Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət  

(Əvvəli ötən şənbə sayımızda)

 

 Əlbəttə, Vyana böyük keçmişə malik olan gözəl şəhərdir, lakin onu Roma ilə, xüsusən Parisin gözəllikləri ilə müqayisə etmək çətindir. Parisin şəhərsalma üslubundakı mükəmməlliyi (XIX əsrin ikinci yarısında İkinci İmperia vaxtı III Napoleonun göstərişi ilə Parisi yenidən qurmuş, onu əsaslı qaydada rekonstruksiyaya uğratmış Sena prefekti baron Osmanın bu sahədəki əvəzsiz xidmətini inkar etmək olmaz), Yelisey çölünün, Zəfər Tağının yerləşdiyi Etualın (Ulduz meydanının, indi de Qoll meydanı adlanır), Notr Dam de Parinin, Qrand Operanın ya Sena üzərindəki körpülərin, xüsusən Rusiya çarı II Nikolay tərəfindən şəhərə atasının xatirəsi şərəfinə verilmiş hədiyyə kimi tikilən III Aleksandr körpüsünün gözəlliyi ilə müqayisədə, əlbəttə, Vyana uduzur. Şəhərin salınmasına böyüməsinə alman praqmatizmi, yəqin ki, öz təsirini göstərmişdir. Burada heyranedici gözəllik nümunələrinə, müqayisədə nisbətən az rast gəlirsən. Axı Vyananın Parisə gözəllik, müasir görkəm bəxş etməklə əl gəzdirən öz baron Osmanı olmamışdı. Onun güclü iradəsini ağlını, zəhmətini zövqünü təkrar etməyin özü heç asan məsələ deyilmiş.

Avstriya Avropanın qüdrətli dövlətinə çevrilir

Avstriya Respublikası Avropanın mərkəzində yerləşməklə, qonşuları olan Çexiya Slovakiya kimi kiçik bir əraziyə malik olan ölkədir. Bu ölkənin keçmişi isə olduqca böyükdür, vaxtilə müasiri olan digər heç bir dövlətə məxsus olmayan nəhəng məkana malik olması ilə seçilirdi. Beş əsr əvvəlki tarixi təkcə doğma qitəsinin deyil, Mərkəzi Cənubi Amerika ölkələrinin (Braziliya istisna olmaqla), qismən Şimali Amerikanın cənub torpaqlarının taleyində müəyyən rol oynamış İspaniya vasitəsilə oradakı çox sayda ölkələri üç əsr ərzində müstəmləkə kimi saxlamışdır. Yalnız Napoleon İspaniyaya daxil olduqdan sonra, Cənubi Amerika ölkələrində milli azadlıq hərəkatları böyüyərək qələbə çalmış onlar öz müstəqilliklərini elan etmişdilər. Avropada isə bütöv Niderlandları Belçikanı, İtaliyanın Fransanın bir hissəsini, qonşuluğundakı Çexiyanı Macarıstanı uzun müddət idarə etmişdi. Hakim Habsburqlar sülaləsi İspaniyada hökmranlığa sahib olmuş, 1806-cı ildə Napoleon Müqəddəs Roma İmperiyasını ləğv edənə qədər, üç il istisna olmaqla dörd əsr ərzində Habsburqlar Evinə məxsus imperator, imperiyanın idarəçiliyinə başçılıq etmiş, bu imkandan da Avstriya monarxiyasının faydalanması üçün bol-bol istifadə etmişdir. Çətin anda, paytaxt Vyana Osmanlı hücumuna məruz qalanda, Roma papası da kömək göstərmək barədə  xristianlara müraciət etmiş, yad Polşa ordusunun həlledici dəstəyi ilə türklər şəhərin mühasirəsini götürməyə məcbur olmaqla yanaşı, ağır məğlubiyyətə düçar olmuşdular.

Böyük alman filosofu Hegel demişdi: "Ümumdünya tarixi xoşbəxtlik səhnəsi deyildir". Avstriyanın tarixi onun bir hissəsi olduğundan, bədbəxtliklərdən xali olmamışdır. Buna görə onun tarixi inkişaf xətti ziqzaqa bənzəyir.

