ömür və yaradıcılıq yolundan
danışıblar. Onun
əsərlərinin məziyyətlərindən
Azərbaycan ədəbiyyatına
xidmətlərindən söz
açılıb.
87 yaşlı yazıçı "Xatırla
ki, yaşayım"
kitabında 50 nəfəri
Gəncədə, 50 nəfəri
isə Bakıda yaşamış, ictimai və mədəni həyatımızda iz qoymuş, dünyasını
dəyişmiş görkəmli
şəxslərlə bağlı
xatirələrdən ibarət
olan bu nəşri,
özünün 50-ci kitabını
Gəncənin başlıca
elm ocağında təqdim etməkdən məmnun olduğunu bildirib. Q.Mehdi görüşün təşkilatçılarına
təşəkkür edərək,
yazıçı üçün
hər bir əsərin mənəvi
və fəlsəfi yükünün cəmiyyətə
təsirinin vacibliyini nəzərə çatdırıb.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.-
2023.- 9 iyun.- S.9.