Şekspir dünyası  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 "Antoni Kleopatra" pyesi

Bu faciəni həyata gətirən siyasət ehtirasdır, əhvalat xarizmatik Roman döyüşçüsü barədə gedir. O, ekzotik məhəbbət üçün qüvvəyə nüfuza malikdir, həm qadını şirnikləndirə bilir. Pyes hekayətn diqqətini Antoninin tədricən  pozulmasına yönəldir, lakin onun əhval-ruhiyyəsi güclü müəmmalı Kleopatra şəxsiyyəti tərəfindən heç bir şübhəyə yol verilmədən müəyyən olunur. Şekspirin ən böyük mürəkkəb qadın personajı olan Kleopatra Şərqin sehrli hissiyyatlı qadını kimi təqdim olunur Antonidən daha çox pyes üçün dəbdə olan subyekt kimi verilir. XVI əsr İngiltərəsində, İtaliya Fransasında Şekspir bu pyeslər vasitəsilə tanınırdı, baxmayaraq ki, başlıca mənbə ser Toman Nors tərəfindən tərcümə edilmiş Plutarxın "Nəcib yunanların romalıların həyatı" adlı böyük əsəri, daha dəqiq deyilsə, "Mark Antoninin həyatı" əsəri idi. "Yuli Sezar" pyesinin uzun müddət kölgəsində qalan "Antoni Kleopatra" daha məmnunedici olan müxtəlif saydakı yollarla gedir.

Bu əsər üzərində Şekspir 10 il işləmişdi Şərqi Aralıq dənizinin iri ərazisini əhatə etmişdi. "Antoni Kleopatra" epik ölçüdə olan bir pyes idi. Hadisələr bizim eradan əvvəlki 40-cı illərdə başlayır. Yuli Sezarın ölümündan dörd il sonra Antoni Oktavi Sezarla Emili Lenidlə triumviratda hakimiyyəti bölüşür. O vaxtdan ancaq Antoni Kleopatra ilə birlikdə Aleksandriyada qalmaqla, onun qızğın məşuquna çevrilir. Bundan əvvəl isə bu qızın məşuqları Böyük Pompey Yuli Sezar olmuşdu. İşə o, siyasətlə daim bir yerdə xidmət göstərir. Misirin var-dövlətinə Şərq kampaniyalarını aparmaq üçün Antoni möhtacdır Kleopatra Antoninin qüvvəsindən öz Ptolomey səltənətinin dəstəklənməsi üçün istifadə edir.

Plutarxa yaxın olmaqla, müəllif ön planda teleskop xarakterli hadisələrlə dramatik vəziyyətin qoşalaşdığını göstərir. Tarixi detallar tez-tez dəyişir. B.e.ə. 31-ci ildə Aktsium dəniz döyüşündə Antoni özünün məğlub olmasına görə Kleopatranı məzəmmət edir, baxmayaraq ki, real olaraq qadın öz xəzinəsi ilə birlikdə qaçmışdı məhz bunun hesabına onlar sonrakı ili dirçəlməyə qadir olmuşdular. Lakin pyesin güman etdiyinə görə, döyüş səhnəsində Kleopatranın iştirakı Antoninin son məğlubiyyətinə kömək edə bilərdi.

Sevgililərin ölümü isə qədim tarixin dönüş nöqtəsi kimi göstərilir, pyes Roma respublikasının bu sonluğu Ptolomey sülaləsinin məhvinin irsi qaydada təkrarı olmaqla, Oktavianın da ilk Roma imperatoru kimi meydana gəlməsinə səbəb olur.

