Regionun iqtisadçılar hazırlayan ən böyük mərkəzi
- UNEC
Ölkənin aparıcı ali
təhsil ocaqlarından
olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən
fundamental tədris mərkəzi
sayılır. 1930-cu ildə
əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən
iri ali təhsil
ocaqlarından biridir.
93 illiyini qeyd edən UNEC bu gün Azərbaycanın və Qafqazın ən nüfuzlu universitetləri sırasındadır
və ölkə ali təhsilini beynəlxalq reytinq siyahılarında təmsil
edən universitetlərdəndir. UNEC-in ölkənin
yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların
hazırlanmasında müstəsna
xidmətləri var. UNEC ölkədə
sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və
elmi-tədqiqat mərkəzinə
çevrilib.
UNEC yeganə ali məktəbdir ki, 4 dildə
- ingilis, rus, türk və Azərbaycan dillərində
tədris həyata keçirir. Yeganə universitetdir ki, xarici ölkədə - Rusiyada filialı var və yeganə dövlət universitetidir ki, onun İSO
beynəlxalq keyfiyyət
standartı var.
UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə
çevrilməkdə, dünyanın
ən tanınmış
universitetləri, iqtisadçı
alimlərilə geniş
əməkdaşlıq etməkdədir.
Bu ali təhsil ocağının diplomları
artıq dünyanın
hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensiala malik olan bir mərkəzdir. İnkişaf edən Azərbaycan iqtisadiyyatını
lazımi kadrlarla təmin edən əsas mənbədir.
UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə
əsaslanaraq, yüksək
keyfiyyətli tədqiqatlar
aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz
missiyasını layiqli
şəkildə yerinə
yetirmək və qarşısına qoyduğu
strateji hədəfləri
reallığa çevirmək
məqsədilə uğurla
irəliləyir.
UNEC beynəlxalq reytinqlərdə
yer alaraq, ciddi uğurlar qazanıb. QS dünya reytinqində UNEC 1001-1200, QS regional reytinqində 221-230, Times Higher Education Impact
Rankings 801+, U-Multirank dünya
reytinqində 251-300, Asiya
üzrə isə 18 ən yaxşı universitet sırasında yer alıb.
QS Dünya Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr
üzrə reytinqini
(SUBJECT RANKİNGS 2023) açıqlayıb.
Azərbaycan Dövlət
İqtisad Universiteti
ilk dəfə olaraq bu il İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəlib. Bu nəticə
dünyada 2016-2020-ci illərdə
dərc olunan 16,4 milyon məqalələrin,
2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili
nəticəsində müəyyən
edilib. Eləcə də, qiymətləndirmə
zamanı, 2018-2022-ci illərdə
dünya üzrə
151 000 elm adamlarının və
99 000-dən çox global işəgötürənlərin
səsi nəzərə
alınıb.
UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını
lazımi kadrlarla təmin edən əsas mənbədir. Son
zamanlar müəllim və tələbələrdə
öyrətmək və
oxumaq həvəslərinin
yeni metodlarla müşayiət
olunması, universitetin
reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək
dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən
daha da artması bu universiteti seçənlərin sayını
ildən ilə artırır. Bu il UNEC-də
bakalavr üzrə təhsil alanların sayı 4,1 faiz artıb. Ötən il bakalavr üzrə təhsilalanların sayı
14025-dən 14588, magistratura üzrə təhsilalanların
sayı 4177-dən 4477-ə yüksəlib.MBA üzrə
təhsil alanların sayında 54,08 faiz artım olub. Belə ki, MBA üzrə təhsil alanların sayı 1494-dən 2302-yə çatıb.
MBA proqramı üzrə
təhsil almaq istəyən tələbələrin
46 faizi UNEC-i seçir. Bu da çox qürurvericidir.
Standartlara görə, əcnəbi
tələbə sayı
ümumi tələbələrin
5 faizindən az olmamalıdır. 4 dildə
təhsil verən
UNEC-də bakalavriatura
üzrə 22, magistratura
üzrə 20 ixtisas,
MBA poqramı üzrə
29 ixtisaslaşmaya qəbul
aparılır. MBA proqramı
üzrə 8 yeni ixtisaslaşma
2022-ci ildə yaradılıb.
2013-2014-cü illə müqayisədə
bakalavriatura üzrə
tələbə sayı
4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə
54,08 faiz artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə
3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib.
UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb.
Tədrisin təşkilində
EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi
kağız daşıyıcılar
üzərindən deyil,
Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır.
Tədrisin demokratikləşdirilməsi
və himanistləşdirilməsi
məqsədilə 100 hibrid
auditoriya yaradılıb.
Tələbələr 53 ixtisas
fənni üzrə mühazirə dərslərini
istər distant, istərsə
ənənəvi formada
dinləyə bilərlər.
13 qeyri-ixtisas fənni
üzrə isə mühazirələr yalnız
distant formada aparılır.
Tələbələrin təhsil
sənədlərini daha
rahat və operativ şəkildə əldə etmələri
üçün 2019-cu ildən
"Bir Pəncərə Xidməti"
fəalliyyətə başlayıb.
