Azərbaycan mühacirət ədəbiyyatı: Başlanğıcdan günümüzədək

 

Çoxşaxəli, zəngin  yaradıcılığı  ilə ədəbiyyatımıza böyük töhfələr bəxş edən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Sultanlının Azərbaycan Dövlət Nəşriyyatının nəfis tərtibatla yeni yayınladığıAzərbaycan mühacirət ədəbiyyatı: Başlanğıcdan günümüzədək” (2023) adlı  kitabı ədəbiyyatımızın bu qolunun  müntəzəm geniş təqdimi baxımından  dəyərli mənbədir. Uzun illər tədqiqatdan kənarda qalan, hazırda da siståmli şəkildə öyrənilib araşdırılmadığından  bu sahədə fundamental  tədqiqat əsərlərinin az olduğu zamanda ən qədim dövrlərdən çağdaş dönəmədək Azərbaycan mühacirətinin keçdiyi yolun, zəngin ədəbi-bədii nəzəri-kulturoloji irsinin sistemli şəkildə təqdim edildiyi 384 səhifədən ibarət  monoqrafiya daim axtarışda olan müəllifin ədəbiyyatımıza, elmimizə növbəti böyük töhfəsidir.

Ədəbiyyatşünaslar digər humanitar sahələrlə məşğul îlan tədqiqatçılar üçün nəzərdə tutulan, Azərbaycan mühacirət ədəbiyyatı tarixinin təsnif îlunub mərhələlərinin səciyyəvi xüsusiyyətlərinin dəyərləndirildiyi kitabda mühacirət ədəbiyyatı anlayışının  şərhi,  dünya nəzəri-estetik fikrində bu mövzuya yanaşma, araşdırılma tarixi, Azərbaycan folklorunda qürbət motivləri, görkəmli nümayəndələri haqqında ətraflı şəkildə bəhs edilir.

 Ön söz yerinə”də mövzunun  ədəbi prosesin hansı istiqamətlərini əhatə etdiyinə diqqət yönəldilir. Müəllif bəzən  səsləndirilənmühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş åtməmişdirkimi fikirlərin  kifayət qədər ciddi ålmi-faktîlîji arqumåntlərə söykənmədiyini bildirir.

Tədqiqat işində Azərbaycan mühacirətini təmsil edən ədəbi şəxsiyyətlərin yaradıcılığının əksər hallarda tam şəkildə təhlili onların yaradıcılığı haqqında təsəvvür bütövlüyünü təmin edir. Professor Vaqif Sultanlı bir məqama da diqqət yönəldir: “Qarşı tərəfdən isə bu amil mühacirəti təmsil edən bir çox imzaların yaradıcılığına sovet dönəmində qoyulan yasaqların onların ədəbi-bədii elmi-nəzəri irsinin öyrənilməsinə imkan verməməsindən irəli gəlir”.

Tədqiqatda VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədərki  böyük bir zamanı əhatə edib ədəbi mənzərəsinin yaradılması mövzunun inkişaf  xəttini müntəzəm şəkildə izləyib müfəssəl məlumat almağa  imkan verir. MonoqrafiyadaAzərbaycan mühacirət ədəbiyyatının təşəkkülü tarixi mənzərəsi (VII-XVIII əsrlər)”, “Quzey Azərbaycanın Rusiya tərəfindən işğalı mühacirət ədəbiyyatı (XIX yüzil)”  təqdim edildikdən sonra XX yüzil Azərbaycan mühacirət ədəbiyyatı 3 mərhələyə ayrılır: “XX yüzil Azərbaycan mühacirət ədəbiyyatının ilk  dalğası”, “Azərbaycan xalq cümhuriyyətinin çöküşü mühacirət ədəbiyyatının ikinci dalğası”, “İkinci dünya  savaşı mühacirət ədəbiyyatının üçüncü dalğası”. XX əsrə nisbətən geniş yer verilməsi uzun illər XX yüzil siyasi mühacirətinin ədəbi-kulturoloji irsinin nəşri, tədqiqi təbliğinə ciddi yasaqlar qoyulması ilə əlaqələndirilir.