İki Roma zabiti pyesdə şikayətlənir ki, onların lideri "ayağını çəkən dəliyə" çevrilmişdir. Antoni Kleopatra tez-tez mazaqlaşırlar məhəbbət barədə danışırlar. Xəbər gətirən Romadan gələndə Kleopatra Antoniyə sataşır ki, güman ki, onun arvadı Fulviya ya "kasad başlı Sezar" ona göstəriş göndərmişdir. Antoni qasidə məhəl qoymur Kleopatranı "indi bəzi həzləri almaq" üçün kənara aparır. Kleopatranın loyal köməkçiləri, çariçanı onlardan birini uzaqlaşdırması barədə zarafat edirlər. Nəticədə Romadakı əhvalatlardan xəbər alan Antoni öyrənir ki, onun arvadı Fulviyanı qardaşını Sezar öz yanına çağırıbmış. Digər bir elçi bildirir ki, Parfiya qüvvələri Suriyaya müdaxilə etmişlər, Fulviya ölmüşdür Sekst Pompey öz atası Böyük Pompeyin öldürülməsinə görə Sezardan intiqam almaq istəyir. Antoni qərara alır ki, Romaya qayıtsın. Qısqanclıqdan yanan Kleopatra soruşur ki, Antoni arvadına vaxtsa xəyanət etmişdirsə, ona necə münasibət göstərəcəkdir. Antoni bu vaxt açıb deyir: "İndi mən görürəm, mən görürəm./ Fulviyanın ölümündə mən necə qəbul ediləcəyəm". Lakin Antoni çıxıb gedir. Qız ona "sakit uğur" arzulayır.

Romada Sezar öz triumvir yoldaşı Lepidə deyir ki, Antoni öz dekadensinə, tənəzzül etdiyinə görə itirilmişdir. Lakin ona məlumat verirlər ki, Pompeyin donanması dəniz quldurları dənizlərdə gəzişirlər. Sezar arzu edir ki, igid Antoni geri, Romaya qayıdaydı. Aleksandriyada isə Kleopatra Antoni üçün darıxır. O, sevdiyi qadına mirvari göndərsə , Kleopatra gündə ona məktub yazıb, şikayətlənir lovğalanır ki, onu hətta Yuli Sezardan da artıq sevir.

Sekst Pompey Messinadakı evində dəniz quldurlarına deyir ki, Sezar Lepid heç bir təhlükə nümayiş etdirmirlər. Bunu eşidən Antoni Romaya gəlib çıxır, ancaq Pompey təşviş keçirir ki, Antoni Sezar qüvvələrinin birləşdirə bilərlər. Lepid öz triumvir yoldaşlarından xahiş edir ki, sözləşməsinlər. Antoninin baş köməkçisi güman edir ki, onlar əvvəlcə Pompeylə vuruşacaqlar. Sezarın admiralı Aqrippa gəlib təklif edir ki, Antoni Sezarın bacısı Oktaviaya evlənsin. Antoni razılaşır Sezarla sülh bağlayır.

Kleopatra barədə soruşanda Antoninin köməkçisi inadkarlıqla yenidən çariçanın ilk gəlişini qeyd edir, onda Kleopatra gözəl bir gəmidə Antoni ilə görüşməyə gəlmişdi, romalı general həmin vaxt onu Venera ilə müqayisə etmişdi. Digər köməkçi isə dedi ki, əgər Antoni yenidən evlənmişdirsə, onu tərk edəcəkdir. Başqa köməkçi isə etiraz etdi: "Heç vaxt o, bunu etməyəcəkdir".

Bəziləri həyəcan keçirir ki, Antoni Sezara qarşı çıxacaqdır. Təklikdə, Antoni güman edir ki, Sezarın itaət etməsinə "əsl zər" atılmışdır, lakin qərara alır ki, "Şərq mənim həzz almağıma tabe olacaqdır". O, özünün bir zabitini parfiyalılarla vuruşmağa göndərir.

Kleopatra qasidə deyir ki, yaxşı yeniliklərə görə o, qızıl mükafat qazanacaqdır.

Birinci xəbər ondan ibarətdir ki, Antoni yaxşıdır Sezarla sülh bağlamışdır. Lakin o, Antoninin Oktaviaya evləndiyini açıb deyəndə, Kleopatra ölü kimi ağardı onu bıçaqla hədələdi.

Pompey triumvirata dedi ki, o, atasının ölümünə görə Romanı cəzalandırmalıdır onların sülh təklif etməsinə, əslində, gülürdü. Lakin hələ Sezarı, Antonini Lepidi öz qalerasına dəvət etmişdi. Ziyafətdə triumvirlərin öldürülməsi güman edilirdi, lakin Pompey bu fikri rədd etdi. Məclis mahnı oxumaqla yekunlaşdı. Sezar bunu bəyənməmək qaydasında müşahidə edirdi: "Bizimki daha ciddi işdir./ Belə yüngül ağıllılıqla qaşlarını çataraq".

