Qədim diyarın müasir inkişaf konsepsiyası
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin ölkəmizin
inkişafı üçün
qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi genişmiqyaslı
islahatlar müstəqil
dövlətimizin bütün
istiqamətlər üzrə,
hərtərəfli şəkildə
inkişaf etdirilməsinə,
xalqımızın sosial
rifahının daha da
yaxşılaşdırılmasına təminat verir. Bu gün inkişafın əhatə dairəsinə
və templərinə
görə dünyada
Azərbaycan Respublikası
ilə müqayisə
olunacaq ölkələr
çox deyildir. Çoxvektorlu inkişafın
İlham Əliyev modeli
ölkəmizdə müstəqil
daxili və xarici siyasətin, güclü iqtisadiyyatın,
qüdrətli ordunun,
möhkəm ictimai-siyasi
sabitliyin, birlik və həmrəyliyin təmin olunmasının mükəmməl nümunəsidir.
Torpaqlarımızın 30 illik
işğaldan sonra Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
Dəmir Yumruğu ilə azad edilməsi,
qazanılan böyük
tarixi Zəfər, Böyük Qayıdış
hərəkatının uğurla
həyata keçirilməsi
ölkəmizdə dövlət
səviyyəsində dönmədən
icra edilən ardıcıl və məqsədyönlü siyasətin
möhtəşəm nəticələridir.
Dünyanın əksər ölkələrindən
fərqli olaraq Azərbaycanda paytaxtla, mərkəzi şəhərlərlə
regionların inkişaf
etdirilməsinin ortaq balansının müəyyən
edilməsi və əsaslandırılmış proqramlar vasitəsi ilə uğurla həyata keçirilməsi
respublikamızda hərtərəfli
inkişafa nail olmağın
davamlı bir modelinə çevrilmişdir.
Bu mənada Prezident
İlham Əliyevin adı
ilə bağlı olan Regionların İnkişafı Proqramı
həm Azərbaycan Respublikasının və
həm də müstəqillik qazanmış
digər ölkələrin
inkişafının hərəkətverici
qüvvələrindən biri
kimi qəbul olunur. Son 20 il ərzində
ölkəmizdə paytaxtımız
Bakı şəhəri
ilə yanaşı, regionların inkişafı
sahəsində qazanılmış
böyük nailiyyətlər
Azərbaycan Respublikasının
simasını dəyişmiş,
iqtisadi inkişafda neft hasilatından asılılığı azaltmış,
çoxsaylı iş
yerlərinin açılmasına
şərait yaratmış
və kənddən şəhərə axının
qarşısı alınmışdır.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramının təsdiq
edilməsi haqqında"kı
5 iyun 2023-cü il tarixli
Sərəncamı müstəqil
dövlətimizin ayrılmaz
üzvü tərkib hissəsi olan, qədim tarixə malik bu diyarın bütün istiqamətlər
üzrə genişmiqyaslı
müasir inkişafının
təmin olunmasına dövlət başçımızın
göstərdiyi böyük
qayğının və
böyük dəstəyin
əməli ifadəsidir.
Prezident İlham Əliyev
tərəfindən imzalanmış
"Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"
muxtar respublikanın Azərbaycanın ümumi
inkişaf strategiyası
ilə əlaqəli şəkildə yenidən
qurulması və inkişaf etdirilməsinin strategiya və taktikasını özündə
əks etdirən mühüm tarixi əhəmiyyətə malik olan
dövlət sənədidir.
Naxçıvan Muxtar
Respublikasının hərtərəfli
inkişafını təmin
etmək məqsədi
daşıyan Dövlət
Proqramı Azərbaycan
Rspublikası üzrə
müəyyən edilmiş
davamlı prioritetlərə
uyğun olaraq ölkəmizin 2030-cu il Dayanıqlı
inkişaf gündəliyinin
hədəfləri ilə
əlaqəli şəkildə
hazırlanmışdır. Ona görə də yeni Dövlət Proqramı
ilə Naxçıvan
Muxtar Respublikası ərazi və inzibati cəhətdən olduğu kimi, iqtisadi inkişaf baxımdan da Azərbaycanın
üzvü tərkib hissəsi kimi fəaliyyətini uğurla
davam etdirəcəkdir.
