Azərbaycan Dövlət Teatr Muzeyi: səhnə sənətimizin zəngin saxlancı

 

 

Milli Teatrımızın yaranmasının 150 illik yubileyi, sözsüz ki, bir əsrə yaxındır fəaliyyət göstərən, peşəkar teatrımızın ilk tamaşasından bu günə qədərki bütün tarixi sənədləri, arxivləri qoruyub-saxlayan Azərbaycan Dövlət Teatr Muzeyi üçün əlamətdar hadisədir. Biz 150 yaşlı teatrımızın sorağı ilə bu gözəl muzeyin yolunu tutduq.

Bizi burada muzeyin direktoru - Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qarşıladı. Muzeyi gəzməzdən öncə Sevinc xanımla teatrın yaranma tarixi, fəaliyyəti barədə söhbət etdik, o, bizi maraqlandıran bir çox məsələlərə aydınlıq gətirdi:

Hər şey Ağakərim Şərifovun ideyasından başlanıb

- Cəfər Cabbarlı adına Teatr Muzeyinin ilk materialları 1926-cı ildən toplanılmağa başlanıb. O dövrdə Bakı Teatr Texnikumunun pedaqoqu, Bakı İşçi Teatrının əməkdaşı Ağakərim Şərifov Bakı Teatr Texnikumunun ilk məzunları ilə Moskvaya gedir. Orada Moskvanın Teatr Muzeyini gəzirlər. Muzeylə tanışlıq zamanı A.Şərifov düşünür ki, bizim Bakıda belə bir teatr muzeyimiz niyə olmasın... Həmin dövrdə o muzeyin direktoru olan Aleksandr Baxuşinlə həmsöhbət olub oxşar muzey yaratmaqla bağlı suallarını verir, bu yolda onun təcrübəsindən bəhrələnir. Bakıya qayıtdıqdan sonra A.Şərifov dərhal Xalq Maarif Komissarlığına müraciət edərək ideyasını açıqlayır. Onun bu təşəbbüsü yaxşı qarşılanır, yerli əhaliyə müraciət olunur ki, kimin evində teatrla bağlı material varsa, yeni yaradılacaq muzeyə bağışlasın. Beləcə, yerli əhalidən teatr tarixi ilə bağlı sənədlər toplanaraq sərgilənir bu fəaliyyət bir xeyli müddət davam edir. Nəhayət, 1934-cü ildə Teatr Muzeyi təsis olunaraq Dövlət statusu ilə fəaliyyətə başladı. Həm muzeyin yaradılmasında, həm Azərbaycan teatrının inkişafında önəmli xidmətləri olmuş Cəfər Cabbarlının vaxtsız ölümü nəzərə alınaraq, 1935-ci ildə muzeyə onun adı verilir. O gündən bəri muzeyin fondunun zənginləşməsi istiqamətində ardıcıl, gərəkli işlər görülüb. Müxtəlif illərdə bu müəssisəyə çox tanınmış insanlar rəhbərlik ediblər. Bir müddət Ağakərim Şərifovun özü, sonra görkəmli dramaturqumuz Sabit Rəhman, daha sonra Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım Cabbarlı, dahi dramaturq Hüseyn Cavidin qızı Turan Cavid, ardınca isə Əməkdar mədəniyyət işçisi Nuridə Nurullayeva muzeyə rəhbərlik ediblər. Beləliklə, Teatr Muzeyi bu peşəni sevən dəyər verən etibarlı əllərdən əllərə bir əmanət kimi ötürülərək bu günümüzə gəlib çıxıb. Bu gün muzeyin kolleksiyasında 140 mindən artıq eksponat qorunur. Həmin eksponatlar Azərbaycan teatrının yarandığı ilk dövrlərdən başlayaraq bu günədək olan tarixini özündə əks etdirir. Bunlara görkəmli sənətkarlarımızın şəxsi arxivləri, müxtəlif janrlarda oynanılmış teatr tamaşalarının proqram afişaları, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, foto neqativlər, səhnə əsərlərinin dekorasiya geyim eskizləri, maketlər, rekvizitlər, teatr geyimləri sair aiddir.

Teatr Muzeyi milli səhnə sənətimizə dair materiallarının toplanması, mühafizəsi nümayişi ilə yanaşı, peşəkar teatr tariximizin təbliği işini həyata keçirir.

