"Azərbaycan kinosunun acınacaqlı vəziyyətinə görə narahatam..."

XALQ ARTİSTİ RASİM BALAYEV: "SƏNƏTƏ TEATRA GÖRƏ GƏLMİŞDİM, İNSTİTUTU BİTİRƏNDƏN SONRA ŞTAT OLMADIĞI ÜÇÜN "AZDRAMA"YA QƏBUL ETMƏDİLƏR"

 

75 il öncə isti bir avqust günündə dünyaya gələnlərdən heç birinin ailəsi övladının seçilmişlərdən olduğunu bilmirdi. Bunu bir tək Tanrı bilirdi, çünki hamının qədərini yazan yeganə varlıqdır. Həmin vaxt Ağsuda Əhməd kişi, Bakıda Qədir kişi bilmirdilər ki, illər sonra Azərbaycan mədəniyyətində incəsənətində bənzərsiz iz qoyacaq övladların atalarıdırlar. Elə uşaqların özləri hər şeydən bixəbər böyüyürdü, lakin daxildəki istedadın böyüdüyünü hələ ki heç kəs hiss etmirdi. Amma istedad böyüdükcə, onu saxlamaq, qarşısını almaq mümkün olmadığından, bir gün mütləq püskürməli idi. püskürdü ... İllər sonra isə xalq birini Rasim Balayev, o birini Akif İslamzadə kimi tanıyacaqdı.

 

Bu il hər ikisinin eyni ayda, eyni gündə 75 yaşı tamam olur. Tamaşaçı dinləyici hər ikisini çox sevir, çünki yaradıcılıq adlı dünyada özlərinə xas bir iz qoymağı bacarıblar. Fərqli, bənzərsiz mükəmməl bir iz... Bəlli bir ömür yaşayan bu sənətkarlarla çatdıqları müdrik yaşın astanasında görüşüb söhbətləşmək istədik. Olanlardan, keçənlərdən, bir az da olacaqlardan danışmaq xəyalına düşdük. İlk olaraq kimdən başlamaq istəyimizi seçmədik. Onu öz axarına buraxdıq. vaxt seçimini özü etdi. Bu gün onlardan biri ilə oxucuların qarşısına çıxdıq. Harda görünməyindən asılı olmayaraq, hamı onu ilk olaraq: "Həqq mənəm, həqq məndədir, ənəlhəqq söylərəm" deyən bir sufi şairi kimi görür, çünki bu obraz onun yaradıcılığının qırmızı xəttidir. Təbii ki, söhbətin artıq kimdən getdiyini anladız. Qəzetimizin qonağı Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinoaktyor Rasim Balayevdir.

- Narahat çırpınan dünyamızda mən, necə rahat olum, necə, bilmirəm?

- Bəxtiyar Vahabzadənin misralarıdır bu günümüzlə çox səsləşir. Narahatlıqla dolu dünya, elə narahat oxu ətrafında da fırlanır. Amma hər kəsin öz narahatlığı var içində. Biri deyə bilir, o biri elə susmağındadır. Mənim ən böyük narahatlığım var ki, onun da adı tam azad Qarabağdır. Buna hələ nail ola bilmədiyimiz üçün narahat olsam da, əminəm ki, o gün mütləq gələcək. Azərbaycan kinosunun acınacaqlı vəziyyətinə görə narahatam, bir əsr yol gələn  "Azərbaycanfilm"in bugünkü durumuna görə narahatam. Amma yenə ümidsizliyə qapılmıram, çünki Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin müsbət yöndə atdığı addımları görürəm bu da məndə nikbin əhval yaradır.

- Ailədən başlayan yol...

- Rəhmətlik atam partiya işçisi olub, uzun müddət rayon partiya komitəsində çalışıb. Anam  o zamanın staxovçusu kimi pambıqyığan zəhmətkeş bir qadın olub. Yəni çox sadə bir ailə mühitində böyümüşəm.

- Evdən məktəbə...       