Naxçıvanın Muxtar
Respublika kimi fəaliyyət
göstərdiyi son yüz
il ərzində heç
vaxt bu regionun
inkişaf etdirilməsinə
dair indiki miqyasda dövlət proqramı qəbul edilməmişdir. Bu, regionun
geosiyasi və tarixi-coğrafi şəraiti,
habelə təbii resursları və iqtisadi imkanları nəzərə alınmaqla,
Naxçıvanın Muxtar
Respublikasının hərtərəfli
müasir inkişafına
və gələcək
inkişaf perspektivlərinə
hesablanmış mühüm
əhəmiyyətə malik birinci sanballı dövlət proqramıdır.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"
xarakteri və mahiyyəti etibarilə Naxçıvan Muxtar Respublikasının yeni tarixi
mərhələ üzrə
strateji inkişaf konsepsiyasıdır. Qeyd etməyi lazım bilirəm ki, Naxçıvan
Muxtar Respublikasının
yeni inkişaf konsepsiyası
siyasi və iqtisadi cəhətdən mükəmməl şəkildə,
hərtərəfli surətdə
əsaslandırılmışdır. Daha bir əhəmiyyətli
cəhət də ondan ibarətdir ki, Dövlət Proqramında
öz əksini tapmış inkişaf strategiyasının həyata
keçirilməsinin 11 istiqamət
üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri
də müəyyən
edilmişdir. Müşahidə
edilən daha bir cəhət də ondan ibarətdir
ki, Muxtar Respublikanın
inkişafının siyasi
və iqtisadi cəhətdən qiymətləndirilməsi
və proqnozlaşdırılması
zamanı elmi prinsiplərə də istinad edilmişdir. Bütün bunlara görə "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı" muxtar respublikasının inkişafının
siyasi-iqtisadi cəhətdən
əsaslandırılmış və elmi baxımdan
hərtərəfli şəkildə
işlənib hazırlanmış
mükəmməl bir
yol xəritəsidir.
Bu mühüm Dövlət
Proqramı nəinki muxtar respublikanın yenidən qurulmasına, sözün tam mənasında
hazırkı mərhələdə
yeni Naxçıvanın meydana
çıxmasına imkan
yaradacaqdır. Bu baxımdan
Prezident İlham Əliyevin
meydana qoyduğu genişmiqyaslı Dövlət
Proqramı Naxçıvan
Muxtar Respublikasının
yeni tarixi dövrünün
və müasir inkişafının Baş
Planıdır.
Dövlət Proqramında Naxçıvan
Muxtar Respublikasının
yeni tarixi mərhələdəki
müasir inkişafının
təmin edilməsi baxımından nəzərdə
tutulmuş mühüm
iqtisadi tədbirlər
kifayət qədər
iri həcmə və geniş perspektivə malik olan əhəmiyyətli layihələrdir.
Dövlət proqramında
öz əksini tapmış Naxçıvan
İqtisadi Zonasının
yaradılması muxtar
respublikanın inkişaf
konsepsiyasının ana maddəsidir.