Təkcə 2022-2023-cü ildə
Bir Pəncərə Xidmətinə
17000 tələbə müraciəti
olunub.
UNEC-də təkrar ali təhsil və əcnəbilərin
qəbulu da tamamilə
elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir. Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir tədris metodunu kökündən dəyişən "Çevrilmiş
təhsil" (Flipped Education) metodu tətbiq olunur. Dünyanın aparıcı universitetlərində
tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha
rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir.
Ölkədəki universitetlərdə tələbənin yalnız
bilikləri qiymətləndirilir,
hansı bacarıqlara
sahib olmaları isə
nəzərə alınmır.
Lakin xarici ölkələrin
aparıcı universitetlərində
tələbələrin bacarıqları
da qiymətləndirilir və
akademik traksriplərlə
yanaşı, qeyri-akademik
transkript də verilir. UNEC-i bitirən tələbələrə
də qeyri-akademik transkript veriləcək.
Bu, onlara gələcək
karyeralarında böyük
imkanlar verəcək.
Həmin transkriptdəki
QR kodu oxutduran işəgötürən UNEC tələbələrinin hansı
bacarıqlara malik olduğunu
da öyrənmiş olacaq.
UNEC-in tədqiqat universitetinə
çevrilməsi istiqamətində
də mühüm uğurlara nail olunub. Belə ki, Web of Science indeksli
jurnallarda ümumilikdə
çap olunan UNEC-ə
mənsub 755 məqalənin
88 faizi, Scopus indeksli jurnallarda isə çap olunan 703 məqalənin 96 faizi məhz 2014-2022-ci illərin
payına düşür.
UNEC-də həyata keçirilən mühüm
yeniliklərdən biri
də Assistentlik
institutunun yaradılmasıdır.
Kafedralarda fəaliyyət
göstərən laborantları
artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı
assistentlər gələcək
müəllim bazasının
formalaşmasında mühüm
rol oynayacaq.
Ötən ilin sentyabr ayından ali məktəbdə bütün
qeyri-ixtisas fənləri
distant şəkildə tədris
olunur. "Flipped Education" modelinin tətbiqi sayəsində müəllim
tələbələrə mühazirə keçmir.
Belə ki, müəllim
onlayn formada mühazirəni tələbəyə
göndərir. Tələbə
20 dəqiqə ərzində
mühazirə ilə
tanış olduqdan sonra başa düşmədiyi məqam
olduqda müəllimə
bildirir.
UNEC-də ömürboyu təhsil mərkəzinin fəalliyətə başladığını,
kommersiyayönümlü fakültə
olan mərkəzdə
müxtəlif ixtisaslar
və peşə təhsilləri üzrə
kurslar, təlimlər
və mütəxəssis
hazırlığı aparılır.
Hazırda əsas hədəf
UNEC-də imtahan sessiyalarını mərhələli
şəkildə ləğv
etməkdir. Bu təcrübə
xarici universitetlərdə
də var. Yerli ali məktəblərdə
də tətbiqi haqda düşünmək
olar. Belə olan halda hər
ay tələbəyə konkret
bir layihə veriləcək və o layihə əsasında da
tələbə qiymətləndiriləcək.
Onda imtahana ehtiyac qalmayacaq.
UNEC-in Kitabxana İnformasiya Mərkəzində kitab fondunun
sayının 85250 nüsxəyə
çatdırılıb. Elektron
resurs sayı isə bir milyondan
çoxdur. UNEC-də
7 gün, 24 saat fəaliyyət göstərən
kitabxana müvafiq standartlara uyğun işıqlandırma və
havalandırma sistemi, müasir proqram təminatı, yüksək
sürətli fiber optik
internet xətti və
ən yeni parametrlərə
sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın
II və III mərtəbələrində
ixtisaslaşmış və
geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir.
Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən,
"Oxford University", "Cambridge University", "The
MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University
Press" və EBSCO bazalarına
daxil olmaq mümkündür.
Həqiqətən UNEC son illər böyük
uğurlara nail olub. Burada universitetin rektoru professor Ədalət
Muradovun ciddi səyləri, əzmkarlığı
və prinsipiallığı
yüksək qiymətləndirilməlidir.
Universitetin daima üzərində işlədiyi,
yeniliklərin axtarışında
olduğu, kadr bazasını təkmilləşdirməkdə
maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq
etdiyi, müəllimlərinin
maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı
müşahidə olunur.
2030-cu ildə ali məktəbin
100 yaşı tamam olacaq. UNEC rektoru professor Ədalət Muradov deyir
ki, Azərbaycan Dövlət
İqtisad Universiteti ən yaxşı ali məktəblər sırasında olmağa layiqdir: "Mən inanıram ki, buna nail olacağıq.
Əsas məqsədimiz
Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) 100 yaşı tamam
olanadək dünyanın
ən yaxşı 500
universiteti sırasında
yer almaqdır".
Əminik
ki, zamanla UNEC kollektivi
daha böyük uğurlara imza atacaq və öz adını dünyanın ən nüfuzlu universitetləri
sırasına yazacaq.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 21 iyun.- S.12.