 

- Məktəbdə yaxşı oxumuşam. Bizim dövrümüzdə dərsdən yayınanların, tənbəllik edənlərin, pis oxuyanların karikaturasını divar qəzetlərinə çəkərdilər bütün məktəb yığışıb həmin şəkillərə baxaraq onlara gülərdi. Bu halı heç kim qəbul etmədiyindən hamı dərslərində nümunəvi olmağa çalışardı. Məktəb illərindən bizə evdən icazə verərdilər ki, rayon klubunda gündüz saatlarının filmlərinə baxaq. Həmin filmləri diqqətlə izləyirdim, sonra gəlib aktyorları təqlid edərdim. Ədəbiyyat fənnini çox sevirdim. Müntəxəbat kitabında hər hansı bir dramaturqun əsərini keçəndə müəllim pyesdəki rolları aramızda bölərdi. Həmin əsərlərin tamaşalarını radioda dinlədiyimdən o aktyorları da təqlid edərdim deyilənə görə, bu, məndə yaxşı alınırdı. Böyük tənəffüs deyilən vaxtda məktəbin radio qovşağında şeirlər oxuyurdum. Müxtəlif səhnəciklər, tamaşalardan kiçik parçalar hazırlayıb valideyn iclasında nümayiş etdirərdik. Çox zaman elə tamaşalardan parçalar seçərdik ki, orada qadın obrazı olmasın, çünki qızlara evdən icazə vermirdilər. Belə-belə məndə sənətə bir maraq yaranmağa başladı bu maraq aktyor olmaq istəyinə çevrildi. 7-ci sinfə qədər yaxşı oxuyan şagird olmuşam. Lakin anlayanda ki, aktyor olmaq istəyirəm, texniki fənlərdən uzaqlaşdım sırf humanitar elmlərə kökləndim. Əvvəl evdə bunu ötəri bir həvəs kimi qəbul etdilər, lakin görəndə ki, fikrim ciddidir, məni yayındırmağa cəhd etdilər. Anam həkim olmağımı istəyirdi. Deyərdi ki, "a bala, get həkim ol, gəl məni sağalt". Əslində buna şansım da vardı, lakin mən yolumu artıq seçmişdim.

- Bu seçimə təsir edən olub...

- İçimdə qığılcam var idi, amma onu alovlandıran rəhmətlik Səməndər Rzayev oldu. Səməndər məndən iki sinif yuxarı oxuyurdu. Sənədlə bağlı problem olduğundan o, qəbula bir il gecikdi. Çox güclü mütaliəsi vardı onun bu səbəbdən filologiyaya sənədlərini verdi. Burda da bəxti gətirmədi, bir balı çatmadığından universitetə qəbul ola bilmədi. Güclü inşa yazmağı vardı son illərə qədər onun inşaları məktəbdə bir nümunə olaraq saxlanmışdı. Rayona qayıdıb dərnək yaratdı məndə aktyorluğa həvəsi gücləndirdi. İkinci il instituta qəbul olan Səməndər artıq birinci kursu bitirib tətilə gələndə, qəbul imtahanlarına hazırlaşırdım mənə bu istiqamətdə çox köməklik etdi.

- Teatr İnstitutuna qəbul olduz...

- Şansım gətirməyə bilərdi. Üç qabiliyyət imtahanından əla qiymət almışdım. Sonuncu, ədəbiyyat imtahanı idi mənə Xaqani Şirvaninin "Mədain xərabələri" qəsidəsini əzbər söyləmək düşdü. Ədəbiyyatdan geniş məlumatlı olsam da, qəsidəni bilmirdim. Deyəndə ki, əzbər bilmirəm, müəllim narazılıq etdi. imtahan vərəqəmə baxıb əla qiymətləri görəndə, məni vəziyyətdən çıxarmaq üçün əlavə suallar verməyə başladı. Mən rahatlıqla bütün sualları cavablandırdım. Müəllim məlumatlı olduğumu görüb mənə dörd yazdı beləcə tələbə adını qazandım.

- artıq 25 yaşında "Ənəlhəq söylərəm" dediz...

