"Danışmaqdan
çox susmağı
sevirəm"
BABA VƏZİROĞLU: "GERİYƏ
ÇƏKİLMƏK OLMAZ, ƏGƏR
ÇƏKİLƏRSƏNSƏ DEMƏLİ, SƏN, SƏN
DEYİLSƏN"
Söz vaxtına çəkər
deyiblər. Amma həmin
vaxtdan düz 27 il keçib. 1996-cı ilin iyun ayı idi.
O zaman dövlət televiziyasında
çalışırdım. Neçə vaxt idi yeni və əvvəlkilərdən bir
qədər də fərqli veriliş açmaq istəyirdim. Verilişin adından tutmuş məzmununa qədər axtarışda
idik. Nəticədə
xeyli məsləhət-məşvərətdən
sonra verilişin baş-ayağını bir
yerə yığa bildik. Adı "Labirint" olan veriliş elə iki buraxılışından
sonra tamaşaçı
marağına səbəb
oldu. O zamanın abu-havasına uyğun mövzulara toxunmaqla fərqli süjetlər hazlrlayırdıq. Lakin verilişin
daimi bir rubrikası vardı. Adı "Ah məhəbbət,
məhəbbət" idi.
Düzü, bu, rejissorun ideyası idi, mən də
etiraz etməmişdim.
Sözümün isə
canı var. İlk verilişin
bu rubrikasına kimi dəvət edəcəyimiz ətrafında
qızğın mübahisə
gedirdi. Mən deyəni rejissor istəmirdi, o deyəni də mən. Vaxt isə daralırdı.
Belə mübahisəli
günlərin birində
şirkətin həyətində
onu gördüm, kiminləsə söhbət
edirdi. Düşündüm
ki, elə əsl qonaqdı ki var, çünki
hamı onu məhəbbət şairi
kimi tanıyır. Fikrimi yaradıcı heyətə bildirəndən
sonra yekdil razılığa gəldik.
Və mən onunla əlaqə saxlayıb verilişə dəvət edəndə,
məmnuniyyətlə razılığını
verdi.
Həmin
hadisədən bir ömür keçib. Çox şeylər dəyişib, fəaliyyət
ünvanım belə.
Və illər sonra onunla yenə
həmsöhbət olmaq
fikrinə düşdüm.
Yenə də onunla əlaqə saxladım və yenə də məmnuniyyətlə təklifimizi
qəbul etdi. Bəs bu, müsahib
kim ola? Qəzetimizin bugünkü maraqlı qonağı Respublika "Komsomol", "Humay", "Y.Məmmədəliyev"
mükafatları laureatı,
Azərbaycan Kinematoqrafçılar
İttifaqı İdarə
Heyətinin katibi, Əməkdar incəsənət
xadimi, "Şöhrət"
ordenli şair, nasir, tərcüməçi
Baba Vəziroğludur.
- Dünya bir tamaşa, Tanrı - rejissor, ən şərəfli oyun - İnsan roludur. Amma indi bu rolu
narahat dünyada oynamaq lazım gəlir...
- İllərdir məndən
soruşanda ki, necəsən,
bir cavabım var: hamı kimi. Bu cavab da indi onu
lənətləsək belə,
üç il əvvəl
yaşadığımız pandemiyadan qaynaqlanıb. Görünür, hərdən
bizə belə imtahanlar lazımdı ki, bir-birimizlə eyni olduğumuzu dərk edək, anlayaq ki, böyük fəlakətlər
qarşısında hamı
bərabərdir. Narahat
dünyada da elə hamı kimiyəm. Fərqlənməyi, seçilməyi
heç vaxt sevməmişəm. Məşhur
bayatıda deyildiyi kimi: "Dünya bir pəncərədir, hər gələn baxar, gedər". Böyük zamanın fövqündə bir andı ki, yaşayıram,
hamı kimi olmağa çalışıram.
Dahi Nizami nə deyib? Deyib ki, bu dünyada
bir insan o biri insandan yalnız
elmi, savadı, dərrakəsi ilə üstün ola bilər.
- Uzun illər öncə İsmayıllının
Mollaisaqlı kəndində
Vəzir kişi ailəsi ilə yaşayıb...