Bu, Dövlət Proqramının
"Mövcud reallıqlar"
bölməsində düzgün
şəkildə ifadə
edildiyi kimi, regionun "xarici dövlətlərlə sərhəddə
yerləşməsi nəzərə
alınmaqla, Naxçıvan
Muxtar Respublikasında
vergi və gömrük güzəştləri
müəyyən edilməklə,
rəqabətqabiliyyətli ticarət qovşağının
yaradılması imkanının
dəyərləndirilməsi" deməkdir. Azərbaycanda hələlik yalnız Ələt İqtisadi Zonasının mövcud olduğunu nəzərə
alsaq, Naxçıvan
İqtisadi Zonasının
ölkəmizin müasir
inkişaf xəritəsində
ən yeni ünvanlardan
biri olacağını
təsəvvür etməyə
imkan verir. Ələt İqtisadi Zonası üçün
beynəlxalq dəniz ticarət limanları və Bakı-Tbilisi-Qars dəmir yolu əlverişli imkanlar yaratdığı
kimi, xarici dövlətlərlə qonşu
olması, regionun Qərbə və Şərqə doğru açıq pəncərə
funksiyasını yerinə
yetirməsi də Naxçıvan İqtisadi
Zonasının geniş
üfüqlərini nəzərə
çarpdırır. Dövlət
Proqramında İqtisadi
Zonalar üçün
səciyyəvi olan vergidən və gömrük rüsumlarından
azadedilmə güzəştlərinin
tətbiq olunacağının
nəzərdə tutulması
Naxçıvan İqtisadi
Zonasına ölkəmizin
paytaxtından və digər regionlarından başqa, qonşu dövlətlərin sahibkarlarının
da sərmayə qoyacağının
qabaqcadan proqnozlaşdırılmasına
imkan yaradır. Bu cəhətdən Naxçıvan
İqtisadi Zonası geniş mənada Azərbaycan Respublikasının
ticarət-iqtisadi əlaqələrinin
ölkədaxili subyektivlərlə,
yaxın xarici qonşular və hətta uzaq tərəfdaşlarla da daha
yaxından bağlanmasına
əhəmiyyətli töhfələr
verə biləcəyinə
işıq salır. Eyni zamanda, iqtisadi
zonaların geniş əraziləri əhatə
etdiklərini nəzərə
alaraq, Naxçıvan
İqtisadi Zonasının
da muxtar respublikanın
böyük miqyaslı
infrastruktura malik iqtisadi
mərkəzi funksiyasını
həyata keçirəcəyini
əyani şəkildə
göz önünə
gətirir. Naxçıvan
İqtisadi Zonası muxtar respublikanın ən iri iqtisadi-mədəni
ərazisi olacaqdır.
Naxçıvanın hansı
tərəfində salınacağından
asılı olmayaraq, Naxçıvan İqtisadi
Zonası muxtar respublikanın bütün
regionlarının inkişafı
üçün əsas
hərəkətverici qüvvə
rolunu oynayacaqdır.
Naxçıvan iqtisadi regionunun
inkişaf etdirilməsi,
Naxçıvan İqtisadi
Zonasının fəaliyyət
göstərməsi bu
regionda nəqliyyat-logistika
imkanlarının da genişləndirilməsi
zərurətini çıxarır.
Bu zərurət Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin uğrunda
mübarizə apardığı
və dünyanın diqqət mərkəzində
olan Zəngəzur dəhlizinin və Laçın koridorunun açılacağına da real tələbat yaradır. Zəngəzur dəhlizinin
açılması ilə
Naxçıvan Muxtar
Respublikası Avropa və Asiyanı əlaqələndirən əsas
nəqliyyat qovşağına
çevriləcəkdir. Eyni
zamanda, Naxçıvan
İqtisadi Zonası faktoru ilə son illərin Azərbaycan-Türkiyə
danışıqlarında aktiv yer tutan
Bakı-Tbilisi-Qars Dəmir İpək Yolunun Türkiyənin Qars şəhərindən
İqdır-Aralıq Dilucu
marşrutu vasitəsilə
qardaş ölkəyə
aid hissəsinin və
Sədərək-Naxçıvan-Culfa ərazisindəki davamının
çəkilməsi məsələsinin
həll edilməsi də zərurətə çevriləcəkdir. Türkiyə
Cümhuriyyətinin Prezidenti
Rəcəb Tayyib Ərdoğanın qardaş
ölkədə uğurla
keçirilmiş seçkilərdən
sonra Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər
çatdırılmasından söz açılması
həmin mühüm əhəmiyyətə malik olan
dəmir yolunun çəkilməsinin çox
da uzaqda olmadığını
göstərir. Bu isə
Naxçıvanın Qərbdən
Türkiyədən keçməklə
Avropa ilə, Şərqdən isə
İran-Türkmənistan yolu
ilə Asiyaya ölkələri ilə əlaqələndirilməsini təmin
edəcəkdir. Bundan
başqa, Dövlət
Proqarmında Azərbaycanın
ayrı-ayrı regionlarından
aşağı büdcəli
aviareyslərin təşkil
edilməsinin də nəzərdə tutulması
Naxçıvanın ölkəmizin
digər bölgələri
ilə əlaqələndirilməsinə
əlverişli imkanlar
açacaqdır. Bu cəhətdən
uzun illər ərzində fəaliyyət
göstərmiş Naxçıvan-Gəncə
aviareysinin bərpa olunmasından başqa, Naxçıvan-Qəbələ, Naxçıvan-Lənkəran hava
marşrutlarının açılması
da fayda verə bilər.
