Acı xəbər yüyrək olur...
Səhərin gözü yenicə açılmışdı. Telefonuma zəng
gəldi. Qabil idi zəng vuran.
Dərhal cavab verdim və səsindən hiss etdim ki,
həmişəki ovqatda
deyil. Özü də qısa danışdı. Dedi ki, təyyarədən indi düşdüm Naxçıvana.
Ələddin həkimi
itirdik...
Bir anlıq ikimiz də duruxduq. Mən Ələddin həkimi qiyabi tanıyırdım. Bilirdim
ki, Ələddin İbrahim oğlu Səfərov Naxçıvanda Yoluxucu Xəstəliklər Xəstəxanasında
şöbə müdiri
idi. Az qala yarım əsr idi ki, bu xəstəxanada
çalışırdı. Əməkdar həkim adı almışdı.
70 yaşı da yenicə
tamam olmuşdu. O, könül dostum Qabilin doğması, ən yaxın əzizi idi. Biz həmişə doğmalardan
danışanda Qabil Ələddin həkimin adını xüsusi vurğulayır, onun necə səmimi, qayğıkeş, ailəcanlı
olduğunu, həm də öz peşəsinə, Hippokrat
andına böyük
sevgisini, diqqətini qabardırdı. Mən eşitdiyim bu acı xəbərdən üzülsəm də özümü toparlayıb
könül dostum Qabil Əsgərova başsağlığı verməyə
güc tapdım. Və vurğuladım ki, Ələddin həkim kimi insanlar cismən
dünyalarını dəyişirlər.
Onların xatirələri,
əməlləri isə
yaşayır. Ona görə
də biz ona Allahdan rəhmət və məkanının Cənnət olmasını
diləməkdən başqa
bir şey edə bilmərik. Çünki insan bir ömür yaşayır. O ömrün
əbədi olması
artıq onun xidmətlərindən, sözün
bütün mənasında
İNSANLIĞINDAN gəlib keçir. Şeirlərimin
birində yazmışdım
ki:
Köçür, yalnız cismini
aparıb
gedir ADAM!
ocağında ruhunu
sönməz şam edir ADAM!
Gecənin, gündüzün də
dərənin, həm düzün
də
yəni
bu Yer üzündə
-
haraya yetir ADAM!
Nə nərddə, nə zərində
sirr yatmayıb dərində...
Tanrının nəzərində -
Hər kəs bir sətir
ADAM!
Böyük ehtiramla:
Əbülfət
MƏDƏTOĞLU
525-ci
qəzet.- 2023.- 17 iyun.- S.24.