İlk  dalğanın təqdimindən sonraAzərbaycan xalq cümhuriyyətinin çöküşü mühacirət ədəbiyyatının ikinci dalğasıbölümündə görkəmli nümayəndələr  haqqında portret yazıları  məzmunla  yanaşı,    adlandırma baxımından da diqqət çəkir: Turan sevdalısıƏli bəy Hüseynzadə, Şərqin qürubunda parlayan günəşƏhməd bəy Ağaoğlu, İstiqlal mücahidiMəhəmməd Əmin Rəsulzadə, Bilim səmasının ulduzuƏhməd Cəfəroğlu, Ədəbi-siyasi düşüncə məcrasındaMirzə Bala Məmmədzadə, Qürbətdəki vətənƏbdülvahab Yurdsevər, Divan şeirinin araşdırıcısıSəlim Rəfiq Rəfioğlu, Ayrılıqların şairi – Almas İldırım, Xəyallarda yaşanan ömürCeyhun bəy Hacıbəyli, Parisdə Qafqaz günləriÜmmülbanu (Banin), İztirabın çiçəyi – İren Məlikhoff, Qurban Səidin yaradıcılığı, “Əli Nino” müəmması Azərbaycan mühacirət ədəbiyyatı. Sonuncuda Qurban SəidinƏli Nino”, alman dilində “Das Mädchen vom Goldenen Horn”  (“Qızıl Buynuzdan olan qız”) adı ilə yayınlananAltunsaç  romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdir  davam edən mübahisələrə toxunulur,  əsərlər təhlil edilir, ciddi şəkildə araşdırılmasına, Avrîpanın õtəlif kitabxana arõivlərində əsaslı tədqiqat aparılmasına åhtiyac duyulduğu vurğulanır: “Çünki, bu əsərlərin anîlîji təhlilə çəkilməsi müəyyən avtîbiîqrafik dåtalların aşkarlanmasına båləliklə rîmanın müəllifi ətrafında yaranmış mifin dağılmasına imkan vårəcəkdir. Mövcud faktlarla Qurban Səidin kimliyi ilə bağlı qəti fikir söyləmək mümkün dåyildir”.

Legion ədəbiy¬yatının ayrıca bəhs edildiyiİkinci dünya  savaşı mühacirət ədəbiyyatının üçüncü dalğası” da tədqiqat üçün önəmlidir. Burada vətənsevərlik, azadlıq, mübarizlik ruhundakı poetik, memuar elmi-publisistik səpkili araşdırmaları ciddi önəm daşıyan, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türkadlı savaş xatirələrini qələmə alan Teymur Atəşli,“Əsir ruhlar” (1957), “Füzuli” (1961), “Okullular” (1963), “Sakarya” (1965), “Atatürk” (1966), “Atamızın gəncliyi” (1967), “Sakaryada 22-ci gün” (1971), “Malazgirtdən Sakaryaya” (1971), “Ata anıları” (1974),“Albay” (1975), “Dədə Qîrqud” (1977) s.  müasir tariõi mövzuda pyåslər müəllifi  Abay Dağlı, Qurban SəidinƏli Nino” romanını alman dilindən Azərbaycan türkcəsinə çevirən, publisistika tərcümə ilə yanaşı, bədii yaradıcılıqla davamlı məşğul olan Məcid Musazadə, Azərbaycan mühacirət ədəbi-tənqidi publisistikasının tanınmış imzalarından olan Süleyman Təkinər, yaradıcılığındaAzərbaycanlı türk şairi Hüsåyn Cavid” mînîqrafiyası (1963) önəmli yår tutan Mustafa Haqqı Türkəqulun digər əsərləri tədqiqata cəlb edilir.

Azərbaycan Milli Hökümətinin (1945-1946) süqutu mühacirət ədəbiyyatıbölümündə  ədəbi-elmi irsi Güney Azərbaycan mühacirət ədəbiyyatının dəyərli örnəkləri sırasında yer alan Məhəmmədtağı Zehtabi, Həmzə Fəthi Xoşginabi, Turõan Gəncəyi, elmi-publisistik axtarışları sərbəst üslubda yazdığı şeirləri ilə Azərbaycan ədəbiyyatına yeni dəyərlər gətirən, digər mühacir şairlərin əsərlərindən fərqli olaraq kədərə, ümidsizliyə, bədbinliyə qapılmayan  Qulamrza Səbri Təbrizi yaradıcılığı dəyərləndilir. Müəllifin Qulamrza bəyin yaradıcılığına dair  söylədiyi fikir böyük məna daşıyır:   Şairin ən kədərli şeirləri belə mücahidlik mübarizlik mîtivlərinə söykənir. Çünki î, dərdi içəri dünyasında əritməyi dərdin fövqündə durmağı bacaran sənətkardır”.

Monoqrafiyada müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin araşdırılması  diqqətəlayiqdir. Mövzu-məzmun, janr-üslub baxımından zəngin, rəngarəng olan  bu ədəbiyyat kifayət qədər araşdırılmadığı,  təmsilçilərinin yaradıcılıq örnəkləri üzə çıxarılmadığından haqqında bitkin təsəvvür formalaşmamışdır.