- Valideynlərimdən söhbət
düşəndə həmişə
deyirəm ki, yaxşı
insan olub hər ikisi. Başqa heç nə, çünki onların cəmiyyətdə
yüksək bir statusu olmayıb. Düzdür, atam kolxoz sədri, ferma müdiri kimi nisbətən kənd elitasının nümayəndəsi sayılıb,
ana babam Lətif əfəndi İranda, İraqda ali dini təhsil alıb və o qəzanın axundu idi. Anam atasının
tələbəsi kimi
təhsilli din xadimi olub. Hazırda kəndimizdə babamın
qəbri pirdir. Bununla belə, atam da, anam da sadə kənd adamları olublar. Mən bunu 1999-cu ildə 40 günün içində valideynlərimin
ikisini də itirəndə dərk etdim. Görünür, ayrılığa dözə
bilmədilər. Ondan
sonra belə qənaətə gəldim
ki, insanlar bu dünyadan köçəndən
sonra onların yadigarlarına "Sənin
valideynlərin yaxşı
insan idi" deyiləndə mərhum üçün bundan böyük mükafat yoxdur. Zaman keçdi, respublikada tanınan, məşhur adam oldum, lakin hər
dəfə onlar haqda bu sözü
eşidəndə, keçirdiyim
hissin əvəzi yoxdur. Valideynlərim çox vicdanlı, xeyirxah, haqqı hər şeydən üstün tutan, imanlı, inanclı, Allaha bağlı insanlar olublar. Ailədə dördüncü
qız övladından
sonra niyyət ediblər ki, oğlumuz olsa, adını müqəddəs ziyarətgahdan
götürüb Baba qoyacaqlar.
Və dedikləri kimi də edirlər.
Mən nə mövhumatçı deyiləm,
nə də mistikaya inanan. Amma etiraf edirəm ki, müəyyən mənada
inanıram. Deyirlər
ki, insana verilən ad şərtidir. Bəzi hallarda belə deyil. Həmişə mənə
elə gəlib ki,
Baba adını daşımaq
böyük məsuliyyət
tələb edir. Həmişə düşünmüşəm
ki, Baba dağını şöhrətləndirmək,
ucaltmaq onsuz da mənlik deyil, lakin ən azından
ləkə gətirməməyə
çalışmışam.
- Baba Vəziroğlunun qələmlə
başlayan dostluğu...
- Bu dostluq məktəbə getməzdən əvvəl
başlayıb. Özüm
yazıb-oxumağı öyrənmişdim.
Oxumağa o qədər
həvəsli idim, bunu görən valideynlərim mənə
şərait yaratmışdılar
ki, həvəsim sönməsin.
Sırf kənd işlərindən məni
təcrid eləmişdilər
və imkan vermişdilər ki, elmə,
təhsilə doğru
yolla da gedim. Birinci sinfə qədər Hüqonun
"Səfillər"ini oxumuşdum,
təbii ki, mahiyyətini
anlamadan. Məktəb
yaşım çatanda
isə birinci sinifə sadəcə gedib-gəlirdim, çünki
oxumağı da, yazmağı
da bilirdim. Mənə
öyrədiləsi heç
nə yox idi. İkinci sinifdən etibarən oxumağa başladım və
sona qədər qiymətlərim yalnız
əla oldu. Məktəbi bitirən ili rayona bir
qızıl medal verildiyindən,
onu mən yox, başqa biri aldı, dövrün abu-havasına
uyğun olaraq.
- Bu günə qədər davam edən dostluğun görünən
və görünməyən
tərəfləri...
- Dostluğumuzdan və dostlarımdan çox razıyam. Ümumiyyətlə,
mən şükranlı
insanam. Hava sərt olanda belə, deyirəm ki, şükür, bundan da pis ola bilərdi. Naşükürlüyü ən
qeyri-insani xüsusiyyətlərdən
biri hesab edirəm. Dünyanı cənginə alan pandemiyaya şükür edirdim ki, bundan betəri olmasın və müqayisədə
bizdə nisbətən
yüngül keçdi
bu fəlakət. Mən həmişə o qənaətdəyəm ki, biz Allahın
sevimli bəndələriyik.
Azərbaycan xalqı mədənidir, istedadlıdır,
rəhmlidir, bütün
bicliklərdən uzaqdır.
Ona görə də Tanrı hər şeyin ən gözəlini bizə verib. İstedadlı yazarlar bizdə, dünyaya səs salan nadir muğam bizdə, gözəl təbiət bizdə, dünyaşöhrətli alimlərimiz
var. Buna görə ancaq
şükür etmək
lazımdır. Ona görə
də Qərbdəki
"qonşular"a ancaq bizdən oğurlamaq qalıb: mahnılarımızı oğurlayır,
mətbəximizi, milli musiqi
alətlərimizi oğurlayır,
torpağımızı ələ
keçirir. Buna görə
də olanıma həmişə şükürlüyəm.