Beləliklə, son 30 ilə yaxın
müddətdə blokada
şəraitində qalan
Naxçıvan Muxtar
Respublikası İqtisadi
Zonanın yaradılması
ilə nəinki blokada məngənəsindən
çıxacaq, hətta
ölkə və dünya iqtisadiyyatı şəbəkəsi ilə
qovuşmaq imkanları
qazanacaqdır. Bütün
bunlar isə Naxçıvanın sənaye
məhsullarının, xüsusən
mühüm əhəmiyyətə
malik olan Naxçıvan
duzunun, Badamlı və Sirab kimi
misilsiz mineral suların,
Naxçıvanın kimya
üzü görməyən
dadlı və təmiz meyvə-tərəvəz
məhsullarının dünya
bazarlarına, habelə
respublikanın paytaxtı
Bakı şəhərinə
əlverişli surətdə
daşınmasına, böyük
bazarların investorlarının
diqqətini cəlb etməsinə yol açacaqdır. Əldə
olunan real gəlirlər
Naxçıvan Muxtar
Respublikasının bütün
istiqamətlər üzrə
inkişafına öz
töhfələrini verməklə
bərabər, həm
də Azərbaycan Respublikasının dövlət
büdcəsinin zənginləşdirilməsinə
də xidmət edəcəkdir.
Təqdim
olunan Dövlət Proqramında "elektrik enerjisinin istehsalı və ixrac üzrə
mövcud potensialdan istifadə etməklə
yeni bərpa olunan enerji (əsasən günəş) stansiyalarının,
həmçinin istilik
elektrik stansiyalarının
tikintisi"nin ayrıca
konkret maddədə ifadə edilməsi heç də təsadüfi deyildir. Çünki Naxçıvan
alternativ enerji mənbələri baxımından
çox geniş təbii imkanlara malikdir. Coğrafiyaçı
alimlər və astronomlar çoxdan sübut etmişlər ki,
kontinental iqlimə
malik olmasına baxmayaraq,
il ərzindəki günəşli
günlərin sayına
görə Naxçıvan
regionu Azərbaycanda
ilk yerlərdən birini
tutur. Ona görə də Naxçıvanda günəş enerjisindən
istifadə etməklə
alternativ enerjini geniş miqyasda artırıb inkişaf etdirmək mümkündür.
Dövlət Proqramında
xüsusi olaraq günəş enerjisinin diqqət mərkəzinə
çəkilməsi Naxçıvanda
yaşıl enerjinin bu sahəsinin böyük həcmdə infrastrukturunun qurulacağından
xəbər verir. Eyni zamanda, qeyd
etməyi lazım bilirəm ki, alimlərimizin
hesablamalarına görə
Naxçıvan Muxtar
Respublikasının Culfa
şəhəri və
ətraf ərazisi küləkli günlərin
kəmiyyət göstəricisi
etibarilə ölkə
üzrə rekord imkanlara malikdir. Düşünürəm ki, Dövlət
Proqramının imkanları
hesabına Culfa rayonu ərazisində alternativ yaşıl enerjini küləkli günlərin potensialı
hesabına da daha da artırmaq olar. Dövlət Proqramında
nəzərdə tutulduğu
kimi, bərpa olunan alternativ enerjinin Naxçıvandan
Türkiyəyə və
oradan da Avropaya ixrac edilməsi çox real iqtisadi səmərə verə bilən böyük potensiyalın işə salınması deməkdir.