Muzeydə sərgilənməsi üçün eksponatın bəlli bir yaşı olmalıdır

- Muzey fondunun zənginləşməsi istiqamətində davamlı aparılır. Bu, teatr sənətimizin istər keçmişi, istərsə bu günü ilə bağlı yeni materialların toplanması işidir. Toplama prosesi bir neçə istiqamətdə gedir. Belə ki, teatrlarımız mövsümün sonunda cari ilin repertuarında oynanılan tamaşaların proqram afişalarını, video foto çəkilişlərini sair materialları muzeyə təhvil verirlər. Eyni zamanda elmi əməkdaşlarımız da səhnə sənətinizə dair materialları toplayaraq muzey təlimatı üzrə qeydiyyata alırlar. Həmçinin, ayrı-ayrı sənətkarlarımızın şəxsi arxivləri muzeyə təhvil verilir. Lakin muzey eksponatının bəlli bir yaşı olduqdan sonra daimi ekspozisiyada sərgilənmə hüququ qazanır. Amma səyyar sərgilərimizdə yeni  eksponatlarımızı da mütləq şəkildə sərgiləyirik.

Ziyarətçi kontingenti müxtəlifdir

- Məktəblilər, ali məktəb tələbələri, yaradıcı insanlar, yaşlı sakinlər, xaricilər muzeyimizi tez-tez ziyarət edirlər. Ekspozisiyamızı gəzən yaşlı nəslin nümayəndələri bir vaxtlar səhnədə gördüyü hansısa tamaşaya aid fotolarla qarşılaşdıqda həm öz gəncliklərini, həm teatrımızın müəyyən dövrünü, həm sınətkarlarımızı xatırlayıb qəribə nostalji yaşayırlar söyləyirlər ki, mən bu tamaşada olmuşam, filan aktyorun ya aktrisanın oyununu izləmişəm. Xarici vətəndaşlara gəlincə, söyləməliyəm ki, hər bir turist üçün Şərq mədəniyyəti olduqca maraqlı mövzudur. Biz bu ziyarətçilərimizə teatrımızın köklərindən söhbət açır, eləcə bugünkü teatr proseslərindən danışırıq.

Muzeylərə marağın artmasında virtual turların paylaşımların da böyük əhəmiyyəti var. Bu gün biz sosial şəbəkələr üzərindən eksponatlarımızın, ümumilikdə teatr tarixinin təbliğatı yönümündə aktiv şəkildə maarifləndirici paylaşımlar həyata keçiririk. Muzeylərdə il ərzində bir neçə dəfə "Açıq qapı" günü elan olunur. Həmin günlər tamaşaçı axını adi vaxtla müqayisədə dəfələrlə artır bu da öz növbəsində bir təbliğat vasitəsidir, muzeyə daha çox ziyarətçinin cəlb olunmasına zəmin yaradır.

Yubileylər ili Teatr Muzeyi...

- Bu il həm milli teatrımızın yaranmasının 150, həm Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlamətdardır. Muzeyimizin yubileyi yalnız teatrlarımız üçün deyil, həmçinin, bizim üçün mühüm hadisədir. Çünki Teatr Muzeyi Azərbaycan səhnə sənətinin tarixini yaşadan bir ocaqdır. Eləcə bəlli həqiqətdir ki, Ulu öndərimiz Heydər Əliyev dahi siyasi xadim kimi Azərbaycanda həyatın bütün sahələrinə, o cümlədən, gəncliyə, mədəniyyətə böyük diqqət qayğı göstərirdi. Odur ki, il ərzində gördüyümüz bütün işlər hər iki mühüm yubileyi hədəfləyir. "Heydər Əliyev İli" çərçivəsində ilin əvvəlindən "Heydər Əliyev Azərbaycan" adlı layihəyə start verərək fevralın 2-də "Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni" mövzusunda dəyirmi masa keçirdik. May ayında isə bu böyük dövlət xadiminin doğum günü yubileyi münasibətilə "Azərbaycan deyəndə səni düşünürük biz!" adlı konsert proqramı təşkil etdik. Bu layihəmiz ilin sonunadək müxtəlif mövzularda davam etdiriləcək.

