Hər qaranlığa bir az işıq...
"İNDİ CƏMİYYƏT YIĞILIB
QALAN EMOSİYALARI AŞKARA ÇIXARMAQ FAZASINI YAŞAYIR"
Müsahibimiz şəxsi inkişaf
kouçu, "Mind Academy MMC"nin
təsisçisi, rəhbəri
Gülgün Quliyevadır:
- Gülgün xanım, öncə ondan başlayaq ki, kouçluq nədir və özəllikləri nədən
ibarətdir?
- Məsləhət alan ilə mütəxəssis
arasında razılaşdırılmış
ortaqlıq münasibətidir
kouçluq. Şəxsi
və ya professional sferada ortaya çıxan qeyri-müəyyən,
qarışıq mühitlərdə
kouç məsləhət
alanı - Türkiyə
türkcəsində bu,
"danışan" kəlməsi
ilə ifadə edilir - ilhamlandırır,
ən üst potensialını kəşf
etməsi, ortaya çıxarması üçün
kömək edir, düşünməyə və
yaratmağa vadar edir.
Kouç
hər zaman qarşısındakını
güclü, bacarıqlı,
potensialı yüksək
fərd olaraq görür və onun bu fərqindəliyə
gəlməsi üçün
yol yoldaşlığı
edir. Biz mütəxəssislər
ən güclü qaynağın insanın özündə olduğuna
inanırıq və doğru suallar, doğru kommunikasiya ilə onun içindəki
gücün fərqinə
varmasına fürsət
yaradırıq. Kouçluq
öz içində bir neçə qola ayrılır: şəxsi inkişaf, ikili münasibətlər,
biznes, qrup (komanda), idarəçi kouçluğu bu qəbildəndir.
- Bu sahəni seçməyinizdə
başlıca səbəb
nə oldu?
- Düzünə qalsa, mən onu seçməzdən
çox əvvəl
o məni seçmişdi.
Lap erkən uşaqlıq
illərindən müşahidə
etməyi, mümkün
variantları dəyərləndirməyi,
davranış və hadisələrə məntiqi
açıqlama tapmağı
çox sevirdim. Əlbəttə, bütün
bunlar öncəliklə,
dinləmə bacarığı
tələb edirdi. Kouçun ən önəmli keyfiyyətlərindən
biri məhz dinləmə bacarığı
hesab olunur. Zamanla ətrafımdakı
hamı üçün
"müraciət butonu"na
çevrildim. "Onu
necə edim?",
"Bu yolu seçsəm,
necə olar?",
"Səncə, mən
hansı işdə uğur qazanaram?" kimi suallar məni
ünvansız ekspertə
çevirmişdi. 2017-ci ildə
anladım ki, ən çox zövq aldığım məşğuliyyət
məhz insanlarla ünsiyyət və inkişafına dəstək
olduğum sahələrdir.
Beləcə, 2018-ci ildə
Türkiyənin İzmir şəhərinə
müvafiq istiqamət
üzrə təhsil almağa yollandım. Sertifikasiya proqramım tamamlandığı gündən
etibarən bu sahə üzrə fəaliyyətə başladım.
- Kouçun psixoloqdan nə kimi fərqi
var?
- Bir neçə bariz fərq var arada. Psixoloq keçmişlə,
kouç gələcəklə
çalışır. Psixoloq
psixoloji pozuntular, kouç isə sağlam psixologiyaya sahib insanla çalışır.
Psixoloq, qəbulunda olan insanı pasiyent, xəstə adlandırır və patoloji aspektləri dəyərləndirir, kouç
isə fərdin potensialına köklənir
və yeni vərdişlərin
inşasına dəstək
olur.
- İşinizin ən sevdiyiniz tərəfi nədir?
