Kukla Teatrının
daha bir uğurlu həftəsi
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə tariximizə həkk olunan 2023-cü il həm də Azərbaycan peşəkar
milli teatrının 150 illik
yubileyi ilə əlamətdardır. İl boyunca
xüsusən, mədəniyyət
qurumları və teatrlarımız bu möhtəşəm yubileyləri
özündə birləşdirən
mühüm və maraqlı layihələr həyata keçirməyə
davam etməkdədir.
Bunlardan birini - çox gözəl teatr bayramını ötən həftə
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı sayəsində yaşadıq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərini əhatə edən "Kukla teatrları həftəsi" təkcə
ölkənin kukla teatrları arasında deyil, həm də ümumən teatr camesində və ictimaiyyətdə böyük maraqla qarşılandı.
İyunun
13-də Azərbaycan Dövlət
Kukla Teatrında tədbirin təntənəli
açılış mərasimi
oldu.
Mədəniyyət Nazirliyi təmsilçilərinin, ədəbiyyat
və incəsənət,
teatr xadimlərinin, eləcə də beynəlxalq teatr təşkilatı və festivalları təmsilçilərinin
iştirak etdiyi sənət bayramı ev sahiblərinin təqdimatında "Nağılvari"
adlı tamaşa çələngi ilə
başladı.
Ardınca teatr həftəsində
təmsil olunan kollektivlərin yaradıcılıq
yoluna qısa nəzər olan video-çarx təqdim edildi.
Tədbir
teatr həftəsinin
ilk qonaq kollektivi - Gəncə Dövlət Kukla Teatrının təqdimatında "Ana qaz"
tamaşasının nümayişi
ilə davam etdi.
Xalq şairi Rəsul Rzanın "Ana qaz" şeirinin motivləri əsasında hazırlanan
eyniadlı birhissəli
uşaq tamaşasının
quruluş müəllifi
teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu
rəssamı Məhəmməd
Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı
Şamil Məmmədlidir.
Yeddi balasını itirən
ana qazın faciəsini
ifadə edən xoreoqrafik tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov,
Yeganə Məmmədova,
Elmar Vəliyev, Nərmin
Şərifova və başqaları rol almışdılar.
Alqışlarla qarşılanan nümayişin
ardınca Azərbaycan
Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi Rəşad
Əhmədzadə gəncəli
kuklaçılara fəxri
diplom və xatirə hədiyyələri
təqdim etdi.
Teatr bayramının ikinci günü isə Qax Dövlət Kukla Teatrının yaradıcı heyəti öz sənət sovqatlarını təqdim
etdilər. Onlar paytaxt kuklasevərlərinə
repertuarlarındakı baxımlı
səhnə nümunələrindən
olan "Xeyir və Şər" adlı pantomima kukla tamaşalarını
təqdim etdilər.
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
"Xeyir və Şər" əsəri
əsasında hazırlanmış
eyniadlı tamaşanın
quruluş müəllifi
Əməkdar artist Yusif
Abdurahmanov, quruluşçu
rəssamı Mayis Abdullayevdir.
Kukla texnikası ilə canlı plan, eləcə də pantomimanın sintezi olan birhissəli
uşaq tamaşasında
rollar Orxan Əminov, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyevaya tapşırılmışdı.
Anşlaqla keçən nümayişin
ardınca qaxlı kuklaçılara da tədbirdə
iştirak ilə bağlı fəxri diplom və xatirə hədiyyələri
təqdim olundu.
İyunun
15-də Salyan Dövlət
Kukla Teatrı "Kəloğlan" tamaşası
ilə layihədə
çıxış etdilər.
Tamaşada aktyorlar
Nahid Rüstəmbəyli, Mirxədicə
Mirzəyeva, Nərmin
Hüseynli və Röyal Qurbanov iştirak edirlər. Onlara da tamaşa sonra layihədə iştirakları münasibəti
ilə fəxri fərman və hədiyyələr verildi.
Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən
kukla teatrlarının
yaradıcılıq əlaqələrini
daha da genişləndirmək,
təcrübə mübadiləsinə
nail olmaq, qarşılıqlı
səfərlərin yeni mərhələsinə
keçmək və bölgə teatrlarının
yaradıcılıq imkanlarını
paytaxt teatrsevərlərinə
təqdim etmək məramlı teatr tədbiri ölkənin bütün kukla teatrlarını əhatə
edirdi.
Tamaşa
həftəsində nümayişlər
Azərbaycan Dövlət
Kukla Teatrının böyük səhnəsində
"açıq qapı"
formatında reallaşırdı.
Burada əsas məqsəd səhnə nümunələrinin bütün
teatrsevərlər üçün
əlçatan olması
idi.
İyunun
17-də Mədəniyyət Nazirliyi, mədəniyyət
və incəsənət
təmsilçilərinin iştirakı
ilə sənət bayramının bağlanış
mərasimi keçirildi.