- Nəsimi mənim taleyimi həll etdi. Ona qədər 4-5 filmə dəvət almışdım. Kino çəkilişində bir foto sınaq var, bir kino sınaq. Foto sınağından mən keçmirdim, deyirdilər ki, "fotogeniçnıy" deyilsən. Axır ki, "Üç qərənfil" adlı filmə təsdiq olundum. Sevincim yerə-göyə sığmırdı. Lakin sonra kinostudiyanın tarixində görünməz hadisə baş vedi. Film istehsalata buraxıldı, hazırlıq dövrünü keçdi, aktyorlar təsdiq olundu sonda film ləğv edildi. Bundan çox pərişan oldum, hətta özlüyümdə düşündüm ki, oxum yaman daşa dəydi. Ondan sonra "Yeddi oğul istərəm" filmində Cəlal roluna sınadılar, yenə alınmadı. Deməli, tale belə imiş ki, mən kinoya Nəsimi obrazı ilə gəlməliyəmmiş. Nəsimi kino aləminə mənim vizit kartım oldu. Əli Fəhminin, Əkrəm Cəfərin oxuduğu mühazirələr mənim Nəsimi dünyasını duymağımda, dövrün abu-havasını yaşamağımda böyük rol oynadı, Nəsimiyə görə, insan Allaha ən yaxın varlıqdır. Tanrı insanı mükəmməl yaradıb. Ona hər şey verib, deməli, insan haqqın tam özüdür, onu kənarda axtarmaq lazım deyil. "Nəsimi" filmi qapıları üzümə elə açdı ki, sonralar başqa ölkələr məni yoxlanmadan rollara dəvət etməyə başladı. Bax, bu, elə ənəlhəqqin təntənəsidir.

- Babək Xürrəmi Ərəb xilafəti...

- Babəkin apardığı əsas mübarizə azadlıq uğrunda olub. Xürrəmilər hərəkatı sırf dinə qarşı olmayıb. Təbii ki, ərəblərin istilasından sonra hər şey onların bayrağına, qanunlarına xidmət etməli idi. Babək az bir qoşunla 22 il Ərəb xilafətinə tabe olmamaq üçün kişi kimi vuruşub. Bu, qəhrəmanlığın ən uca zirvəsidir. Sonda satqınlığın qurbanı olan Babək amansız edam zamanı: "Mən həmişə səninləyəm, Azərbaycan" deyərək ruhunu təslim edir. Babəkin erməni Sumbatın xəyanəti ilə ələ keçməsi epizodu çox uğurla çəkilsə , Moskva həmin hissəni filmdən çıxardı.

- Çox heyif...

- Əlbəttə, çox heyif. Həmin epizod Umbakı adlanan yerdə çəkilmişdi. Məğlub olan Babək dost bildiyi Səhl ibn Sumbatın evinə sığınır səhər yenidən can fədailər ordusu yığaraq mübarizəsini davam etmək üçün yola çıxır. Yarğana çatanda qarşışısına üç ərəb çıxır. Qılıncına əl atanda görür ki, qılıncının tiyəsi boşdu. Başını qaldıranda görür ki, ərəb qoşunun əhatəsindədi. Xəyanəti anlayandan sonra mən Babək atdan enirəm. Yerə çökərək bir ovuc torpaq götürüb alnıma sıxanda bir tərəfdən torpaq barmaqlarımın arasından tökülürdü, bir tərəfdən at elə bilirdi ki, ona qənd verəcəyəm məni yalayırdı. O qədər təsirli səhnə alınmışdı ki, o hissənin çıxarılması hamıya təsir etdi.

- Yəqin ki, Moskva erməni mənafeyini qoruyub...

- Bəli... Moskva dedi ki, Babək sizin milli qəhrəmandır, satqın isə ermənidir. Bu, iki "qonşu" xalq arasında milli ədavət sala bilər. Həmin epizod düz bir həftə çox çətin şəraitdə çəkilmişdi. Amma "Qoskino" onu bir qayçıyla bir anda kəsib tulladı.

- Rasim Balayevi tamaşaçı Nəsimi, Babək Bamsı Beyrək kimi daha çox xatırlayır...