Peşəkar teatrımızın yubileyinə gəlincə, demək istərdim ki, professional teatrımızın təbliği istiqamətində muzeyimizdə yalnız yubileydən-yubileyə deyil, hər zaman maraq doğuran işlər aparılır. İlin əvvəlində TÜRKSOY-un Ankaradakı Qərargahında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyilə bağlı anım toplantısı baş tutdu. Tədbirdə muzeyimiz rejissorun həyat yaradıcılığını əks etdirən fondumuzda qorunan eksponatlar əsasında hazırlanmış foto-sərgi videoçarxla iştirak etdi. Mart ayında Heydər Əliyev Mərkəzində "Opera moda. Sultan Couture 20" adlı konsert proqramı çərçivəsində təşkil olunan sərgidə muzeyimizin kolleksiyasından teatr geyimləri sərgiləndi. Həmçinin, martın 9-da muzeydə "Zamana qalib gələnlər!" adlı tədbir keçirildi. Azərbaycan peşəkar teatrının yaradılmasının 150 illik yubileyi çərçivəsində Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə birlikdə təşkil olunan bu tədbir Teatr Muzeyində qorunan, səhnə sənətimizə dair eksponatlar üzərində aparılan bərpa işlərini əks etdirdi.

Bunlarla yanaşı, Xalq artisti Rafiq Əzimovun 85 illik yubileyinə həsr etdiyimiz tədbir, "Sabah" yaradıcılıq studiyasının yaranmasının 30 illiyinə həsr olunmuş "Sabah: Azərbaycan tele-məkanında üzən ada" adlı tədbir, Əməkdar artist Vəfa Fətullayevanın anım günü bu qəbildən olan digər işlərimiz milli teatrın yubileyi çərçivəsinə daxildir. Bu günlərdə Teatr Muzeyində Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyi çərçivəsində muzeyimizdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, "Qobustan" dərgisinin baş redaktoru Pərvin Nurəliyeva əməkdaşları ilə "Söz gənclərdə" adlı elmi diskussiya təşkil olundu. 18 may Beynəlxalq Muzeylər Günündə muzeyimizdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə "Bir günəşin altında!" adlı tədbir keçirildi ki, həmin tədbirdə sağlamlıq imkanları məhdud uşaqların əl işləri rəsm əsərləri üzrə sərgi nümayiş olundu. Bir sözlə, bu yarım ildə xeyli işlər görmüşük ilin sonuna qədər bu işləri davam etdirəcəyik.

Sevinc xanımla söhbətimizdən sonra Muzeyin fəaliyyətdə olan "Cəfər Cabbarlı" zalını ziyarət etdik. Burada görkəmli ədibimizə aid əlyazmalar, şəxsi sənədlər - şəxsiyyət vəsiqəsi, universitet sənədindən tutmuş, yazı masası, qələmləri, Nuri Paşa tərəfindən hədiyyə olunmuş divar saatı, 1934-ci ildəki Yazıçılar Qurultayında rus ədibi Maksim Qorki tərəfindən hədiyyə edilmiş qrammofon, eləcə əsərlərinin tamaşasından afişalar, fotolar, dəvətnamələr, eskizlərə qədər, çox şeylər sərgilənir, savadlı bələdçilər tərəfindən hər biri haqqında çox maraqlı dolğun məlumatlar verilir. Məni bircə anda XX əsrin 20-30-cu illərinə aparıb çıxaran eksponatların arasında gəzdirən bələdçimiz Ümidə Hacıyeva təmkinlə onların hər biri haqqında məlumat verir, uşaqlığımdan bəri əsərlərini sevərək oxuduğum, tamaşalarını izlədiyim Cəfər Cabbarlıya aid əşyalarla uzun-uzun "həmsöhbət" olmağıma şərait yaradırdı. Biz orada olarkən 5-6 nəfər xarici turist muzeyi ziyarət edir. Onlara da eyni təmkin mehribanlıqla muzey ədib haqqında məlumatlar verilir. Hər birinin marağı gözlərindən oxunur.

Sağollaşıb muzeydən çıxarkən qəlbim böyük riqqət qürurla dolmuşdu. Çünki mən belə bir zəngin mədəniyyətə malik xalqın nümayəndəsiyəm. O xalq ki, tarixinə , mədəniyyətinə böyük sevgi sayğı ilə sahib çıxmağı bacarır.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 10 iyun.- S.18.