Tarixin silinməz izləri

 

Ötən həftə yolum Azərbaycanın füsünkar gözəlliyi ilə məşhur olan Qax rayonuna düşmüşdü. Jurnalist ola, harasa gedə ordan əliboş gələ, bu, mənim aləmimdə bir yazara yaraşmaz. Məqsədim bu diyarı vəsf etmək, təbiətindən söz açmaq, dəvət aldığım tədbirdən yazmaq deyil. Qarışıq xalqların əhalisindən ibarət  rayondan ayrılanda şahidi olduğum bu birlikdən, illərin düzənindən yazmaq istədim.

Bu gün dilimizin lüğət tərkibinə daxil olan tez-tez işlənən bir kəlmə var - multikulturalizm. Çoxmədənililik mənasını verərək, müxtəlif fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyəti ifadə edən termindir.

Bəzən mif adlanan rəvayətlərin kökündə bu günümüzlə səsləşən reallıqların kökünə təsadüf etmək olur. Uzaq tarixin "Babil həngaməsi" adlı bir əfsanəsi var: "İnsanlar bir yerə toplaşaraq deyirlər ki, yer üzünə səpələnməkdənsə, gəlin özümüzə şəhər salaq, başı göylərə qədər uzanan qüllə ucaldaq beləcə, bütün dünyada ad-san sahibi olaq. İnsanların bu niyyətini eşidən yəhudi Allahı Yəhva insanların dilini qarışdırır. Bir-birini başa düşməyən insanları Yəhva yer üzünə səpələyir". Babil dövründən adlaya-adlaya gələn etnik insan birliyinin, etnik mədəniyyətin bu gün multikulturalizm deyə, adlanmasını Tanrı hökmünün iradəsi hesab etmək olar.

Bu gün bütün dünyanı düşünməyə vadar edən multikulturalizm artıq insanlığın problemi formasını alıb. Amerikalı sosioloq politoloq Somuel Hantinqton "Sivilizasiyaların toqquşması" əsərində yazır: " "Soyuq müharibə"dən sonra insanlar arasındakı ən mühüm fərqlər siyasi, iqtisadi, ideoloji fərqlərdir. Onlar "Biz kimik" sualını dil, din, tarix, dəyərlər, adət-ənənələr, yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız Kim olduğunu biləndən, sonra hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır". Mədəni müxtəliflilik mənasını daşıyan multikulturalizmi əks etdirən dil, din, adət-ənənə digər göstəricilər dünya mədəniyyətinin ahənginin vacib şərti sayılır. Cəmiyyətin təşəkkülü, bir dövlətin hüquqi quruluşu zamanı mədəni-milli eynilik, özünəxas mədəniyyət multikulturalizm arasında qarşılıqlı təsir gücü artır.

Milli-mənəvi dəyərlərə, adət-ənənələrə yüksək qiymət verən, onları qərinələr boyu qoruyan, tarixən qoynunda müxtəlif dilə, mədəniyyətə malik xalqları, milli azlıqları yaşadan müasir Azərbaycanda multikulturalizm azad bir model nümunəsidir. Burada yaşayan bütün etnik xalqların əsas qayəsi azərbaycançılıq olub.  məhz bu azərbaycançılıq ideologiyası Azərbaycanda multikulturalizmin kökündə durub. Bütün dönəmlərdə əhalisinin çoxmillətli tərkibinə görə seçilən Azərbaycan heç zaman azsaylı xalqlar, etnik qruplarla azərbaycanlılar arasında fərq qoymayıb. XX əsrin əvvəlində cəmi 23 ay hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə talış, ləzgi digər azsaylı xalqların nümayəndələri parlamenti təmsil etmək hüququna malik olub. Xalq Cümhuriyyətinin dövründə azlıq təşkil edən millətlərin dilinə xüsusi diqqət verilib. Hakimiyyətin üçüncü ayında, yəni 1918-ci il sentyabr ayının 7-də "Milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında" qanun imzalanıb. Qanuna əsasən yerli əhalisi əksəriyyət təşkil edən muxtar vilayətlərdə təhsil onların dilində aparılmalı idi. Hətta, bir məktəbdə azlıq təşkil edən xalqların 40-a qədər tələbəsi olardısa, bu halda belə, təhsilin onların dilində aparılması xüsusi olaraq vurğulanmışdı. Bu baxımdan Dağlıq Qarabağ üzrə olan hayların məktəbləri üçün xüsusi müfəttişlik yaradılmışdı. Təsdiq edilən 13 maddədən ibarət olan əsasnamədə hayların maarif mədəniyyət (oğurluqla qazanılmış) sahəsində müqəddəratlarının təyin olunması öz əksini tapmışdı. Öz imkanları hesabına xüsusi məktəblər açmaq üçün ayrı-ayrı şəxslərə imkan da verilmişdi. Bütün bunlar, ilk parlamentimizin tərkibində digər millətlərin nümayəndələrinin fəal iştirak etməsi Azərbaycan Xalq Cümhuriyyətinin  ifrat şovinist millətçilik mövqeyində deyil, məhz mütərəqqi azərbycançılıq mövqeyində durduğunun bariz sübutu idi. Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Romadakı çıxışında Birinci vitse-prezident Mehriban Əliyeva  bu məqamı incəliklə xüsusi olaraq vurğulaya bilmişdi: "Bu gün Azərbaycan zəngin qədim tarixə, mədəniyyətə malik, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşir. Əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıb. Biz fəxr edirik ki, bu ənənələr bu gün qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir..."

