Əbədi muğam
Aprel ayının 24-dən 27-nə qədər
Heydər Əliyev
Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı,
Elm və Təhsil Nazirliyinin, Azərbaycan
Milli Konservatoriyasının dəstəyi ilə "Xanəndə və
instrumental muğam ifaçılarının
Milli Muğam müsabiqəsi"
böyük müvəffəqiyyətlə
öz işini bitirdi.
Qarşıdan VI "Muğam aləmi"
Beynəlxalq Muğam Festivalı gəlir.
Bu gün bu beynəlxalq
festivalın yaranma tarixinə bir nəzər salmaq istərdik.
Azərbaycan Muğamı - 2003-cü ildə bəşəriyyətin
şifahi və qeyri-maddi şah əsərləri siyahısına
daxil edilmiş və mötəbər təşkilat olan UNESCO Azərbaycan muğamının
layiqincə dəyərləndirilməsinə,
muğamın dünya
miqyasında qorunub saxlanılmasına, təbliğinə
yeni üfüqlər açmışdır.
2006-cı ildə isə
UNESCO ilə Azərbaycan
hökuməti arasında
saziş imzalanmış
və bu saziş əsasında Heydər Əliyev Fondunun dəstəyilə
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
tərəfindən "Əbədi
muğam" layihəsinə
start verilmişdi. Muğam
sənətinin müxtəlif
mədəniyyətlər arasında
dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının
mənəvi irsi kimi qorunmasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanımın əvəzsiz
xidmətləri olmuşdu.
Azərbaycan muğam sənətinin təbliği
məqsədiylə Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
həyata keçirilmiş
bir sıra beynəlxalq əhəmiyyətli
layihələr - "Azərbaycan
muğamı", "Muğam-İrs",
"Muğam ensiklopediyası",
"Muğam-internet", "Muğam-dəstgah", "Muğam-antologiyası"
iri masştablı
"Muğam aləmi"
Festivalının təntənəli
yaranmasına zəmin
yaratmışdı.
Nəhayət, 2009-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
keçən "Muğam
aləmi" Beynəlxalq
Festivalına start verilərkən
onun musiqi rəhbərliyi Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz xanım Əlizadəyə
həvalə edilir. Birinci festival 2009-cu il mart ayının
18-dən 25-dək möhtəşəm bir şəhər bayramına çevrilərək
Bakıda fəaliyyətinə
başlayır. Bu tarixdən
etibarən hər iki ildən bir muğam festivalı öz ənənəvi işini
davam etdirir.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri F.Əlizadənin
bədii rəhbərliyilə
keçirilən bu tədbirlərdə İttifaqın
üzvləri - bəstəkar
və musiqişünaslar
muğama həsr olunan simpozium və müzakirələrdə
fəal iştirak edib, öz sözlərini
demişlər.
Muğam
sənətinə həsr
olunmuş beynəlxalq
simpozium muğamın
təkcə Azərbaycan
mədəniyyəti və
elmi üçün yox, eləcə də bütün dünya musiqi ictimaiyyəti üçün
nə qədər dəyərli və önəmli olduğunu göstərdi. Bu sənətin
dünya musiqi kontekstindəki rolunu Firəngiz Əlizadə özünün geniş məqaləsində belə
izah edir: "Muğamat elə bir musiqidir ki, bütün qadağalara rəğmən, itib-batmamış,
qədirbilən nəsillərin
hafizəsində qorunmalı
nə varsa, hamısını nəsildən-nəsilə
ötürərək, daim
inkişafda olmuşdur.
Muğam sənəti
zamanları bir-birinə
qovuşduran mənəvi,
ruhani bir əlaqədir. Bu zaman kəsiyində
sənətin etik qanunları, gözəllik
və kamilliyin estetik normaları estafet kimi ustaddan
şagirdə ötürülürdü...
Muğamatın yayıldığı ölkələrin - Özbəkistan,
Tacikistan və İranın ənənəvi
beynəlxalq musiqi festivallarındakı təmsilçilərin
qeyri-ixtiyari müqayisə
edəndə, aşkar
qənaətə gəlirsən
ki, muğam sənəti
heç bir kənar təsirə məruz qalmadan, məhz Azərbaycanda öz saflığını,
təmizliyini qoruyub saxlaya bilmişdir".
2009-cu ildən bu günə
qədər beş beynəlxalq festivala - bu gözəl musiqi bayramına qatılmaq istəyənlərin
sayı ildən-ilə
artaraq ABŞ, Almaniya,
Kanada, İtaliya, Fransa, Yaponiya, Çin, Hindistan, Misir, Tunis, İran, Türkiyə,
Özbəkistan, Tacikistan,
Mərakeş, Liviya və b. xalqların nümayəndələri festivalda
istirak etmişlər.
