Mütaliə qeydləri

SƏNAN İSMAYILOVUN "HƏR(İ)FLƏRİN OYUNU" ROMANI

 

 

 Adətən yerli ədəbiyyatımızdakı əsərləri çox həvəslə oxuya bilməsəm , bu yaxınlarda oxuyub bitirdiyim "Həriflərin oyunu" romanı istisna oldu. Romanın xüsusən ikinci qismini çoxdan bəri yaşamadığım oxucu acgözlüyü ilə oxuduğumu deyə bilərəm. Qeyd edim ki, müasir ədəbiyyatımızda mütaliə zamanı məhz bu acgözlüyə səbəb olası romanların sayı, zənnimcə, o qədər çox deyil.

Müəllif Sənan İsmayılov uğurlu sujet xətti, gözlənilməz sonluq hadisələrin dinamik inkişafından ibarət maraqlı bir roman ortaya qoymağı bacarıb.

Romanın əsas uğurlarından biri kimi, məhz bu məqamı qeyd etmək ehtiyacı duyuram ki, yazıçı, oxucunu əsərdə, səhifələrin arasında tutmağı bacaracaq dil, yığcamlıq, surət axıcılıq nümayiş etdirməyə nail olub.

Xüsusən müasir nəsrimizdə bu məziyyətlərə tez-tez rast gəlmədiyimiz üçün müəllifi bu uğuruna görə təbrik etməyə dəyər.

Müəllif baş qəhrəmanın təlaşını, hiss-duyğularını, şöhrət acgözlüyünü inandırıcı şəkildə göstərməklə yanaşı, oxucunu da eynən Yazmak obrazı kimi uğurla aldatmağa, çaşdırmağa gözlənilməz sonluqla üz-üzə qoymağa nail olur.

Əsərin Yazmak obrazına qədər olan hissəsi, əslində, bir giriş rolunu oynadığı üçün yazıçının məhz bu hissədə oxucunu itirmək təhlükəsi ola bilərdi. Yəni oxucu onu əsərə bağlayan əsas konflikti əsərdə hələ tapa bilmədiyini düşünərək mütaliəni dayandırmaq istəyinə qapıla bilərdi.

Amma müəllif Yazmaka qədər olan hissəni məhz qeyd etdiyimiz o dinamika sürətlə elə qələmə alır ki, həssas oxucu bu dinamikanın arxasında, görünməyən bir hadisənin yetişməkdə olduğunun fərqinə varır mütaliəyə özü bilmədən davam edir.

Baş qəhrəmanla Yazmak arasındakı sövdələşmə, Yazmakın qürbətdəki "sərgərdan" həyatı, dalbadal göndərilən məktublardan cavabsız qalan son məktubdan uzun müddət sonra yazdığı, oxucuda mərhəmət hissi oyandıran məktub, yazıçı obrazının Kantərə verdiyi tapşırıqla bağlı keçirdiyi peşimançılıq hissi, eləcə Yaqutun gecikmiş zəngindən sonra Yazmakın artıq "öldürülmüş" olmağı əsərdə kifayət qədər inandırıcı tərzdə qələmə alınaraq oxucuda empati hissi yarada bilir.

Amma zənnimcə, romanda yazıçı obrazı

nın Kantərə o sifarişi verməzdən əvvəl kifayət qədər tərəddüd keçirdiyinin, təlaşa həyəcana qapıldığının şahidi olmuruq. Əsərdə bu tərəddüdü görmək daha inandırıcı məntiqli olardı. Çünki oxucuda istər-istəməz sual yarana bilər: Kantərə asanlıqla bu tapşırığı verən yazıçı bunu üçün daha əvvəllərdə etmirdi, üstəlik Yazmakı qorumaq üçün niyə Kantərə pul vəd edirdi?

Əsərin sonundakı gözlənilməzliklər uğurlu alınaraq Yazmak, Kantər Telli üçlüyünə qarşı oxucuda nifrət qəzəb oyandıra bilər.

Amma eyni zamanda bunu da düşünürəm ki, Saltan Yusupun teatr səhnəsindəki son çıxışı, əslində, tamaşaçılar üçün bu qədər asanlıqla həzm edilən, bu qədər asanlıqla alqışlanan bir şey olmamalıydı.

Tamaşaçı bu gözlənilməz çıxışdan, bu etirafdan heyrətə qapılmalı, bir müddət susmalı, düşünməli, necə davranacağına qərar verməkdə tərəddüd keçirməli yalnız, bəlkə, bundan sonra qocaman yazıçını alqışlamalıydı.

Müəllif isə, yəqin, əsəri uğursuzluğa uğramadan tez-bazar bitirməyə çalışdığı üçün məhz bu məqamlarda oxucunu inandırmaqdan yana daha ağır zəhmətə qatlaşmaq istəmir.

Uğurlu hissələrə başqa nümunələr kimi Saltan Yusupun qızları ilə telefonda danışarkən həyatını birdən-birə sorğulamağa başladığı, hər şeyi birdən-birə başa düşüb, can atdığı haram şöhrətin necə mənasız olduğunu dərk etdiyi, yaxud oxucularla görüşə gedərkən küləklərlə heysiz-heysiz söhbət etdiyi səhnələri qeyd etmək olar.

Orijinalı rus dilində olan bu əsərin ana dilimizdəki tərcüməsinin pis olmadığını, amma gərəkli redaktələrə az ehtiyac duymadığını demək olar. Tərcüməçinin tələsdiyini, lazım olan sözləri tapmaqdan yana səbr nümayiş etdirmədiyini qeyd etmək yerinə düşərdi.

Məsələn, Yaqut, evinin qapısını təlaşlı ərinin üzünə açarkən bu sözləri deyir:" baş veribdir, Saltan?"

 

Bu danışıq tərzi təbii səslənmir.

Yaxud Saltanın sözləri:

"Səninlə danışmam lazımdır"

Əsərdən bu kimi bir çox nümunələr göstərmək olar.

Yekun olaraq, bu əsərin başlanğıc roman kimi maraqlı alındığını demək lazımdır. Müəllifi təbrik edir ona uğur arzulayıram.

 

Təvəkkül BOYSUNAR

525-ci qəzet.- 2023.- 13 iyun.- S.12.