Uzun illər ərzində sərt iqlim şəraitində elektrik enerjisi qıtlığının əziyyətlərinə
dözümlü münasibət
bəsləməyi sınaqdan
çıxarmış Naxçıvan
Muxtar Respublikası üçün yeni tarixi
mərhələdə Avropaya
enerji ixrac edən bir regiona
çevrilmək ölkə
üçün də,
beynəlxalq münasibətlər
baxımından mühüm
əhəmiyyətə malik əhəmiyyətli hadisədir.
Qeyd etmək lazımdır ki,
çətin blokada səbəbindən Muxtar Respublikada turizmin imkanlarından çox
minimum səviyyədə istifadə
olunmuşdur. Halbuki, Naxçıvan Muxtar Respublikasında turizmin bir neçə sahəsi özünün
geniş imkanları ilə dünyanın bu sahə üzrə
ixtisaslaşmış ayrı-ayrı
ölkələri və
regionları ilə rəqabətə girə
bilər. Bu baxımdan
Dövlət Proqramında
Naxçıvan Muxtar
Respublikasında ən
müasir turizm infrastrukturunun yaradılmasının
yer alması regionun rəqabətəqabiliyyətli
mühüm turistik məkana çevrilməsinə
tam əsas verə bilər. Dövlət Proqramında öz əksini tapmış ekoturizm, sağlamlıq turizmi, qış və kənd turizmi diyarın inkişaf səviyyəsini
və simasını dəyişdirib inkişaf
etdirən ən mühüm faktorlardandır.
Naxçıvandakı qədim
Duzdağ mağaraları
dünyada burada olduğu səviyyədə
analoqu olmayan nadir sağlamlıq turizmi bazası hesab edilə bilər. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Naxçıvan Duzdağının
əhəmiyyətini aşağıdakı
kimi yüksək qiymətləndirmişdir: "Duzdağ... ölkəmizdə
təkcə saf və təmiz duzu ilə deyil,
həm də şəfalılıq xüsusiyyətlərinə
görə tanınmışdır.
Hələ Nuh-Nəbi
dövründən burada
duz çıxarılır.
Şöhrəti dünyaya
səs salan İpək Yolundan əvvəl Naxçıvan
ərazisindən Yaxın
Şərq ölkələrinə
Duz yolu uzanırdı... Qədim Naxçıvanın ən
möcüzəli yerlərindən
biri olan Duzdağın hər qarışında, dağında-daşında
tarixin sirli, sehirli izləri gizlənmişdir".
Müxtəlif dövrlərdə Naxçıvan
Duzdağı dünyanın
tanınmış şəxsiyyətləri
və elm adamları tərəfindən "Daş
dövrünün insan
məskənləri", "tarixdən əvvəlki dövrün duz mədənləri" (Skalon),
"dünya duzlu torpaq sisteminin mərkəzi dairəsi",
"daş duz formasiyasının nadir qatı"
(P.Şeremetyevski),
"gil dağının
özəyi", "tükənməz
duz mədənləri"
(K.Nikitin), "duzlu formasiyanın çox
nadir hallarda rast gəlinən ideal kəsimi"
(A.Marqolus) kimi dərin mənalı fikirlərdə dəyərləndirilmişdir.
Azərbaycan alimlərinin
də Duzdağa həsr edilmiş qiymətli tədqiqatları
vardır. Qədim dövrlərdə olduğu
kimi, hazırda da Azərbaycan əhalisindən başqa Türkiyə və
İran vətəndaşları da məhdud şəkildə olsa da Naxçıvandakı Duzdağ mağaralarının
imkanlarından istifadə
edirlər. Hətta sovet hakimiyyəti illərində Sovetlər
İttifaqının rəhbərlərinin,
Siyasi büro üzvlərinin Naxçıvan
Duzdağına gəlmək
niyyətləri, burada
onlar üçün
əlavə şərait
yaradıldığı barədə
rəvayətlər mövcud
idi. Bundan başqa, vaxtilə Səfəvi hökmdarı
Şah Abbasın da Naxçıvan Duzdağına gəlib burada müalicə alması, Duzdağda onun üçün duz saray düzəldilməsinə
dair əhvalatlarda da reallığın payı az deyildir.
