Xəzangül yaradıcılığı:
sirli-sehrli poeziya
Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət
işçisi, şair
və dramaturq Xəzangülü təqdim
edərkən soyadının
deyilməsinə ehtiyac
duyulmur. Çünki
o, şəxsiyyəti və
yaradıcılığı ilə təkrarsızdır.
Xəzangül deyiləndə
məhz bizim tanıdığımız, sevdiyimiz,
qələminə, özünə
böyük hörmət
bəslədiyimiz Xəzangülümüz
göz önünə
gəlir. O, Xəzangül
ki, "Qaya üstə
bitən çiçək"
kitabıyla oxucuların
rəğbətini qazanıb.
Bundan sonra bir-birinin ardınca "Yeddinci Göylə söhbət", "Ekvebi",
"Ömür şikəstəsi",
"Günəş məni
aldadır", "Könlümdən
baxan Günəş",
"Bitməyən Hazan", "Seçilmiş əsərlər
- I cild", "Özümü
axtarıram", "Seçilmiş
əsərlər - II cild",
"Göy dili",
"Qələmin yazdığı-taleyin
cızdığı həyat",
"Yapon şeir formaları"
və digər kitabları işıq üzü görüb.
Yazarın "Məhəbbətin qənimi", "Xərabət
gözəli" və
"Dəmir yumruq"
pyesləri Gəncə
Dövlət Dram Teatrında
tamaşaya qoyulub, müvəffəqiyyətlə oynanılıb.
Mən burada xanım şairin xoşuma gələn şeirlərindən
bəhs edəcəyəm.
Onların məziyyətlərinin
duyduğum, dərk etdiyim qədər açılmasının təhlilini
verməyə çalışacağam.
Nə yazın, nə yayın düşdün yadına,
Gözdən iraq oldun payız çiçəyi.
Daş,
kəsək dedilər
sənin adına,
Qaçdın, qıraq oldun payız çiçəyi.
Gözlədin... Bilmədin kimi
gözlədin?
Dənizdən yan alan gəmi gözlədin.
Cücərmək istədin, nəmi
gözlədin,
Hər
an soraq oldun payız çiçəyi.
Sənə aşiq kimi, olanlar oldu.
Gördün ki, yalandı, tikandı,
koldu,
Doldu ürəyinə tənhalıq
doldu,
Təşnə varaq oldun payız çiçəyi.
Sapsarı əliylə payız
gəl dedi,
Payızam, sevgimdən sevin,
gül dedi.
Haçan könül verdin, özün
bilmədin,
Yandın,
çıraq oldun payız çiçəyi.
Qucdun torpağını şoranı
ilə,
Açdın, pardaxladın hər
anı ilə.
Dondursa
da, buzu, boranı ilə
Dözdün, maraq oldun payız çiçəyi.
Yağışdan, yağmurdan daim
güc aldın,
Vəfadan don geydin, Göyə
ucaldın,
Heç
kim deyə bilməz səndə qocaldın
Yara yaraq oldun payız
çiçəyi.
Adından da göründüyü kimi çiçək yaz, yay yox mənə
payız çiçəyidir.
Yəni qışa doğru, saralmış təbiətin məhsuludur.
Yaşıl arzuların
tükənmək, məhv
olmaq zamanını belə gözəl təsvir eləmək üçün insan ruhən, qəlbən, bütün varlığıynan
şair olmalıdır.
Elə bir şair ki, onun ürək döyüntülərinin
ritmi poeziyanın ahəngi ilə vəhdət təşkil
eləsin.
Adı valideynləri tərəfindən
Xəzangül qoyulan şairin şeirlərində
payız şeirləri,
payız çiçəkləri
daha çox yer tutur. Axı
belə deyirlər ki,
insanın adı onun taleyində ya bir- başa,
ya da dolayısıyla
təsir edir.
Payız
çiçəyinin, dilindən
fikir və düşüncələrini bədii
dillə oxucuya mesaj göndərən Xəzangül çox istedadlı şairdir. Bu istedad onun əsərlərindən
boy verir, ürəklərə
hopur.
Şair
qəlbi qəribədir,
hisslərini, sevgisini,
məhəbbətini gizlətməyə
cəhd edir. Hər lirik şeirində isə bu sevgi biraz
da faş olur, üzə çıxır.
Lakin müəllifə elə
gəlir ki, o, hisslərini
bacardığı qədər
gizlədə bilir.
Elə yazarlar var, onların yaradıcılığı mahiyyətcə
aşkardır. Oxuduqca
sevgi hissləri özünü biruzə verir, oxucuya aydın olur. Müəllifin də məqsədi, məramı
budur.
