Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət  

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Habsburqların hakimiyyətə gəlməsi

Lakin Babenberqlərin yaxşı taleyə malik olması uzun çəkmədi. VI Leopold 1230-cu ildə öldü onu, oğlu II Fridrix əvəz etdi, onda isə atasında olan diplomat siyasətçi qabiliyyəti yox idi. O, mübahisə etməyi sevən Fridrix kimi tanınırdı. Öz qonşuları ya imperator ilə danışıqlar apardı. Şərqi Avropaya müdaxilədə imperial - papalıq münaqişəsində hersoq II Fridrix fəaliyyət göstərməli oldu həm imperator, həm papa oxşar qaydada ona diqqət göstərdilər. 1246-cı ildə hersoq II Fridrix macarlarla vuruşda öldürüldü. Onun kişi cinsindən olan heç bir varisi yox idi. Bir neçə onillikdən sonra böhran vəziyyəti müharibə dayandı, bu vaxt digər bir sülalə region siyasətində öz yerini tutmağa qadir oldu. Bu mürəkkəb oyunda məhz Habsburqlar öz ustalıqlarını göstərdilər.

Həmin dövrdə Müqəddəs Roma imperiyasında vəziyyət heç pis deyildi. 1212-ci ildən 1250-ci ildə ölənə qədər II Fridrix 38 il ərzində imperator kimi əsasən uğurlu fəaliyyət göstərmişdi. Babası I Fridrix Barbarossa da buna bərabər olan müddətdə imperator tacını daşımış, 1190-cı ildə Səlib yürüşü vaxtı Fələstindəki çayda çiməndə batıb ölmüşdü. Müqəddəs Roma imperiyası öz başlanğıcını 962-ci ildə Almaniyanın Sakson kralı kimi tanınan I Ottonun ordu ilə Romaya daxil olduqdan sonra, papanın onu taclandırmasından götürür. Bununla alman xalqının Müqəddəs Roma imperiyasının bünövrəsi qoyulmuşdu.

II Fridrix əvvəllər, üç yaşı olanda Siciliya kralı, 18 yaşında isə Almaniya kralı imperator olmuşdu. Onun imperator fəaliyyəti ziddiyyətlər bolluğu ilə seçilirdi. həm , o, çoxtərəfli istedad sahibi idi, bir sərkərdə, dövlət xadimi, qanun yaradıcısı alim kimi tanınırdı. Onu tarixçilər "dünyanı dolaşan Fridrix" adlandırırdılar, həm qəribəlikləri təqlid etməklə seçilirdi. Ümumi qaydalara rəyə məhəl qoymamasına görə onu həm dinsizlikdə, həm hətta müsəlman olmaqda ittiham edirdilər. Onun öz dövrünə xas olan qaydaların dağılmasının toxumunu səpmək cəhdlərini inkar etmək olmaz.

1228-ci ildə o, VI Səlib yürüşünə başçılıq etmiş Misir sultanının razılığı ilə Yerusəlimin kralı kimi taclanmışdı. O, şəhəri vuruşsuz ələ keçirmişdi. Həm digər Səlib yürüşlərindən fərqli olaraq, papanın dəstəyindən istifadə etməmişdi. Şəhəri tərk etdikdən sonra isə, Yerusəlim Misir sultanı ilə ittifaqa girən türk qrupu tərəfindən tutulmuşdu.

Onun fəaliyyətinin ən uğurlu tərəfi Yerusəlimi ələ keçirməsi hesab olunur. O, sadəcə müraciət etməklə, qalib gəlmək üsulunu seçmişdi, Müqəddəs şəhəri müsəlmanlardan geri almışdı. Bu nailiyyətinə baxmayaraq, axırda lənətlənməli olmuşdu.

 

Fridrix Yerusəlimin axırıncı xristian kralı oldu, bir müddət şəhəri idarə etmişdi. II Fridrixdən sonra İtaliyanın özündə krallıq yoxa çıxdı. O, heç dövrünün adamı deyildi. Papalıqla gərgin münasibət saxlamaqda da babası I Fridrix Barbarossaya bənzəyirdi. O, həm özünün dinsizliyinə, şəxsi pozğunluğuna, barbar qəddarlığına görə tanınırdı. Bəlkə bu onun əcdadlarından gəlirdi, onlar yarı alman, yarı norman idilər.

1278-ci ilin avqustunda german kralı I Rudolf Habsburqun ordusu Bohemiya kralı Otakarın qüvvələrini Vyananın şimal-şərqində məğlub etdi. Vuruş səhnəsi Avstriya tarixində dönüş nöqtəsi olmaqla, bu hadisə Habsburqları Avstriyanın hökmdarı etdi. Həmin vaxtdan 1918-ci ilə kimi Avstriya tarixi, sülalə siyasətinin nümunəsinə çevrildi. Habsburq ailəsi tezliklə imperiya hökmdarı kimi ilahi hüquqa yiyələndi qəti şəkildə dünya ağalığına iddia etdi. Habsburq kosmosunda Avstriya bəzən təkcə kiçik bir element rolunu oynayırdı. Ona görə indiki Avstriya Respublikası, tarixi imperiya ilə müqayisədə tsiklopa bənzəyən nəhəngin, karlik tipli bir törəməsini yada salır. Habsburqların hakimiyyətə daxil olması Avstriyanın sonralar demək olduğunu göstərdi, həmçinin onun qitədəki mövqeyini , böyüməyə doğru dəyişdirdi.