Antoninin zabiti parfiyalılara qalib gəldi, əgər o, düşünülən kimi uğurlu olsaydı, daha yaxşı olardı, çünki Antoninin qısqanclığından qorxurdu. Romada Sezar Antoniyə Oktaviaya əlvida dedi. Aleksandriyada Kleopatra Oktavia barədə soruşdu özünü inandırdı ki, onun rəqibi "dildən darıxdırıcıdır həm karlik kimidir".

Sezarın Senatla münasibətinin pozulduğunu Afinada öyrənən Antoni Oktaviaya göstəriş verdi ki, qardaşı ilə əri arasında seçim etsin. Pompeyi məğlub etdikdən sonra Sezar Lepidi xəyanətdə ittiham edib, onu dustaq etdi. Bu vaxt Antoninin zabitlərindən biri Sekst Pompeyi öldürdü.

Romada Sezar qəzəblənmşdi. Antoni Kleopatranı "Suriyanın, Kiprin, Lidiyanın "mütləq çariçası" adlandırmışdı". O, Kleopatranın Yuli Sezardan olan oğluna çar titulu vermişdi bu sevgilisindən olan öz uşaqlarını "çarların çarları" adlandırmışdı. Həmçinin o, Sezarı Pompeyin Lepidin var-dövlətini mənimsəməkdə ittiham etdi. Sezar bu zəngin irsi Antoni ilə bölüşməyə razılaşanda, Oktavia gəlib çıxdı. Sezara xəbər verdilər ki, onun bacısı daha böyük ədalətsizliyə məruz qalmışdır, əri Antoni "öz imperiyasını əldən vermişdir./ Özü bir fahişəyə".

Müharibə zəruri olduqda, Kleopatra onun diqqətini yayındırmaqdan qorxub, Antoniyə döyüş meydanında qoşulmadı. Antoni Sezarla Aktsium yaxınlığında dənizdə vuruşmağı qərara alanda, zabiti onu xəbərdar etdi ki, Sezarın donanması daha güclüdür. Lakin Kleopatra tezcənə Antoniyə 60 gəmi təklif etdi. Zabit gördü ki, dəniz döyüşü vaxtı Kleopatranın donanması geri dönür həm öyrəndi ki, Antoni "onun dalınca uçur". Sahilə geri dönən Antoniyə heç kəs təsəlli vermirdi. Özünün qorxudan geriyə üzməyinə görə Kleopatra üzr istəyəndə, Antoni bunu nəzərə aldı ki, onun taleyi bu qadınla heç cür geri qayıtmayan qaydada çuğlaşmışdır. Antoni Sezara xahiş göndərdi ki, ona Misirdə ya Afinada yaşamağa icazə versin Kleopatranın sülaləsinə hörmətlə yanaşsın. Bu, bir vaxtlar böyük qüdrət sahibi olan generalın zəifliyinin nişanəsi, onun çıxılmaz vəziyyətdə olmasının sübutu idi.

Sezar isə dedi ki, əgər Kleopatra Antonini Misirdən qovsa ya onu öldürsə, çariçanın titulunu tanımaqla razılaşacaqdır. Sonra göstəriş verdi ki, sevgililəri bir-birindən ayırsınlar. Kleopatranın sarayında Antoni Sezarla "qılınca qarşı qılıncla" vuruşmağı təklif etdi. Sezarın tapşırığını Kleopatraya çatdırdılar ki, o istəyir ki, qadın Antonini tərk etsin. Həm bunu çatdırana deyir ki, qoy Sezarın əlini öpməklə razılaşsın. Antoni bunda xəyanəti görür. Buna cavab olaraq, Kleopatra: "Məni hələ tanımırsan?" deyə ona kəskin sual verir. Antoni qəflətən qərara alır ki, Sezarla yenidən vuruşsun. Hadisələrin təkrar olunacağından qorxan nümayəndə Sezarın düşərgəsinə qayıtmağı qərara alır.