Xəzangülün yaradıcılığı
boyu əsərlərinin
əsas mayası, qayəsi isə sevgisini uca tutmaq,
onu özündən belə gizli saxlamaqdır.
Mən onun şeirlərini oxuduqca gözümün qabağına naməlum uçan "boşqablar"
gəlir. Bu günə
qədər "uçan
boşqablar" haqqında
alimlər çox danışıb, çox
yazıblar. Lakin bu sirli obyektlər haqqında araşdırma
aparanlar onların hansı planetə aid olduğunu aça bilməyiblər. Xəzangülün
oxucuları da şeirlərini
oxuduqca şair dünyasına səyahət
etsələr də, onun gizli sevgi
aləmini kəşf
edə bilməyiblər.
Söylənənlərə görə, "uçan
boşqablar" görünür,
lakin o bir mücərrəd olaraq, bir sirr olaraq
qalır. Xəzangülün
məhəbbəti də
nə var kimi var, nə yox kimi
yoxdu. Sanki göylərin
özü kimi sirli, sehirli aləmdir. "Sevgimiz"
şeirinə nəzər
salaq.
Sən orda yan, məndə
burda...
Sən də darda, mən də darda.
Eh...sən harda, ya mən harda?
Aramızda aylar vardı, illər vardı
Dənizlər var, göllər vardı.
Təpələr var, çöllər vardı.
Sən dünyanın ilk ucunda,
Mən dünyanın son ucunda
Dünya
bizim aramızda, sirr içində...
Bu sevgidən Yerə, Göyə söz açanda,
Hərdən, hərdən özümüzdən
biz qaçanda,
Sən kosmosa yar olursan,
Mən torpağa bar oluram...
Dünya
bina olan gündən,
Sən də varsan, elə məndə.
Bax beləcə,
gündüz, gecə
bu sevgidən alışırıq...
Kainatı dolaşırıq.
Axtarırıq...
Nə sən məni, nə mən səni tapammırıq...
Amma yenə,
bu sevgidən qopammırıq.
Bilirik
ki,
bu sevgimiz olmasaydı,
Kainat da
olammazdı
Dünya
özü, dünya kimi qalammazdı...
Biz qovuşsaq, gələrdi
ki, dünya sonu...
Yox olardı -
"Ümumdünya cazibə qanunu"
Amma... amma
Səni
lap çox, çox sevirəm...
Burada o cazibədar, o müqədəs,
bir sirli-sehirli məhəbbət nağılı
oxuyuruq, onu duyuruq hiss edirik. Belə sevgi alqışa təşəkkürə
layiqdir.
Tapammadım bu dünyada mən səni,
Çox
gözlədim, ömür
keçdi hardasan?
Sənsiz
oldu gələn günüm, dünənim,
Belə
qismət məni seçdi hardasan?
Tapammadım...bu nisgilim yol oldu,
Yol yormaqdan yazıq canım yoruldu.
Dağ istədim, təpə mənə yar oldu,
Mən gül əkdim, qanqal biçdim, hardasan?
Tapammadım...Tənhalandım tək
oldum,
Bulud olub, Göy üzünə çəkildim.
Leysan oldum, ömrüm üstə töküldüm,
Sən hardaydın, hara köçdüm
hardasan?
Ya sən yoxsan, ya mən yoxam
dünyada,
Ya qeybdəsən, ya bir ünsən, ya Səda.
Çağırırsan, bir məkan yox, ya ada?
Gəlim
ora yollar keçim hardasan?
Axtarıram nə ünvanı
bilinir,
Nə yaddaşdan sənə sevgim silinir.
Duyğularım ünyetməzdə dilənir.
Elə hicran meyi içdim
hardasan?
Bəlkə, elə o dünyada
olansan.
Bəlkə, elə həqiqət
yox, yalansan.
Nolur olsun bu qəlbimdə
qalansan,
Sənsizlikdən sənə qaçdım
hardasan?
Bəlkə, elə ya hiyləsən, kələksən,
Bəlkə, elə nağıl
deyən küləksən.
Bəlkə, elə ölüm
adlı Mələksən,
Ağuşuna qollar açdım,
hardasan?
Şeir
bitir lakin, sevgi bitmir, tükənmir.
Onun varlığını,
onun saflığını,
onun əlçatmazlığını
qəlbimizin ən dərin qatlarında hiss edib duyuruq.
Lirik mən öz sevgisini biruzə verməsə də sənəti, poeziyanı duyanlar, dərk edənlər sözün
zirvəsində şairin
incə, zərif bədii duyğularını
anlayır, belə eşqə məhəbbətə
bir daha heyran qalır.
