Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi

 

Elmi fəaliyyətini milli yaddaşımızın oyanışı uğrunda mübarizəyə həsr edən  görkəmli alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımov bizləri tərk edib haqq dünyasına qovuşsa da, hər an yanımızda, dəyərli məsləhətləri və tövsiyələri xatirimizdədir. Ədəbiyyat və folklorumuzun, Azərbaycanın ictimai-siyasi və mənəvi tarixinin müxtəlif sahələri ilə bağlı 30-dan çox dəyərli monoqrafiya ortaya qoyan Cəlal Qasımov ədəbiyyat və elm fədaisi, "Azərbaycan repressiyaşünaslığının sonuncu mogikanı"larından idi. Onun repressiya problemlərinə həsr olunmuş bir-birindən dəyərli tədqiqatları, eləcə də Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı məsələləri haqqında yazdığı əsərləri biz ədəbiyyatşünasların stolüstü kitablarıdır. Monoqrafiyalarında XX əsrin 20-50-ci illərində bolşevik rejiminin Azərbaycanda törətdiyi repressiyalarının qanlı mənzərəsini,  repressiya qurbanları olan Firidun bəy Köçərli, Hüseyn Cavid, Salman Mümtaz, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əmin Abid, Bəhlul Behcət kimi onlarla görkəmli sənətkarın faciəli həyatını təsvir edən görkəmli alim onların ədəbi-nəzəri görüşlərini obyektiv şəkildə təhlil edib. Professor Cəlal Qasımov yalnız tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirməklə kifyətlənməyib, alim yoldaşlarının da dadına çatan, əl tutan işıqlı ziyalılarımızdan idi. Bu mənada iki kitabıma - "Əhməd Triniç" "Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı"na önsöz yazan Cəlal Qasımovun üzərimdə danılmaz haqqı var. "Əhməd Triniç" monoqrafiyam nəşr olunanda ilk, xeyir-duanı, təbriki Cəlal müəllimdən almışdım.

"Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyam da Cəlal müəllimin "Cavidşünaslığa yeni baxiş, yaxud tənqidin tənqidi" adlı önsözü ilə nəşr olundu. Yayınlandığı gündən düşünürəm: Cəlal müəllimin haqqını necə ödəyə bilərəm... Dünyanın qanunlarını dəyişmək qüdrətində olmasaq da, haqqı bilmək qədrşünaslıq göstərmək öz əlimizdədir. Görkəmli alim, filologiya elmləri doktoru, profesoor Cəlal Qasımov işıqlı əməlləri, elmə xidmətləri ilə xalqının tarixində könüllərdə, eləcə mənim xatirimdə yaşamaq haqqı qazanıb. Odur ki, "Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyama Cəlal müəllimin yazdığı önsözü onun xatirəsinə ehtiram ifadəsi olaraq oxuculara təqdim etməyi lazım bildim. Ruhu şad olsun

Lütviyyə Əsgərzadə

filologiya elmləri doktoru

1923-cü ildə "Yeni fikir" qəzeti yazırdı: "Hələ tarix Hüseyn Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır gözləyir. Şəksiz, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin ona verdiyi qüdrət istedadın hesabını istəyəcəkdir". Bu mülahizələrdəki bir məqama diqqət yetirmək istərdik: "Hələ tarix Hüseyn Cavidə əl vurmayıbdır".

"Yeni fikir"in bu hökmü 1923-cü ilin martında verdiyini nəzərə alsaq, onunla müəyyən qədər razılaşmaq olar. Həqiqətən ,  o illərə qədər, demək olar ki, Cavid əfəndi ədəbi tənqidin diqqətini o qədər cəlb etməyib. Elə hər şey ondan sonra başlayıb. Bundan sonrakı illərdə tarix Cavid əfəndiyə nəinki əl vurub, həm sənət mühakiməsinə çəkib.