Onlar şimalda Bavariya torpaqları ilə birlikdə Baltikadan Adriatik dənizinə qədər olan bir imperiya qurşağının meydana gəlməsinin astanasında idilər. Bu, yeganə mümkün olan hal idi ki, 1250-ci ildə ölən imperator, Hohenştaufen sülaləsindən olan II Fridrixdən sonra xaosun bürüdüyü imperiyada tənəzzül baş verdi. Bu, german hökmdarları üçün dərman rolunu oynadı. 1273-cü ildə bu, imkan verdi ki, onlar german kralı Rudolf Habsburqu, Otakarın özünü namizəd göstərməsinə baxmayaraq, imperator seçə bilsinlər

I Rudolf 1250-ci ildən sonra itirilmiş imperial hüquqlarının bərpası siyasətini aparmağa başladı. Rudolfun qüvvələrinin qələbəsi isə ona Avstriyaya da iddia etməyə imkan verdi.

Avstriya torpaqlarının ələ keçirilməsi Habsburq ailəsi üçün başlıca addım idi. Onlar İsveçrə sərhədinə qədər olan ərazilərə nəzarət edirdilər, bu torpaqlar "Habich- tsburg" - "Quzğun istehkamı" adlanırdı. Ailə Cənubi German Şvabiyasında görkəmli torpaq sahiblərinə çevrildilər. Rudolf, Habsburq ərazisini şimala doğru xeyli genişləndirdi, bu isə Orta Əsrlər Avropasında mühüm geosiyasi nöqtələr idi artıq imperial siyasətdə öz vəznli rolunu göstərə bilmişdi. Beləliklə, I Rudolf Habsburq sülaləsinin banisi oldu. Babenberq ərazilərinin ələ keçirilməsi isə hakimiyyətlə yanaşı, həm yeni yaranan sülalənin nüfuzunun əhəmiyyətli dərəcədə böyüməsi demək idi.

O, çox istəyirdi ki, Vyana Bohemiyanın paytaxtı olan Praqanı ötüb keçsin, onun bu arzusu xeyli müddətdən sonra reallaşdı.

1282-ci ildə Rudolfun böyük oğlu Albrext yeganə varisliyə yiyələndi. Gənc hersoq özünü həm imperator tacında görürdü. Lakin onun imperator seçilməsi baş tutmamışdı. Elektor hökmdarlar (seçmək hüquqü olan kurfyurstlar) VII Henri Lyuksemburqlunun Rudolfun həqiqi varisi olmasını sübut etmək naminə, digər bir sülalə seçdilər.

Hersoq Birgözhü Albrext adlanırdı, Onu zəhərləmişdilər, həkimlər zəhəri bədəndən çıxarmaq üçün onu başı aşağı asmışdılar, bunun hesabına onun bir gözü çıxmışdı.

Həmin Henri 1313-cü ildə öləndə Habsburqlar imperial mantiyasının yenidən əldə etməyə cəhd etdilər. Lakin Habsburqlardan olan Fridrix seçkidə qalib gələ bilmədi, çünki o, yalnız adına görə kral idi, real hakimiyyət isə onunla birgə hökmranlıq edən Lyudviqə məxsus idi. Ataları Fridrix 1330-cu ildə öləndə iki gənc qardaş - II Albrext Otto Habsburq hökmdarları oldular.

II Albrext yəhudilərin himayəsinə sığınsa da, onun dövründə ilk yəhudi qırğını baş verdi. Albrext fərman verdi ki, yəhudi ailələrindəki 15 yaşına qədər olan uşaqlar valideynlərindən ayrılıb, xristian kimi xaç suyuna çəkilsinlər. Onun hakimiyyəti 1348-49-cu illərdə Qara Ölümü - Taun pandemiyasını da gördü.