Xəzangül xanım təkcə
məhəbbət mövzusunda
yazmır. Onun ictimai şeirləri, hekayələri, povestləri,
uşaq şeirləri,
pyesləri var. Bütün
yaradıcılığını Allahın ona bəxş etdiyi ilham pərisinin diqtəsi ilə qələmə aldığı
mükəmməl yazıları
ilə oxucuların qəlbinə yol tapır.
Sözümün bu məqamında
xanım yazarın bu yaxınlarda işıq üzü görən "Yapon şeir
formaları və düşüncələr" ("Elm və təhsil"
Bakı-2023) kitabına da müraciət
etmək istədim. Mənə görə şeirin, nəsrin ümumiyyətlə bədii
əsərin forması
yox, onun məzmunu, fikir dərinliyi ön plandadır. Yəni, əgər təcnis oxuyuramsa, orada sözlərin yan-yana düzülməsi maraqlı
deyil. Əgər əsərdə fikir yoxdursa, o sadəcə söz yığınıdır.
Xəzangülün təzə
kitabı az istifadə olunan şeir parçalarından
ibarətdir. Bu parçaların
yazılışında özünəməxsus
qaydaları var. Belə
şeirləri bizlər
az istifadə edirik. Xəzangülün
bu kitabında maraqlı, mənalı haykular var. Onlardan misallara nəzər salaq:
"Xocalı yolu...
Əcəlsiz öldürülən
ruhlar üsyanı...";
"Quşlar arası
Bitmiş
çiçək olsaydım
Qanad açardım";
"Sahibsiz qalmış
Oyuncaqlar
harayı
Mələk uşaqlar...";
"Bu gözəlliklə
Günəşə gülə-gülə
Tənha
qalan gül".
Çəkdiyim bu nümunələrlə
bərabər bir çox parçalar da mənim çox xoşuma gəldi.
Kitabda
"Tanka" formasında yazılmış
şeirlər də
var.
"Bu gözəl quşun
Səbirlə gözləməkdir
Göydən qisməti
Quru budaq üstündə
Can verə-verə qalmış...";
"Gün həsrətindən
Ay elə nazlandı ki,
Gecə
təşvişdən
Qapqara qaralaraq
Ulduzları çağırdı...";
"Kəpənək də
İlan
olmaq istədi
Zəhər tapmadı
İlana zəhər verən
Kərtənkələ tək qaldı..."
Bu kimi tankalar təzə
fikirlərlə dolu poeziya parçalarıdır.
Onlar da təqdirəlayiqdir.
Daha bir şeir formasının adı "Cinquain"dir,
adın mənasını
bilmirəm, ancaq gözəldir. Oxuyub düşünürsən, fikirləşirsən.
İndi
Elə çətin
Olub ki, bu həyat
Gündüz də gecə kimidir
Sanki...YollarYol gözləyir
Yolçudan xəbər yox
Yolçu qorxur yollar yola
Gəlməz
Gəldin
Yeni ilim
Könlüm onda qalıb...
Onu özümə
qaytarsan
Nolar...
Xəzangülün yeni kitabında bədahətən gələn
fikirlər də yer alıb. Onlar da kitaba
yeni nəfəs, yeni bir
gözəllik verir.
Bir neçə misal
da onlardan gətirim:
"Düşüncə istedadı
yox, istedad düşüncəni axtarmalıdır.
Düşüncəni yormaq
lazım deyil. İstedad özü bilir, düşüncəyə
nə verəcək",
"Eşqlə, sevgi
ilə, düzlük ilə, təmizliklə dolu bir ürək
yamanlıq etməyi bacarmaz", "Elə
hey bu dünyanın sirrindən baş açmaq istəyirəm.
Amma dərinliklərə endikcə
dərindən-dərinə rast gəlirəm. Bu hüdudsuz sonsuzluğun içində çabalayıram".
"Kimlərdənsə intiqam
almaq istəyinlə intiqamın qurbanı özün olduğunu anlaya bilsəydim..."
və sair Bütün bunların nəticəsi olaraq ona vardım ki, Xəzangül haqqında bildiklərimin yarıdan
da az hissəsinə toxunmuşam.
Qismət
olsa, bu mövzuya bir daha qayıdaram. Şair haqqında hiss və duyğularımı
bölüşərəm. Yazımın sonunda şair bacım Xəzangülə yeni uğurlar arzulayıram.
Aləmzər ƏLİZADƏ
525-ci qəzet.- 2023.- 15 iyun.- S.13.