Turan qalxır
ayağa
Yüksək Türk! Sənin
yüksəkliyinin hüdudu
yoxdur.
Mustafa
Kamal Atatürk
Mən Turan şairiyəm!..
Həqiqətin aşiqi,
Zəfərin dan yeriyəm!..
Mən Turan şairiyəm!..
Tanrının gur işığı,
Cənnətin Kövsəriyəm!..
Közüm köz olub mənim.
Sözüm söz olub mənim,
Çağlayan bir türküyəm...
Tarixlər yaşıdıyam,
Köküm çox dərindədir...
Onuncün də diriyəm.
Dünyası mənə ilk ev,
Göyü də qübbəm
olan
Kainatın piriyəm.
Azadlıq bayraqdarı,
Köləliyin qənimi,
Bəşəriyyət hürrüyəm...
Mən Turan şairiyəm!..
Mən Turan şairiyəm!..
lll
Əsr təlatümdədir, çırpınır
öz içində,
Turan qalxır ayağa indi başqa biçimdə.
Yerdən,Göydən müjdə
var ərənlər ərəninə:
"Bəşər səcdə
edəcək Turançılıq
dininə".
Bu din dinlər dinidir, gəlibdir yaranışdan,
Bu dinin hər ayəsi doğulubdur savaşdan.
İnsan,insanlıq üçün
savaşda olub hər an,
Ancaq bircə yol belə tökülməyib
nahaq qan.
Bu dinin peyğəmbəri
Alp Ər Tonqa Xaqandır,
Xaqanların xaqanı,Cahan içrə Cahandır.
O,Allahı bir görüb, Göyə Tanrı deyibdir.
Əyninə Tanrı rəmzi
göy libasın geyibdir.
Bilibdi
ki, göy rəngdə
bir yaratmaq eşqi var,
Yaradanın eşqindən yaranmışda
nəsə var.
İnsan
yaranışından yaradanın
quludur,
Onunçün də Yaradan ululardan uludur.
Bu ulu qüvvət verdi türkə hörmət,
ehtiram,
Türkü etdi dünyaya sahibi-natiq Quran.
Bir əliylə endirən, bir əliylə qaldıran
Türkün gücü edibdi
şərin mülkünü
viran.
Tanrı
türkü göndərib
ədalətin rəmzitək,
Dünyaya düzən gəlsin
türkün əliylə,gerçək.
Min illərdir türk oğlu Şərqin, Qərbin ağası,
Ulu türksüz olmayıb dünyanın toyu,yası.
Bütün başlar, başçılar
türkə səcdəyə
gəlib,
Türk
də kimin kimliyin çox ustalıqla bilib.
Bəlkə elə bununçün
Məhəmməd Mustafadan
Hökm
gəldi bəşərə:
"Türkə asi olmayın", söyləyibdi
Yaradan.
Harda bir türk yaşarsa,
demək, orda haqq yaşar,
Haqq olan yerdə isə ədalət coşub daşar.
Göy türk imperatoru böyük Bilgə Kağanın
Fərmanı dolaşırdı dünyanın
dörd bir yanın:
"Göydən göy çökmədikcə, Yerdən
Yer batmadıqca
Türk
törəsi pozulmaz, türk oğlu yatmadıqca".
Türkə çağırış etdi ərənlər əri Kağan:
"Ey türk,özünə
qayıt, sən özünə qayıtsan,
Daha ulu,möhtəşəm, daha böyük olassan"
Türk
özünə qayıdıb
elə yarandığından,
Qoruyubdu
bəşəri ölümdən,qırğın,qandan.
On altı imperiyanın, iyirmi dövlətin
Qurucusu türk olub, daha cəsur və mətin.
Tarix qansız, amansız, tarix qəddar, baş kəsən,
Bəzən İblisə uyub
fitnə toxumu əkən.
Ən qorxlu çağında, Çaldıran torpağında
Qardaş
qanı tökdürüb
türkün türk ocağında.
Tarixin dönəmində çox
iblislər doğulub,
Türkü türkə saldıran
bədxahlar da çox
olub.