- Təbiətim etibarilə
qəlibləşmiş sistem
insanı deyiləm. Mənə görə hər an, hər şey dəyişir. Çalışdığım sahə bu yeniliyi
qəbul edir, geniş tətbiq edir və hər
zaman "daha yaxşı
nə ola bilər?"
sualı üçün
yer açır. Bu nüans sadəcə məsləhət alanların
yox, mənim də yeniliklərlə ayaqlaşmağıma, daha
çox araşdırmağıma
və öz xidmət sahəmi gücləndirməyimə imkan
yaradır. Həm prosesdən, həm nəticədən zövq
almaq imkanı da bonus kimi gəlir.
- İnsanlarla işləməyin
asan və çətin tərəfləri
nələrdir?
- Bəlkə mübaliğə
kimi səslənə
bilər, amma işimin çətin heç bir tərəfi yoxdur. Mən kimliyindən asılı olmayaraq, bir insanla çalışmağa
başlayan zaman onun gedə biləcəyi yolu, çata biləcəyi zirvəni aydın şəkildə
görə bilirəm.
Həm özümün,
həm də məsələhət alanlarımın
lüğətindən çıxardığım
ilk söz "bacarmıram"
olur. Hər şeyi bacaran insanla çalışmaq,
niyə çətin
olsun ki? Hamıya zamanım çatmır, bundan şikayətlənə
bilərəm.
- Sosial şəbəkədə
kifayət qədər
aktivsiniz və həyatın içindən
maraqlı mövzularda
paylaşımlar edirsiniz.
Aldığınız rəylərdən
məmnunsunuz?
- Sosial şəbəkə
məsələsi mənim
üçün bu işin ən qəliz və anlaşılmaz tərəfi
idi. Çünki şəxsi səhifələrim
belə heç vaxt aktiv olmayıb,
yaxın çevrəmdən
başqa kimsəni izləməmişəm və
təbii olaraq, tanımadığım insanlar
tərəfindən müzakirə
olunmaq kimi təcrübəm olmayıb.
Amma etiraf etməliyəm
ki, özümü buna mental olaraq hazırlamaq üçün xeyli öz üzərimdə çalışmışam. Anlayıram
ki, hamı eşitdiyini
öz qavrama potensialına uyğun anlayır. Təbii ki, bu da zaman-zaman fikir ayrılıqlarına gətirir.
Hər nə qədər özümü
başlarda qorxutsam da,
çox sayda pozitiv rəy, dəstək alıram. Artıq real həyatımla
yanaşı, virtual həyatımı
da rutinimin bir parçasına çevirmişəm
və daha böyük kütləyə
çıxmaq imkanı
məni çox sevindirir. Əlbət ki, anlamayan, tənqid edənlər də var, amma mən təmkinli,
anlayışlı olmağı
seçirəm və
hər neqativ rəy alanda içimdən deyirəm
ki, "Məni tanısan,
çox sevərsən".
- Əsas motivasiya mənbəyiniz nədir?
- Motivasiyanın şişirdilmiş
termin olduğunu düşünürəm. İnsanın
icra planına ehtiyacı var. Bu, təkcə,
professional sferaya aid deyil,
elə sıradan günlərdə də yatıb-durduğun, yemək
yediyin, çalışdığın,
istirahət etdiyin, özünə qulluq etdiyin saatlar rutin hala gətirilməlidir.
Bu zaman həyat balansda
qalır və hamının qorxduğu yanma sindromu yaşanmır. Hesab edirəm ki, həvəsimin
səbəbi gün ərzində həyatımın
hər sahəsi üçün zaman ayırmağı
öyrənməyim olub
(əlbəttə ki, həmişə
belə deyildi, mən də sonradan öyrənmişəm).
- Belə bir iddia
var ki, son zamanlar insanlarda
aqressivləşmə, hətta
qəddarlaşma gedir.
Sizin müşahidələriniz
necədir və belə bir hal
varsa, öhdəsindən
necə gəlmək olar?
- Deməzdim ki, bu, son illərə bağlı narahatlıqdır, amma artma halı da müşahidə olunur.