Bu da "Muğam aləmi"
Beynəlxalq Festivalının
nüfuzunun necə yüksək olmasının
bir daha təzahürüdür. Çünki
Beynəlxalq festival çərçivəsində
üç böyük
tədbir mövcud idi. Birinci konsertlər
idi ki, bu konsertlərdə Azərbaycanın
yeddi əsas muğam dəstgahı ayrı-ayrı gecələrdə
muğamsevərlərə təqdim olunurdu. Muğam müsabiqəsi və nəhayət, elmi simpoziumlar idi ki, burada Amerikadan tutmuş Çinə qədər olan alimlər muğam haqda çıxışlar edir,
elmi diskussiyalara girirdilər. Bu mötəbər
məclislərdə UNESCO-nun ekspertləri də iştirak etmişdilər.
Simpoziumda
dəfələrlə iştirak
edən İCTM nümayəndəsi
Jan Dürinq (Fransa), Yurgen Elsner (Almaniya), Geniçi Tsuge (Yaponiya), Mahmud Gettat
(Tunis), İlhami Gokçen
(Kanada), Fikri Soysal (Türkiyə) və başqa tanınmış alimlərin
adları artıq simpoziumun nüfuzunun nə qədər yüksək olduğunun göstəricisidir.
Hər bir simpozium alimlər
qarşısında müzakirəyə
çıxarılacaq maraqlı
mövzularla yadda qalan
olmuşdur.
Məsələn, "Azərbaycan muğamlarında
və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu",
"Azərbaycan muğam
dəstgahlarının müqayisəli
təhlili" və
s.
"Muğam aləmi" festivalı təkcə mərkəzdə yox, eləcə də Azərbaycanın bölgələrində
- Qəbələ, Naxçıvan,
Lənkəran, Şirvan,
Ağcabədi, Ağstafa
və digər yerlərdə də öz işini davam etdirmişdi. Bu da festivalın geniş masştablığının göstəricisi
idi.
"Muğam aləmi" festivallarının konsert
proqramlarını isə
xüsusilə qeyd etmək lazımdır.
İlk dəfə olaraq,
Firəngiz Əlizadə
səhnədə iki orkestr: simfonik və xalq çalğı
alətləri orkestrini
qarşılaşdırır. Daha sonra proqramda
qədim muğamla,
professional bəstəkarlıq nümunələrinin şah
əsərləri bir-birini
əvəzləyib, tamamlayır.
Klassik musiqi parçalarının sonluqlarını
muğamın əsaslandığı
məqama uyğunlaşdırmaqdan
ötrü, bəzən
bəstəkar bu körpünü yaratmaq üçün orijinal musiqi də bəstələməli olurdu.
Səhnədə simfonik
orkestrin xalq çalğı alətlərilə
deyişməsi, geniş
xor kapellasının ifası, solistlərin çıxışı, eyni
zamanda, musiqinin əhvalına uyğun slaydların təsviri, məkan dəyişiklikləri
- Firəngiz
Əlizadənin yaradıcılıq
fantaziyasının məhsulu
olan bu möhtəşəm
konsertlər Azərbaycan
səhnəsində ilk dəfə
olaraq, tamaşaçını
valeh edən, sözün əsl mənasında, yenilikçi
bir musiqi şousu kimi yadda qalmışdı.
Beləliklə, ənənəvi hökumət
konsertlərinin yerinə
yeni, müasir quruluşun
müvəffəqiyyəti, bir daha Firəngiz
Əlizadə təşkilatçılığının
qloballığının göstəricisi
olmuşdu.
"Muğam aləmi" Beynəlxalq Festivalının
bədii rəhbəri
F.Əlizadə hər iki orkestri
səhnədə yanaşı
oturdaraq dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin böyük
arzusu olan Şərq və Qərb musiqinin, alətlərinin qovuşmasını
gerçəkləşdirmişdi. Firəngiz xanımın müəllif layihəsi olan və bir
ənənəyə çevrilən
bu konsert proqramları ildən-ilə
mövzusunu dəyişib,
o ilin layihəsinə
uyğun tərkib olmuşdu. Ulu muğam, aşıq musiqisi Azərbaycan bəstəkarlarının
yaratdıqları incilərlə
yanaşı, konsertdə
xarici bəstəkarların
əsərləri, opera-balet
parçaları və
vokal nömrələr
yer alırdı.