Lakin türk öz türklüyün qoruyub
zaman-zaman,
Ona dönük çıxana
vaxtında uddurub qan.
Varaqla bir tarixi, türkə
dönük çıxanlar,
Hər əsrdə türk olan türkün öz öndəri var.
Türkün şanlı bayrağı,
bayraqdarı Atatürk
Söylədi:
"Türkün dostu dünyada türkdür elə ən böyük".
Bir ucu Gündoğandan,bir
ucu Günbatandan,
Halay qurub hay vuran türkdür gəlib bir qandan.
Kükrəyib çağlayanda atının
kişnərtisi,
Göylər də vəcdə
gəlib ucaldardı bu səsi.
İndi bu səs səs
olan "Bayraqdar"ın
səsidir,
Türkün türkə əvəzsiz
ən böyük töhfəsidir.
Türkün "Qızıl alması"
qalxanda göy üzünə,
Bir barış gətirəcək
dünyanın hər
üzünə.
Bu gün türkü yetirən, şərəf,
şöhrət və
şana
Türk
oğlu türk Ərdoğan daha sığmır Cahana.
O dönməz iradəli, məğrur, uca, yenilməz,
Vulkan kimi möhtəşəm,
dağlar kimi əyilməz,
Türkün türk qüdrətini
qaytardı öz-özünə.
Türkə kəc baxanların
bıçaq sancdı
gözünə.
Onun cəsarətində Yerin,
Göyün gücü
var,
Onun böyük amalı TURAN adlı bir diyar.
O bir Tanrı gücüylə qaldırmaqla
ayağa
"Türkəm" deyən
hər kəsi döndərdi ulu dağa.
Dağlar
dağa qovuşub yandırırlar çırağı,
Qaldırırlar göylərə Turan
adlı bayrağı.
O bayrağın önündə
dayanıb məğrur-məğrur
Mənim
Azərbaycanım, baxışında
min qürur.
Oddan keçib od olub od daşıyan
millətim,
Qalib, zəfər adıyla dünya gəzir şöhrətin.
Bu şöhrəti şöhrətə
mindirən türk qardaşım,
Qoy həmişə ucalsın
göylərə məğrur
başın.
İndi əlli milyonuq türk toplumu içində,
Əlli
milyonluq ordu yerin, göyün gücündə.
Qazax, qırğız, özbəyin
azadlıq amalına
Qoşulub türkmən, uyğur
bir Turan cəlalına...
...Turan qalxır ayağa, başlayır Türk erası ,
Bundan sonra bitəcək "böyüklərin" qovğası.
Çin
səddi yaxşı bilir türkün böyüklüyünü,
Bilir türklə açılıb
dünyanın hər
düyünü.
Daha kimsə kimsəyə
"mənəm, "mən"
deyə bilməz,
Türkün həddi olmadan özlərin öyə bilməz.
Onda bəşər biləcək
yaşamağın dadını,
Onda hər kəs biləcək öz nəslinin adını.
Biləcəklər dünyada, sən demə, həqiqət var,
İnsanı insan edən ədalət, ləyaqət
var.
Çəkiləcək ayağı
"tülkü siyasilərin",
Hər kəs Haqqın önündə tapacaqdır
öz yerin.
Dünya
türk işığıyla
süslənəcək günbəgün,
Başlanacaq dünyada yeni mizan, yeni gün.
O günün hərarəti qızdıracaq
hər kəsi,
Tutacaqdır dünyanı insanlığın
haqq səsi.
Turan qalxır ayağa, sayalı olsun adı,
Kəsiləcək göz yaşı-insanlığın
fəryadı.
Turan qalxır ayağa, bunu Yer, Göy
də bilir,
Dünyaya yeni nəfəs, dünyaya
işıq gəlir.
Turan qalxır ayağa!...
Dünyaya Turan gəlir!...
Dünyaya iman gəlir!...
Dünyanı quran gəlir!...
Xanəli KƏRİMLİ
525-ci
qəzet.- 2023.- 23 iyun.- S.15.