Güneydən ucalan vətən harayı: Məsud Haray poeziyası
(Əvvəli ötən sayımızda)
İstiqlal şairimiz Bəxtiyar
Vahabzadə "Çağırır
indi bütün milləti imdada Vətən, Dəyişilməz,
ey oğul, cənnətə dünyada
Vətən" misraları
Məsudun içini qarsan bir yanğı,
sevgi ilə "Sənə qurban!" Vətənə - Güney
Azərbaycana sunduğu
"Mən səni sevmişəm, Vətən!"
şeirinin peambulasıdır
sanki...
And içirəm bayrağına,
Ürəyindəki yağına.
Baş qoyaram ayağına,
Mən səni sevmişəm Vətən!
Adım
Haray, sənə qurban,
Şərafətim səndən nişan.
Vətən, mənə, mənə
inan,
Mən səni sevmişəm, Vətən!
"Qar yağanda Xoya, Qulaqlarım üşür, Bırnım
ucu göynür, Şeir barmaqlarım ucunda buz bağlayır.
Qanadları qırov bağlayan sərçələri
düşünüb Urmudakı
qarğalara dən səpməliyəm", - deyən
Məsud Haray üçün bütün
dərdlərin dərmanı
adını böyük
hərflərlə yazdığı
Vətəndir. Bu Vətənin
baş şəhəri
olan Təbriz isə onun üçün
müqəddəs bir
məkan, ictimai-siyasi hadisələrin, milli azadlıq
uğrunda aparılmış
savaşın, inqilabların
beşiyidir... Təbriz
onlar üçün
bütün Azərbaycan
deməkdir, Azərbaycan
isə Təbriz! Şeirlərində Pekin, Paris, London, Frankfurt və İstanbul kimi şəhərlərlə qiyaslanan
Təbrizin tarixi yerlərindən, siyasi və mədəni hadisələrin mərkəzi
olmasından, xarici müdaxilələr, daxili
çəkişmələr üzündən əsrlərdən
bəri yaşadığı
acılı-şirinli günlərindən
bəhs etmək hər bir Güney
şairinin sanki baş görəvidir. Sevgi şeirlərində belə Təbriz əsas obraz kimi canlanır, ürəyi yaralı, ağaclarının kökü
qanla suvarılmış,
"dodaqları" qanlı,
ötəri, əlbəttə
keçici sükutundan
darıxan, səbrsizləşən
Təbriz! Məsudun şeirlərində isə
Təbrizlə türkün
əzəli və əbədi, ilk beşiyi Urmu və doğulub
boya-başa çatdığı
doğma şəhər
- Xoy qoşalaşır.
Hətta bəzi şeirlərində bu qutsal qoşalaşmaya Qarabağımız da qatılır.
Vətənin Güneyi
ilə Quzeyi arasında heç bir ayrım yapmayan Vətən daşının vətənpərvərlik,
yurdsevərlik qonulu şeirləri sanki Vətəni sevməyin, doğma yurda öləsiyə aşiq olmağın hava, su kimi gərəkliyini
aşılayan, öyrədən
ibrətamiz bir dərs təsiri bağışlayır: "Urmu-Qarabağ"
şeiri bu qoşalaşmanın ən
bitkin və gözəl örnəyidir:
Gül varkı ada düşər.
Meyvə
var dada düşər.
Urmuda dolananda
Qarabağ yada düşər.
Urmunun dənizi var.
Dənizdə qan izi var
Qızlarının alnında,
Qarabağ bənizi var.
Dağların lalasıyam,
Babəkin qalasıyam.
Urmulu demə mənə,
Qarabağ balasıyam...
Göründüyü kimi, şeirlərinin başlıca
qayəsi, amacı vətəndir Məsud Harayın... Susdurulmuş,
qubarlı könüllərdə
fəryad edən mahnıların tərənnümçüsüdür.
Öksüz qalmış,
əsir düşmüş
bir millətin özgürlük arzularını
dilə gətirən
şair illər boyu bu hədəfə
yetmək, yurdunda üçrəngli, aylı-ulduzlu
milli bayrağı yüksəldiyini
görmək diləyi
ilə qələmə
sarılıb. Onun zülmə, zülmkara qarşı bir üsyan səsi, hayı, harayı olan şeirləri millətinə, içində
yorğun düşən
arzılarına "Ayağa
qalx!" nidasıdır.
"Dəniz və
tale" şeirində artıq
ağlamaq zamanı deyil, əksinə, hətta qəbirlərdən
tarixi qəhrəmanlarımız
belə ayağa qalxaraq imdadımıza yetməlidir diləyi boy verir:
Dalğalanacaqdır dəniz tozuna, duzuna
Və göynəmək düşəcək
yapraqların ətəyinə.
Qızaracaq bütün aşiqlərin
göz bəbəkləri,
Oy bə... Dərdin alım, Vətən!