Əslində 1923-cü ildən etibarən sənət mühakiməsi Cavid əfəndini bütün yaradıcılığı boyu izləyib. Cavid əfəndinin möhtəşəm sənəti ədəbi mübahisələrdən, ədəbi mühakimələrə, ədəbi mühakimələrdən senzor qadağalarına, senzor qadağalarından, ənənəvi məhkəməyə nəhayət, məhbəsə qədər aparıb çıxarıb. Cavid əfəndi haqqında aparılan araşdırmalar tədqiqatlar bir daha sübut edir ki, Cavidin sənəti öz müəllifinə xəyanət etməyib, onu tarixin bütün mərhələ mühakimələrindən üzüağ, alnıaçıq çıxararaq əbədiyyətə qovuşdurub, CAVİDləşdirib. Filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə bir qədər qabağa gedərək, "Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası ilə mütəfəkkir şairə "əl vuranların" özlərinə "əl vurur". O, ədəbi tənqidin tənqidçi alimlərin Cavid əfəndiyə münasibətini tədqiqatının predmetinə çevirir. Monoqrafiyadan aydın görünür ki, müəllif cavidşünasların fikir düşüncələrinə ehkam stereotip kimi yanaşmır. Onları müasir dövrün tələbləri səviyyəsindən işıqlandırmağa təhlil etməyə çalışır. Cavid yaradıcılığı ilə XX əsrin ədəbi ictimai-siyasi mühiti arasında əlaqə yaratmaq onları vəhdətdə tədqiq etmək müəllifin əsas uğurlarından biridir. Sənətkar zaman, sənətkar mühit problemi bizim ədəbiyyatşünaslıqda az işlənən problemlərdəndir. Ona görə ayrı-ayrı sənət adamlarının - yazıçı şairlərin həyatı mühitinin tədqiqata cəlb olunması olduqca təqdirəlayiq bir haldır. Yazıçı mühit problemi əslində yazıçı şəxsiyyətini, yazıçının düşdüyü mikro makro mühiti öyrənmək baxımından da əhəmiyyətlidir. Vaxtilə Məhəmməd Peyğəmbər qeyd edirdi ki, "insanlar valideynlərindən daha çox mühitinə oxşayır". Həqiqətən , şəxsiyyəti formalaşdıran, hər şeydən öncə onun mühitidir. Azərbaycan ədəbiyyatşünaslığında sənət adamlarının mühitinin öyrənilməsi heç həmişə aktual olmamışdır. Elə ona görə bu problem kifayət qədər öyrənilməmiş, öyrənilsə , müəyyən ideoloji sistemin təsiri nəticəsində hərtərəfli şəkildə tədqiqatın predmetinə çevrilməmişdir. Amma bütün bunlara baxmayaraq, bu sahədə mövcud olan boşluğu Azərbaycan ədəbiyyatşünaslığında akademik İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti müasirləri", Alxan Bayramovun "Şamaxı ədəbi mühiti", Əskər Qədimovun "XIX əsr Ordubad ədəbi mühiti" bu Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı kimi digər elmi tədqiqat əsərləri qismən olsa doldura bilmişdir. Bu istiqamətdə atılan uğurlu addımlardan biri zəhmətkeş alim Lütviyyə Əsgərzadənin "Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı" adlı monoqrafiyasıdır, desək, yanılmarıq.

Müşahidələrimizə görə, iki cür alim mövcuddur. Bunlardan bir qismi kabinet alimi, yəni mətbu mənbələr əsasında tədqiqat aparan, eyni zamanda ciddi elmi-nəzəri, metodoloji əsərlər yazan alimlər, digərləri isə mətbu mənbələrlə yanaşı, arxivlərdən, çöl təcrübələrindən - yaşlı nəslin yaddaş boxçasından əldə etdikləri materiallar əsasında dissertasiya monoqrafiyalar yazan alimlər.