Müqəddəs Stefen kilsəsi - Vyananın kafedral kilsəsi

XIX əsrin birinci onilliyində Napoleon dəfələrlə Avstriyanı məğlub edib alçaltsa da,  ölkə qismən ərazi itkilərinə məruz qalsa da, torpaqlarını əsasən özündə saxlaya bilmişdi Monarxiyanın da hakimiyyətinə elə bir ciddi xələl gəlməmişdi. 1810-cu ildə isə Fransa imperatoru Avstriya imperatoru I Frantsın (onların hər ikisi bu adı altı ilə yaxın idi ki, daşıyırdı) qızına evləndikdən sonra, iki ölkə arasındakı düşmənçiliyə son qoyulmuşdu.

Napoleonun dalbadal məğlubiyyətindən sonra Vyana konfransları vasitəsilə Avstriya xüsusi diplomatik ustalıq coşğunluq nümayiş etdirməyə başlamışdı.

Bugünkü Avstriyanın 9 milyona yaxın əhalisi vardır, bu kiçik ölkənin tarixini isə çox sayda qorxu yaradan hadisələr bəzəyir. Avstriyalılar tarixi olmayan bir millət adlandırıla bilərlər, Avstriya tarixi titul millətin mövcudluğu olmayan kimi hesab edilə bilər. Yalnız 1945-ci ildəki ağır məğlubiyyətə düçar olmuş Almaniyadan qopub azad olmaqla, avstriyalılar almanlardan ayrı şəkildə milli eyniyyətini qurmağa cəhd etmiş bunda köks ötürüləsi uğur da qazana bilmişdir.

1918-ci ilə kimi "Avstriya" çoxmillətli olmaqla, sülalənin hakimiyyətinə əsaslanan bir imperiya idi. Bu sülalə Habsburq Monarxiyası kimi tanınır. Burada hələ köhnə dövrlərdən Alpın irsi torpaqlarına sahib olan almanlar yaşayırdılar. Monarxiya tənəzzülə uğradıqdan, süqut etdikdən, başqa sözlə, 1918-ci ilin noyabrından sonra ilk dəfə olaraq Avstriya Respublikası meydana gəlmişdi. Lakin 20 ilə yaxın müddətdən sonra, 1938-ci ilin martında Hitler Avstriyanı işğal edərək, bunu saxtalıqdan xəbər verən aldadıcı "Anşlyus" - "Birləşmə" kimi sadə bir sözlə ifadə etmişdi. 1945-ci ilə kimi yeddi il ərzində bu məcburi birləşmə dəhşətli nəticələrə səbəb olmuşdu, çünki Natsional Sosialist Almaniyası Avstriyanı özünün müharibə qətl maşınına qoşmuşdu onların hər ikisi bunun iştirakçısı olmaqla yanaşı, həm total məğlubiyyətin məsuliyyətini daşımaq ittihamından da, əslində lap başlanğıcda  bədbəxtcəsinə işğal olunmuş Avstriyanın özü qaça bilməmişdi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra yeni müstəqil Avstriya, çətinliklə olsa, ayağa qalxmağı bacardı. Yenidən eyniyyətinin müəyyən edilməsi ilə avstriyalılar almanlardan uzaqda dayanmalı oldular. İki Dünya müharibəsindəki yaxınlıq, birincidə ittifaqda, ikincidə isə vahid dövlətin tərkibində olması Avstriyaya olduqca baha başa gəldi, 1918-ci ildə imperiya tarixdən silindi, 1945-ci ildə isə ölkənin ərazisi müttəfiqlərin işğalına məruz qaldı.

Avstriyanın intibahı Avropanın müharibədən sonrakı sağalması prosesinin ən möcüzəli hadisələrindən biri idi. Ölkədə siyasi iqtisadi sülhün sintezi, xarici siyasətdə neytrallıq daxildə ümumi razılıq mühitinin yaranması imkan verdi ki, obrazlı deyilsə, yatan itin keçmişdəki uzanmasına toxunulmasın. Bu isə, XX əsrin sonrakı illərində ölkənin Yer kürəsindəki ən çiçəklənən dinc bir məkana çevrilməsində mühüm rol oynadı.

Avstriyanın indiki sifətinə baxanda, o, ilk dəfə Roma papasının dilindən çıxan "xoşbəxtlik adası" adlanmağa layiqdir. Çünki adambaşına düşən məhsul istehsalına görə Avstriya Avropa İttifaqında ən yüksək yerlərdən birini tutur ölkənin iqtisadiyyatı özünü uğurlu qaydada dəyişdirməyə qadir olduğunu göstərdi. Əhalinin yüksək texniki təhsil səviyyəsi sənayeləşmədən xidmət sahəsinə keçməyə imkan yaratdı. Avstriya əhalisinin rifah səviyyəsinin nisbətən yüksək olması ilə yanaşı, bu ölkə dünyanın ən az cinayət, xüsusən daha az ağır cinayətlər törədilən bir məkan adını qazana bilmişdir. Kriminalistlər belə bir dinc birgəyaşayışın cəmiyyətdə hakim kəsilməsinin necə böyük bir nailiyyət olduğunu daha yaxşı bilirlər.