- "Bir
yaz axşamı" və "Mağazaçı
Dadaş"... bir fəaliyyətinizin ilk addımları...
- Hə, bu iki
hekayə 1976-cı ildə
"Ulduz" jurnalında
işıq üzü
gördü. Ümumiyyətlə,
yazdıqlarımın hamısı
həyatdan götürülmüş
mövzulardır. Müşahidə
etdiyim reallıqlar sonradan qələmin süzgəcindən keçib,
yazıçı təxəyyülünə
söykənərək ərsəyə
gəlib. Mən kitab oxuyub həyatı öyrənməmişəm, həyatı
öyrənib kitab yazmışam.
Amma əslində ilk addımlarımı
məktəbli ikən
atmışam. 7-8-ci siniflərdə
ilk şeirlərim rayonun
"Zəhmətkeş" qəzetində dərc olunub. Qəzetin redaktoru böyük şairimiz Musa Yaqub idi. İndiyə kimi yadımdadır, iki şeirim qəzetdə çap olundu - "Çinar"
və "Qocalar"
şeirləri. Qəzetin
nəzdində Musa Yaqub
gənclər üçün
"Dağ çiçəkləri"
ədəbi birliyi yaratmışdı. Həmin
birlikdə bəyənilən
şeirlər qəzetdə
işıq üzü
görürdü. İlk qonorarımı
da "Zəhmətkeş" qəzetindən aldım -
üç rubl. Pulu götürüb getdim rayon mərkəzinə
və bir kisə kitab aldım. Mərkəzdən bizim kəndə 30 kilometr məsafə var. Payızın
çiskinli havası,
o zaman nə maşın
var, nə avtobus. Sinif yoldaşım rəhmərlik Aydın Səlimzadə və mən növbə ilə o kisəni kəndə qədər gətirib çıxardıq.
O zaman paxıllıq, həsəd
deyilən bir şey yox idi.
Kitabları məktəbdə
bir-birimizə ötürə-ötürə
hamımız oxuduq.
İndi dərk edirəm
ki, elə o vaxtdan mən kitabın qədrini bilmişəm, onunla dostlaşmışam.
Dostlarım çox olub. Anar müəllimin
təbirincə desəm,
birini həyat alıb, birini ölüm. Yalnız kitab
mənə sadiq dost olaraq qalıb. Bu gün nə əldə etmişəmsə,
qazandığım ad-san
varsa, yalnız kitaba minnətdaram. Onunla əl-ələ verib iki dəfə
BDU-da, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda,
Bolqarıstanda Ali təhsil
kurslarında oxumuşam.
Və bu gün də oxuyuram. Mən danışmaqdan daha çox susmağı sevirəm.
- Nasir, şair, tərcüməçi,
kinodramaturq Baba Vəziroğlu...
- Sadaladıqlarınızın hamısının
kökündə söz
var. Əgər materialın
sözdürsə, hər
şey yazmaq hüququna maliksən. Şeirlə ədəbi fəaliyyətə başlamışam,
ciddi nəsr də yazmışam, rus ədəbiyyatından
tərcümələr də
etmişəm. 17 yaşımdan
göz açdığım
dövlət televiziyasında
ssenarilər də yazmışam. Elə o yaşdaykən korifey sənətkar Şövkət
Ələkbərova sözləri
mənə aid olan ilk
mahnıları ifa edib - Firəngiz Babayevanın "Töhfə",
Oqtay Rəcəbovun
"Sevərsənmi" mahnıları.
O zaman yeni mahnıların təqdimatı
Yeni il gecəsi olurdu,
yəni dekabrın
31-də. Və bu iki mahnı bir gecədə məni məşhur etdi. Beləcə, nəticədə nə yazmışamsa, hamısı
sözə söykənib.
- 1988-ci
il - respublikaya ilk qaçqın
axını və sizin Komsomol mükafatı
laureatı adı almağınız: bir növ ağ və qara...
- İndi
də yadımdadır,
həmin siyahıda kimlər vardı - Alim Qasımov, Aqil Abbas, Natiq Rəsulzadə və mən. Zəhmətimizə
dəyər verilmişdi
deyə, çox sevinirdik. O zaman Xalq yazıçısı Bayram Bayramovun
sədrliyi ilə Qarabağa Yardım Fondu fəaliyyətə başlamışdı
və biz aramızda razılığa gəldik
ki, mükafatın pulunu
qəpiyinə qədər
həmin fonda köçürək və
elə də etdik.