Müasir dünyanın etnik strukturuna nəzər salsaq, geniş rəngarəngliyin şahidi olarıq. Dünyada 2000-dən artıq xalq, millət, etnik qrup varsa, deməli bir o qədər dünyagörüşü, psixologiya, mentalitet, adət-ənənə, həyat tərzi, sabit davranış qaydaları, inanc inam var. Bu, bəşəriyyətin sərvəti olmaqla yanaşı, bəzi hallarda qan tökülməsi ilə müşahidə olunan bir problemdir. Sovetlər Birliyinin tənəzzülü ilə millətlərarası münaqişələr kəskin şəkildə özünü biruzə verməyə başladı. Heç uzağa getmədən sübut olaraq üzdəniraq "qonşu"larımızı göstərmək tam yerinə düşər. Əslində özləri milli azlıq belə, olmayan, soysuz, köksüz, laməkan bu bədbəxtlər yabanı alaq otu kimi özgə torpaqlarına yayılaraq, əraziləri mənimsəməklə "millət"ə çevrilməyə nail olub. Nəticədə azərbaycanlıları əzəli yurdundan qovmağı, Qarabağda yerli xalq olan azəri türklərini öz torpağından sıxışdıraraq çıxarmağı bacarıb. Çox acınacaqlı haldı ki, son olaraq 1988-ci ildən başlayan bu münaqişə illərlə davam edə bildi bu torpaq oğruları öz dayaz düşüncələrinə görə elə zənn etdi ki, Qarabağda monoetikliyi daima "qoruya" biləcək. Bu xülya ilə yaşaya-yaşaya bir ayıldılar ki, başlarına dəyən dəmir yumruq işini bir göz qırpımında həll edib, torpaqlarını alıb hər yerdə bayrağını yüksəldib. Bu da onu sübut etdi ki, dünyanın sürətlə inkişaf etdiyi dönəmdə yanın uşaqları öz fərziyyələri ilə qədər uzaqda imişlər, əks halda onlar ən azından multikultral anlayışa malik ola bilərdi.

Multikulturalizmin əsasını təşkil edən amillərdən biri xalqın ruhunun vərdişlərinin təzahürü olan mentalitet faktorudur. Hind fəlsəfəsində məlum bir dialoq var. Müdrik Uddalaka oğluna başlanğıcın, kökün olduğunu başa salmaq məqsədilə ona deyir:

- Buraya bir nyaqrodha (banan növü) gətir.

- Gətirdim, atacan.

 - Kəs onu.

- Kəsdim, atacan.

- görürsən orda?

- Xırda toxumlar görürəm, atacan.

- O toxumlardan birini böl.

- Böldüm, atacan.

- İndi görürsən?

- Heç , atacan.

- ... Əzizim, sən o zərifdən zərif başlanğıcı görmürsən ki,bu böyük nyaqrodha ondan əmələ gəlib. Bu, elə bir zərif başlanğıcdır ki, bütün varlıq ondan yaranıb.

 Bir tək Azərbaycan kəlməsindən əsrlər boyu yanaraq, qovrula-qovrula qalan hayların bu fəlsəfəni dərk edə biləcək bir savadlısı olsa idi, olmayan başlanğıclarını axtarmağa ən azından cəhd edərdi.

Tarix boyu formalaşaraq, inkişaf edən multikultralizm bir dəyərlər toplusu kimi Azərbaycanda həmişə mövcud olub. Bu günün reallığı ondan ibarətdir ki, multikulturalizm ölkəmizdə əvəz olunmayan bir yaşam tərzinə çevrilib. ölkə başçısı İlham Əliyevin təbirincə desək: "Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır. Heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir". Qax rayonunda olduğum iki gün ərzində mən bunun şahidi oldum. İstərdim ki, Azərbaycan adlı ulu dövlətdən  günümüzə qədər gəlib çatan bu mirası qorumağı, gələn nəsillərə çatdırmağı bacaraq.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 14 iyun.- S.12.