Bir müddətdir ki, insanlar
arasında ətrafdan
qopuqluq, empatiya əskikliyi gözə daha kəskin çarpır. Əlbəttə
ki, bura sosio-psixoloji aspektlər, yaxın zaman öncə yaşanan pandemiya, müharibə, onlardan qaynaqlanan həyəcan-təşvişin artması kimi faktorlar ciddi təsir edir. Əgər əvvəllər
çox şey bağlı qapılar ardında yaşanırdısa,
indi sosial media platformaları, dünyanın
o biri ucundan bir saniyədə xəbər ötürən
saytlar digər insanların həyatında
yaşanan həm neqativ, həm də pozitiv nüansları bütün
çılpaqlığı ilə ortaya qoyur. Hər travmanın emosiyaları üzə vurma fazası var. İndi dünya,
cəmiyyət, bir növ, yığılıb
qalan emosiyaları aşkara çıxarmaq fazasını yaşayır.
Belə periodların öhdəsindən gəlmək
üçün insan
özünü bütündən
ayırmağı və
öz şəxsi sferasına yönəlməyi
öyrənməlidir. Fərdi
maraqları, zövqləri,
inkişaf etdirilməli
olan sahələri axtarmağa başlayan insanın başqalarına
zamanı çatmır.
Təsəvvür edirsiniz,
bir ay hamı yalnız özü ilə məşğul olsa, necə böyük dəyişiklik
baş verə bilər?
- Şəxsi inkişaf və motivasiya yönlü kitablara müasir dövrümüzdə
çox tələbat
var. Sizin belə bir planınız varmı?
- Mənim öz fərdi aydınlanmağım
məhz kitablarla başladığı üçün,
hesab edirəm ki, bu, inkişaf etmək istəyən beyinə əvəzsiz alətdir. Bəzən bir fikri, sözlü
şəkildə ifadə
edəndə, insan özünü təzyiq altında hiss edə bilir, mövzuları şəxsiləşdirir, bir
növ acığa düşür ki, sən
niyə mənə nəsə öyrədirsən?
Kitab isə qınamayan,
sorğulamayan, sənə
müdaxilə etmədən,
özün seçdiyin
və hazır olduğun zamanlarda ən yaxın dosta çevrilir. Bu sual çox yerinə düşdü,
çünki mənim
də bu qəbildən olan ilk kitabım yaxın günlərdə işıq
üzü görəcək.
Niyə kitab yazmağa
qərar verdim? Çünki özüm-özümü
anlamağa o qədər
zaman və enerji sərf etmişəm ki, təcrübələrimin mənim
kimi özünü axtaran insanlara işıq tutmağını
istəyirəm. Tez-tez
eşidirik ki, "adam
özünü tərifləməz",
"ayıbdır", amma
ayıb olsa da, deyəcəm, bu kitab hər insanın həyatına toxuna biləcək, yüzlərlə
bağlı qapı aça biləcək bir kitabdır. Çapdan çıxacağı
günü səbirsizliklə
gözləyirəm.
- Bu yolda əsas hədəfləriniz və
başlıca məqsədiniz
nədir?
- Sözün düzü, öz işimi hədəf, məqsəddən
çox missiya kimi görürəm. Hesab edirəm ki, əgər sən bir şeyi yaxşı
bilirsənsə, onu insanlarla bölüşməyə
məcbursan. İnsana
bacarıq onu dolabda saxlasın deyə verilmir. Varsa və istifadə
edilmirsə, bu, həmin bacarığa qarşı haqsızlıqdır.
Mən ən qəliz anlayışları,
ən sadə, anlaşılır dilə
tərcümə edə
bilirəm, kitabı oxuyanda nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Bu fikirdən
yola çıxaraq deyə bilərəm ki, məqsədim hərənin
qaranlığına az
da olsa işıq salmaqdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 24 iyun.- S.19.