F.Əlizadə məqalələrinin
birində yazırdı
ki: "Muğamın bir
kosmik musiqi olduğuna kürreyi-ərzdəki
varlığına inanıram.
İnanıram ki, gündəlik
qayğılardan uzaq
dura bilən hər kəs mənəvi saflaşma məqamında muğamı
eşidib onun sehrinə düşə bilər. Ancaq bu an heç də hər kəs onu qiymətləndirə
bilməz və demək olar ki, hər kimsə bu sirri-sehri izah eləyə
bilməz. O ki, qaldı
muğamın səsləndirilməsinə
onu yalnız və yalnız Yaradanın seçdiyi sevimli kəslər - Müqəddəs Odlar yurdunun sakinləri
- azərbaycanlılar daha
yaxşı bacara bilərlər".
Bu sözlərin təsdiqi olaraq I "Muğam aləmi" festivalınin
açılış konsertinin
konserti Ulu Muğam və Kosmos idi. Slaydlarda olan kainatın təsviri, onu müşayiət edən
muğam dəstgahlarından
parçalar, bəstəkar
musiqisi bir-birinə qarışaraq kürreyi-aləmdə
muğam təntənəsini
yaradırdı.
F.Əlizadənin böyük
zövq və səriştə ilə quruluş verdiyi festival konsertlərində Azərbaycan
və dünya klassik musiqi incilərini səsləndirmələri
Beynəlxalq Muğam Festivalının əsl qayəsinin canlı nümayişi idi. Belə konsertlərdən
biri də - "Ustaddan-şagirdə" ideyası
üzərində qurulmuşdu.
Ənənə və
varislik əsrlər boyunca toplanmış milli
dəyərlərin göz
bəbəyi kimi qorunub saxlanılması və sonra gələcək
nəsillərə ötürülməsi
bu konsertin qayəsini təşkil edirdi.
Konsert proqramı "Mədrəsə"
adlanırdı. Səhnədə
Ustad xanəndələr
və onların şagirdləri bu ideyanı təmsil edirdilər.
Firəngiz xanıma "Muğam
aləmi" Beynəlxalq
Festivalının bədii
rəhbəri kimi
gənc bir xanım jurnalist bu festivalı keçirməyin çətinliyi
barədə sual verəndə onun cavabı belə olmuşdu: "Mədəniyyətə,
musiqiyə diqqət və qayğıdan danışarkən mən
ilk növbədə qeyd
etməliyəm ki, Heydər
Əliyev Fondunun, şəxsən bu Fondun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı,
aşıq sənəti
və Novruz bayramı UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi
və təşəbbüsü
ilə Bakıda keçirilən Beynəlxalq
Muğam festivalları
isə mədəniyyətə,
musiqiyə göstərilən
diqqət və qayğı ilə yanaşı, mədəniyyətin,
incəsənətin, musiqinin,
ən əsası muğamın bayramına çevrilib, ayrı-ayrı
xalqların nümayəndələrini
bir araya gətirmək baxımından
özünü misilsiz
bir tədbir kimi təsdiq edib, xalqların daha da yaxınlaşmasına
mühüm bir töhfə olub. Bu festivallar bütün türk dünyasına xas olan muğamın
tacının da Azərbaycanda
olduğunu sübut edib. Bu festivallarda iştirak edən əcnəbilər bizə
həsəd aparır
və "Heyif ki, bizim belə qayğıkeş birinci xanımımız yoxdur.
Biz bir tədbiri keçirmək üçün
çoxlu sayda sponsorların qapısını
döyməli oluruq. Siz isə bu
problemlərdən azadsınız"
deyirlər. Əslində,
onları başa düşmək çətin
deyil. Bu cür beynəlxalq tədbirləri
keçirmək üçün
çoxsaylı sponsorlar
lazımdır. Bizim isə bu məsələdə
problemimiz yoxdur. Çünki həmin işləri Fond həyata
keçirir və bizə sadəcə bu tədbirlərə daha məsuliyyətlə,
daha keyfiyyətli
şəkildə hazırlaşmaq
qalır".
Uzun illərdən sonra VI "Muğam aləmi" Beynəlxalq elmi simpoziumu işinə başlamalıdır. Bu simpoziumun da hər zamankı kimi yüksək səviyyədə keçəcəyini arzu edirik. Bizə isə öz növbəsində "Muğam Aləmi" tədbirlərinə uğurlar diləmək qalır.
Həcər BABAYEVA
Əməkdar incəsənət xadimi,
professor
525-ci qəzet.-
2023.- 13 iyun.- S.10.