                                                                           Belveder sarayı

Avropanın ürəyində yerləşən ölkənin coğrafi mövqeyi ona yaxşı fayda verir. II Dünya müharibəsi dövrlərində Almaniya İtaliya kimi iki işğalçı dövlətin qonşuluğunda, əslində birincinin tabeliyində olan bu ölkə, indi Avropa İttifaqına aid olan beynəlxalq bazarın habına (mərkəzinə) çevrilmişdir. Bu isə Avstriyaya kommersiyadan əhəmiyyətli səviyyədə fayda gətirir.

Habsburq imperiyası parçalandıqdan sonra uğurlu dövlətlərə çevrilən Çexoslovakiya, Macarıstan Yuqoslaviyanın əhatəsində olması, hər iki Dünya müharibəsi dövründəki müəyyən siyasi düşmənçiliyin davamı kimi, 1945-ci ildən sonra onlarla iqtisadi qarşıdurmanın da bəzən müəyyən retsidivləri yaranırdı. Axı onların hər üçü kapitalist ölkəsi olan Avstriyadan fərqli olaraq, sosialist dövlətlərinə çevrilmişdilər.

Həmin ölkələr artıq kommunist cəbhəsində təmsil olunmaqla, Uinston Çörçillin təbirincə desək, "dəmir pərdə" ilə örtülmüş ərazilərdə yaşamaqla, yaxın sərhəddə yerləşsələr , onların normal qonşuluqdan imtina etmələri ucbatından Avstriya üzünü "Qərbə" doğru çevirməli oldu.

Kommunizm 1991-cı ildə  süquta uğradıqdan sonra, sosialist sistemindən çıxmış dövlətlər hesabına Avropa İttifaqı XXI əsrin əvvəllərindən xeyli böyüməyə başladı. Avstriya isə öz sərhədlərində yaranmış bu əlverişli iqtisadi imkanlardan həm olduqca yaxşı xeyir götürürdü.

Avstriya tarixinin çəkisi xüsusən 1938-ci illə 1945-ci il arasındakı Avstriyanın "Avstriya" olmaması nişanəsini büruzə verməklə yanaşı, milli özünü anlamaqda da mürəkkəblik narahatlıq yaradırdı. 1986-cı ildəki Kurt Valdhaym işi, II Dünya müharibəsi dövrünün köhnə kabuslarını üzə çıxarıb, yuxarı qaldırdı həm xarici rəyləri skandal səviyyəsinə gətirməli oldu. Avstriyalılar "öz" keçmiş imperial şəraitlərinə qayıtmağa ciddi surətdə cəhd edirdilər. Qəribə bir paradoks meydana gəlmişdi - avstriyalılar dünyadakı ən uğurlu dövlətlərdən birində yaşamaqla yanaşı, müstəsna qaydada, hətta hissiyyatlar özşüurunda mövcud olan münasibətlərdə bunu davam etdirirdilər. Onlardan öz "milli" keçmişini soruşanda, bu suala heç tam əminlik hissi olmadan özünü müdafiə qaydasında cavab verirdilər.

                                                                      Opera teatrı

Avstriya tarixinə görə onların narahatlıqlarının güclü səbəbləri vardır. İndiki Avstriya ilə avstriyalılarla əvvəllər "mövcud olmuş Avstriya" "avstriyalılar" arasında mühüm fərq vardır. Avstriyanın tarixi kimliyinin mürəkkəbliyi timsalındakı labirintdən çıxmağın özü asan məsələ deyildir. Bu dövlət Mərkəzi Avropaya problemlərlə dolu olan bir irs qoyub getmişdir, bununla yanaşı, həm Avstriyaya imkan vermişdir ki, XX əsrin intellektual, ideoloji mədəni cərəyanlarının çoxunun mərkəzində olsun.

Bugünkü avstriyalıların xeyli hissəsi imperiyanı, çoxmillətli Habsburq Avstriyasını öz ağuşuna basmaq istəyir. Bəlkə , onlara "1900-cü illər Vyanasının" kosmopolitliyi hələ xoş gəlir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 10 iyun.- S.22.