Sənin
gözünə düşən
çöp süngüdür
ürəyimə.
Artıq
ağlamaqla təskin etməz dərdimizə...
Dərmanımız isə üsyanımız.
Cəngi
Koroğlu çalmalı
ozanlar,
Qəhrəmanlar qalxmalı qəbirlərindən.
Dənizimiz gözümüzdür quruyur,
Və gözümüz taleyimizdir
ağlayır.
Urmu şairin hər an sızıldayan, heç vəchlə köz tutmayan könül yarası, hələlik əlacı bulunmayan dərdidi. Urmu gölü nadanların korluğu, türk düşmənçiliyi üzündən
qurudulur. Suyu quruyan göl arxasında böyük bir ərazini qapsayan duzlaq qoyub günəş kimi qürub etməkdədir. "Günəş
batarkən" şeirində
şair təptəzə
bənzətmə və
metaforlarla prosesin ağlı başdan alan, etkiləyici mənzərəsini cızır.
Günəşin qızılı
saçları torpağın
saçlarını darayır,
şoranlıqda yarpaqlara,
ağaclara sürtülərək
sürünən qızılı
saçları duz təbəqələri ağappaq
boyayır, şairsə
günəşin qocaldığını
sanır. Halbuki Urmu gölü tumarlamışdı doğanın
əsrarəngiz gözəlinin
saçlarını və
onlar yavaş-yavaş
bəyazlanmışdı. Sənətkar ustalığı
ilə yaradılmış
bədii təsvir vasitələrinin şeirə
bəxş elədiyi
böyük məna birbaşa yaddaşlara millənir:
Günəş batarkən saçlarını
darayırdı topraq.
Sürtülürkən saçları yarpaqlara, budaqlara,
Sürünürdüm mən də o qızıl saçlı peşində.
Bir an, saçları ağardı,
Qocaldı sandım
günəşi.
Amma o qocalmamışdı,
Yalnız
saçlarını Urmu
gölü tumarlamışdı...
İçində duyğularını boğan bir şair olduğunu deyənlərlə razılaşmır
və özümü
öylə sanmır və etiraf edir ki, təklikdə qaldığı anlarda və yuxularında bu duyğular onu ağladır. Bu duyğular ürəyinə
umud işığı
bağışlayır. Dirənməyimə
güc qatır. Bir çox şeirləri üsyankarlığından qaynaqlanır
və milli mücadilə
verirkən ağlına
gəlir. Belə məqamlarda ağlına gələnlərsə duyğularının
süzgəçindən keçərək
şeirə dönüşür.
Bəzən də etiraz sədalı duyğularından qaça
bilməyəndə başdan-başa
savaş ruhlu şeirləri ortaya çıxır. "Daha
doğrusu, çevrəmdəki
anlayışları gözdən
keçirmiş olursam
əgər, onlar mənə: "Sən öncə bir türk millətçisi,
sonra şairsən!"
- deyirlər" gerçəyi
Məsudun qırx beş illik yaşamının və
"Güney Azərbaycanda
Dirəniş ədəbiyyatı"nın
yaranmasında böyük
rol oynayan şeirlərinin leytmotividir...
Bu gerçəyin ən
bariz ifadəsi onu doğma yurd-yuvasından didərgin
salan rejimin ölkəsində hökm
sürən istibdadın
at oynatması sonucunda
Güney Azərbaycandakı
mövcud durumu anladan "Burada" şeiridir:
...Burada,
Çərşənbə axşamında oynayamazsan!
Oyuna tutarlar səni və atəşlərə.
Səni,
xəyallarınla və
inamlarınla oynayarlar,
Burada yazdıqlarına silah deyə.
Qurşun
deyə, atom deyə suç sanarlar.
Burada
her şey bildiyin kimi deyil, gülüm!
Yalnız...
Bilmədiyin kimidir.
Bura itginlikdir və hərbə qadağa,
Bura yer kürəsinin adsız məmləkətidir...
Hər bir şair inandığı
və inanmadığı
nələrisə anlatmağa
çalışır. Rəssamlar
rəsmlərində, musiqiçilər
və bəstəçilər
musiqi əsərlərində,
yazarlar isə öykü-hekayə, roman tərzində
anladırlar bu nəsnələri... Şairlər
də içindəki
fəlsəfi qavramları
şeirləri və yaşadığı anılarında
anladırlar. Şair öz iç və dış dünyasını kəndi
gözündən, ağlından
və duyğusundan anladırsa, demək ki, o şairin fəlsəfəsi
şeirləridir. Məsud
Haraya görə bir şair filosoflardan
daha öncə fəlsəfə tapıntılarını
bilir və xəyalın əfsanəvi
qanadlarıyla o bürüşük
dünyada uçur, üfüqlərini müəyyənləşdirir,
bundan sonra isə duyduqlarını, dərk etdiklərini oxucularına anladır.