 German kralı, öz qayınatası IV Karlın 1356-cı ildə dərc etdiyi "Qızıl bulla" adlanan qanununu yeni hersoq IV Rudolf kodifikasiya edərək, 1359-cu ildə, onun əsasında yeni sənəd qəbul etdi. Vaxtilə imperator I Fridrix Barbarossanın Babenberq hersoqlarına verdiyi imtiyazlara görə imperiyada Avstriyanın statusu xeyli böyümüşdü. Hersoq IV Rudolf ilk dəfə Avstriya hersoquna gələcəkdə  ershersoq titulu veriləcəyini elan etdi. Rudolfun məqsədi imperatoru seçən yeddi elektor-hökmdarlarla Avstriya hersoqunun müqayisə edilməyə imkan verən bir statusa nail olması idi. Bundan ötrü o, saxta sənəd düzəltdi ona XII əsrdə,  1190-cı ilə qədər 38 il ərzində Müqəddəs Roma imperatoru olmuş I Fridrix Babarossanın da imzasını qoydu. Bir əsr sonra, 1453-cü ildə  həmin sənədlə  III Fridrix Avstriyada regent olmaqla, nəhayət ershersoq titulu ilə tanındı. O,  imtiyazların yenidən möhkəmləndirilməsi qaydasını qəbul etdi. O, ilk Habsburq idi ki, Müqəddəs Roma imperatoru seçilmişdi. Ona Şişman Fridrix deyirdilər. O, həm sülalə üçün böyük əhəmiyyət daşıyan Fridrix Barborassanın guya imzaladığı saxta sənədi təsbit etdi. Onun ambisiyaları imkanlarından, gücündən böyük idi, lakin məhz onun dövründə Habsburqlar mənşəcə Aleman Şvabları olsalar da, özlərini "Avstriyanın ağaları", hökmdarları kimi göstərdilər.

II Albrextin varisi olan böyük oğlu IV Rudolf (1358-1365-ci illər) öz atasının siyasətini davam etdirirdi, Şvabiyada Habsburqların mövqelərini bərpa etdi Avstriya torpaqlarında icra hakimiyyətini vergi sistemini islahata uğratdı. Müqəddəs Stefen kilsəsini yenidən tikməklə, özünə "Banis" ləqəbi qazandı. Vyanada universitet yaratmaqla, o, alman kralı IV Karlın 1348-ci ildə Praqa universitetinin əsasını qoymasına cavab verirdi. İlk Vyana universitetinin əsasını qoyduğuna görə, bu təhsil elm ocağı "alma-mater Rudolfina" adlanırdı.

IV  Rudolf Alp dağları ətrafında öz mövqelərini möhkəmləndirmək üçün Milan hersoqları olan Viskontilərlə nikah ittifaqına girməyi planlaşdırırdı. Milanla, Bohemiya ilə həmçinin Macarıstanla sülalənin ittifaqları Habsburq ambisiyalarına hətta daha möhkəm baza yaratmışdı. Lakin Rudolf Milana səfər edərkən yolda, 27 yaşında öldü, o, bu vaxt qardaşının Viskontilərin qızı ilə nikah mərasiminə gedirdi.

 Onun qardaşları III Albrext III Leopold birgə hökmranlıq edirdilər, onun uğurlu siyasətini davam etdirirdilər.

Avstriya böyük ilahiyyat alimi, din islahatçısı kimi məşhurlaşan, çex Reformatsiyasının ideoloqu olan Yan Husun ardıcıllarının müharibələrinə cəlb olundu. Axı Yan Hus katolik kilsəsinin qərarı ilə 1415-ci ildə Konstansada (indiki Rumıniyada şəhərdir) tonqalda yandırılmışdı. O, hələ Martin Lyüterdən bir əsr əvvəl kilsə pozğunluqlarına, Roma papalarının sui-istifadələrinə qarşı mübarizə aparmışdı.

Hus tərəfdarlarının başladıqları qarışıqlıq Avstriyanın şimalına da gəlib çıxmışdı. XV əsrdə həm Osmanlı türklərinin müdaxiləsi şəklində təhlükə meydana çıxdı. Hersoq V Albrextin ölümü türklərə qarşı kampaniya ilə eyni vaxta düşdü. Osmanlı türkləri Avropanın cənubi-şərqinə gəlib çıxmışdı. Hələ 1389-cu ildə Kosovo çölündəki döyüşdə türklər serblər üzərində qələbə çalmışdılar.

Osmanlı türklərinin Bizans imperiyasını məhv etdikdən sonra Avropadakı işğallarına onlarda daha geniş həvəs yarandı. Türk sultanı 21 yaşlı Mehmet Fateh 1453-cü ilin 29 mayında Konstantinopolu işğal edib, paytaxtını Adrianopoldan, artıq İslamın şərəfinə İstanbul adlandırdığı bu şəhərə köçürdü. Bu nailiyyətinə görə Mehmet Fateh Osmanlı imperiyasının banisi hesab olunur. Yeni imperiya keçmiş Şərqi Roma ya Bizans imperiyasını məhv etdikdən sonra, onu daha geniş ölçülərdə bərpa etməyə çalışırdı. Ərazi işğalı iştahı getdikcə daha da artırdı. 1520-ci ilə qədər taxt-tacda olan sultan Səlim Yavuz  diqqəti Şərqə verib, iri əraziləri tutduğu halda, onu əvəz edən oğlu sultan Süleyman Kanuni nəzərlərini Avropaya dikdi onun yürüşləri buradakı xristian dövlətləri üçün qorxulu təhlükəyə çevrildi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 24 iyun.- S.22.