- Bir az da nəğməkar şair danışsın...
- Xoşum gəlir bu addan. Mənim
aləmimdə Mikayıl
Müşfiq, Nəbi
Xəzri, Fikrət Qoca, Vaqif Səmədoğlu
və bir çox gözəl nəğməkar şairlərimiz
var. Amma açıq deyəcəyəm,
bir ara heç
xoşum gəlmədi
bu addan. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində
bir xaos dövrü yarandı, bütün dəyərlər
itdi, adını bəstəkar qoyub, özünə nəğməkar
şair deyənlər
meydanlara çıxdı,
efirləri zəbt elədi. Bax, onda məndə bir qıcıq yarandı. Sonra ətrafıma
diqqətlə baxıb
ayılan kimi oldum. Nəğməkar şair olmaq heç də asan deyil. Çox
böyük şairlər
nəğmə janrında
yüksələ bilməyib.
Nəğmə janrında
üç-dörd bənddə
bir hekayə, bir film yaratmalısan. Və həmin bu üç-dörd bənd musiqiyə mane olmamalıdır. Çox vaxt hazır melodiyanın üzərində işləməli
olursan və elə yazmalısan ki, şeirə oxşası.
- "Sən elə bir zirvəsən, küləklər neyləyəcək?"
misralı şeir kimi...
- Bu mahnı artıq himnə çevrilib. Və maraqlı bir tarixçəsi var. Mahnı Ulu öndərin
75 illiyinə yazılıb.
Kamal müəllim zəng
vurub dedi ki, bir melodiya var, ona mətn yazmalısan,
dur gəl. Gəldim, dinlədim, dedim ki, yazarıq. Gülümsəyib
dedi ki, mahnı mayın 10-na lazımdır.
Mayın 10-u isə ertəsi gün idi. Gecə ikən şeiri yazdım, müğənniləri
tapdıq. Mahnını
ilk dəfə dörd
müğənni ifa edib - Ağadadaş Ağayev, Brilyant Dadaşova, Ruhəngiz Allahverdiyeva və İlqar Muradov. Səhərə
qədər mahnı aranjiman olunub lentə alındı. Səhər saat 12-də mahnı artıq hazır idi. Saat 17.00-da isə
"Space" telekanalında efirə verildi. Mahnı Heydər Əliyevin çox xoşuna gəldi. Amma bir məqam da var ki, mahnı həmin dövrdə tamaşaçılara
o dərəcədə çatmadı.
Ulu öndəri itirəndən
sonra bu mahnı bu günə
qədər populyarlığını
saxlayıb. Mahnı bir gecəyə yazılsa da, onda dahi bir insana
olan illərin məhəbbəti öz əksini tapıb.
- 2020-ci ildə yaşadığımız 44 günə
qayıdaq...
- Sonsuz heç nə yoxdur, hər şeyin həddi var. Və o həddən o yana bir addım belə yer olmur.
Geriyə çəkilmək
olmaz. Əgər çəkilərsənsə, deməli, sən, sən deyilsən, şəxsiyyət deyilsən,
millət deyilsən, xalq deyilsən, heç Allahın bəndəsi də deyilsən. Tanrının
sənə verdiyi səbr bu qədərdir,
o həddə çatanda
hər şey bitir. Bax, bizim
44 günlük müharibəmiz
bu idi. Səbrimiz
tükəndi, əlimizə
qəşəng bir çomaq aldıq, donuzu darının içindən çıxardıq.
Allah bizə qüvvət
verdi, ağıllı,
hər şeyin vaxtını, saatını
bilən bir siyasi rəhbər verdi və bircə
kəlmə əks hücum əmri ilə haqq-ədalət öz yerini tapdı. Qələbədən
sonra 4 dəfə azad Şuşada olmuşam. Və ilk çıxışımda dedim
ki, möcüzələr yalnız
nağıllarda olur. Həyatda isə möcüzələri real insanlar
yaradır. Həmin an
biz ona görə xoşbəxt idik ki, o möcüzəni yaradan insan bizimlə birlikdə azad Şuşada idi.
Tamilla M-zadə
525-ci qəzet.- 2023.- 24 iyun.- S.18;19.