Nəhayət bir gün Günəş doğar...
Xəyal
etdiyim arzuların cocuğunu
Və
35 yüz ildən sonra
124 min peyğəmbərimiz adına
Tozumuzdan,
darmadağın tutağımdan kərpicləri
Bişirər günəş kürəsində...
O, əski kanonlarla, ənənəvi şeir qəlibləri ilə yaxından tanışdır,
həm də modern və postmodern şeirin texnikasına bələddir.
Ancaq hər iki tərzdə sevilən şeirlər yazmasına baxmayaraq çox zaman muxatəbi, yəni oxucunu, onun zövqünü və düşüncə
səviyyəsini, hansı
konulu şeirlərlə
onu eyitməyin, gəlişdirməyin mümkünlüyünü
düşünür. Klassik
ədəbiyyatımızın təməlində qurulan modernizmi ən doğru yol sayır. Ancaq bu yolun özü
də köklərdən
rişələnməlidir və bu kök
məhz klassik ədəbiyyatımız olmalıdır.
Başqa millətlərin
söz sənəti örnəklərini, eləcə
də dünya ədəbiyyatını yamsılamalarla
ədəbiyyatımız asla
modernləşə bilməyəcəkdir.
Dünya günbəgün
modernləşir, insanlar
da öyləcə - az
və ya çox dərəcədə
modernləşməyə doğru
gedirlər... Hətta
insanların arzuları,
bəkləntiləri və
yuxuları belə modernləşir - düşüncəsi
ilə yazıb-yaradan
şair özünün
də bu qafilənin arxasında, çiyinbəçiynində də
yox, tam önündə
yer tutmalı olduğunun fərqindədir.
"Qadın" adlı modern
şeirində olduğu
kimi: düşüncələr
yeni, əski qavramlara,
ənənəvi kanonlara
yanaşmalar belə
yeni...
Qadın
damarlarda dolanan,
ürəkləri dolaşan qandır,
Güllü-çiçəkli
dolaşıqdır.
Qadın anamdır,
qucağı əmin-amanlıqdır.
Qadın bacımdır...
saçları meh yelidir,
Qızmar ruzgarda
sərinliyimdir.
Qadın topraqdır,
köksündə cücərdir həyatı.
Qadın şeh
muncuğudur.
Qadın sənsən
- ən gözəl şairanəliyim...
Bir qəfəsdən
qurtulmuş quş kimi dünyanı gəzmək niyyəti ilə Güney Azərbaycan şeiri üsyankar və mücadiləsevər bir yolda yürüyür. Fərqli rüzgarlarda uçur. Sağa-sola vurur. Normal hallarda
deyil. Həyəcanlanır,
düşür, qol-qanadı
qırılır, qalxır.
Ancaq uca göyün, səmanın
ənginliklərində gəzməyi
də unutmur. Dalğalar qoynunda uyuyan gəmiyə bənzəyir. İstismar
caynağından qurtulmaq
istəyən bir böyük həyəcandır
Güney şeiri. Bu şeirin duyğuları hər an biri ilə
savaşmaqdadır. Heç
bir normal axınla qane olmayan Məsud Haray oraya çatmaq
üçün qarşıda
çox yolun var olduğunu düşünür. Ona bu yolları bulmağı və əbədi yolçusu olmağı diləyirəm...
"Quşun və şeir" yasaqlar, qadağalar damğasına boyun əyməyən bir şairin vətəndən
uzaqda, qardaş Türkiyənin baş şəhəri Ankarada işıq üzünə
çıxan və yağılar əlində
əsir düşmüş
ana yurdu Güney Azərbaycanın
bağımsızlığına sunduğu ilk kitabıdır. "Duraq"
şeirində anlatdığı
kimi, sarmaşıq kimi duyğularına, ürəyinə dolaşan
yollar onu ulu Şəhriyarımızın
da qürurla öydüyü, "Bura
Jon Türkiyənin paytaxtı, Atatürk intixabı Ankaradır"
- deyib vəsf elədiyi Ankaraya gətirib çıxarıb.
Yasaqlar, qadağalar üzündən yurdundan perik düşən Məsud Haray iki sevgi durağının
tam ortasında dayanıb bu gün...
İlk durağım
Urmu - İstanbul isə,
Son durağım böyük
Türk Dünyası...
olacağına əminliyini şeirlərində
yansıdan şairin:
Qar yağınca Ankaraya,
Urmunun havası köksumə dolar.
Və gözlərim,
O günlərin həsrətinə
şərab ağlar,
-
Özləmini kim duymaz ki?! Ötəsini düşünmək
mümkünsüz!
Esmira
FUAD
525-ci
qəzet.- 2023.- 23 iyun.- S.14.