İçimdə bir ağrı var,

 

Ağrı məni öldürür.

Onun payı, bunun payı,

Hamı nəsə böldürür.

Çox mətləb qandırmışam,

İnadlar sındırmışam.

Mən işıq yandırmışam,

Mərdimazar söndürür.

 

Ay yaxınım, ay yadım,

Olum, ölüm - bir addım...

Ölməyi bacarmadım,

Vurun məni öldürün.

 

lll

 

İstəyirəm qışqıram,

Halım məni yandırır.

Çərxi-fələk? Bilmirəm...

Olum məni yandırır.

 

Min xəyalım var idi,

Yaxşı halım var idi.

Bəli, kəlam var idi...

Salam məni yandırır.

 

Qaya kimi bərk idim,

Sevinc idim, ərk idim...

Deyirsən ki, tərk edim

Bu həyatı - andırı?..

lll

 

Yeri-göyü döyürdün,

Mənəm-mənəm deyirdin.

Canavar ki, deyildin,

Adəm balası.

 

Sən bizim birimizsən,

lmüsənmi, dirimisən?

veriblər, kirimisən,

Adam balası?

 

Sən deyənlər olmadı,

Tökülənlər dolmadı.

Dünya sənə ki qalmadı,

Atam balası!..

 

lll

 

İynə ilə gor eşmişik,

Bir qaşıq qandan keçmişik.

deyiblər eşitmişik,

Gözləmişik abrımızı.

Vətən deyib gəzə bildik,

Arazlarda üzə bildik,

Zülmlərə dözə bildik

Yeyə-yeyə səbrimizi.

 

Koroğlu kimi ərlərik,

Bu torpağa sərilərik.

Qisas günü dirilərik,

Dayaz qazın qəbrimizi.

 

lll

 

Havam başıma vuranda

Yadımdan çox şeylər çıxır.

Sağ əlim şillə çəkəndə,

Sol əlim gül-çiçək yığır.

 

Şeirlər özüm kimi

Gah yaydan, gah qışdan gəlir.

Altı nəfərin çörəyi,

Yer altından, daşdan gəlir.

Mən bilirəm neyləyərdim,

Anam, işıq kəsir yolu.

Uşaqların qayğıları,

Dolanışıq kəsir yolu.

 

Üfüqlər yaman qızarıb,

Gözlərindən qan damlayır.

Mən gedirəm arxamnan,

Altı nəfər addımlayır.

 

Tükü oda tutam gərək,

Zümrüd quşu uçub gəlsin.

Bütün bağlı qapılardan,

Qaranlıqdan keçib gəlsin.

 

Dəryada bir gül bitibdi,

Su deyib o da ağlayır...

İlin, günün bu vaxtında

Dərdindən adam ağlayır.

 

Hürriyət MƏMMƏDZADƏ

525-ci qəzet.- 2023.- 13 iyun.- S.15.