Azərbaycan Dövlət Kukla
Teatrının direktoru,
Əməkdar mədəniyyət
işçisi Rəşad
Əhmədzadə ideyanın
reallaşmasına dəstək
olan Mədəniyyət
Nazirliyinə, iştirakçı
teatrlara və tamaşaçılara təşəkkürünü
bildirdi.
Yeni yaradıcılıq əlaqələrinin
formalaşdırılması, təcrübə mübadiləsinin
genişləndirilməsi və
bölgədə fəaliyyət
göstərən kukla
teatrlarının yaradıcılığının
diqqət mərkəzinə
gətirilməsi məramı
bu ilk ideyanın qarşıdakı illərdə
ənənə halını
alacağına inamını
da ifadə etdi. Bildirdi ki, növbəti mərhələdə layihənin
beynəlxalq miqyasa çıxması üçün
başqa ölkələrdən
mütəxəssislər ilə
yanaşı teatrlar
da dəvət olunacaq.
Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri
- Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi
Laləzər Hüseynova,
Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını
ifadə etdilər, bu kimi görüşlərin
teatrların yaradıcılıq
potensialının nümayişi
və müqayisələr
üçün önəm
kəsb etdiyini dedilər.
Tədbir
proqrama uyğun olaraq ev sahibi
teatrın təqdimatında
"Qar kraliçası"
tamaşası (A.Məmmədov) ilə
davam etdi. Ardınca teatrın nəzdindəki "Oyuq"
teatr-studiyası təmsilçilərinin
ifasında rəngarəng
mahnılar səsləndirildi.
5 gün boyunca davam edən "Kukla teatrı həftəsi" regionlarda
məhdud imkanlarla belə olsa Azərbaycan mədəniyyətinə,
incəsənətinə xidmətə
davam etməyə çalışan teatrların
özlərini və fəaliyyətlərini göstərmək
üçün ən
gözəl fürsətlərdən
biri idi.
Bu baxımdan Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi Laləzər
Hüseynovanın təəssüratları
maraq doğrur: "Rəşad Əhmədzadə
bizi bu layihəyə
dəvət edəndə
çox sevindim. Çünki təkcə
bölgələrdə oynamaq
olmaz, bölgələr
də şəhərə
gəlməli, böyük
səhnələrdə çıxış
etməlidir. Bu layihə
teatrlar arasında yaradıcılıq mübadiləsinə
səbəb oldu, bizi ruhlandırdı. Teatrların kollektivləri
bir-birini tanıdı,
bir-birləri ilə dostlaşdılar. Təşkilatçılara
öz minnətdarlığımı
bildirirəm. Burada tamaşamız oynanılarkən
uşaqların və
valideynlərinin marağı
məni çox sevindirdi. Həqiqətən
də ictimaiyyətdə
Kukla Teatrına maraq və sevgi
var. Bu cür layihələrin
davamlı olçasını
arzu edirəm".
Gəncə Dövlət Kukla
Teatrının direktoru
Fərmayıl Paşayev
isə "Kukla Teatrları həftəsi"ni
bir bayram kimi dəyərləndirir:
"Bu, bir bayramdır,
dostluq görüşüdür.
Burada teatr kollektivləri bir-biri ilə tanış olur, öz işlərini
təqdim edir, təcrübə mübadiləsi
yaranır, əlaqələr
genişlənir. İnanıram
ki, layihə gələcəkdə
daha da inkişaf edərək öz işini davam etdirəcək".
Qax Dövlət Kukla Teatrının rejissoru Yusif Abdurahmanova görə, ötən il
50 yaşını qeyd
edən teatr üçün bu layihə də əhəmiyyətli yerə
sahibdir: "Kukla Teatrında təkcə uşaqlar üçün
yox, böyüklər
üçün də
tamaşalar hazırlanır.
Bizim layihəyə qatıldığımız tamaşa
da məhz böyüklər
üçün nəzərdə
tutulmuşdu. Bu festivalın
keçirilməsinin əhəmiyyəti
çox böyükdür.
Kukla Teatrı bir təməldir. Biz uşaqlarımızı gələcəyə
yaxşı bir tamaşaçı kimi hazırlayırıq. Ümid
edirəm ki, gələcəkdə
bu festivalın əhatə dairəsi daha da genişlənəcək
və biz xarici ölkələrdən də
bu festivalda iştirak etmək üçün Kukla teatrlarını dəvət
edəcəyik".
Bəli, ilk dəfə keçirilən "Kukla Teatrları həftəsi" hələlik cəmi 4 teatrın iştirakı ilə gerçəkləşdi. Ancaq əsas məsələ odur ki, təşkilatçılar öz məqsədlərinə nail olmağı bacardılar: region teatrlarımız paytaxt sakinlərinə öz fəaliyyətlərini, yaradıcılıq işlərini nümayiş etdirdi, kollektivlər bir-birinin potensialına bələd oldular. Ən önəmlisi isə, bütün uğurlu layihələrin sonunda olduğu kimi, Azərbaycan teatrı qazandı!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 20 iyun.- S.10.