Nigar Rəfibəylinin 110 illiyinə həsr olunmuş tədbir
Gəncə şəhər İcra
Hakimiyyətinin dəstəyi,
Gəncə Regional Mədəniyyət
İdarəsinin təşəbbüsü,
AMEA və AYB-nin Gəncə bölmələrinin
təşkilatçılığı ilə Xalq şairi
Nigar Rəfibəylinin
110 ilik yubileyinə həsr edilmiş tədbir keçirilib. Xan
bağında, Nigar Rəfibəylinin heykəli
önündə başlanan
tədbiri AYB Gəncə
Bölməsinin sədri,
şair-dramaturq Əməkdar
mədəniyyət işçisi
Xəzangül açaraq
iştirakçıları salamlayıb, N.Rəfibəylinin
poetik dünyasından,
onun yaradıcılığının
özünəməxsusluğu və məziyyətlərindən
danışıb.
525.az xəbər verir ki, AMEA Gəncə Bölməsinin
sədri akademik Fuad Əliyev Rəfibəylilər
nəslindən, Nigar xanımın atası Xudadat bəyin xalqımız üçün
misilsiz xidmətlərindən
söz açaraq Xalq şairinin poetik yaradıcılığına
olan dərin rəğbətini ifadə
edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Süleyman Əliyev Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin
Azərbaycan ədəbiyyatındakı
xüsusi yerini diqqətə çatdırıb,
ədəbi mühitimizdə
onların yolunun davaçmıları olan
Xalq yazıçısı
Anar və Günel Anarqızının
yaradıcılığı barədə fikirlərini
bölüşüb.
Tədbir
iştirakçılarından filologiya üzrə fəlsəfə doktorları
Əlimuxtar Muxtarov, Ruziyə Quliyeva, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva
Nigar Rəfibəyli yaradıcılığı haqqında
elmi düşüncələrini
dilə gətiriblər.
Şair və yazıçılardan Qərib
Mehdi, Rəfiqə Sadıqova,
Nüşabə Əsəd
Məmmədli, Aləmzər
Əlizadə, Sahib İbrahimli,
Bayram Apoyev, Zaur Quliyev, Cavanşir Qocayev, Bəxtiyar Muradov, Lətif Zərgər, Eltun Türkelin də ürək sözləri dinlənilib.
Proqramda
Nigar Rəfibəylinin
sözlərinə unudulmaz
bəstəkar Emin Sabitoğlunun yazdığı
mahnılar səsləndirilib.
Uşaq İncəsənət
Məktəbinin müəllimləri
Zaur Dadaşov, Zəminə Nuriyeva və Ədibə Hüseynovanın solo və
duet ifalarını Məsud
Kərimovun bədii rəhbərliyi ilə “Gəncə qönçələri”
ansamblı müşayiət
edib.
Əməkdar artist Rahilə Məmmədova,
N.Rəfibəyli adına 43 saylı orta məktəbin şagirdi Türkay Bədəlova Xalq şairinin poeziyasından nümunələr söyləyibər.
Bölmə sədri Xəzangül
bu ifaların ərsəyə gəlməsindəki
köməyinə görə
Regional Mədəniyyət İdarəsinin əməkdaşı
Rahib Hüseynova və Uşaq İncəsənət Məktəbinin
direktoru Təvəkkül
Hüseyliyə təşəkkürünü
bildirib.
Tədbirin sonunda iştirakçılar
Nigar Rəfibəylinin
abidəsi önünə
gül dəstələri
qoyub və xatirə şəkilləri
çəkdiriblər.
525-ci qəzet.-
2023.- 17 iyun.- S.13.