Fikrimizcə, bunların hər ikisi zəhmətkeşdir. Lakin ədalət naminə onu da qeyd etməliyik ki, ikincilərin xidməti zəhməti daha böyükdür. Çünki ikinci qrupa daxil olan alimlərin böyük əksəriyyəti bir neçə işi paralel olaraq eyni vaxtda həyata keçirirlər. Monoqrafiyanın müəllifi Lütviyyə Əsgərzadə yalnız mətbu mənbələrlə işini bitmiş hesab etməmiş, epstolyar ədəbiyyatı, eləcə bu gün yaşayan Cavidlər ailəsinə yaxın olan, lakin indiyə kimi elmi dövriyyədən kənarda qalan bir çox fakt materialları can yanğısı ilə toplamışdır. Monoqrafiya müəllifi 20-30-cu illərdə Cavidin sənəti ilə bağlı deyilmiş fikirlərin tutarlı faktlar məntiqi hökmlə yanaşanda, hər hansı bir tədqiqatçı ilə polemikaya girəndə belə alim etikasını axıra qədər qoruyur. Daha doğrusu, o illərdə Cavidlə bağlı yazılmış hər hansı bir tənqidi əsərin ya şeirin müəllifini (məsələn, Cəfər Cabbarlını Əkrəm Cəfəri) ittiham etmir, onun üçün dar ağacı qurmur, müəllifi çarmıxa çəkmir, özü həmin illərə enir, dövrü mühiti, bütövlükdə totalitar rejimi tədqiqata gətirir. Bu zaman Cavidin mühiti müasirləri bütün tərəfləri cəhətləri ilə görünür.

Müəllifin 20-30-cu illərə 2020-ci ildə dayanaraq qiymət verməməsi, o illərə, o dövrə enərək tənqidçi sənət adamlarını anlamağa dərk etməyə çalışması, onları dərdləri, ağrıları ilə birlikdə, düşdükləri total mühitin müstəvisindən təqdim etməsi təqdirəlayiqdir. Cavidin repressiyasını reabilitasiyasını da tədqiqata cəlb edən Lütviyyə Əsgərzadənin araşdırmalarından bizdə belə bir təəssürat yarandı ki, Cavid bütövlüyünü 37-də qorusa da, 56-da - reabilitasiyadan sonra qoruya bilmədi. Yəni repressiyaya məruz qalan Cavid türkçü, turançı kimi ittiham edilirdisə, reabilitasiya olunan Cavid Böyük Oktyabr İnqilabının tərənnümçüsü, sosializmin müdafiəçisi kimi bəraət aldı. Bir qədər obrazlı desək, sosializm mundirində Cavid ikiləşir, kiçilir narahat olurdu.

Adətən, məzar daşları üzərində bir neçə söz olur. Hər hansı bir şəxsin adı, soyadı atasının adı. Bir , olum ölüm ili. Olumla ölüm ili arasında bir "-" işarəsi vardır. Fikrimizcə, bu, insanın ömür əməl yolunun simvollaşdırılmış qrafik işarəsidir. Tanınmış alim Lütviyyə Əsgərzadənin "Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı" əsəri bu qrafik işarənin, yəni Cavid əfəndinin ömür əməl yolunun kodlarını açmağa yönəlmiş sanballı bir monoqrafiyadır. Başqa sözlə desək, bu əsər hələlik Cavidşünaslıqda sistemli fundamental şəkildə öyrənilməyən ya ayrı- ayrı tədqiqatlarda ötəri toxunulan, indiyədək xüsusi bir tədqiqatın predmetinə çevrilərək konseptual həllini tapmayan Cavidin ədəbi məfkurəsi sənəti, dövrünün ədəbi-mədəni, ictimai mühiti müstəvisindən öyrənilməsi, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrlərdə ədəbi tənqidin Cavid yaradıcılığına verdiyi qiymətdir. Başqa sözlə desək, Cavid əfəndi onun tədqiqatçıları barədə deyilən son elmi sözdür. Hüseyn Cavid Azərbaycan ədəbiyyatşünaslığı Lütviyyə xanımın tədqiqatlarından, çəkdiyi zəhmətin böyüklüyündən gərəkliliyindən çıxış edərək, belə bir qənaətə gəlmək olar ki, o, Cavid əfəndinin vəkili deyil, tədqiqatçısıdır. Fikrimizcə, hər hansı bir alim ya araşdırıcı tədqiq etdiyi sahənin vəkili yox, tədqiqatçısı olmalıdır. Əks təqdirdə uduzan Cavid oxucu olar.

 

Cəlal QASIMOV

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 14 iyun.- S.13.