“İran İslam İnqlabı (1979) Azərbaycan mühacirət ədəbiyyatı  bölümündə müəllif dövrün mühacirətinin mətbuat sahəsindəki xidmətlərinin  əvvəlki dönəmlə müqayisədə daha sistemli səciyyə daşıdığını  vurğulayır: “1984-cü ildən başlayaraq Almaniyanın Bonn şəhərində Nurəddin Qərəvinin redaktorluğu ilə yayınlanan “Ana diliqəzeti Güney Azərbaycan probleminin siyasi gündəmə gətirilməsi istiqamətində fəaliyyət göstərmişdir. “Ana diliqəzeti ilə yanaşı, “Bayquş”, “Azərbaycanın səsi”, “Azər”, “Ulus”, “Carçı”, “Savalan”, “Azərbaycan”, “Yîl”, “Atrîpat”, (Almaniya), “Ulduz”, “Birlik”, “Araz”, “Səhənd”, “Durna”, “Tribun”, “Azərbaycan”, “Çağdaş Azərbaycan”, “DAK” (İsvåç), “Dədə Qîrqud” (İspaniya), “Aydınlıq”, “Kaspian”, “Salam”, “Ana yurdum” (Böyük Britaniya) başqa qəzet dərgilərin yayınlanması mühacirətin mətbuat sahəsində daha aktiv fəaliyyət göstərdiyini söyləməyə əsas verir”. Poeziyanın  Həmid Nitqi, Məhəmmədəli Mahmud, Əlirza Miyanalı, Hadi Qaraçay, Məlihə Əzizpur,  bədii nəsr sahəsindəki axtarışlarının  daha çox Rza Beraheni, Qulamhüseyn Səidi, Ali Səbri, Məmmədrza Təbrizli, Güntay Gəncalp başqa yazarların yaradıcılığı fonunda gerçəkləşdiyi vurğulanır, ədəbi tənqid ədəbiyyat araşdırıcılığında  Båhruz Həqqi, Nemət Rəhməti, Məhəmmədəli Hüseyni araşdırmalarına diqqət yönəldilir.

Sovetlər birliyinin çöküşü mühacirət ədəbiyyatının çağdaş mərələsibölümündə Sovetlər Birliyinin dağılması Azərbaycanın yenidən müstəqillik qazandıqdan sonra yaranmış, janr baõımından zəngin, rəngarəng olan, indiyədək yetərincə öyrənilməmiş mühacirət ədəbiyyatı   təhlil edilir,  yeni nümunələrinin yaranmaqda olduğu  vurğulanır. Azərbaycan mühacirət poeziyasının çağdaş mərhələsindən bəhs olunarkən  Məmməd İsmayıl, Simax Şeyda, İlham Bədəlbəyli, Xaqani Qayıblı, nəsrdən bəhs olunarkən  Çingiz Hüseynîv, Åmin Mahmudîv, Əbdül Hüseynov, Rüstəm İbrahimbəyov, Samid Ağayev, Gülşən Lətifxan, Nazilə İsgəndərova, Vahid Qazi, Vüqar Dəmirbəyli,  Eluca Atalı, Şəlalə  Əbil,  Nazilə İsgəndərova,  Elçin Səfərli yaradıcılığı tədqiqata cəlb edilir. Ədəbi tənqid ədəbiyyat araşdırıcılığında  Xalıq Kîrîğlu, Tofiq Məlikli, Ramiz Abutalıbov, Kamil Vəli Nərimanoğlu, Abuzər Bağırov, Aygün Əttar başqa tədqiqatçıların müxtəlif səpkili araşdırmalarının daha çox diqqət çəkdiyi, hər birinin yaradıcılığının ayrıca təhlili imkan xaricində olduğundan ümumi mülahizələrlə kifayətlənildiyi qeyd edilir, Xalıq Kîrîğlu, Tofiq Məlikli, Ramiz Abutalıbov araşdırmalarına yer verilir.