Sezar təklif olunan dueldən imtina edir. Antoni and içir ki, "dənizdə , Yerin üstündə mən vuruşacağam". Həm öz əsgərlərinə deyir: "Mən sizə baxıram./ Kim istəyirsə, qoy onu tərk etsin". Zabiti onun bu məğlubiyyət tonuna etiraz edir. Antoni deyir ki, o, qələbə gözləyir. Aleksandriya yaxınlığında əsgərlər yerdən qalxan musiqini eşidirlər qorxurlar ki, bu pis bir əlamətdir. Antoni Kleopatranı bir "əsgər öpüşü ilə" tərk edir. Döyüş meydanında zabitlərdən biri əsgərlərindən xahiş edir ki, onun peşmançılığını xatırlasınlar ölür.

Antoni Kleopatranın gəmilərinə göstəriş verir ki, Sezarın donanması ilə vuruşa girsinlər, lakin təşviş keçirir ki, görünür, heç bir vuruş olmayacaqdır. Bunu görən onun donanması təslim olmaqla, Antoni yenidən biabır olur. Beləliklə, o, öz məşuqəsinə qarşı hirsləndi. Kleopatra gələndə təhqir vasitəsi ilə onu uzaqlaşdırmaq istədi. Kleopatra öz həyatı üçün qorxmaqla, ailəsi üçün olan sərdabədə gizləndi Antoniyə xəbər göndərdi ki, o, özünü öldürəcəkdir. Onun xəyanət etdiyinə hələ inanan Antoni qadının son sözünü dəqiq öyrənməyə cəhd etdi. Kleopatra isə məhvedici dərddən qışqırmışdı: "Antoni! Ən nəcib insan olan Antoni!" Özü öləndən sonra arxasınca gələcəyinə onun qərar verməsindən təəccüblənərək, Antoni öz nökəri Erosa əmr etdi ki, onu öldürsün. Eros imtina etdi əvəzində özünü öldürdü. Onun nümunəsindən ilhamlanıb, Antoni öz qılıncının üstünə atıldı. Yarasından qan axırdı, taqətdən düşüb uzanmışdı. Antoni öyrəndi ki, Kleopatra hələ sağdır, xahiş etdi ki, onu çariçanın sərdabəsinə aparsınlar, orada o, özünün bağışlanmasını xahiş edəcəkdir. Həmin xahişi dilinə gətirəndə, xatırladı ki, "romalı romalı tərəfindən igidlikdə məğlub edildi". Antoni öz məşuqəsinin qolları arasında öldü. Kleopatranın qısa bir müddətə ürəyi getdi. Sonra qərara aldı ki, "Ölümü iftixar şəklində qəbul etsin ki, bizi aparsın".

Sezar düşərgəsində Antoni Kleopatranın təzminat ödəmələri barədə fikirləşəndə, çariçanın elçisi gəldi. Sezar öz zabitini çariçanın yanına göndərmişdi ki, gələcəyin yaxşı olacağı barədə onu inandırsın. Kleopatra demişdi ki, əgər onun oğlu Misiri idarə edəcəkdirsə, o, Sezarın qarşısında diz çökməyə şad olacaqdır. Qəflətən əsgərlər Kleopatranı tutdular o, and içdi ki, Misirdə öləcəkdir.

Sezarın zabiti Dolabella gəlib çıxanda, Kleopatra əvvəlcə zəfər çalan Antonini arzu etdi. Dolabella Sezarın planını açıb dedi ki, Kleopatra Romada triumf vaxtı nümayiş etdiriləcəkdir, baxmayaraq ki, Sezar onunla yaxşı davranacağını vəd etmişdi. Dolabella təsdiq etdi ki, o, Suriyadan keçiriləcəkdir. Romada özünün əsir olmasını təsəvvür edən Kleopatra orada alçaldılacağını hiss edib, "bunu görəcəkdir/ Bəzən böyüklüyünü göstərən oğlan kimi danışan Kleopatra/ Fahişə vəziyyətinə düşəcəkdir".

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 21 iyun.- S.14.