- Çünki hər üç obraz tarixə söykənib. Tamaşaçı da tarixi filmləri həmişə üstün tutub. Tarixdə adını eşitdiyi qəhrəmanları sanki canlı görmüş olur. Geyimindən, qrimindən, seçilən məkandan, baş verən hadisələrdən tutmuş ən kiçik detala qədər hər şey tamaşaçıya maraqlıdır. Tarixi filmlərin özünəxas dramaturji xətti, estetikası, macərası olur. Həmin filmləri izləyən tamaşaçı bir saat yarım özünü bu hadisələrin içində hiss edir. Bu da tamaşaçıya həmişə maraqlı olub olacaq da. Demirəm ki, müasir filmlərə baxan yoxdur, var. Amma bu filmlərin inandırıcılığı tamaşaçını cəlb etməlidir. Düzü, əvvəllər rollarımı sayırdım, sonralar buna ehtiyac görmədim. İrili-xırdalı100-ə qədər obraz yaratmışam, hamısı mənə əzizdir, çünki epizodik rolun belə, üzərində zəhmət var, məhəbbət var.

- Bir teatr aktyoru prizmasından sizə baxaq...

- Mən sənətə teatra görə gəlmişdim. Ağlıma belə, gəlməzdi ki, kino aktyoru ola bilərəm. İnstitutu bitirəndən sonra "Azdrama"ya ştat olmadığı üçün qəbul etmədilər. Dedilər ki, istəsən, kütləvi səhnələrə gələ bilərsən. Mənsə bununla razılaşmadım. Rektorumuz rəhmətlik Rahib Hüseynov dedi ki, institutda qal, sənə saat hesabı dərs verərəm. vaxt teatrda yer olsa, gedərsən. Üç il məni institutda saxladı. Sonra hadisələr elə cərəyan elədi ki, mənim yolum kino sahəsinə yönəldi. Amma Dram Teatrı mənim arzuladığım yer olub həmişə o səhnədə tamaşaçı qarşısına çıxmaq mənə nəsib oldu. Necə deyərlər, arzum gözümdə qalmadı. Müəllimim Mehdi Məmmədov "İblis" tamaşasında Arif rolunu mənə verdi. Beş tamaşa bu obrazla səhnəyə çıxdım. 2000-ci ildə mərhum Mikayıl Mirzə "Aydın" tamaşasını hazırladı. Bu əsərdə Dövlət bəy rolu ilə yenə 5-6 tamaşa oynadım. "Sən həmişə mənimləsən" televiziya tamaşasına çəkilmişəm. İndiki teatrdan söz açdız bir etiraf edəcəyəm. Bu gün teatrların repertuarından narazıyam. Müasir tamaşalar hazırlansa da, səviyyə ürəkaçan deyil. Teatrda aktyoru yetişdirmək üçün mütləq  bir neçə klassik əsər olmalıdır. Buna diqqəti artırmaq lazımdır.

- Qayıdaq mərhum dostunuz Səməndər Rzayevin qəliz məsələ  adlandırdığı kinoya...

 - Həqiqətən kino çox qəlizdir. Baxın, siz jurnalistsiz, gəlib məndən müsahibə götürürsüz. Sonda mənim dediklərimə bəzək-düzək verəcəksiz, xoşunuza gəlməyəni çıxaracaqsız. Yəni işinizdə sərbəstsiz. Amma mən sərbəst deyiləm. Mən rejissordan asılı bir aktyoram. Əgər bir filmdə mənə aid rol varsa rejissorun məndən xoşu gəlmirsə, onu mənə verməyəcək. sairə ilaxır... Ona görə rəhmətlik düz deyib.

- Ömrümüzdən keçən 44 gün...

- Mən heç vaxt bu münaqişənin sülh yolu ilə həll olunmasını istəməmişəm. Alınan torpağımı kişi kimi döyüşərək geri almağın tərəfdarı olmuşam həmişə. Çünki sülh yolu ilə qaytarılan torpaqda indiki kimi alnıaçıq gəzə bilməyəcəkdim. Düşmən mənə yenə istehza ilə baxıb deyəcəkdi ki, özüm aldım, özüm qaytardım. Bu tənəni eşitməyin özü yenə əsarətə bərabərdir. Şəhidlər verdik, yarımcan qazilərimiz var - bunlar çox ağırdır. Amma bu ağırlığın arxasında azad Vətən torpağı var. İnanıram ki, tezliklə tam Qarabağ torpağında bayrağımız ucalacaq. Tanrı səsimizi eşitsin!

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 17 iyun.- S.19;23.