 Professor Vaqif Sultanlı Azərbaycan mühacirət ədəbi tənqidi, ədəbiyyatşünaslığı bütövlükdə nəzəri-kulturoloji fikrinin çağdaş mərhələsinin ümumi mənzərəsində Kamil Vəli NərimanoğlununYunis Əmrənin poetikası” (2011), “Çelişki yenilik dühası Mirzə Fətəli Axundzadə” (2013), “Türk lenguafolkloristiğinə giriş” (2018), Abuzər BağırovunY.E.Bertels Azərbaycan ədəbiyyatı” (2007), “Moskvadakı Azərbaycan ədəbi-mədəni mühit fenomeni” (2018), Aygün Əttarın (S.Şimşirlə birgə) yazdığıTarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri” (2013) başqa araşdırmaların  önəmli yer tutduğunu, bu tədqiqatda məqsədin mühacirət ədəbiyyatının çağdaş mərhələsi haqqında gåniş şəkildə araşdırma aparmaq, ayrı-ayrı şəxsiyyətlərinin ədəbi fəaliyyətini dəyərləndirmək olmadığını bildirir: “Bu, sistemli araşdırma tələb edən sîn dərəcə əhatəli bir mövzudur. Burada sadəcə olaraq Azərbaycan mühacirət ədəbiyyatının tanınmış imzalarının sənət dünyasına pəncərə açmaq üçün înların yaşayıb-yaratdıqları çevrənin ümumi mənzərəsinin canlandırılmasına çalışılmışdır”.

Lakin Mühacirət ədəbiyyatının, dåmək îlar ki, bütün ədəbi növləri janrlarışåir, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, publisistika, memuar s. əhatə åtdiyi nümunələrlə təsdiqini tapır,  təqdimi təhlili  tədqiqatın əhəmiyyətini daha da artırır. Bu sahəyə marağı artıran, ilk uğurlu təşəbbüs müəlliflərindən olan professor Vaqif SultanlıSon söz yerinə”də  gələcək araşdırıcıların qarşısında çözümü vacib îlan bir çîõ məsələlərin dayandığını da bildirir: “İlk növbədə mühacirət ədəbiyyatı tariõi fərqli yönlərilə gåniş, mînîqrafik səpkidə araşdırılmalı, həmçinin mərhələ, dövr, prîblåm, janr ayrı-ayrı şəõsiyyətlərin yaradıcılığı fînunda öyrənilməlidir. Türkiyənin Avrîpa ölkələrinin müõtəlif mətbuat îrqanlarına, ånsiklîpådik tədqiqatlara səpələnmiş, bəzən təõəllüs ya gizli adlarla, bəzən imzasız yayınlandığı üçün əsl müəllifləri gizli qalan ədəbi nümunələr diqqətlə araşdırılmalıdır. Bundan əlavə, təsəvvür əyaniliyi üçün mühacirət ədəbiyyatı çîõcildli antîlîgiyalar şəklində tərtib îlunaraq yayınlanmalıdır. Özəlliklə, bu ədəbiyyatın çağdaş mərhələsini sistemli, bütöv, onu təmsil edənlərinin yaradıcılığını əhatəli, dolğun şəkildə təqdim etmək tədqiqatçıların üzərinə düşən mühüm vəzifələrdən biridir. Həmçinin son illərdə Azərbaycan ədəbiyyatşünaslığında mühacirətlə bağlı yazılan araşdırmalarda tələsiklik, bilgisizlik, səriştəsizlik, faktlara qaynaqlara bələdsizlik metodoloji yanlışlıqlardan yaranmış qüsurların, aradan qaldırılmasına ehtiyac duyulmaqdadır”.

Bunlar müəllifin mövzuya verdiyi böyük dəyərin sübutu, növbəti tədqiqatların uğurlu planıdır. Elmi ictimaiyyətin diqqətini çəkən, gələcək tədqiqatların bazası olacaq araşdırma müəllifin bu  istiqamətdə gördüyü  işlərin davamı olub əvvəlki nəşrlərdən digər mənbələrdən sistemliliyiqədim dövrdən başlayaraq müasir dövrümüzü  əhatə etməsi, indiyədək toxunulmayan məqamlara diqqət yönəltməsi, Mühacirət ədəbiyyatının, həmçinin Güney Azərbaycan mühacirət ədəbiyyatının ədəbi-nəzəri irsinin tədqiqata cəlbi digər məziyyətləri ilə seçilir. Fikrimcə, monoqrafiya yalnız mühacirətin yaradıcılıq irsinin tanıdılmasına xidmət etmir, burada da müəllifin əsas məramıBütöv Azərbaycan amalı aydın   qabarıq şəkildə duyulur. Güney Azərbaycan poeziya, bədii nəsr, ədəbi tənqid ədəbiyyat araşdırıcılığı məsələlərinə diqqət yönəltməkdə məqsəd həm vahid Azərbaycan ideologiyasının təfəkkürlərdə möhkəmləndirilməsidir ki, bu monoqrafiya da müəllifin məramına çatdığını söyləməyə   əsas verir.

 

İlahə Dadaşova

Filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı

525-ci qəzet.- 2023.- 20 iyun.- S.12.