Naxçıvan Duzdağının
cəlbediciliyini və
əhəmiyyətini nəzərə
çarpdıran bu misallar qədim tarixə malik olan Naxçıvan Duzdağında sağlamlıq
turizmini daha da genişləndirmək üçün əlavə
addımların atılmasına
əsas verir. Əvvəla, hazırda müalicə məqsədilə
istifadədə olan Duzdağ mağarası Duz mədəninin həmin mağarasının
yalnız bir hissəsini əhatə etdiyi üçün onun daha da
uzadılması və
genişləndirilməsi mümkündür.
İkincisi isə Naxçıvan Duzdağında
istifadəsi çoxdan
dayandırılmış və
hazırda istismarda olmayan başqa köhnə mağaralar da vardır ki, onlarda da
sağlamlıq surizm üçün münasib
şərait yaradıla
bilər. Ümumiyyətlə,
Naxçıvan Duzdağı
Azərbaycanın misilsiz
sərvətidir. Bəşəriyyətin
ilkin məskunlaşma
dövründən aşkar
olunub istifadə edilən Naxçıvan Duzdağı Azərbaycanın
qədim tarixini öyrənmək üçün
zəngin material verir. Duzdağdan tapılmış daş baltalar, çapacaqlar, duzəzmə əşyaları
və sair Naxçıvan Duzdağının
tarixlə zəngin bir mənbə olduğunu sübut edir. Bəlkə çoxları
üçün qəribə
olsa da, deməliyəm ki, Duzdağ ərazisində bir neçə axar su mənbəyi-kiçik
çaylar və bir neçə bulaq və hətta
bir şəlalə mövcuddur. Yüz hektarlarla ərazini əhatə edən Naxçıvan Duzdağında
kəhrizlər və
nadir bitki aləmi vardır. Bütün bunları nəzərə almaqla, gələcəkdə Duzdağ
Dövlət Təbiət-Sağlamlıq
Qoruğunun yaradılması
və həmin ərazidə yeni infrastrukturun qurulması ilə bu unikal
ərazinin turizm imkanlarını bir neçə dəfə genişləndirmək və
dünyaya təqdim etmək mümkündür.
Fikrimcə, dini
turizmin təşkili baxımından Naxçınandakı
Əshabi-Kəhf mağaraları
dünyadadkı bir neçə qəbul olunmuş müqəddəs
siyarətgahdan sonra ən mühüm inanc yeridir. Tanrıçılıqla islam
dəyərlərini özündə
cəmləşdirən Əshabi-Kəhf
dünyanın əsas
dini turizm mərkəzlərindən biri
səviyyəsinə qaldırıla
bilər. Tarix və mədəniyyət
abidələri vaxımından
xüsusi zənginlikləri
ilə seçilən
Naxçıvan diyarı
bu istiqamətdəki turizm sektorunun həcminin qat-qat artırılmasına şərait
yaradcaqdır. Ağbulaq
qış turizmi ilə Naxçıvanın
turizm imkanları daha da genişlənəcəkdir.
Deməli, "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı" qədim
diyarın müasir turzim imkanlarına da gur işıq
salır.
Hazırkı şəraitdə Dövlət
Proqramında öz əksini tapmış Türkiyənin Aralıq-Dilucu
məntəqəsindən - Ümid körpüsünə
qədər 18 kilometr
magistral qaz kəmərinin çəkilməsi
və muxtar respublikanın Türkiyənin
qaza şəbəkəsi
ilə birləşdiriliməsi
həm iqtisadi və həm də siyasi cəhətdən çox
böyük əhəmiyyətə
malikdir. Əvvəla,
bununla Naxçıvana
ixrac edilən qaza görə maliyyə ödənişlərinin
həcmi xeyli dərəcədə azalacaqdır.
Naxçıvanın Bakı-Tbilisi-Ərzurum
qaz kəməri şəbəkəsinə qoşulması
Azərbaycan qazının
ölkəmizin ayrılmaz
üzvi tərkib hissəsi olan bu diyara da
gəlib çatmasını
təmin edəcəkdir.
Ən əsası isə
İğdır-Dilucu-Sədərək qaz kəmərinin çəkilməsi
və istifadəyə
verilməsi ilə Naxçıvan maye qazdan istifadə baxımdan İran İslam
Respublikasından asılılıqdan
xilas olacaqdır. Son on ildə
bu sahədə qonşu ölkə tərəfindən yaradılmış
bəzi süni gərginliklər regionun qaz təminatı riskindən xilas edilməsinin zəruriliyini
nəzərə almağı
tələb edir. Bu baxımdan Naxçıvana qaz nəqlinin Türkiyə ərazisindən təmin edilməsi mühüm əhəmiyyətə malik
addımdır.
Əlbəttə, "Naxçıvan Muxtar Respublikasınən sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"
inkişafın müasir
səviyyəsi üçün
yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasına yeni bir tələbat doğuracaqdır. Azərbaycanın
ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetinin mövcud geniş potensialı burada istənilən yeni ixtisaslar üzrə kadrların hazırlanmasına
şərait yarada bilər. Dövlət Proqramının uğurla
həyata keçirilməsi
məqsədilə Naxçıvan
Dövlət Universitetində
xarici dillər, iqtisadiyyat, beynəlxalq münasibətlər, turizm,
menecment, muzeyşünaslıq
və sair kimi ixtisasların imkanlarının daha da genişləndirilməsini
tələb edir. Son illərdə Naxçıvan Dövlət
Universitetində böyük
uğurla həyata keçirilməkdə olan
genişmiqyaslı islahatlar
burada yeni dövrün mütəxəssis
hazırlığı tələbatına
ən qısa zamanda çevik münasibət bəsləniləcəyinə
və mühüm nəticələr əldə
ediləcəyinə dərin
inam yaradır. Dövlət Proqramındakı
Naxçıvan Dövlət
Universitetinin imkanlarının
daha da genişləndirilməsinə
dair müddəalar da muxtar respublikada
Dövlət Proqramının
həyata keçiriləcək
kadr potensialının
formalaşdırılması işinə nikbin baxmaq üçün tam əsas verir.
Xüsusən, Naxçıvan
Dövlət Universitetinin
nəzdində muxtar respublikada ilk dəfə olaraq ingilis dili təmaüllü
məktəbin açılmasının
öz əksini tapması yenidən ölkəmizə və dünyaya açılan Naxçıvanın ən
müasir tələblər
səviyyəsində təqdim
edə biləcək yeni nəsil mütəxəssislərin də
keyfiyyət dəyişikliklərini
indidən görmək
üçün bəs
edir.
Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və qısa müddətdə muxtar respublikada məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə regionda yeni bir inkişaf mərhələsinin başlanılması təmin edilmişdir. Qədim diyar bu gün özünün müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapmış genişmiqyaslı tədbirlər, böyük maliyyə tutumlu infrastruktur layihələri muxtar respublikanın daha böyük gələcəyini, uğurlu sabahlara aparan inkişaf ritmlərini bütün reallıqları ilə təqdim edir. Təqdim olunan Dövlət Proqramı vaxtilə Ulu öndər Heydər Əliyevin düşmən işğalından xilas etdiyi, yeni inkişafın möhkəm təməllərini atdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim böyük diqqət və qayğı ilə əhatə olunmuş Naxçıvan Muxtar Respublikasının çoxillik tarixində fərqli bir intibah dövrünün başlandığını bəyan edir. Heç şübhəsiz, qəbul edilmiş möhtəşəm Dövlət Proqramı uğurla həyata keçiriləcək və ölkəmizə daha böyük nailiyyətlər qazadıracaq, xalqımıza daha xoş günlər bəxş edəcəkdir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik,
525-ci qəzet.- 2023.- 21 iyun.- S.10-11.